İlhan sözü azərbaycan dilində

İlhan

Yazılış

  • İlhan • 99.0050%
  • ilhan • 0.4975%
  • İLHAN • 0.4975%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Attila İlhan
Attilâ İlhan (15 iyun 1925, Menəmən, İzmir ili – 10 oktyabr 2005 və ya 11 oktyabr 2005, İstanbul) — Türk şair, yazıçı, jurnalist və tənqidçi. Attila İlhan Türkiyə Cümhuriyyətinin ən görkəmli şairlərindən biridir. == Həyatı == Attila İlhan 1925-ci il iyun ayının 15-i Menemendə doğulub. Onun tam adı Attila Hamdi İlhandır. İlk və orta təhsilinin böyük hissəsini İzmir və atasının işi ilə bağlı olaraq getdikləri müxtəlif bölgələrdə bitirdi. İzmir Atatürk Litseyinin birinci sinfində Nazim Hikmətin şerləri ilə bir qıza yazdığı məktuba görə 1941-ci ilin fevral ayında, 16 yaşında həbs olunaraq məktəbdən uzaqlaşdırılır. Üç həftə nəzarət altında qalır və nəticədə iki ay həbsxanada yatır. Türkiyənin heç bir yerində təhsil ala bilməyəcəyi haqqında qərar verilir və beləliklə o, təhsilinə ara vermək məcburiyyətində qalır. Lakin sonradan Danıştayın qərarı nəticəsində 1944-cü ildə onun oxumaq imkanı yenidən bərpa olunur və o, İstanbul Işık Litseyinə daxil olur. Litseyin son sinfində əmisindən xəbərsiz "CHP Şiir Armağanı"nda Cabbaroğlu Məhəmməd şeri ilə bir çox tanınmış şairi geridə qoyuraq ikinci yerə layiq görülür.
Müfidə İlhan
Müfidə İlhan (11 fevral 1911 – 2 fevral 1996, Bodrum, Muğla ili) — türk ictimai və dövlət xadimi. O, Türkiyədə vilayət inzibati idarəetmə vahidi səviyyəsində seçilmmiş ilk qadın bələdiyyə başçısıdır. == Həyatı == Müfidə İlhan 19 fevral 1911-ci ildə İstanbulda anadan olub. Atası Mustafa Nazif ordu zabiti, anası Əminə evdar qadın idi. Birinci Dünya Müharibəsində atası Nafiz həlak olduğu zaman dörd yaşında idi. Müharibədən sonra Ankaraya göndərildi. Əmisi Fevzi Çakmakın himayəsində böyüdü. Ankarada ibtidai məktəbi dayısının uşaqları ilə bitirdikdən sonra təhsilini İstanbulda Qəndilli Qızlar Liseyində davam etdirdi. Orta məktəbi bitirdikdən sonra İstanbul Müəllim Məktəbində ibtidai sinif müəllimliyi üzrə təhsil aldı. 1928-ci ildə ordu zabiti Nuri Çətinkaya ilə evlənmiş və Türkiyənin müxtəlif şəhərlərində əri ilə birgə yaşadıqdan sonra ərinin hərbi attaşesi vəzifəsinə təyin olunması ilə Almaniyanın Berlin şəhərinə köçmüşdür.
İlhan Arsel
İlhan Arsel (d. 1920, İstanbul — ö. 7 fevral 2010, Florida) — türk alim, yazıçı, araşdırmaçı və senator. == Həyatı == Ankara Universiteti Hüquq Fakültəsini bitirdi. Cenevrə Universiteti Hüquq Fakültəsində doktorluq etdikdən sonra, dosent və daha sonra professor oldu. Otuz ildən çox bir müddət ərzində universitet təhsil üzvlüyündə tapıldı; Ankara Universiteti Hüquq Fakültəsində konstitusiya hüququ dərsləri verdi. 27 may dövlət çevrilişindən sonra yeni bir konstitusiya layihəsi hazırlamaqla vəzifəli on nəfərlik İstanbul Komissiyasına və daha sonra Qurucu Məclis Ön Layihəsını meydana gətirən beş nəfərlik komissiyaya üzv seçildi. 10 iyun 1966 tarixində Prezident Cövdət Sunay tərəfindən Respublika Senatına Kontingent Senatoru olaraq seçilmiş ancaq Məclisə qatılmadan istefa etmişdir. 1971-ci ildə mərkəzi Nyu-Yorkda olan "Inter-University Associate" quruluşuna məsləhətçi və tədqiqatçı olaraq alındı ​​və bu quruluşun xronoloji şərh əsasına görə yayımladığı "Constitutions of the Countries of the World" (Dünya ölkələri konstitusiyaları) adlı 14 cildlik əsərin "Türkiyə" və "Belçika" hissələrini (1971-ci il etibarilə) hazırladı. 1975-ci ildə dərs verməkdə olduğu Ankara Polis İnstitutundan istefa etdi.
İlhan Aşkın
İlhan Cavcav
