ilmiy sözü azərbaycan dilində

ilmiy

Yazılış

  • ilmiy • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ablakim İlmiy
Ablakim İlmiy — (1887 – 1947, Mecidiya[d], Konstantsa) — krım tatar yazıçı, jurnalist, pedaqoq, ictimai xadim. == Haqqında == Ablakim İlmiy 1887-ci ildə Tavrida quberniyasının Simferopol uyezdinin Duvankoy volostinin Eski-El kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində aldıqdan sonra Baxçasarayda orta təhsilini davam etdirib. İstanbulda təhsil aldığı dövrdə krım tatar tələbələrinin gizli "Tələbə cəmiyyəti" təşkilatına üzv olub. Burada o Krım tatar milli hərəkatının fəalları Cəfər Seyidəhməd Krımər, Noman Çələbi Cihan, Həbibulla Odabaş ilə tanış olur.Ablakim İlmiyin "Xanların çəhrayı gül bağı və ya Krımın tarixi" kitabının tərcüməsi onu tanıdan əsas əsərlərdən biri olur. Bu əsər 1811-ci ildə Gəraylar nəslindən olan Həlim Gəray tərəfindən Krım xanlığının tarixi haqqında yazılıb. 1909-cu ildə Ablakim İlmiy öz şərhləri ilə bu əsərin tərcüməsini İstanbulda çap etdirdi. 1914-cü ildə Ablakim İlmiy Krıma geri dönür. Tavdair mədrəsəsinin rektoru kimi fəaliyyət göstərir. Bununla yanaşı "Tərcüman" jurnalında öz nəsr əsərlərini də çap etdirir.
Muazzez İlmiyə Çığ
Muazzez İlmiyə Çığ (türk. ; 20 iyun 1914, Bursa, Xudavəndigar vilayəti) — Türk şumeroloqu. == Bioqrafiyası == Krım tatarı ailəsində anadan olmuşdur. Əcdadları Krımı tərk edib Türkiyəyə mühacirət edir. Ata ailəsi Merzifonda, ana ailəsi isə Bursada yerləşir. Orada Muazzzez Birinci Dünya müharibəsinin başlamasından bir neçə həftə əvvəl anadan olur. Valideynləri əvvəlcə İzmirə köçür və daha sonra Yunan birlikləri 15 iyun 1919-cu ildə İzmirə hücum etdikdən sonra Çoruma gedirlər. Çorumda ibtidai məktəbdə oxuyur, daha sonra Bursada Fransız məktəbini bitirir və Bizim Mektep adlı məktəbdə skripka dərsləri alır. 1926-cı ildə Bursa Qız Müəllimlər Məktəbinə (Bursada qadın müəllim hazırlığı məktəbi) qəbul imtahanından keçir. 1931-ci ildə kolleci bitirdikdən sonra atasının dərs dediyi Eskişehirdə işə düzəlir.
Əbu İlmiyyə (Həftkel)
Əbu İlmiyyə (fars. ابوعليمه‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 33 ailədə 78 nəfəri kişilər və 74 nəfəri qadınlar olmaqla cəmi 152 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.

Oxşar sözlər

#ilmiy nədir? #ilmiy sözünün mənası #ilmiy nə deməkdir? #ilmiy sözünün izahı #ilmiy sözünün yazılışı #ilmiy necə yazılır? #ilmiy sözünün düzgün yazılışı #ilmiy leksik mənası #ilmiy sözünün sinonimi #ilmiy sözünün yaxın mənalı sözlər #ilmiy sözünün əks mənası #ilmiy sözünün etimologiyası #ilmiy sözünün orfoqrafiyası #ilmiy rusca #ilmiy inglisça #ilmiy fransızca #ilmiy sözünün istifadəsi #sözlük