İmamv sözü azərbaycan dilində

İmamv

Yazılış

  • İmamv • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Asiman İmamverdiyev
Asiman Mehman oğlu İmamverdiyev (2 avqust 1988; Gəncə, Azərbaycan SSR — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi veteranı. == Həyatı == Asiman İmamverdiyev 1988-ci il avqustun 2-də Gəncə şəhərində anadan olub. == Hərbi xidməti == Asiman İmamverdiyev 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Birinci İmamverdili
İmamverdili (əvvəlki adı: Birinci İmamverdili) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Bünyadlı kənd Sovetinin Birinci İmamverdili kəndi İmamverdili kəndi adlandırılmış və Qaralılar kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun İmamverdili kəndi Qaralılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İmamverdili kənd Soveti yaradılmışdır. == Toponimikası == Keçən əsrin 90-cı illərinədək rayonun ərazisində Birinci və İkinci İmamverdili adı ilə iki kənd olmuşdur. 1991-ci ildən İkinci İmamverdili kəndi Qaralılar adı ilə rəsmiləşdirildikdən sonra Birinci İmamverdili kəndi də İmamverdili adlandırılmışdı. Yaşayış məntəqələri imamverdili nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Bakıdan 308 km məsafədə, rayon mərkəzindən 38 km şimal-şərqdə, Mil düzündə yerləşir. Şimaldan, şimal-şərqdən, şərqdən və cənub-şərqdən İmişli rayonu ilə, cənub-qərbdən və qərbdən Gödəklər, qərbdən Qaralılar kəndləri ilə həmsərhəddir. Sahəsi 973 ha-dır.
Cavid İmamverdiyev
Cavid İmamverdiyev (rejissor) — Azərbaycan rejissoru. Cavid İmamverdiyev (futbolçu) — yarımmüdafiəçi futbolçu.
Cavid İmamverdiyev (futbolçu)
Cavid İmamverdiyev — Futbol üzrə Azərbaycan yığmasının və Kəpəz futbol klububun yarımmüdafiəçisi. == Həyatı == Cavid Əbdürəhman oğlu İmamverdiyev 8 yanvar 1990-cı ildə Şəmkir rayonunda anadan olub.
Cavid İmamverdiyev (rejissor)
Cavid Sudeyf oğlu İmamverdiyev — Azərbaycan rejissoru, "Tərəqqi" medalı laureatı (2016). Azərbaycan Dövlət Akademik Musiqili Teatrının baş rejissoru == Həyatı == Cavid Sudeyf oğlu İmamverdiyev 1972-ci ildə ]]Bakı şəhəri]]ndə anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Gənc yaşlarından mətbuatda fəal iştirak edən Cavid İmamverdiyev “Bakılı oğlanlar” komandasının yaradıcılarından biri olmuş, 1991-ci ildən BŞ ŞHK-nun baş inzibatçısı vəzifəsində işləmişdir. 1992-ci ildə “Bakılı oğlanlar” komandasının tərkibində ŞHK-nun çempionu, 1995-ci ildə Çempionlar Kubokunun sahibi və 2000-ci ildə XX əsrin çempionu adına layiq görülmüşdür. 1993-1995-ci illər ərzində “Kim? Nə? Harada?” («Что? Где? Когда?»), “Breyn-rinq” və “İlk baxışdan məhəbbət” («Любовь с первого взгляда») verilişlərinin istehsalçısı olan Rusiyanın “Oyun” Teleşirkətində icraçı prodüser vəzifəsində işləmişdir.
