ikitərəfli sözü azərbaycan dilində

ikitərəfli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ikitərəfli • 95.3721%
  • İkitərəfli • 4.6279%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İkitərəfli bazarlar
İkitərəfli bazarlar (ikitərəfli şəbəkələr) — aralarında şəbəkə effektləri olan iki istifadəçi qrupu olan şəbəkə bazarları. İkitərəfli bir şəbəkədə, istifadəçilərinin iki kateqoriyası vardır ki, bunlar üçün şəbəkədən istifadə məqsədləri və şəbəkədəki rolları açıq şəkildə fərqlənir. Müxtəlif qrupların ikitərəfli şəbəkənin funksionallığı üçün fərqli tələbləri var. Ancaq eyni zamanda, bir-birlərindən asılıdırlar və ümumi şəbəkədən istifadələrinin dəyərini təyin edən qarşılıqlı təsirlərdir. İqtisadiyyatdakı şəbəkə effekti artıq yaxşı öyrənilib və nəzəriyyədə və işdə müxtəlif sahələrdə praktik olaraq fəal şəkildə istifadə olunur. Bununla birlikdə, şəbəkə effekti ümumiyyətlə bir tərəfli olaraq qəbul edilir və bu, şəbəkə istifadəçiləri homojen olduqda qəbul edilir. 2001-ci ildən bəri, şəbəkə effektlərini daha geniş şəkildə nəzərdən keçirən elmi ədəbiyyatda, bir neçə istifadəçi kateqoriyasının qarşılıqlı əlaqəsində və praktiki tətbiq üçün bir sıra maraqlı və faydalı nəticələr verən terminlər ortaya çıxmağa başladı. == Nəzəriyyə == Bir çox şəbəkədə istifadəçilər homojendir, yəni eyni funksiyaları yerinə yetirirlər. Məsələn, telefon şəbəkələrində istifadəçilərdən biri göndərir, digəri zəng qəbul edir, bununla belə, abunəçilərdən hər biri həm alıcı rolunu oynayır, həm də müxtəlif vaxtlarda səsli mesaj ötürmə rolunu oynaya bilər. Tək yönlü şəbəkələrə nümunə olaraq mesajlaşma, faks göndərmə, e-poçt da verilə bilər.
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri
Nasizm rejiminin qurbanları üçün ikitərəfli kompensasiya sazişləri (alm. Globalabkommen‎) — Nasizm rejiminin təqibinə məruz qalmış şəxslərə kompensasiya ödənilməsi məqsədilə 1959-1964-cü illərdə Qərbi Almaniya (indiki Almaniya Federativ Respublikası) ilə on iki Qərbi Avropa ölkəsi (Avstriya, Belçika, Danimarka, Fransa, Yunanıstan, İtaliya, Lüksemburq, Niderland, Norveç, İsveç, İsveçrə və Birləşmiş Krallıq) arasında bağlanmış sazişlər toplusu. İkitərəfli sazişlərlə Almaniya hər hansı hüquqi öhdəlik olmadan, könüllü şəkildə ümumilikdə 876 milyon alman markı ödəyəcəyini müəyyən etmişdir. Soyuq müharibə dövründə hökm sürən siyasi vəziyyətə görə, Nasizm rejiminin işğalından əziyyət çəkmiş heç bir Şərqi Avropa dövləti ilə bu cür müqavilələr bağlanmamışdır. Özünü Alman Reyxinin varisi hesab etməyən Şərqi Almaniya isə bu ikitərəfli sazişlərin heç birində iştirak etməsə də, 1980-ci illərdə Avstriya, Finlandiya və İsveçlə barışıq sazişləri bağlamışdır. == Sazişlər == Almaniya aşağıdakı dövlətlərlə müqavilələr bağlamışdır: == Sonrakı mərhələ == Bu sazişlərə görə Almaniya sonrakı məhkəmə işlərində müharibə cinayətinin qurbanları və onların ailə üzvləri tərəfindən irəli sürülən növbəti kompensasiya iddialarına münasibətdə hər hansı maddi məsuliyyətini inkar etmişdi. Bununla yanaşı, Almaniya müharibə cinayətkarlarının İtaliya kimi ölkələrə ekstradisiya edilməsi ilə bağlı qanuni öhdəliyini aradan qaldırdı. İtaliya məhkəmələrinin Almaniya hökumətinin üzərinə kompensasiya ödəmək öhdəliyini qoyan çoxsaylı təkrarlanan qərarlarından sonra, Almaniya immunitet tələbi ilə işi Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmişdi. 2012-ci ildə Məhkəmə Almaniyanın lehinə qərar vermişdi. 1990-cı ildə birləşmiş Almaniya oxşar məzmunda sazişi ABŞ dövləti ilə də bağlamışdı.
İkitərəflisimmetriyalılar
İkitərəflisimmetriyalılar (lat. Bilateria) — heyvanlar aləminin alt bölməsi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 205.69 dəfə / 1 mln.
2002 ••••••••••••• 212.42
2003 ••••••••••••• 219.68
2004 •••••••••••••••••••• 340.92
2005 ••••••••••••••• 249.00
2006 •••••••••••••••• 262.85
2007 •••••••••••••••••• 299.80
2008 •••••••••••••••• 269.93
2009 •••••••••••••• 230.54
2010 ••••••••••• 174.92
2011 •••••••••••• 203.50
2012 ••••••••••••• 206.34
2013 •••••••• 123.85
2014 •••••••••• 170.07
2015 ••••••••••••• 214.18
2016 •••••••••••••• 223.00
2017 •••••••••••••• 226.16
2018 ••••••••••••• 217.85
2019 •••••••••••• 199.18
2020 •••••• 98.93

