İlisu sözü azərbaycan dilində

İlisu

Yazılış

  • İlisu • 98.9101%
  • İLİSU • 0.8174%
  • ilisu • 0.2725%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İlisu
İlisu — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kənd bir yaşayış məskəni kimi XIII əsrdə yaranmışdır. Ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar. Daha sonra həm yerli azərbaycanlıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır. Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır. Toponim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, "isti su" deməkdir. Türk dillərində "ilisu" həm də "yel suyu" mənasındadır.Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmükçay və Ağçayın (Hamamçay) kəsişdiyi yerdə, dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasında yerləşir. Kəndin nadir flora və faunaya malik olmasını nəzərə alaraq, Azərbaycan hökuməti İlisu dövlət qoruğunun yaradılması haqqında qərar qəbul etmiş (20 fevral, 1987-ci il, № 57), sonra qoruğun sahəsi Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə daha da genişləndirilmişdir (31 mart, 2003-cü il, № 48). Kəndin şöhrəti bir sıra amillərlə bağlıdır: füsunkar təbiətə malik olması; kənd əhalisinin qədim türk-oğuz dialektinə məxsus olması; 300 ilə yaxın bir dövrü əhatə edən "İlisu soltanlığının" mərkəzi olması; ən qədim dünyəvi və dini elm-təhsil ocaqları ilə tanınması; bütün dünyaya səpələnmiş alimləri, ictimai-siyasi, mədəniyyət və s. xadimləri ilə.
Yeni İlisu
Yeni İlisu — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
İlisu (bulaq)
İlisu – Azərbaycan Respublikasının Qax rayonu ərazisində mineral bulaq. == Ümumi məlumat == İlisu bulağı İlisu kəndindən 5 km şərqdə Hamamçay dərəsində Moxbulaq,Hamam,Oğlanbulaq-qızbulaq və s. bulaqlardan ibarətdir. Bu bulaqlardan çoxu(Moxbulaq istisna olmaqla) hərarəti 40 °C-45°-yə çatan kükürdlü(hidrokarbonatlı) isti sudur. == Tarixi məlumat == İlisu termal suları ilk dəfə 1866-cı ildə K.A.Nikitin tərəfindən tədqiq olunmuş və Q.V.Struve tərəfindən 1887-ci ildə kimyəvi tərkibi öyrənilmişdir.1950-ci ildən sonra bu bulaqda tikinti işləri aparılmiş,insanların su vannaları qəbul etməsi üçün xüsusi şərait yaradılmışdır.Suyun çıxdığı oyuq ön tərəfdən hörülərək hovuz halına salınmış və vanna qəbul etmək üçün istifadə olunur.Tədricən bu ərazı,təyinatına uyğun olaraq xalq arasında" hamam" adlanmışdır.Hamamdan bir qədər aralıda diğər mineral su-"Oğlan bulaq-qız bulaq" yerləşir.O,yerdən təxminən 2 m yüksəklikdən,qayanın işərisindən axıb tökülən isti su şırnağından ibarətdir.Qayada yanaşı əyləşib iki nəfərin söykənməsi üşün kreslonun söykənəcəıyinə bənzər yer var.Yaxınlıqda insanların gecələməsi üçün də otaqlar tikilmişdir. == Kimyəvi tərkibi == Adətən kükürdlü su adlanılan bu bulaqlar əslində kimyəvi tərkibəcə hidrokarbonatlıdır.Mineral bulaqda müşahidə edilən qazlar tərkibcə hidrogen-sulfidlidir. Mineral bulaqların tərkibində radon elementidə üstülük təşkil edir. Radon – Mendeleyev cədvəlində VIII qrupun elementidir. Radon radiumun çox qısa yaşama müddəti olan (yarımparçalanma dövrü 3.8 sutka) parçalanma məhsuludur. Təsirsiz qazlara aiddir.