Elnur İmamverdiyev
Elnur Vəfadar oğlu İmamverdiyev — (01.09.2001; Carlı, Kürdəmir, Azərbaycan — 25.10.2020; ?, Azərbaycan) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur İmamverdiyev 1 sentyabr 2001-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olmuşdur. == İkinci Qarabağ müharibəsində iştirakı == Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elnur İmamverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın 25-də qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Elnur İmamverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elnur İmamverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Nazim İmamverdiyev
Nazim İmamverdiyev — geologiya-mineralogiya elmləri doktoru, Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının professorudur. == Həyatı == Nazim Əjdər oğlu İmamverdiyev 1959-cu il fevralın 17-də Tovuz rayonunun Dondar kəndində anadan olmuşdur. Tovuz rayonunun Sarıtala orta məktəbini 1975-ci ildə əla qiymətlərlə bitirən Nazim İmamverdiyev 1975-ci ildə o vaxtlar Heydər Əliyev tərəfindən Rusiyanın başqa şəhərlərinə oxumağa göndərilən yüzlərlə tələbənin biri olmuşdur. 1980-ci ildə Moskva Dövlət Universitetinin Geologiya fakultəsini "Geokimya" ixtisası üzrə müvəffəqiyyətlə bitirən Nazim İmamverdiyev təyinatla Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1980-1989-cu illərdə bu institutda o mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır. AMEA Geologiya İnstitutunun gənc alimlər və mütəxəssislər şurasının sədri olmuşdur. == Elm və fəaliyyəti == Nazim İmamverdiyev birinci dəfə olaraq respublikada ən cavan yaşlı vulkanitlərin geokimyasını və petrologiyasını öyrənmiş və 1989-cu ilin əvvəlində "Kəlbəcər törəmə çökəkliyinin gecorogen vulkanizminin petrologiyası və geokimyası" mövzusunda namizədlik dissertasiyasını müvəffiqiyyətlə müdafiə etmişdir. Dissertasiyanı müvəffəqiyyətlə müdafiə edən Nazim İmamverdiyevi Bakı Dövlət Universitetinə işə dəvət edilmişdir. N.İmamverdiyev 1989-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinə elmi işçi vəzifəsinə götürülmüşdür. 1994-cü ildə baş elmi işçi, 1995-1997-ci illərdə Geologiya fakültəsində baş müəllim, 1997-ci ildən 2004-cü ilə kimi dosent, 2004-cü ildən hal-hazıra kimi professor vəzifəsində çalışır.
Nicat İmamverdiyev
Nicat Məhərrəm oğlu İmamverdiyev (19 fevral 2002; Şəki, Azərbaycan — 21 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əli İbrahimov 19 fevral 1995-ci ildə Şəkidə dünyaya gəlib. Ailənin tək övladi olub. 2001-ci ildə Şəki şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2010-cu ildə həmin məktəbin 9-cu sinfini bitirib. Elə həmin il Şəki şəhər 1 saylı Texniki Peşə məktəbinə qəbul olub və 2013-cü ildə həmin məktəbi elektrik qaz qaynaqçısı ixtisası üzrə bitirib. Həmin məktəbdə oxuyan zaman paralel olaraq avtomobil təmiri sexində usta köməkçisi kimi çalışıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Nicat İmamverdiyev Talış Madagizin azad edilməsində savaşıb. 14 oktyabr 2020-ci ildə Tərtər istiqamətində şəhid olub. Şəkinin "Yuxarıbaş" qəbiristanlığında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat İmamverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat İmamverdiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nicat İmamverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Qabil İmamverdiyev
Qabil Allahverdi oğlu İmamverdiyev (12 avqust 1926 - 4 aprel 2007) — Azərbaycan Respublikasının xalq şairi (1992), 1949-cu ildən AYİ-nin üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1976). == Həyatı == Qabil İmamverdiyev 12 avqust 1926-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun nəzdində olan hazırlıq kursunda orta təhsil alıb, institutun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur (1944–1948). Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik ali ədəbiyyat kurslarında müdavim olmuşdur. "Ədəbiyyat və incəsənət" qəzetində poeziya şöbəsinin müdiri, "Azərbaycan" jurnalı redaksiyasında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini (1975–1979) vəzifələrində işləmişdir. AYB Ağsaqqallar Şurasının sədri olmuşdur. Qabil 4 aprel 2007-ci ildə Bakıda vəfat etmişdir. 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir. 2016-cı ildə "Palmali" Şirkətlər Qrupu tərəfindən 7100 tonluq neft tankerinə adı verilmişdir — "POET QABİL". 2017-ci ildə isə bu tankerə sahib çıxan Azərbaycan Dövlət Neft Şirkətinin qərarı ilə bu ad gəmidən silinmişdir.