İlhan Cavcav (4 oktyabr 1935, Ankara - 22 yanvar 2017, Ankara), Türk iş adamı və 22. Gənclərbirliyi prezidenti. 1977-ci ildən ölənə qədər Gənclərbirliyi prezidentliği etmişdir. 2017-ci ildə beyin qanaması nəticəsində öldü.
İlhan Daner
İlhan Daner (30 dekabr 1938, İstanbul – 1 oktyabr 2021, İstanbul) ― Türk teatr, kino və serial aktyorudur. == Fimloqrafiyası == 2017: Yanlış Anlama 2015: Diktatör Adolf Hitler'in Hayatının Esrarengiz Yönleri 2015: Yapışık Kardeşler 2012: İkizler Firarda 2010: Memlekette Demokrasi Var 2007: Çılgın Dersane Kampta 2006: Çılgın Dersane 2004: Papatya ile Karabiber 2001: Dedem, Gofret ve Ben (TV Dizisi; 1. Sezon) 1986: Yetimlerin Türküsü 1985: Bu İkiliye Dikkat 1984: Çalsın Sazlar 1984: Kader Çıkmazı 1980: Sizin Dersane (TV Dizisi; 1. Sezon) 1979: Dua 1978: Bizim Fıstıklar 1977: Dokunmayın Dünyama 1977: Beceriksizler 1977: Avrupa Macerası 1976: Tantana Kardeşler 1976: Bülbül Ailesi 1976: Lüküs Hayat 1976: Dolandırıcı Aşıklar 1975: Yakalarsam Severim 1975: Çikolata Sevgilim 1975: Tatlı Cadı 1975: Çilli Yavrum Çilli 1975: Muz Sever Misiniz?
İlhan Mansız
İlhan Mansız (10 avqust 1975 - Kempten, Bavariya, Almaniya) — türk futbolçu. == Həyatı == İlhan Mansız Türkiyə milli futbol komandasının heyətində 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilmiş Futbol üzrə dünya çempionatında bürünc medal qazanmışdır. "Samuray" ləqəbi də ona həmin çempionat vaxtı yaponlar tərəfindən verilmişdir. Yaponların sevgisini nəzərə alan futbolçu 2004-cü ildə "Beşiktaş"dan Yaponiyanın "Vissel Kobe" klubuna transfer olunmuşdur. Bundan sonra Almaniyanın Herta klubunda oynamışdır. 2005/2006 mövsümündə Ankaragücünün heyətində çıxış etmişdir. Amma Almaniyada keçirdiyi avtomobil qəzasından sonra sağlamlığını tam bərpa edə bilməmiş və 2006-cı ildə peşəkar karyerasını "Ankaragücü"nün heyətində başa vurduğunu elan etmişdir. Bununla belə futbolçu 2009-cu ildə yenidən futbola qayıtmaq fikrinə düşmüş, Almaniya çempionatının ikinci liqasında mübarizə aparan "Münhen 1860" klubuna baxışa yollanmışdır. Klubun ucuz qiymətə futbolçu axtarışı türk futbolçunu həvəsləndirmişdir. O, jurnalistlərə açıqlamasında qarşısına ciddi məqsədlər qoyduğunu bildirmişdir: "Yenidən özümü sübut etmək istəyirəm".
İlhan Səlcuq
İlhan Səlcuq (11 mart 1925, Aydın – 21 iyun 2010, İstanbul) — Türkiyə jurnalisti. 1925-ci ildə doğulan İlhan Səlcuq 1950-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 50 il köşə yazarlığı edən İlhan Səlcuq 2001-ci ildən "Cümhuriyyət"in baş redaktoru idi. Son zamanlar qəzetdə "Pəncərə" adlı rubrikada köşə yazıları ilə çıxış edirdi. Məşhur jurnalist 1971-ci ildə hərbi çevrilişindən sonra həbsdə yatıb. 2008-ci il martın 21-də "Ergenekon" işinə görə tutulmuş, iki gün sonra sərbəst buraxılmışdı. 21 iyun 2010-cu ildə İstanbul xəstəxanalarının birində vəfat edib.
İlhan Başgöz
İlhan Başgöz (1921, Sivas – 13 aprel 2021) — Türkiyə folklorşünası və yazıçısı. Başgöz Ankara Universitetinin Dil, Tarix-Coğrafiya fakültəsinin Türk dili və ədəbiyyatı ixtisasında təhsil almışdır. O, həmin yerdə assistent kimi işləmiş və doktorluq dissertasiyası müdafiə etmişdir. Başgöz sonradan oradakı vəzifəsindən uzaqlaşdırılmış və Tokat liseyində müəllim işləmişdir. O, 1953-cü ilin yanvarında Türkiyə Cəza Qanununun 141-ci maddəsini (oğurluq) pozduğuna görə həbs edilmişdir. Bu, həmin dövrdə xüsusilə solçulara qarşı istifadə edilən bir maddə idi və Başgöz iki il həbsdə qalmışdı. O, 1960-cı ildə ABŞ-yə getmişdir. Başgöz İndiana Universitetində fakültə üzvü olmuşdur. Başgöz Van Yüzüncü İl Universitetində türk dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışmışdır. O, Orta Şərq Texniki Universitetində işləmişdir.