ikitərəfli sözünün leksik mənası və izahı

  • 1 sif. 1. İki tərəfi olan. İkitərəfli cisim. İkitərəfli qapı. 2. İki istiqamətdə gedən, iki tərəfdən baş verən. İkitərəfli küçə hərəkəti. İkitərəfli top atəşi. İkitərəfli sətəlcəm. – Kişinin məhəbbəti tamamilə ona keçdi, Fatma bilmərrə nəzərdən düşdü, hər gün ikitərəfli (z.) döyülüb söyüldü. Çəmənzəminli. Bütün yollar ikitərəflidir, həm qabağa gedir, həm də dala qayıdır. M.İbrahimov. // Hər iki tərəfə işləyən, hərəkət edən, fəaliyyət göstərən. İkitərəfli rabitə xətti. 3. Hər iki tərəfin razılığı ilə olan, hər iki tərəf üçün məcburi olan; qarşılıqlı. İkitərəfli müqavilə. İkitərəfli saziş. 4. İki tərəfə, iki yana. [Musanın nəvəsi] başını ikitərəfli (z.) daradı, belini düymələdi. Qantəmir. 5. bax ikibaşlı 1 və 3-cü mənalarda.

    Azərbaycan dilinin izahlı lüğəti / ikitərəfli

ikitərəfli sözünün sinonimləri (yaxın mənalı sözlər)

ikitərəfli sözünün rus dilinə tərcüməsi

  • 1 1. двусторонний; 2. обоюдный;

    Azərbaycanca-rusca lüğət / ikitərəfli
  • 2 прил. 1. двухсторонний, двусторонний: 1) имеющий две стороны. İkitərəfli qəfəsə библ. двусторонний стеллаж, тех. ikitərəfli şkala двусторонняя шкала; ikitərəfli mikrofon связь. двусторонний микрофон; ikitərəfli bənd тех. двусторонняя скоба 2) производимый, происходящий с двух сторон. İkitərəfli sətəlcəm двустороннее воспаление 3) обязательный для обеих сторон. İkitərəfli müqavilə двусторонний договор, ikitərəfli sövdə двусторонняя сделка 4) действующий в обе стороны. İkitərəfli rabitə двухсторонняя связь, ikitərəfli veriliş двухсторонняя передача 5) идущий в двух направлениях. İkitərəfli hərəkət двустороннее движение 2. двойной. экон. İkitərəfli hesab двойной счет, ikitərəfli hesabdarlıq двойное счетоводство, ikitərəfli uçot двойной учет, ikitərəfli mühasibat двойная бухгалтерия 3. обоюдный (общий для обеих сторон, взаимный). Məhəbbət səmimi və ikitərəflidir любовь искренна и обоюдна 4. гидрогеол. сквозной. İkitərəfli süzgəc сквозной фильтр

    Azərbaycanca-rusca lüğət / ikitərəfli

ikitərəfli sözünün inglis dilinə tərcüməsi

  • 1 s. two-sided; double; bilateral; twoway; ~ müqavilə bilateral agreement; ~ kontakt bilateral contact; ~ sətəlcəm tib. double pneumonia; ~ radio əlaqə two-way radio communication

    Azərbaycanca-ingiliscə lüğət / ikitərəfli

ikitərəfli sözünün fransız dilinə tərcüməsi

ikitərəfli sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. кьве пад авай, кьве патан (мес. рак); 2. кьве патахъни кӀвалахдай, гьерекат ийидай; 3. кьве патанни разивилелди жедай, кьве патазни мажбури тир; кьве патанни; 4. нареч. кьве патахъ, кьве къвалахъ; 5. кьве кьилин, кьве патан.

    Azərbaycanca-ləzgicə lüğəti / ikitərəfli

"ikitərəfli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ikitərəfli nədir? #ikitərəfli sözünün mənası #ikitərəfli nə deməkdir? #ikitərəfli sözünün izahı #ikitərəfli sözünün yazılışı #ikitərəfli necə yazılır? #ikitərəfli sözünün düzgün yazılışı #ikitərəfli leksik mənası #ikitərəfli sözünün sinonimi #ikitərəfli sözünün yaxın mənalı sözlər #ikitərəfli sözünün əks mənası #ikitərəfli sözünün etimologiyası #ikitərəfli sözünün orfoqrafiyası #ikitərəfli rusca #ikitərəfli inglisça #ikitərəfli fransızca #ikitərəfli sözünün istifadəsi #sözlük