Tragelaphus imberbis
Kiçik kudu (lat. Tragelaphus imberbis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin meşə antilopu cinsinə aid heyvan növü.
== Yayılması ==
Afrikanın hər yerində rast gəlinən böyük kududan fərqli olaraq, kiçik kudu çox da böyük olmayan ərazilərdə, — Tanzaniya, Keniya, Efiopiya və Somalinin bir hissəsində yaşayır. 1967-ci ildə gözlənilmədən kiçik kuduya Ərəbistan yarımadasında, daha doğrusu Yəməndə rast gəlindi.