İlhan Tekeli
İlhan Tekeli (6 noyabr 1937, İzmir) — Türkiyə sosioluqu, şəhər və bölgə planlayıcısı. İbtidai və orta təhsilini İzmirdə tamamlamışdır. İstanbul Texniki Universitetinin İnşaat Mühəndisliyi fakültəsini bitirmişdir. 1964-cü ildə Orta Doğu Texniki Universitetində Şəhər və Regional Planlaşdırma sahəsində, 1966-cı ildə Pensilvaniya Universitetində magistr dərəcəsini bitirmişdir.O, "Memarlığa töhfə" mükafatının laureatıdır. 2016-cı ildə Sakıp Sabancı Beynəlxalq Araşdırma Mükafatını qazanmışdır. Sosial elmlər sahəsində bir çox mükafatlara sahibdir. Elmlər Akademiyası Cəmiyyətinin yaradıcılarından biridir. Şəhərçilik və sosial elmlər sahəsindəki işlərinə görə mədəniyyət sahəsində XXI Vəhbi Qoç mükafatına layiq görülmüşdür.
İlhan Şən
İlhan Şen (1987) Türk aktyor və model'dir. Bu günə qədər bir çox film və seriallarda rol almışdır. Aktyor'luq və eynilə model'lik kariyeralarında çox böyük uğur əldə etmişdir. == Həyatı və kariyersı == İlhan Şen 19 dekabr 1987-ci ildə Bolqarıstanda türk ailəsində anadan olmuşdur. Onun iki yaşı olanda ailəsi Bolqarıstan'dan Türkiyə'yə köçmək məcburiyyətində qalmışdır. Uşaqlıqdan basketbol və futbol klublarında (Fənərbaxça və s.) peşəkar gənc idmançı kimi çıxış etmişdir. İbtidai və orta təhsilini İstanbul'da başa vurduqdan sonra Yıldız Texniki Universitetində təhsil almışdır, oranı inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. 17 yaşından modelliyə başlamışdır.2008-ci ildə Best Model of Turkey yarışmasına qatılmışdır və "Ən yaxşı üzgüçülük paltarı model'i" mükafatını almışdır. 2009-cu ildə yenidən müsabiqəyə qayıtmışdır və bu dəfə birinci yeri qazanaraq "Best Model of Turkey 2009" adını qazanmışdır. Bolqarıstan'ın paytaxtı Sofiya'da keçirilən "Best Model of The World 2009"da Türkiyəni təmsil etmişdr və "Best Model of Europe" olmuşdur.
Gülsim Ali İlhan
== Həyatı == Gülsim Əli İlhan 1993-cü ildə Bolqarıstanda anadan olub. Uşaqlığı Bolqarıstanda keçən Gülsim Ali Bolqarıstanda təşkil edilən Super Model Yarışmasına qatılıb və bu yarışmada "Ford Model" seçilibdir. İlk aktyorluq təcrübəsini 2012-ci ildə çəkilən "Son Yaz Balkanlar 1912" adlı serialda rol alıb. Aktrisa 2015-ci ildə çəkilən və TRT1 ekranlarında 4 hissəlik mini serial olaraq çəkilən "Seddülbahir: 32 Saat" adlı serialda tibb bacısı rolu ilə tamaşaçı qarşısına çıxıb. Daha sonra "Show TV" kanalında yayımlanan "Xanım kəndli" serialında "İlkgün" xarakteriylə baş rol oynamışdır. 2016-cı ildən isə "Diriliş Ərtoğrul" serialı ilə ekranlarda olan Gülsim Ali "Aslıhan" xarakterini canlandırmaqdadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.41 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 ••• 0.34
2005 •••••••••• 1.35
2006 •••••••••• 1.35
2007 •••••••••••••••• 2.11
2008 •••••••••••••••••••• 2.68
2009 ••••••••••• 1.44
2010 •••••••••••••• 1.91
2011 •••••••••••••• 1.80
2012 ••••• 0.69
2013 •••••••••••••••••••• 2.77
2014 •••••••••••••••••••• 2.75
2015 ••••••••• 1.19
2016 ••••••••••• 1.39
2017 •••••••••• 1.30
2018 ••••• 0.60
2019 ••• 0.28
2020 ••••• 0.66

Oxşar sözlər

#ilhan nədir? #ilhan sözünün mənası #ilhan nə deməkdir? #ilhan sözünün izahı #ilhan sözünün yazılışı #ilhan necə yazılır? #ilhan sözünün düzgün yazılışı #ilhan leksik mənası #ilhan sözünün sinonimi #ilhan sözünün yaxın mənalı sözlər #ilhan sözünün əks mənası #ilhan sözünün etimologiyası #ilhan sözünün orfoqrafiyası #ilhan rusca #ilhan inglisça #ilhan fransızca #ilhan sözünün istifadəsi #sözlük