İlisu (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Azərbaycandaİlisu — Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Yeni İlisu — Qax rayonunun inzibati ərazi vahidində kənd.Türkiyədəİlisu (Sarıqaya) — Sarıqaya ilçəsində kənd. İlisu (Göynücək) — Göynücək ilçəsində kənd.Hidronimlərİlisu (bulaq) — Azərbaycanın Qax rayonu ərazisində mineral bulaq. İlisu şəlaləsi — Qax rayonunda məşhur şəlalə. İlısu şəlaləsi — Ilısu şelalesiTarixİlisu sultanlığı — Şimal-qərbi Azərbaycanda mövcud olan feodal təsisatlarından biri. İlisu şivəsi — Qax rayonunun İlisu, Sarıbaş, Ağçay kəndlərində istifadə olunan danışıq.Qoruqİlisu dövlət təbiət qoruğu — Qax rayonunun ərazisində qoruq. İlisu dövlət tarix-mədəniyyət qoruğu — İlisu, Sarıbaş, Ağçay və Qaxbaş kəndləri ərazisini əhatə edən qoruq.Filmİlisu (film, 2006) — Kəndin tarixi, qədim abidələri və əhalisinin məşğuliyyəti əks etdirən film.
İlisu bulağı
İlisu – Azərbaycan Respublikasının Qax rayonu ərazisində mineral bulaq. == Ümumi məlumat == İlisu bulağı İlisu kəndindən 5 km şərqdə Hamamçay dərəsində Moxbulaq,Hamam,Oğlanbulaq-qızbulaq və s. bulaqlardan ibarətdir. Bu bulaqlardan çoxu(Moxbulaq istisna olmaqla) hərarəti 40 °C-45°-yə çatan kükürdlü(hidrokarbonatlı) isti sudur. == Tarixi məlumat == İlisu termal suları ilk dəfə 1866-cı ildə K.A.Nikitin tərəfindən tədqiq olunmuş və Q.V.Struve tərəfindən 1887-ci ildə kimyəvi tərkibi öyrənilmişdir.1950-ci ildən sonra bu bulaqda tikinti işləri aparılmiş,insanların su vannaları qəbul etməsi üçün xüsusi şərait yaradılmışdır.Suyun çıxdığı oyuq ön tərəfdən hörülərək hovuz halına salınmış və vanna qəbul etmək üçün istifadə olunur.Tədricən bu ərazı,təyinatına uyğun olaraq xalq arasında" hamam" adlanmışdır.Hamamdan bir qədər aralıda diğər mineral su-"Oğlan bulaq-qız bulaq" yerləşir.O,yerdən təxminən 2 m yüksəklikdən,qayanın işərisindən axıb tökülən isti su şırnağından ibarətdir.Qayada yanaşı əyləşib iki nəfərin söykənməsi üşün kreslonun söykənəcəıyinə bənzər yer var.Yaxınlıqda insanların gecələməsi üçün də otaqlar tikilmişdir. == Kimyəvi tərkibi == Adətən kükürdlü su adlanılan bu bulaqlar əslində kimyəvi tərkibəcə hidrokarbonatlıdır.Mineral bulaqda müşahidə edilən qazlar tərkibcə hidrogen-sulfidlidir. Mineral bulaqların tərkibində radon elementidə üstülük təşkil edir. Radon – Mendeleyev cədvəlində VIII qrupun elementidir. Radon radiumun çox qısa yaşama müddəti olan (yarımparçalanma dövrü 3.8 sutka) parçalanma məhsuludur. Təsirsiz qazlara aiddir.
İlisu bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
İlisu kəndi
İlisu — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kənd bir yaşayış məskəni kimi XIII əsrdə yaranmışdır. Ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar. Daha sonra həm yerli azərbaycanlıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır. Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır. Toponim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, "isti su" deməkdir. Türk dillərində "ilisu" həm də "yel suyu" mənasındadır.Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmükçay və Ağçayın (Hamamçay) kəsişdiyi yerdə, dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasında yerləşir. Kəndin nadir flora və faunaya malik olmasını nəzərə alaraq, Azərbaycan hökuməti İlisu dövlət qoruğunun yaradılması haqqında qərar qəbul etmiş (20 fevral, 1987-ci il, № 57), sonra qoruğun sahəsi Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə daha da genişləndirilmişdir (31 mart, 2003-cü il, № 48). Kəndin şöhrəti bir sıra amillərlə bağlıdır: füsunkar təbiətə malik olması; kənd əhalisinin qədim türk-oğuz dialektinə məxsus olması; 300 ilə yaxın bir dövrü əhatə edən "İlisu soltanlığının" mərkəzi olması; ən qədim dünyəvi və dini elm-təhsil ocaqları ilə tanınması; bütün dünyaya səpələnmiş alimləri, ictimai-siyasi, mədəniyyət və s. xadimləri ilə.