Qəmər İmamverdiyeva
Qəmər İmamverdiyeva (1922, Gəncə – 2011, Gəncə) - "Qəhrəman Ana" fəxri adı, "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalıilə təltif edilmişdir. == Həyatı == Qəmər İmamverdiyeva 1922 ci ildə Gəncə Şəhərində anadan olmuşdur. Atası Məhəmməd kişi Təbrizdən olduğu üçün 1930 cu illərdə atası və iki bacısı İrana, Təbrizə departasya olumuşlar. Qəmər İmamverdiyeva və anası Fatma, bacısı Humay və balaca olan qardaşı Qəzənfər Gəncədə qalmalı olmuşlar. 1936 cı ildə Əli İmamverdiyevlə evlənmişdir. 2011 ci ildə Gəncədə vəfat etmişdir.
Sudeif İmamverdiyev
Sudeif Bəşir oğlu İmamverdiyev (2 iyul 1938, Astara) — Türk Ağsaqqalları Birliyinin sədri AMEA-nın müxbir üzvü (2001), uroloq, tibb elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, keçmiş Milli Məclis Deputatı (1995–2005) == Həyatı == Sudeif İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində müəllim ailəsində anadan olmuşdur. Astarada orta məktəbin rus bölməsini bitirərək, 1956-nı ildə N. Nərimanov adına ATI-nin müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində o, cərrahiyyə sahəsində elmi işlə məşğul olmuş və ona görə mükafatlandırılmışdır. 1968-ci ildə Bakıda "Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvləricin şişlərində limfoqrafiya və sümükdaxili canaq fleboqrafiyasının rolu" mövzusunda namizədlik, 1974-cü ildə isə (36 yaşında) Moskvada "Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hər iki dissertasiyada o dövrlər üçün ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub və tibbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1975-ci ilin yanvarından tibb elmləri doktoru S. İmamverdiyev Azərbaycana qayıdır. Vətənə qayıdandan sonra yenə də, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayır və Tibb İnstitutunda urologiya kafedrasının açılması ücün çalışır. 1975-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb İnstitutunda urologiya kafedrası açılır. 1976-nı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsində çalışır.Onun elmi-pedoqoji fəaliyyəti çoxşaxəli və genişdir.
Sudeyf İmamverdiyev
Sudeif Bəşir oğlu İmamverdiyev (2 iyul 1938, Astara) — Türk Ağsaqqalları Birliyinin sədri AMEA-nın müxbir üzvü (2001), uroloq, tibb elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, keçmiş Milli Məclis Deputatı (1995–2005) == Həyatı == Sudeif İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində müəllim ailəsində anadan olmuşdur. Astarada orta məktəbin rus bölməsini bitirərək, 1956-nı ildə N. Nərimanov adına ATI-nin müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində o, cərrahiyyə sahəsində elmi işlə məşğul olmuş və ona görə mükafatlandırılmışdır. 1968-ci ildə Bakıda "Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvləricin şişlərində limfoqrafiya və sümükdaxili canaq fleboqrafiyasının rolu" mövzusunda namizədlik, 1974-cü ildə isə (36 yaşında) Moskvada "Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hər iki dissertasiyada o dövrlər üçün ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub və tibbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1975-ci ilin yanvarından tibb elmləri doktoru S. İmamverdiyev Azərbaycana qayıdır. Vətənə qayıdandan sonra yenə də, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayır və Tibb İnstitutunda urologiya kafedrasının açılması ücün çalışır. 1975-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb İnstitutunda urologiya kafedrası açılır. 1976-nı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsində çalışır.Onun elmi-pedoqoji fəaliyyəti çoxşaxəli və genişdir.
