İltifat Əliyarlı
İltifat Musa oğlu Əliyarlı (1949, Birinci Şahsevən, Jdanov rayonu) — Tarixçi-alim, publisist, tarix üzrə fəlsəfə doktoru.[mənbə göstərin]
== Həyatı ==
İltifat Əliyarlı 1949-cu ildə Jdanov (indiki Beyləqan) rayonunun Birinci Şahsevən kəndində anadan olub. 1974-cü ildə ADU (indiki BDU)-nun tarix fakuitəsinin əyani şöbəsini bitirib. 1974–1981-ci illərdə Beyləqan rayonunda müəllim, 1982–1995-ci illərdə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildə Azərbaycan polisiinin tarixi üzrə respublikada ilk dəfə olaraq dissertasiya işi müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi-tədqiqatla yanaşı ali məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul olub.
İ. Əliyarlı 1996–2008-ci illərdə AR DİN-in "Mübariz keşikdə" qəzetində çalışıb. O, hazırda qüvvədə olan 2 iyul Polis Gününün təsis edilməsində yaxından iştirak edib. Tarix üzrə fəlsəfə doktoru İ. Əliyarlı polis və Azərbaycan tarixinə dair 6 kitabın və bir neçə elmi məqalələrin müəllifidir. Radio və televiziyada çıxışları olub, dövrü mətbuatda müxtəlif aktual mövzularda 1000-ə yaxın məqaləsi dərc edilib.
İ. Əliyarlı 2008-ci ilin sentyabrından AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) sistemində işləyib.