immunitet sözü azərbaycan dilində

immunitet

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • immunitet • 89.9417%
  • İmmunitet • 10.0583%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İmmunitet
İmmunitet — orqanizmə düşmüş hər hansı bir yad toxumaya, yad cismə qarşı mübarizə reaksiyasının yaranmasıdır. Yad cisim orqanizmə düşəndə onu həm faqositlər, həm də qanda yaranan zülal mənşəli xüsusi maddələr (anticisimlər) məhv edir == Ümumi məlumat == İmmunoloji müdafiə şərti olaraq 2 kateqoriyada təsnifləşdirilir: anadangəlmə qazanılmışAnadangəlmə yaxud qeyri spesifik (təbii, qeyri-adaptiv) immun sistemi orqanizmin bioloji aqressiyadan qorunmsanın ilkin mərhələsini təşkil edir. Anadangəlmə immun sisteminin kompanentləri insan və heyvan anadan doğularkən orqanizmdə hazır şəkildə mövcud olur və onlar tərəfindən antigenə qarşı mübarizə tez bir zamanda, heç bir hazırlığa ehtiyac olmadan baş verir. Adaptiv yaxud qazanılmış immun sistemi (spesifik) müdafiənin sonrakı mərhələsini təşkil edir. Qazanılmış immun sistemi limfositlər tərəfindən orqanizmin ontonogezində fərdi inkişafı dövründə formalaşır. O anadangəlmə immun sitemindən yüksək spesifikliyə və yaddaşa malik olmasına görə fərqlənir. Bu zaman orqanizmə daxil olmuş hər bir antigenin özünə qarşı xüsusi immunoloji cavab reaksiyaları yaradılır. Antigenlə qarşılaşma immun sisteminin yaddaşında saxlanılır və antigenlə ikinci dəfə qarşılaşma olarsa ona qarşı daha güclü müdafiə təşkil olnunur. Ondan fərqli olaraq anadangəlmə immun sistemində hüceyrələr hər bir antigen molekulunu yox, yad molekullar qrupunu ayırd edə bilir. == İmmunologiyanın inkişaf tarixi == İmmunitet haqqında olan fikirlər min ilərdir ki, bəşəriyyətin diqqətini cəlb etmişdir.
Antiparazitar immunitet
Diplomatik immunitet
Diplomatik immunitet — xarici diplomatik nümayəndəliklərə, onların personalına və beynəlxalq hüquqa əsasən nümayəndəlik yerləşən dövlətin ərazisində müdafiədən istifadə edən digər şəxslərə verilən xüsusi imtiyaz, hüquq və güzəştlərin məcmusu. Diplomatik immunitet beynəlxalq hüququn ümumi qaydasından (hər bir suveren dövlət öz sərhədləri daxilində burada olan insanlar və əşyalar üzərində yurisdiksiyasını həyata keçirir) istisnadır. Müasir mənada diplomatik immunitet 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında təsbit olunmuşdur. Diplomatik immunitet konsepsiyasının əksər prinsipləri hazırda adət hüququ kimi tətbiq olunur. Müvafiq konsepsiya dövlətlərarası əlaqələrin, xüsusilə də siyasi qarşıdurmalar və silahlı münaqişələr dövründə qorunub saxlanması məqsədilə inkişaf etdirilmişdir. Formal olaraq dövlətin suverenliyini təmsil edən diplomatlara qəbul edən dövlətin başçısı tərəfindən diplomatın öz vəzifələrini effektiv icra etməsi üçün müəyyən imtiyaz və üstünlüklər verilir. Əksər ədəbiyyatlarda bütün immunitet və imtiyazlar iki qrupa bölünür: dövlətin orqanı kimi diplomatik nümayəndəliyin immunitet və imtiyazları; şəxsi immunitet və imtiyazlar.Diplomatik nümayəndəliyin immunitet və imtiyazlarına nümayəndəliyin binasının toxunulmazlığı, avadanlıq və nəqliyyat vasitələrinin toxunulmazlığı, arxiv və sənədlərin toxunulmazlığı, vergi imtiyazları, gömrük imtiyazları və akkreditiv dövlətin bayraq və rəmzlərindən istifadə etmək hüququ daxildir. Şəxsi immunitet və imtiyazlara isə əsasən şəxsi toxunulmazlıq, iqamətgahın, şəxsi kağız və yazışmaların, əmlakın toxunulmazlığı, yurisdiksiyadan immunitet, vergi və rüsumlardan azad edilmə, gömrük imtiyazları aiddir. == Diplomatik immunitetin nəzəri əsaslandırılması == Diplomatiya hüququnun tarixi inkişafı mərhələlərinə uyğun olaraq, ayrı-ayrı hüquqşünaslar tərəfindən diplomatik immunitetlərin əsaslandırılması üçün 15-ə yaxın müxtəlif nəzəriyyə irəli sürülmüşdür. Onlardan əsasən üçü doktrinalarda geniş əks olunmuşdur.
BMT-nin immunitet və imtiyazları haqqında Konvensiya
BMT-nin immunitet və imtiyazları haqqında Konvensiya — BMT Baş Assambleyası tərəfindən 13 fevral 1946-cı ildə qəbul edilib. Bəzən Nyu-York Konvensiyası da adlandırılır. == Tarixi == 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılması müasir diplomatiya hüququnun proqressiv inkişafı yolunda mühüm təkan oldu. Belə ki, 1946 və 1947-ci illərdə BMT iki konvensiya qəbul etdi; BMT-nin immunitet və imtiyazları haqqında Konvensiya və BMT-nin ixtisaslaşdırılmış qurumlarının immunitet və imtiyazları haqqında Konvensiya. Hər iki konvensiya müasir diplomatiya hüququnda immunitet və imtiyaz institutunun inkişafına mühüm töhfə idi. == Haqqında == 1946-cı il Konvensiyasında qeyd olunduğu kimi, bu konvensiyanın işlənib hazırlanmasının hüquqi əsasını Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 104-105-ci maddələri təşkil edir. Bu maddələrdə deyilir ki, təşkilat onun üzvlərinin hər birinin ərazisində funksiyalarının yerinə yetirilməsi və məqsədlərinə çatması üçün vacib olan hüquq qabiliyyətindən istifadə edir. Bununla yanaşı, BMT Nizamnaməsində qeyd olunur ki, öz funksiyalarının həyata keçirilməsinin vacibliyi ilə təşkilatın özünə verilən immunitet və imtiyazların həcmi, təşkilat üzvlərinin nümayəndələrinin və təşkilatın vəzifəli şəxslərinin funksiyalarının səmərəli həyata keçirilməsinin vacibliyi ilə onlara verilən immunitet və imtiyazların həcmi müəyyən olunur. Başqa sözlə ifadə etsək, BMT rejiminin, onun üzvlərinin nümayəndələrinin və onun vəzifəli şəxslərinin rejiminin əsasında funksional zərurət nəzəriyyəsi durur. BMT-nin immunitet və imtiyazları haqqında 1946-cı il Konvensiyası (Ümumi Konvensiya) 36 bölməni əhatə edən 9 maddədən ibarətdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.49 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 ••• 1.57
2004 ••• 1.68
2005 •••• 2.02
2006 •••• 2.25
2007 0.21
2009 •• 1.12
2010 •• 0.73
2011 •• 1.03
2012 •••• 2.41
2013 •••• 1.90
2014 •••••••• 4.46
2015 ••• 1.53
2016 ••• 1.56
2017 •••• 2.44
2018 •••• 2.25
2019 ••••• 2.92
2020 •••••••••••••••••••• 12.47

