İlyasov sözü azərbaycan dilində

İlyasov

Yazılış

  • İlyasov • 98.9824%
  • İLYASOV • 0.8326%
  • ilyasov • 0.1850%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aslan İlyasov
Aslan Mikayıl oğlu İlyasov (22 may 1948, Salyan, Azərbaycan SSR – 20 dekabr 2013, Bakı, Azərbaycan) — azərbaycanlı qarmon ifaçısı. == Həyatı == Aslan İlyasov 1948-ci ildə may ayının 22-də Salyan şəhərində anadan olub. 15 yaşından başlayaraq Salyan rayon Mədəniyyət Evində musiqiçi kimi işə başlayıb. 1980-ci ildə Bakı şəhəri Azərbaycan Konsert Birliyinə Solist kimi fəaliyyətini davam etdirib. 1990-cı ildə Azərbaycan Mədəniyyət Evinə solist kimi daxil olub. 2005-ci ildən M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərib. Qarmon ifaçısı Aslan İlyasov həmçinin özünün yazdığı "Aslanı" rəqsi ilə də tanınmışdır. Musiqiçinin Azərbaycan Dövlət Televeziya və Radiosunun videoteka və fonotekasında ifa etdiyi 30-a yaxın musiqinin lentyazıları saxlanılır. Onun 20-yə yaxın bəstələdiyi rəqslər vardır İfaçının 1994-cü ildə Tehran şəhərində kompakt kaseti satışa buraxılıb. 20 dekabr 2013-cü ildə uzun və ağır sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib.
Bəhrəm İlyasov
Fərid İlyasov
Müseyib İlyasov
Müseyib İlyasov (1884, Oğuldərə, Laçın rayonu – 1944, Karaqanda vilayəti) — Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdiri. Müseyib İbrahim oğlu İlyasov 1884-cü ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşdur. M. İlyasov Minkənd kəndində olan Rus-Tatar məktəbində təhsil almağa başlamış sonra isə Şuşa şəhərində təhsilini davam etdirmişdir. Burda təhsilini tamamladıqdan sonra Qori Müəllimlər Seminariyasına daxil olmuş 1912-ci ildə Seminariyanı bitirmişdir. Şəxsiyyətə pərəstiş dövrünün acı havası xalqımızın minlərlə zəkalı və istedadlı oğullar kimi, maarif fədaisi olan Müseyib İlyasovu da ədalətsizlik məngənəsinə salmışdır. O, 1941-ci ilin sentyabr ayında cinayətkarcasına təşkil edilmiş saxta ittiham əsasında həbs edilmiş, cinayəti sübut olunmasada, 8 il həbs cəzası ilə azadlıqdan məhrum edilmişdir. 1944-cü idə 60 yaşında Karakanda şəhərində həbsdə vəfat etmişdir. 1956-cı ildə onun cinayət işində heç bir cinayət tərkibi olmadığı aşkar edilmiş və Müseyib İlyasova ölümündən sonra bəraət verilmişdir. Müseyib İlyasov Seyid Əzim Şirvaninin nəvəsi olam Mir Fazilin müdir olduğu məktəbə müllim təyin edilmiş və 1920-ci ilədək Bakıda,Qubada məktəbdə işləmişdir. 1920-ci ildə Şuşa şəhərində açılan Müəllimlər Seminariyasının dərilmüllimin yaradıcılarından olmuş və 1925-ci ilədə Seminariyanın direktoru olmuşdur.
Qara İlyasov
İlyasov Qara İlyas oğlu (1884, Teymur Müskənli, Qubadlı rayonu – 1928, Ağdam, Ağdam qəzası) — çekist, ictimai xadim. Qara İlyasov 1884-cü ildə Zəngəzur qəzasının Teymur Müskənli kəndində kəndli ailəsində anadan olub. Onun əsl adı İbrahim idi. Bəyin İbrahim adlı oğlu atdan yıxılıb öləndən sonra bəy İlyas kişini yanına cağırmış və ondan oğlunun adını dəyişməsini istəmişdir. Çünki hər dəfə İbrahim adı çəkiləndə bəy öz oğlunu xatırlayırmış. Buna görə də o, İlyas kişini oğlunun adını "Qara" qoymağa məcbur edir. Atası vəfat edəndən sonra Qara anası ilə Şuşaya gəlir. Şuşada rus-tatar məktəbində təhsil alır. Anası rəhmətə gedəndən sonra Bakıya köçür, neft mədənlərində işləyir. Sonra Zəngəzura geri qayıdır və orada meşəbəyi kimi fəaliyyət göstərir.
