İlotlar
İlotlar q.yun. εἱλώτης) — Qədim Spartanın dorilər tərəfindən tabe edilmiş yerli əhalisi.
İlotlar dövlətin əmlakı sayılır və ayrı-ayrı spartalıların sahibi olduqları
torpaq sahələrinə təhkim edilirdilər. İlotlar qullardan onunla fərqlənirdilər ki,
onların torpağı becərmək üçün əmək alətləri, mal-qaraları, eləcə də öz təsərrüfatları
var idi. Torpaq sahibləri ilotları öldürə və sata bilməzdilər. İlotlar əldə etdikləri
məhsulun təxminən yarısını ağalarına verirdilər; yerdə qalan hissəsi isə özlərinə
qalırdı. İlotlar Sparta icmasına daxil olmurdular və heç bir hüquqa malik deyildilər.
İlotların hədsiz istismarı onların üsyanlarına səbəb olurdu. Ən böyük üsyan e.ə. VII
əsrdə və e.ə.