İlisu məhəllələri
İlisu məhəllələri - Qaxın İlisu kəndində 6 məhəllə. == Haqqında == İlisu kəndi bir neçə məhəllədən ibarət olmuş və bu gün də kənd bu məhəllələrin adı ilə tanınır. Məsələn: Səngər, Bucaq, Qala, Bacar, Qara dolaq və s. qədim məhəllələr bu günə kimi öz adını saxlamışdır. İlisuda hər məhəllədə yaşayan insanlar öz köklərinə, soylarına görə nəsillərə bölünür. Bunlardan Allahyar bəy uşağı, Kazım bəy uşagı, Qoca uşağı, Məhərrəm uşağı, Seyidəli uşağı və s. göstərmək olar. Daniyal Sultanın nəslindən olanlar isə Sultanovlar soyadını daşıyırlar. Sadaladığımız bu nəsillər hal-hazırda da bu soyadları daşıyırlar. == Məhəllələr == Qaradolaq - Kəndin şimalından İlisu məktəbnidək olan ərazidir.
İlisu qalası
Qala kompleksi — Qax rayonunun İlisu kəndində, Dağıstan yolunun üstündə inşa olunmuşdur. Kompleksin yerləşdiyi məhəllə Qala məhəlləsi adlanır.Kompleksə qala bürcü və qala divarlarının qalıqları daxildir. İnşa tarixinin XIX əsrin 50-ci illərinə aid edildiyi ehtimal edilir.
İlisu sultanlığı
İlisu sultanlığı — şimal-qərbi Azərbaycanda mövcud olan feodal təsisatlarından biri. XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII–XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.İlisu sultanlığına şimaldan və şərqdən Qafqaz dağları, qərbdən Qanıq çayı, cənub-şərqdən Şəki xanlığı ilə həmsərhəd idi. İlisu sultanlığı əsasən iki hissədən ibarət idi. Birinci hissə Saxur vilayəti, yaxud "Dağ mahalı" adlanırdı. Bu hissənin tərkibinə əsasən Dağıstan torpaqları, Saxur (kənd)i və Samur vadisinə qədər uzanan ərazilər daxil idi. İkinci hissə ayrıca İlisu sultanlığından ibarət olub Saxur (kənd) vilayətindən cənubdakı torpaqları əhatə edirdi. == Tarixi == İlisu sultanlığının təməli 3 avqust 1563-cü ildə qoyulmuş və 26 avqust 1844-cü il tarixində Rus imperiyası tərəfindən işğal edilmişdir. Sonuncu İlisu hakimi Danyal Sultan Şeyx Şamilin tərəfinə keçmişdir. İlisu sultanlığının tarixi, xüsusən də sultan titulu daşıyan İlisu hakimlərinin geneologiyası haqqında səslənən fikirlər bu günə qədər bir-biri ilə ziddiyyət təşkil edir.
İlisu şivəsi
İlisu şivəsi — Qax rayonunun İlisu, Sarıbaş, Ağçay kəndlərində istifadə olunur. Şimal qrupu dialekt və şivələrinə aiddir. (Şəki dialekti, Zaqatala-Qax şivəsi). İlisunun ən böyük tarixi məziyyəti qədim türk-oğuz,Dədə Qorqud dilini qoruyub saxlamasıdır. İlisu şivəsi haqqında təsəvvür yaratmaq üçün onu başqa dialekt və şivələrimizdən ayıran başlıca xüsusiyyətləri nəzər-diqqətə çəkmək vacibdir. İlisuda yaşayan əhəlinin nitqində aşağıdakı maraqlı, səciyyəvi fonetik, morfoloji və leksik xüsusiyyətlər mövcuddur. == Fonetik xüsusiyyətlər == İlisu şivəsi ilə ilk tanışlıq onun zəngin fonetik xüsusiyyətlərindən başlayır. İlisu şivəsində fonemlər rəngarəngdir. Bu fonemlərin incə xüsusiyyətləri var. Bu xüsusiyyətlər İlisu şivəsini öyrənən və fonemləri tələffüz etməyə çalışan şəxslər üşün çox çətinlik törədir.
