* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••• | 788.01 |
2003 | •••••••••••••••• | 1, 965.66 |
2004 | •••••••••••••••••• | 2, 223.73 |
2005 | •••••••••••••••••••• | 2, 514.93 |
2006 | ••••••••••••••• | 1, 819.92 |
2007 | ••••••••••••••••• | 2, 125.27 |
2008 | ••••••••••••••••• | 2, 069.79 |
2009 | •••••••••••• | 1, 420.34 |
2010 | •••••••••• | 1, 183.59 |
2011 | •••••••••••• | 1, 389.90 |
2012 | •••••••••• | 1, 198.90 |
2013 | ••••••• | 870.72 |
2014 | •••••••• | 983.67 |
2015 | •••••••••• | 1, 231.66 |
2016 | •••••••••••• | 1, 422.33 |
2017 | ••••••••••• | 1, 344.59 |
2018 | ••••••••••••• | 1, 528.37 |
2019 | ••••••••••••• | 1, 568.38 |
2020 | •••••••••••• | 1, 396.62 |
1 is. [ər.] 1. Yaradıcılıq zamanı özünü göstərən ruhlanma halı, yaradıcı fikrin yüksəlişi; ruhlanma, təb. Baxdıqca nur əmən bu yeni elə; Sənətin ilhamı açar qolqanad. A.Şaiq. Mən ilhamı bir dost kimi; İmdadıma çağırmışam. R.Rza. Sənətimə can-qan gətirən, ilhamıma uçuş verən balamla fəxr elədim. B.Bayramov. □ İlham almaq – bir şeydən ruhlanmaq, vəcdə gəlmək, yaratmaq üçün ondan qüvvə almaq, təbə gəlmək. Yenə yaşıl don geyinmiş çəmənlər gülür; Təbiətdən ilham alıb ötür qumrular. S.Vurğun. Barmağın gəzdikcə pərdələrdə, mən; Min ilham almışam o nəğmələrdən. Z.Xəlil. İlham vermək – ruhlandırmaq, yaratmaq üçün qüvvə vermək, vəcdə gətirmək, şövqləndirmək. Ey müqəddəs həyat! Müqəddəs insan! Sana ilham verən yalnız ürəkdir. S.Vurğun. Bu, Bayram kişinin şair təbinə yeni bir ilham verdi. M.Rzaquluzadə. İlhama gəlmək – bax ilham almaq. Şair öz şerinə ilhama gəlib can versə; Şeri bir inci kimi aləmi, dünyanı gəzər. S.Rüstəm. Əli içdikcə ilhama gəlib danışan adamlardan idi. M.İbrahimov. O, yenə düşünüb ilhama gəldi; Elə bil meşələr salama gəldi. H.Arif. 2. İlhamla şəklində zərf – böyük həvəslə, ruh yüksəkliyi ilə, ehtirasla, coşqun. İlhamla danışmaq. – Bizim ədəbiyyatımızda humanizm coşqun ilhamla tərənnüm edilmişdir.
Azərbaycan dilinin izahlı lüğəti / ilham2 İLHAM (şairlikdə: bir şeydən təsirlənib ruhlanma, ruh coşqunluğu) ..Güvənib ilhamına; Könül avazla qonur nəğmə bu el bayramına (S.Rüstəm); TƏB [Nizami:] Bir şairin təbi nə qədər işıqlı olursa olsun, saray içərisindən bir günəş kimi dünyaya işıq sala bilməz (M.S.Ordubadi).
Azərbaycan dilinin sinonimlər lüğəti / ilham2 сущ. 1. вдохновение (состояние творческого подъема). Yaradıcılıq ilhamı творческое вдовновение 2. воодушевление (душевный подъем, увлечение) ◊ ilham almaq kimdən, nədən вдохновляться кем, чем, черпать вдохновение в ком, в чем, воодушевляться, воодушевиться; ilham vermək kimə вдохновлять, вдохновить; воодушевлять, воодушевить кого; ilhama gəlmək вдохновляться, вдохновиться, воодушевляться, воодушевиться; ilham mənbəyi источник вдохновения; ilham pərisi муза
Azərbaycanca-rusca lüğət / ilham1 i. inspiration, enthusiasm; ~ a gəlmək, ~ almaq to be* / to get* animated, to be* / to get* filled with enthusiasm; ~ vermək to inspire (d.), to hearten (d.), to fill with enthusiasm (d.); bir şeydən ~ almaq to be* inspired by smth., to drive* inspiration from smth.
