* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••• | 3.43 |
2003 | •••••••••• | 6.30 |
2004 | •••••••••••• | 7.75 |
2005 | ••••• | 3.37 |
2006 | •••••••••••••••••••• | 13.96 |
2007 | ••••••••••••••• | 9.94 |
2008 | •• | 1.22 |
2009 | ••••••••• | 5.60 |
2010 | •••••••••••••••• | 10.62 |
2011 | •••••••••••• | 7.89 |
2012 | ••••••••••••••• | 10.41 |
2013 | •••••••••••••••• | 10.65 |
2014 | •••••••••• | 6.35 |
2015 | •••••••••••••• | 9.19 |
2016 | •••••••••• | 6.94 |
2017 | •••••••••••• | 7.80 |
2018 | ••••••••••• | 7.04 |
2019 | ••••••••••••• | 8.90 |
2020 | •••••••• | 5.04 |
1 is. Havada yığılmış atmosfer elektrikinin çox vaxt əyri-üyrü zolaq şəklində ani parıltısı. İldırım çaxmaq. İldırım vurmaq. – [Almaz:] Bax gör, ildırım necə vurur! C.Cabbarlı. Eyni anda ildırım. çaxıb sel-su axan çölü gündüz kimi işıqlandırdı. İ.Əfəndiyev. ◊ İldırım kimi – çox tez, çox iti, çox cəld, çox sürətlə. İldırım kimi qaçmaq. – At qaratikanlığı yarıb, ildırım kimi süzüb, ilxıçının yanında dayandı. “Koroğlu”. Tamaşa qorxunc bir qəhqəhə çəkərək ildırım kimi çaya tərəf qaçır. S.S.Axundov. Hüseyn pilləkənləri ildırım kimi yuxarı qalxdı. S.Rəhman. İldırım sürəti ilə – çox iti, çox sürətlə, çox tez, çox cəld. İldırım sürəti ilə hərəkət etmək. – [Çopo:] …[Quzatayın] ordunun qüvvəli bir hissəsini götürərək qarşı dağın arxasına çəkilməsi xəbəri ildırım sürəti ilə yayılmağa başladı. Çəmənzəminli. Buludlar arxasında daldalanıb … fürsət gözləyən üç “M-109” birdən ildırım sürəti ilə şığıdı. Ə.Vəliyev. İldırım vurmuş kimi – bax ildırım kimi. İldırım vurmuş kimi yerindən sıçradı, qalxdı. H.Nəzərli. Elə bil ildırım (kimi, təki) vurdu – bərk, şiddətli təsir, sarsıtma mənasında. Şahsənəm bu sözü Qəribdən eşidən kimi elə bil onu ildırım vurdu. “Aşıq Qərib”. [Gülçöhrə:] [Arşınmalçının] gözü gözümə sataşanda, elə bil ki, ildırım kimi məni vurur. Ü.Hacıbəyov. Bu söz ildırımtək onları vurdu; Bağrını kababdan betər qovurdu. H.K.Sanılı. İldırım sipəri – binanı, qurğunu və s.-ni ildırım zərbəsindən qorumaq üçün yerlə birləşdirilmiş şaquli metallik mil şəklində qoruyucu. Üstünə ildırım düşsün (çaxsın) – qarğış, nifrin ifadəsi. [Fatma xanım:] Ay səni öyrədənin üstünə ildırım düşsün! N.Vəzirov.
Azərbaycan dilinin izahlı lüğəti / ildırım1 Sinonimi kimi yaşın kəlməsi də mənbələrdə öz əksini tapıb. İldırım-alov, ulduz kimi sözlərdəki al, ul kəlmələri ilə bağlıdır. Mənbələrdə yıltıra kəlməsi “блестеть” mənasında açıqlanıb, yılçır kəlməsi “блестящий” demək olub, odu ilk dəfə ildırımdan əldə ediblər. Yaşın sözü isə işıq kəlməsi ilə kökdaşdır, işıq kəlməsindən törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ildırım2 İLDIRIM, ŞİMŞƏK İldırımlar, şimşəklər oynaşırdı köksümdə; Çılğın bir div nərəsi inləyirdi səsimdə (A.Şaiq); SAİQƏ (arx.) [Cavad:] Sanki səmada üzərimə saiqələr tökülür kimi olur (A.Şaiq).
Azərbaycan dilinin sinonimlər lüğəti / ildırım2 I сущ. молния: 1. разряд атмосферного электричества в воздухе. İldırım çaxdı сверкнула молния 2. грохот и треск, сопровождающие разряд молнии; гром II прил. молниевый. İldırım parıltısı вспышка молнии (молниевая вспышка); ildırım sipəri громоотвод, молниеотвод ◊ başına ildırım düşsün! (səni ildırım vursun!) разрази тебя гром!; ildırım sürəti ilə молниеносно, с быстротой молнии; ildırım kimi как молния
Azərbaycanca-rusca lüğət / ildırım1 I. i. 1. lightning; (şarşəkilli) globelightning, fire-ball; ziqzaqvarı ~ forked lightning; ~ sürəti ilə with lightning speed; ~ kimi like lightning, as lightning; Onu ildırım vurub He / She has been struck by lightning; Səni ildırım vursun, Başına ildırım düşsün! May lightning strike you! 2. thunder; İldırım çaxır (ümumiyyətlə) It thunders; Adətən, ildırım yazda çaxır It usually thunders in spring; (danışıq vaxtı) It is thundering II. s. thunder (attr.); ~ parıltısı flash of lightning; ~ sipəri bax ildırımötürən
Azərbaycanca-ingiliscə lüğət / ildırım1 is. tonnerre m ; éclat m ; foudre f ; şarşəkilli ~ éclair m sphérique (və ya sphéroïdal ; ziqzaqvarı ~ éclair sinueux
Azərbaycanca-fransızca lüğət / ildırım1 сущ. цӀайлапан; ildırım çaxmaq цӀайлапан ягъун; ildırım vurmaq цӀайлапанди ягъун; // цӀайлапандин; ** ildırım kimi цӀайлапан хьиз, гзаф фад, гзаф йигиндиз, гзаф зарбдиз (мес. катун); ildırım sürəti ilə цӀайлапандин йигинвилелди, гзаф фад, гзай йигиндиз; ildırım vurmuş kimi цӀайлапанди ягъайди хьиз (кил. ildırım kimi); üstünə ildırım düşsün (çaxsın) къаргъ. цӀайлапанди ярай.
Azərbaycanca-ləzgicə lüğəti / ildırımşimşək, havada yığılmış atmosfer elektrikinin ani parıltısı.
Azərbaycan kişi adlarının izahlı lüğəti