Rəsul İlyasov
Rəşad İlyasov
Rəşad İlyasov (1 noyabr 1974, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018). Rəşad İlyasov 1974-cü il noyabrın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1981-ci ildən 20 nömrəli orta məktəbdə təhsil almağa başlayıb. Valideynləri musiqiçi olmasa da (atası İlyasov Mirzə Rüstəm oğlu — mühəndis, anası Eyvazova Zərifə Alxas qızı Azərbaycan Dövlət Teleradio şirkətində jurnalist kimi çalışıblar), Rəşadda hələ uşaqlıqdan musiqiyə böyük həvəs olub. Belə bir həvəsin əsas səbəblərindən biri də Rəşadın gözünü açandan daima ətrafında sənətçiləri görməsi olub. Onun xalası — Şəfiqə Eyvazova Azərbaycanın xalq artisti, kaman ustası, dayısı Yasəf Eyvazov isə ud ifaçısıdır. Beləliklə Rəşad orta məktəbdə oxumaqla bərabər 16 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almağa başlayıb. Lakin 1990-cı ildən gənc musiqiçi yeni seçim edir: o, kanon alətində ifa etməyə başlayır. Artıq 90-cı illərdən Rəşad Zeynəb Xanlarova, Nisə Qasımova kimi sənətçilərlə çalışmaşa başlayır. O, "Ümid" ansamblının üzvü olur.
Stanislav İlyasov
İlyasov Stanislav Valentinoviç (d.1953) — V. V. Putinin prezidentliyinin birinci müddətində, Nazirlər Kabinetinə M. M. Kasyanovun rəhbərliyi dövründə, 06.11.2002-ci ildən 09.03 2004-cü ilə qədər Çeçen Respublikasının sosial-iqtisadi inkişafı üzrə icra hakimiyyəti federal idarələri koordinasiya naziri. Dağıstan MSSR də Qızılyar şəhərində anadan olub. Ali təhsilini Leninqrad Elektrotexnika-İnstitutunda elektrik rabitəsi mütəxəssisi ixtisası üzrə alıb (1980). Texniki elmlər doktorudur. Rusiya EA-nın müxbir üzvüdür. 1972–1975-ci illərdə Sovet ordusu sıralarında xidmət edib. 1975-ci ildən Qızılyar paylayıcı elektrik şəbəkələrinin ustası, baş ustası, Zaterecni elektroşəbəkələr müəssisəsinin müdir müavini, "Elektronadzor"un Qızılyar şöbəsinin rəisi, daha sonra Qızılyar şəhər icra hakimiyyətinin sədri olub.1988-1990-ci illərdə "Spese-nerqoremont", Mahaçqalada "Daqenerqo", Pyatiqorskda "Cənub sistemlərarası sistemi" ixtisaslaşdırılmış Təmir İdarəsinin direktoru olub. 1994–1997-ci illərdə "YES Rossiya" Rusiya Səhmdar Cəmiyyətinin Şimali Qafqaz enerji sisteminin baş direktor müavini, baş direktoru olub. 1995-ci ildə RF Dövlət Dumasının ikinci çağırışında irəli sürdüyü namizədliyi uğursuzluqla nəticələnir. 1997-ci ilin may-avqustunda "YES Rossiya" Rusiya Səhmdar Cəmiyyətinin sədr müavini, "Enerqoperetok" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub.
Şükür İlyasov
Ersan İlyasova
Ərsan İlyasova (Əsl adı: Arsen İlyasov; 15 may 1987, Əskişəhər) — Türk Milli Basketbol Komandasının oyunçusudur. Türkiyənin Eskişehir şəhərində dünyaya gələn idmançı, 2003-cü ildə Türkiyə vətəndaşlığına keçirildi. Krımdan Özbəkistana sürgün edilən Krım Tatarı bir ailənin övladıdır. Atası Ənvər İlyasov və anası İraliyə İlyasova Krıma qayıdış yasaqının qalxmasından sonra sürgündən Krıma dönmüşdür. Gənc yaşda qabiliyyəti kəşf edilərək Ülkerspor infrastrukturu tərəfindən yetişdirilməyə başlandı və Türkiyə Vətəndaşlığına keçirildi. Əsl adı Arsen İlyasov olan Ərsan İlyasova 2004–2005 mövsümündə qısa müddətli də olsa Ülkersporda forma geymə şansı qazandıqdan sonra 2005 NBA seçmələrində Milwaukee Bucks tərəfindən otuz altıncı sıradan seçildi. Bir çoxları tərəfindən bir il daha Türkiyə Basketbol Liqasında təcrübə qazanması lazım olduğu şərhi edilmiş olsa da 23 avqust 2005 günü Milwaukee Bucks ilə iki illik müqavilə imzaladı. Ancaq mövsüm başlamadan, təcrübə qazanması məqsədiylə, NBA komandalarının daha çox, gənc oyunçularını yetişdirmək üçün istifadə etdiyi, National Basketball Development League (d-Liqa) komandası Tulsa 66ersə göndərildi. Bu komandada bir mövsümdə oynadığı 46 matçda 12,5 say və 7,0 ribaund ortalamayla oynadı.
