Roma imperatorlarının siyahısı
Roma imperatorlarının siyahısı — Romanın ilk imperatoru (müasir fikrə görə) Oktavian Avqust olmuşdur: Mark Antoni üzərində qələbədən və Misirdən qayıtdıqdan sonra, 13 yanvar e.ə. 27-ci ildə o, triumf qazandı və Senat qarşısında fövqəladə səlahiyyətlərindən istefa verərək Respublikanın bərpasını elan etdi, lakin 75 legionu və imperator titulunun saxlanmasını (daimi praenomen kimi) əmr etmişdi.
İmperator Kommodun sui-qəsd nəticəsində öldürülməsindən sonra, Roma İmperiyasında çoxsaylı uruzpatorların meydana çıxması ilə səciyyələnən üçüncü əsr böhranı başlandı. Nəticədə 395-ci ildə Roma İmperiyası Qərbi və Şərqi Roma imperiyalarına bölündü. 476-cı ildə sonuncu Roma imperatoru Romul Avqust (rəsmi olaraq imperator özünü 480-ci ilə qədər Yuli Nepot hesab edirdi) hakimiyyətdən devrildi.
Qərbi Roma İmperiyası süqut etdi, lakin Şərq Roma imperiyası Bizans İmperiyası adı ilə təxminən min il, 1453-cü ildən paytaxt Konstantinopolun Osmanlı İmperiyası tərəfindən işğal olunmasına qədər mövcud oldu.
Roma imperatorlarının siyahısı xronoloji qaydada, uruzpatorlar isə kursivlə qeyd olunmuş şəkildə verilmişdir. İmperatorların rəsmi olaraq elan edilməməsi (ənənəvi olaraq daxil edilmişlər, məsələn, Böyük Makrian) istisna olmaqla, mərkəzi hakimiyyətə qarşı üsyanları artıran Roma rəhbərləri göstərilməmişdir. Hakimiyyət şəriki olaraq hakimiyyət varisləri göstərilib (I əsrin ortalarından bəri varis statusunun demək olar ki, həmişə Sezar titulu ilə üst-üstə düşmüşdür), bəzən — imperatorun hərəkətsiz olduğu zaman regentlər rəsmi hakimiyyət şəriki olub.