Sudeyif İmamverdiyev
Sudeif Bəşir oğlu İmamverdiyev (2 iyul 1938, Astara) — Türk Ağsaqqalları Birliyinin sədri AMEA-nın müxbir üzvü (2001), uroloq, tibb elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, məşhur "91"-lər sırasında olaraq Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, keçmiş Milli Məclis Deputatı (1995–2005) == Həyatı == Sudeif İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində müəllim ailəsində anadan olmuşdur. Astarada orta məktəbin rus bölməsini bitirərək, 1956-nı ildə N. Nərimanov adına ATI-nin müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olmuş və 1962-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində o, cərrahiyyə sahəsində elmi işlə məşğul olmuş və ona görə mükafatlandırılmışdır. 1968-ci ildə Bakıda "Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvləricin şişlərində limfoqrafiya və sümükdaxili canaq fleboqrafiyasının rolu" mövzusunda namizədlik, 1974-cü ildə isə (36 yaşında) Moskvada "Hər iki böyrək arteriyasının xəstəliyi zamanı vazorenal hipertoniyanın cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hər iki dissertasiyada o dövrlər üçün ən yeni diaqnostika və müalicə üsulları tətbiq olunub və tibbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1975-ci ilin yanvarından tibb elmləri doktoru S. İmamverdiyev Azərbaycana qayıdır. Vətənə qayıdandan sonra yenə də, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayır və Tibb İnstitutunda urologiya kafedrasının açılması ücün çalışır. 1975-ci ildə onun təşəbbüsü və səyləri nəticəsində Azərbaycan Tibb İnstitutunda urologiya kafedrası açılır. 1976-nı ildə Urologiya kafedrasının dosenti, 1977-ci ildə professoru, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsində çalışır.Onun elmi-pedoqoji fəaliyyəti çoxşaxəli və genişdir.
Səyad İmamverdiyev
Səyad Əli oğlu İmamverdiyev (digər adı Rizvan İmamverdiyev) 1 dekabr 2017 “Azərbaycan Respublikasının Əməkdar Məşqçisi” Əli İmamverdiyevin oğludur. 1963 cü ildə Gəncə şəhərində doğulmuşdur. Gəncə şəhəri 34 nömrəli tam orta məktəb idman müəllimi işləyir.
Yadigar İmamverdiyev
Yadigar İmamverdiyev — texnika elmləri doktoru, Azərbaycan Texniki Universitetində kafedra müdiri. Azərbaycanda ilk dəfə E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi üçün modellər işləmişdir. İKT sahəsində dərc olunmuş ən yaxşı elmi işlərə görə "3-cü birgə İKT üzrə mükafat müsabiqəsi"nin qalibi olmuşdur. == Həyatı == Yadigar Nəsib oğlu İmamverdiyev 1964-cü ildə anadan olmuşdur. 1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsini bitirmişdir. 1989–1997-ci illərdə müxtəlif tədris müəssisələrində riyaziyyat və informatika müəllimi vəzifəsində işləmişdir. 1998-ci ildə Azərbaycan Elmlər Akademiyası İnformasiya-Telekommunikasiya Elmi Mərkəzinə işə qəbul edilmiş və kompüter şəbəkələrində informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə məşğul olmağa başlamışdır. 2011–2012-ci illərdə Cənubi Koreyanın Yonsei Universitetində (Yonsei Univiversity, South Korea) elmi fəaliyyətlə məşğul olmuşdur. Hazırda Azərbaycanda e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi, biometrik texnologiyalar, sosial şəbəkələr, risklərin qiymətləndirilməsi sahəsində tədqiqatlar aparır. == Elmi fəaliyyəti == 2006-cı ildə "Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün üsul və alqoritmlərin işlənməsi" mövzusu üzrə dissertasiya işini müdafiə etmiş, 05.13.01 — Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə texnika elmləri namizədi adını almışdır.