Azərbaycanca-ingiliscə lüğət / ilham1 is. inspiration f ; enthousiasme m ; ~ a gəlmək inspirer (s’) ; enthousiasmer (s’)
Azərbaycanca-fransızca lüğət / ilham1 [ər.] сущ. илгьам (1. руьгь хкаж хьун, руьгь акатун; ашкъи, гьевес; ilham almaq илгьам къачун, руьгь хкаж хьун, руьгь акатун, ашкъидиз атун, гуж къачун; ilham vermək илгьам гун, руьгь кутун, къуват кутун, ашкъилу авун; ilhama gəlmək илгьамдиз атун (кил. ilham almaq); 2. ilhamla нареч. илгьамдалди, ашкъидалди, гьевесдалди).
Azərbaycanca-ləzgicə lüğəti / ilham(os.tr. ilham; ru. Вдохновение; ing. inspiration, enthusiasm; fr. Inspiration; ər. إنهاو ) – ilham. Ezoterik bilik növlərindən biri olub, Allah-təala tərəfindən insanların qəlbinə bir hissin doğması, ona bir xeyirin gəlməsi, vəcdin doğmasıdır. İlham dilimizdə geniş sferada işlənməkdədir. Bəzən şairlər şeir yazma ərəfəsində özlərinə qaibdən gələn yüksək entuzaist halın gəlməsini gözlərlər. Bu əsnada onlarda yüksək poetiik əhval-ruhiyyə yaranır və şeir yazarlar. İlham bəzən problemli bir iş əsnasında problemin həll olunması üçün ağıla anidən gələn fikrə, ideyaya da deyilir. İlham yalnız və yalnız şəxsi təcrübələr əsasın-da açıqlana, izah edilə bilər. Çünki ilhamlar ümumi eksperiment kimi təkrarən sınaqdan keçirilə bilməz.
Fəlsəfə terminlərinin izahlı lüğəti\– insanın müxtəlif növ yaradıcılıq fəaliyyəti göstərməsi üçün xüsusi əlverişli olan halı. Ezoterik bilik növlərindən biridir. Bu sözün ərəbcədən istilahi mənası ―bir şeyi ani olaraq qəbul etmək‖ mənasında olub, termin olaraq ―qəlbə bəzi məna və fikirlərin ötürülməsi‖ kimi ifadə olunur. O, ―Allahın insanın qəlbinə ötürdüyü şey‖, ―feyz yolu ilə qəlbə ötürülən şey‖ kimi də başa düşülür . İlham ezoterik bilik növlərindən olub, əsaslı surətdə vəhydən fərqlənir. Səmavi dinlərin (İslam, Xristianlıq, İudaizm) dininin inanc konteksində və sufi mövzularda ilhama nəzər saldığımızda bir ezoterik bilik tipi kimi peyğəmbərlərdən fərqli olaraq, aid olduğu insan təbəqəsinin daha kütləvi xarakter kəsb etdiyi məlumdur. Ayrıca bu da məlumdur ki, ilham bizim başa düşdüyümüz şəkildə, məsələn, hər hansı bir işə başlamazdan əvvəl təbiətimizdə, yaxud ruhumuzda mənəviyyatı-mızdan doğan təskinlik halı, yaxud işə təşviqdən daha ziyadə dini məntiqə görə ―vicdanda anidən ortaya çıxan, qaynağının dərkinin insanın əqli qabiliyyətlərinin xaricində, yəni idrak olunmayan hiss və həyəcan tipində xarakterizə olunabiləcək bir duyğu növüdür‖.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. bir şeydən təsirlənib ruhlanma, yüksək ruh coşqunluğu; təb (şair, aşıq və s. haqqında).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiruhlanma, coşma, cuşa gəlmə.
Azərbaycan kişi adlarının izahlı lüğəti