Səbinə İlyasova
Səbinə Babaverdi qızı İlyasova — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti 2012.İfa etdiyi mahnıların lent yazıları AzTV-nin Qızıl fondunda qorunub saxlanılır. İlyasova Səbinə Babaverdi qızı 1959-cu il 12 oktyabrda Azərbaycan Respublikası Siyəzən şəhərində ziyalı ailəsində anadan olub. Respublikamızın bütün füsunkar guşələrində qastrol səfərlərində olmuş, hərbi hissələrdə, didərgin düşmüş soydaşlarımızın məskunlaşdığı bölgələrdə, bu cəhətdən uşaq evlərində geniş konsert proqramları ilə iştirak etmişdir. 1986-cı ildə ailə qurmuş və 1 övladı var. 1979–1984-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin "Muğam" sinifini bitirmişdir. Muğam dərslərini əməkdar müəllim, ustad xanəndə Nəriman Əliyevdən almışdır. 1982–1989-cu ilə qədər dünya şöhrətli müğənni, görkəmli sənətkar Rəşid Behbudovun dəvəti ilə Azərbaycan Dövlət mahnı teatrında çalışmışdır. 1980–1991-ci illərdə mərhum sənətkar Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblında fəaliyyət göstərmişdir. 1989–2006-cı illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti olaraq Azərbaycanın milli musiqisini dünyanın müxtəlif ölkələrində ((Almaniya, Türkiyə, Ruminiya, Belçika, Hollandiya, Rusiya, İsveç və s.) uğurla təmsil etmişdir. 1979-cu ildə "Oxu Tar" Respublika müsabiqəsinin qalibi kimi birinci dərəcəli diploma layiq görülmüşdür.
Ərsan İlyasova
Ərsan İlyasova (Əsl adı: Arsen İlyasov; 15 may 1987, Əskişəhər) — Türk Milli Basketbol Komandasının oyunçusudur. Türkiyənin Eskişehir şəhərində dünyaya gələn idmançı, 2003-cü ildə Türkiyə vətəndaşlığına keçirildi. Krımdan Özbəkistana sürgün edilən Krım Tatarı bir ailənin övladıdır. Atası Ənvər İlyasov və anası İraliyə İlyasova Krıma qayıdış yasaqının qalxmasından sonra sürgündən Krıma dönmüşdür. Gənc yaşda qabiliyyəti kəşf edilərək Ülkerspor infrastrukturu tərəfindən yetişdirilməyə başlandı və Türkiyə Vətəndaşlığına keçirildi. Əsl adı Arsen İlyasov olan Ərsan İlyasova 2004–2005 mövsümündə qısa müddətli də olsa Ülkersporda forma geymə şansı qazandıqdan sonra 2005 NBA seçmələrində Milwaukee Bucks tərəfindən otuz altıncı sıradan seçildi. Bir çoxları tərəfindən bir il daha Türkiyə Basketbol Liqasında təcrübə qazanması lazım olduğu şərhi edilmiş olsa da 23 avqust 2005 günü Milwaukee Bucks ilə iki illik müqavilə imzaladı. Ancaq mövsüm başlamadan, təcrübə qazanması məqsədiylə, NBA komandalarının daha çox, gənc oyunçularını yetişdirmək üçün istifadə etdiyi, National Basketball Development League (d-Liqa) komandası Tulsa 66ersə göndərildi. Bu komandada bir mövsümdə oynadığı 46 matçda 12,5 say və 7,0 ribaund ortalamayla oynadı.

"ilyasov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ilyasov nədir? #ilyasov sözünün mənası #ilyasov nə deməkdir? #ilyasov sözünün izahı #ilyasov sözünün yazılışı #ilyasov necə yazılır? #ilyasov sözünün düzgün yazılışı #ilyasov leksik mənası #ilyasov sözünün sinonimi #ilyasov sözünün yaxın mənalı sözlər #ilyasov sözünün əks mənası #ilyasov sözünün etimologiyası #ilyasov sözünün orfoqrafiyası #ilyasov rusca #ilyasov inglisça #ilyasov fransızca #ilyasov sözünün istifadəsi #sözlük