İkinci İmamverdili
Qaralılar (əvvəlki adı: İkinci İmamverdili) — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Beyləqan rayonunun Bünyadlı kənd Sovetinin İkinci İmamverdili kəndi Qaralılar kəndi adlandırılmış və Bünyadlı kənd Sovetinin tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaralılar kənd Soveti yaradılmışdır. == Toponimikası == XX əsrin 90-cı illərinədək rayonun ərazisində Birinci və İkinci İmamverdili adı ilə iki kənd olmuşdur. 1991-ci ildən İkinci İmamverdili kəndi Qaralılar adı ilə rəsmiləşdirildikdən sonra Birinci İmamverdili kəndi də İmamverdili adlandırılmışdır. Yaşayış məntəqələri imamverdili nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir.
İmamverdi Bağırov
İmamverdi Salman oğlu Bağırov (23 dekabr 1913 – 6 may 1985) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1964). == Həyatı == Daha çox dramatik xarakterli aktyor kimi formalaşmış İmamverdi Salman oğlu Bağırov 23 dekabr 1913-cü ildə Bakıda doğulub. Yeddillik təhsil alıb. Müxtəlif dram dərnəklərində çıxış edən gənc teatr həvəskarı 1929-cu ildə yeni yaradılan İşçi Uşaq Teatrının (bugünkü GTT) truppasına götürülüb. Müxtəlif vaxtlarda İrəvan Dövlət Azərbaycan Teatrında (1930 - 1932), Milli Dram Teatrında (1934 və 1942 - 1954) aktyorluq edib. Burada Paris ("Romeo və Cülyetta", Vilyam Şekspir), Kərim, Təlxək ("Dağılan tifaq" və "Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Toğrul ("Od gəlini", Cəfər Cabbarlı), İlya ("Cehizsiz qız", Aleksandr Ostrovski), Əli bəy ("Vaqif", Səməd Vurğun) kimi maraqlı rollarda səhnəyə çıxıb. İmamverdi Bağırov daxilən rahatsız idi və müxtəlif yeni kollektivlərdə işləməyi xoşlayıb. O, Qazax (1938) və Quba (1939) Kolxoz və Sovxoz Teatrında aktyor və rejissor kimi çalışıb. 1954-1956-cı illərdə Soltan Dadaşovun yaratdığı və dövlət statusu olmayan Musiqili Komediya Teatrında rollar oynayıb. 1956-cı ildə teatr dövlət müəssisəsi kimi yenidən fəaliyyətə başlayanda onun truppasının aparıcı aktyorlarından biri də İmamverdi Bağırov idi.
İmamverdi Həmidov
İmamverdi Yavər oğlu Həmidov (1 yanvar 1941, Bala Kolatan, Masallı rayonu) — Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor, filologiya elmləri doktoru. == Həyatı == İmamverdi Həmidov 1941-ci il yanvarın 1-də Azərbaycan Respublikası Masallı rayonunun Bala Kolatan kəndində anadan olmuşdur. == Ümumi təhsili == İbtidai, yeddiillik və orta təhsilini müvafiq olaraq rayonun Bala Kolatan, Böyük Kolatan və Bədəlan kənd məktəblərində almışdır. == İxtisas, ali və elmi təhsili == 1957-1959-cu illərdə Bakı Statistika Texnikumunda oxumuş və iqtisadçı ixtisası üzrə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində oxumuş və oranı filoloq, ərəb dili tərcüməçisi, ərəb və Azərbaycan dili müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1966-cı ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1967-ci ildə Sovet İttifaqı Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun (Moskva şəhəri) aspiranturasına keçirilmişdir. 1967-1968-ci illərdə Həmin institutun aspirantı olmuşdur. == Əmək fəaliyyəti == 1959-1960-cı illərdə Masallı rayonunun Qodman kəndindəki kolxozda iqtisadçı vəzifəsində işləmişdir. 1969-1973- Azərbaycan Elmlər Akademiyası Ədəbiyyat institutunun böyük elmi işçisi 1973-1976– Ədəbiyyat İnstitutunun elmi katibi 1980–1985– Ədəbiyyat institutunda böyük elmi işçi.