immunitet sözünün leksik mənası və izahı

immunitet sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. иммунитет: 1. мед. невосприимчивость организма к заразным болезням или ядам. Anadangəlmə immunitet врожденный иммунитет, qazanılmış immunitet приобретённый иммунитет 2. бот. невосприимчивость растений к возбудителям болезней и вредителям, а также к продуктам их жизнедеятельности 3. неприкосновенность, представленная лицам, занимающим особое положение в государстве. Deputat immuniteti депутатский иммунитет, diplomatik immunitet дипломатический иммунитет

    Azərbaycanca-rusca lüğət / immunitet

immunitet sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. tib., biol. immunity; təbii ~ natural immunity; (həyatda) qazanılmış ~ acquired immunity; 2. hüq. (toxunulmazlıq): deputat ~i immunity of a deputy; diplomatik ~ diplomatic immunity

    Azərbaycanca-ingiliscə lüğət / immunitet

immunitet sözünün fransız dilinə tərcüməsi

immunitet sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [latıncadan.] мед. биол. иммунитет (организмдин садахъай масадахъ галукьдай азаррин хура акъвазиз хьунин алакьун).

    Azərbaycanca-ləzgicə lüğəti / immunitet

"immunitet" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#immunitet nədir? #immunitet sözünün mənası #immunitet nə deməkdir? #immunitet sözünün izahı #immunitet sözünün yazılışı #immunitet necə yazılır? #immunitet sözünün düzgün yazılışı #immunitet leksik mənası #immunitet sözünün sinonimi #immunitet sözünün yaxın mənalı sözlər #immunitet sözünün əks mənası #immunitet sözünün etimologiyası #immunitet sözünün orfoqrafiyası #immunitet rusca #immunitet inglisça #immunitet fransızca #immunitet sözünün istifadəsi #sözlük