illərdə sözü azərbaycan dilində

illərdə

Yazılış

  • illərdə • 99.9878%
  • İLLƏRDƏ • 0.0061%
  • İllərdə • 0.0061%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
1945–1949-cu illərdə Almaniya
"1945–1949-cu illərdə Almaniya" və ya "İşğal altındakı Almaniya" — Almaniyanın İkinci Dünya Müharibəsindən sonra Müttəfiq Dövlətlər tərəfindən idarə olunduğu dövrdür. Amerika, Böyük Britaniya, Sovet və Fransa qüvvələrindən ibarət olan Müttəfiq Sınaq İdarəsi ölkəni 1945-1949-cu illərdə idarə etdi. Onun ərazisində sonralar Qərbi Almaniya, Şərqi Almaniya, Qərbi Berlin və Saar Protektoratı yaradılmışdır. == Almaniyanın işğalı == 1945-ci ilin ilk aylarında İngilislər, Kanadalılar, Amerikalılar və Fransızlar Reyndən keçərək Qərbi və Cənubi Almaniyanı işğal etdilər. Sovet ordusu Berlinə Polşa, Macarıstan və Çexoslovakiyanı alaraq daxil oldu. Berlin 16 aprel – 2 may 1945-ci illər arasında olan ağır döyüşlərdən sonra təslim oldu. Bu vaxt Adolf Hitler intihar etdi. Bir neçə gün sonra, 8 may 1945-ci ildə Fransadakı Alman ordusu, general Dvayt Eyzenhaverə təslim oldu. Almaniyanın hamısı müttəfiqlər tərəfindən işğal edildi. İngilislər Reyn bölgəsində, Hannover, Şlezviq-Holşteyn və Hamburqda idi; Amerikalılar Mərkəzi və Cənubi Almaniya və Bremen; Fransızlar Saarland və Yuxarı Reyn; Elba və Köniqsberqdən şərqdəki bölgələri sovet qüvvələri (bu gün Kalininqrad adlanır); Polyaklar Şərqi Prussiyanın, Pomeraniyanın, Brandenburqun qalan hissəsini və Oder və Neisse çaylarının şərqindəki bölgələri işğal etdilər.
1988-1989-cu illərdə azərbaycanlıların soyqırımı
1988–1989-cu illərdə azərbaycanlıların deportasiyası — vahid mərkəzdən idarə olunduğu və həyata keçirildiyi üçün bu deportasiyasının mərhələləri, xarakteri bütün Ermənistan ərazisi üçün eyni idi: "Hər yanda birinci mərhələdə erməni quldur dəstələri polisin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlı evlərinə basqın edir, onların çıxıb getməsini tələb edirdilər". == Haqqında == 1988–1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu. Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.
1905–1906-cı illərdə Azərbaycan mətbuatı
1905–1906-cı illər Azərbaycan mətbuatı — XX əsr Azərbaycan mətbuatının mühüm mərhələrindən biri. == Tarixi == 1905-ci ildən başlayaraq Bakıda mətbuat sürətlə inkişafa başladı. Şübhəsiz ki, bu işdə çarın 17 oktyabr tarixli manifesti az rol oynamamışdı. Mətbuat sahəsində senzura qismən zəifləmişdi. Bu illərdə Bakıda 63-ə qədər qəzet və jurnal çap olunurdu. Onların arasından yalnız bir neçəsi Bakıdan xaricdə nəşr olunurdu. Qəzetlərdən çoxunun ömrü qısa olsa da, elə qəzetlər var idi ki, istər ölkə daxilində, istərsə də xarici ölkələrdə öz yüksək professionallığı və intellektuallığı ilə özünə çoxlu abunəçilər toplaya bilmişdilər. Məsələn, "Molla Nəsrəddin" məcmuəsi Uzaq və Yaxın Şərqdə geniş yayılmışdı. Habelə "Füyuzat" məcmuəsi, "Həyat" və "İrşad" qəzetlərinin də Şərq ölkələrində çoxlu abunəçisi var idi. Savadsız abunəçilər "Molla Nəsrəddin" məcmuəsini bəzən onun səhifələrində çap edilən kəskin siyasi karikaturalarına görə alırdılar.
1918-20-ci illərdə Azərbaycanın vergi siyasəti
1918-ci ilin may ayında Şərqin ilk demokratik respublikasının - Azərbaycan Cümhuriyyətinin qarşıya qoyduğu əsas vəzifələrdən biri də iqtisadi müstəqilliyin təmin olunması və müstəqil maliyyə-fiskal-vergi sisteminin qurulması idi. Mövcud olduğu 23 ay müddətində dövlətin iqtisadi siyasətini həyata keçirəcək nazirlik və müvafiq qurumlar təsis edildi, dövlətin iqtisadi tənzimləmə fəaliyyətini təmin etmək və gücləndirmək üçün büdcə-fiskal siyasətinin istiqamətləri müəyyənləşdirildi. Mütəxəssislər Azərbaycan Cümhuriyyətinin fəaliyyət göstərdiyi 23 ay ərzində həyata keçirmək istədiyi