İmamverdi Məhəmmədhəsənov
İmamverdi Məhəmmədhəsənov (İmamverdi Kəlbi oğlu Məhəmmədhəsənov; 25 oktyabr 1925, Qızılağac – 4 sentyabr 1999, Cambul vilayəti) — kolxozçu, Sosialist Əməyi Qəhrəmanı (1948). == Bioqrafiyası == İmamverdi Məhəmmədhəsənov 25 oktyabr 1925-ci ildə Azərbaycan SSR-in Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1937-ci ildə valideynləri ilə birlikdə Qazaxıstan SSR-in Cambul vilayətinə sürgün olunub. 1943-cü ildə Cambul vilayətinin "Jana Jol" ("Yeni yol") kolxozunda çalışıb. Elə həmin il Sovet Ordusu sıralarına çağrılıb. Böyük Vətən müharibəsində iştirak edib. Demobilizasiyadan sonra kolxoza qayıdıb. 1946-cı ildə çuğundur əkin briqadasının rəhbəri təyin edilib. 1947-ci ildə İmamverdi Məmmədhəsənovun rəhbərliyindəki çuğundurbecərmə məntəqəsi 4 hektarlıq ərazidən 616 sentner şəkər çuğunduru toplayıb, ayrıca 2 hektarlıq ərazidən isə 813 sentner şəkər çuğunduru toplayıb. Bu şücaətinə görə 22 yaşında ikən SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən 1948-ci il martın 28-də İmamverdi Məmmədhəsənov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
İmamverdi Qəmbərov
Qəmbərоv İmamverdi Əlibala оğlu (1932–1984) — Azərbaycan jurnalisti, tərcüməçi, ensiklоpediyaçı. Bakıda fəhlə ailəsində dоğulmuş, оrta məktəbi, Azərbaycan Dövlət Universiteti filоlоgiya fakültəsinin jurnalistika şöbəsini bitirmiş, əmək fəaliyyətinə mətbuatdan başlamışdır. 1955-ci ildən "Sоsializm tarlaçısı" (Cəlilabad rayоnu), "Azərbaycan bədən tərbiyəçisi", "İdman" qəzetlərində məsul katib, tərcüməçi, ədə- bi işçi vəzifələrində işləmişdir. 1967–1984-cü illərdə Azərbaycan Sоvet Ensiklоpediyasının Baş redaksiyasında elmi redaktоr, böyük elmi redaktоr və elmi sahə redaksiyasının müdiri vəzifələrində çalışmışdır. Çоxlu sayda elmi-publisistik, ensiklоpedik məqalənin və tərcümənin müəllifidir. Q. eyni zamanda klassik ədəbiyyatın qəzəl və rübai canrlarında şerlərin müəllifi, şətrənc (şahmat) оyunlarının qabil nəzəriyyəçilərindən biri idi.
İmamverdi İsmayılov
İmamverdi İsmayılov (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı. İmamverdi İsmayılov (kapitan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi.
İmamverdi İsmayılov (kapitan)
İmamverdi Yoloğlu oğlu İsmayılov (1 may 1989; Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan SSR - 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmamverdi İsmayılov 1989-cu il mayın 1-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. 1996-2004-cü illərdə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində, 2004-2007-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsilini davam etdirib. Ailəli idi. İki oğlu yadigar qaldı. == Hərbi xidməti == İmamverdi İsmayılov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət edib. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N” saylı hərbi hissəsində “kapitan” hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan İmamverdi İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
İmamverdi İsmayılov (siyasətçi)
İmamverdi İbiş oğlu İsmayılov (10 iyun 1958; Zəngilan rayonu, Azərbaycan SSR) — azərbaycanlı dövlət xadimi, Azərbaycan Milli Məclisinin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı çağırış deputatı. == Həyatı == İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənədli kəndində anadan olub.S. Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika bölməsinndə və Sosial İdarəetmə və Politologiya İnstitutunda təhsil alıb. Rus və ingilis dillərini bilir. Ailəlidir. 3 övladı var. == Fəaliyyəti == İmamverdi İsmayılov 1980–1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, 1987–1990-cı illərdə Azərbaycan Televiziyasında, 1990–1992-ci illərdə isə "Kirpi" satira jurnalında çalışıb. === Siyasi fəaliyyəti === İmamverdi İsmayılov 24 noyabr 1995-ci ildən Milli Məclisiin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı çağırış deputatı olub.Milli Məclisin 1995–2000-ci illərdə Sosial siyasət Daimi Komissiyasının üzvü, 2000–2005-ci illərdə İnsan hüquqları Daimi Komissiyasının üzvü, 2005–2010-cu illərdə Mədəniyyət məsələləri Daimi Komisiyyasının üzvü, 2010–2020-ci illərdə Mədəniyyət Komitəsinin üzvü olub. 2020-ci ildən isə İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvüdür.İmamverdi İsmayılov Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür. İmamverdi İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyun 2018-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif olunub.