İlisu şəlaləsi
İlisu şəlaləsi və ya Ramramay şəlaləsi — Qax rayonunda şəlalə. Şəlalə rayonun hündür ərazisində yerləşir və ona çatmaq üçün ən azı yarım saatlıq yolu piyada qət etmək lazım gəlir. Hündürlüyə qalxmağı bacarmayanlar üçün nəqliyyat vasitələri də həmin ərazidə fəaliyyət göstərir. Şəlalənin hündürlüyü təxminən 70-74 metrdir. Şəlaləyə gedən yolda onlarla bulağa rast gəlmək mümkündür. Bu sular qayalıqların arasından keçərək, süzülərək axır. Suyu ilin fəsillərindən asılı olmayaraq soyuq olur. Yayda şəlalənin ətrafı ekoloji cəhətdən pis vəziyyətdə olur. Bəzi yerlər məişət tullantıları ilə o qədər çirklənir ki, sanki zibilliyi xatırladır.
Qala kompleksi (İlisu kəndi)
Qala kompleksi — Qax rayonunun İlisu kəndində, Dağıstan yolunun üstündə inşa olunmuşdur. Kompleksin yerləşdiyi məhəllə Qala məhəlləsi adlanır.Kompleksə qala bürcü və qala divarlarının qalıqları daxildir. İnşa tarixinin XIX əsrin 50-ci illərinə aid edildiyi ehtimal edilir.
İlisu Dövlət Təbiət Qoruğu
İlisu Dövlət Təbiət Qoruğu — 1987-ci ildə 9,3 min hektar ərazidə Böyük Qafqazın cənub yamaclarının təbii kompleksini, nadir və nəsli kəsilmək təhlükəsində olan fauna və floranı qorumaq və artırmaq, meşələrin əvvəlki vəziyyətini bərpa etmək, torpaqların eroziya və sel hadisələrinin qarşısını almaq məqsədilə yaradılmışdır. == Ümumi məlumat == İlisu dövlət qoruğu Böyük Qafqazın cənub yamacında Qax rayonu ərazisində, Zaqatala və İsmayıllı qoruqlarının arasında 700–2100 m hündürlükdə yerləşir. 1981-ci ildə Qax rayonu ərazisində Böyük Qafqazın mərkəzi hissəsində yaradılmışdır. Qoruğun yaradılmasında əsas məqsəd ərazidə qiymətli və nadir flora aləminin mühafizəsi, bərpası və təbiət hadisələrin (sel, eroziya və s.) məhdudlaşdırılması olmuşdur. Qoruğun ərazsinin əksər hissəsi yarpaqlı meşələrlə örtülmüşdür. Sahəsi 17.381.6 hektar olub, şimaldan cənuba 14, qərbdən şərqə isə 12 km məsafədə uzanir. Ərazisinin 93 faizi meşələrdən ibarətdir. Meşə sahəsinin 89.5 faizi meşə ilə örtülü, 3.4 faizi isə meşə ilə örtülü olmayan (seyrək meşəlik və açıqlıq ) ərazilərdir. Meşəsiz sahələrin çox hissəsi (413 hektar) yarğanlar və qayalıqlardan, az hissəsi isə (228 hektar) keçmiş örüş,əkin və biçənəkdən ibarətdir. == Relyefi == Ərazi Baş Qafqaz dağlarının dik yamaclı,çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir.
İlisu dövlət tarix-mədəniyyət qoruğu
İlisu dövlət tarix-mədəniyyət qoruğu — Azərbaycanda qoruq Qax rayonunun İlisu, Sarıbaş, Ağçay və Qaxbaş kəndləri ərazisini əhatə edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.69 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 9.45
2004 •••••••••• 4.72
2005 •••••• 2.70
2006 ••••••••••• 5.18
2007 •••• 1.48
2008 •••• 1.71
2009 ••••• 2.24
2010 ••••• 2.18
2011 ••••••••• 3.86
2012 •••••••••• 4.39
2013 •••• 1.60
2014 •••••• 2.40
2015 ••• 1.36
2016 0.35
2017 •••• 1.79
2018 ••• 1.05
2019 •••••••• 3.76
2020 •••• 1.46

Oxşar sözlər

#ilisu nədir? #ilisu sözünün mənası #ilisu nə deməkdir? #ilisu sözünün izahı #ilisu sözünün yazılışı #ilisu necə yazılır? #ilisu sözünün düzgün yazılışı #ilisu leksik mənası #ilisu sözünün sinonimi #ilisu sözünün yaxın mənalı sözlər #ilisu sözünün əks mənası #ilisu sözünün etimologiyası #ilisu sözünün orfoqrafiyası #ilisu rusca #ilisu inglisça #ilisu fransızca #ilisu sözünün istifadəsi #sözlük