maliyyə-vergi siyasətini şərti olaraq 2 hissəyə bölürlər: 1. Cari dövr üçün maliyyə-fiskal siyasət. Bu dövrdə Azərbaycan Cümhuriyyəti özünün mövcud maliyyə resurslarından tam və düzgün istifadə etmək siyasəti yürüdüb.2. Cümhuriyyət özünün imkanlarını müəyyən etdikdən sonra həyata keçirdiyi maliyyə-vergi siyasəti. Bu siyasətin əsas prioritetləri isə vergilərin artırılması deyil, tədiyyə qabiliyyətinin yüksəldilməsi yolu ilə vergilərin tədricən azaldılmasına üstünlük verilməsi idi. Nazirlər Kabineti müstəqil büdcə quruculuğuna və vergi işinin təşkilinə mühüm yer verirdi. 1918-ci ilin sonlarında Azərbaycanda müstəqil dövlətin büdcə quruculuğu təcrübəsinin əsası qoyuldu. Vergi siyasətini həyata keçirmək məqsədilə parlamentin 1919-cu il iyunun 17-də qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyi təsis olundu.
1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair
1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair — şuşalı tarixçi Əhməd bəy Cavanşir tərəfindən yazılmış və Qarabağ bölgəsinin tarixindən bəhs edən əsər nəzərdə tutulur. == Əlyazması == Əhməd bəy Cavanşir "1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb bitirdikdən sonra onun əlyazmasını qızı Həmidə xanım Cavanşir Tiflisə aparmış və orada Qeyrət nəşriyyatında çap edilməsini təmin etmişdir. == Haqqında == Əsər 1747-ci ildən 1805-ci ilə qədərki dövrdən bəhs edir. Bu dövr ərzində Qarabağ xanlığında baş vermiş sosial-siyasi dəyişikliklərdən, Ağa Məhəmməd xan Qacarın Şuşaya yürüşlərindən, Qarabağ xanlığının digər xanlıqlarla əlaqələrindən əsərdə bəhs edilmişdir. Əsər rusca yayımlanmasından keçən 50 ildən sonra AMEA Tarix İnistitutu tərəfindən 1961-ci ildə azərbaycanca yayımlanmışdır. === Nəşrləri === Джеваншир А. О политическомъ существованiи Карабачскаго ханства съ 1747 по 1805 годъ. — Тифлисъ: тип. Канц. главноначальствующаго гражд. частiю на Кавказѣ, 1884.
İ. P. Pavlovun 1881 və 1887-ci illərdə yaşadığı bina
İ. P. Pavlovun 1881 və 1887-ci illərdə yaşadığı bina - Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 97 ünvanında yerləşən bina. Bina o baxımdan əhəmiyyətlidir ki, binada iki dəfə görkəmli rus alim-fizioloqu, İvan Petroviç Pavlov qalmışdır. Bina Rusiyanın Federal əhəmiyyətli mədəni irs siyahına daxil edilmişdir. == Tarixi == Bolşoy Sadovnaya küçəsində yerləşən bina XIX əsrin üçüncü yarısında inşa edilmişdie. Bina Yevstinqney Nikiforoviç Xmelnisə məxsus idi. O, şəhərin rəhbəri olmuşdur. Onun arvadının kiçik bacısı Serafima Vasilevna Karçevskaya İvan Petroviç Pavlovun gələcək həuat yoldaşı olmuşdur. 1881-ci ilin yazında Pavlov Karçevskaya evlənmək məqsədi ilə Rostov şəhərinə gəlmişdir. Bu zaman o, Xmelnislərin evində qalmışdır. 25 may 1881-ci ildə toy baş tutur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 339.49 dəfə / 1 mln.
2002 •••••••••••• 483.09
2003 •••••••• 321.64
2004 ••••••• 266.13
2005 ••••••••• 385.30
2006 ••••••• 294.61
2007 •••••••• 316.72
2008 ••••••••••• 442.66
2009 •••••••• 340.77
2010 •••••••• 312.53
2011 ••••••••• 369.50
2012 ••••••••• 377.15
2013 ••••••• 269.87
2014 •••••••• 318.68
2015 ••••••••• 349.76
2016 ••••••••• 348.64
2017 ••••••••• 354.44
2018 ••••••••• 353.59
2019 ••••••••• 363.44
2020 ••••••• 295.05

"illərdə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#illərdə nədir? #illərdə sözünün mənası #illərdə nə deməkdir? #illərdə sözünün izahı #illərdə sözünün yazılışı #illərdə necə yazılır? #illərdə sözünün düzgün yazılışı #illərdə leksik mənası #illərdə sözünün sinonimi #illərdə sözünün yaxın mənalı sözlər #illərdə sözünün əks mənası #illərdə sözünün etimologiyası #illərdə sözünün orfoqrafiyası #illərdə rusca #illərdə inglisça #illərdə fransızca #illərdə sözünün istifadəsi #sözlük