İmamverdi Əbilov
İmamverdi Xankişi oğlu Əbilov (19 dekabr 1927, Züd-Ost Qoltuq, Neftçala rayonu – 9 aprel 2016, Neftçala rayonu) — azərbaycanlı ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == İmamverdi Xankişi oğlu Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olmuşdur. Buzovna pedaqoji məktəbini, ADU-nun filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə balıq vətəgələlərində başlamış, 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışmışdır. 1953-cü ildən Neftçala şəhər 1 saylı orta məktəbinin ədəbiyyat müəllimi olub. Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilmişdir. Azərbaycan müəllimlərinin ilk qurultayından (1946) başlayaraq bütün qurultaylarında nümayəndə olmuşdur. Bilik Cəmiyyətinin Azərbaycanda ilk üzvlərindən olmuş, cəmiyyətin 1964-cü ildə keçirilən 3-cü, 1968-ci ildə isə 4-cü qurultayında nümayəndə seçilmiş, çıxış etmişdir. 1988-ci ildə Moskvada keçirilən Ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə Pedaqoji Cəmiyyətlərin 1-ci qurultayında (Moskva) nümayəndə olmuşdur. Azərbaycan Ağsaqqallarının 1-ci təsis və sonrakı qurultaylarında və Türk Yazarlarının 3-cü qurultayında (1996) nümayəndə olmuşdur.
İmamverdi Əliyev
İmamverdi Əliyev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == İmamverdi Barat oğlu Əliyev 1 oktyabr 1950-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olmuşdur. 1969-cu ildə Xəlfəli kənd tam orta məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra İmişli rayonu Hərbi Komissarlığının göndərişi ilə Saatlı rayonunda sürücülük kursunu bitirmişdir. 1970-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 1972-ci ildə ordudan tərxis olunduqdan sonra Bakı şəhəri Yasamal rayonunun Daxili İşlər Şöbəsində sürücü-milis nəfəri kimi işə başlayıb, oxumaq arzusu ilə 1973–1977-ci illərdə Bakı Mailyyə-Kredit Texnikumunda təhsil almışdır. Sonra Azərbaycan Nəqliyyat milisinin Bakı xətt milisində işləmişdir. Zabit rütbəsi ilə 1980-ci ildə İmişli rayon DİŞ-də mühafizə bölməsində baş inspektor vəzifəsində çalışıb. 1987-ci ildən İmişli rayonunda qanunçuluğun keşiyində durub. == Döyüşlərdə iştirakı == Daha sonra məlum Qarabağ hadisələri başladı.

"imamv" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#imamv nədir? #imamv sözünün mənası #imamv nə deməkdir? #imamv sözünün izahı #imamv sözünün yazılışı #imamv necə yazılır? #imamv sözünün düzgün yazılışı #imamv leksik mənası #imamv sözünün sinonimi #imamv sözünün yaxın mənalı sözlər #imamv sözünün əks mənası #imamv sözünün etimologiyası #imamv sözünün orfoqrafiyası #imamv rusca #imamv inglisça #imamv fransızca #imamv sözünün istifadəsi #sözlük