imperatorluğu sözü azərbaycan dilində

imperatorluğu

Yazılış

  • imperatorluğu • 79.7619%
  • İmperatorluğu • 20.2381%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Osmanlı imperatorluğu
Osmanlı imperiyası və ya Osmanlı dövləti (osman. دولت عالیه عثمانیه, Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı İmparatorluğu, Osmanlı Devleti ) — 1299-cu ildə oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında Orta əsrlərdən Müasir dövrə qədər mövcud olmuş imperiya. Əsasının 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulduğu düşünülür. Osmanlının quruluş ili ümumi olaraq 1299-cu il qəbul edilsə də, akademik Xəlil İnalcık və digər bəzi akademiklər Osmanlı dövlətinin 1299-cu ildə Söğütdə yox, 1302-ci ildə Yalovada Bizans imperiyasına qarşı qazandığı Bafey döyüşündən sonra dövlət statusu aldığını müdafiə edir. Osmanlı dövləti tarixdə Bizans imperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı.
Sasani İmperatorluğu
Sasanilər İmperiyası (pəhl. Ērānšahr) — 226-cı ildən 651-ci ilə qədər zaman-zaman müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Artaban məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdı 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.
Avstriya-Macarıstan İmperatorluğu
Avstriya-Macarıstan — 1867–1918-ci illərdə mövcud olmuş imperiya. Avropanın çoxmillətli imperiyalarından olan bu imperiyanı Habsburqlar sülaləsi idarə edirdi. Avstriya-Macarıstan imperiyasi Birinci Dünya müharibəsində Almaniya, Osmanlı imperiyaları və Bolqarıstanla müttəfiq idi. 1919–1920-ci illərdə Antanta dövlətlərilə imzalanan Sen-Jermen, Trianon müqavilələrilə bağlı olaraq imperiya dağıldı. == Tarixi == === Yaranması === 1866-cı ildə Prussiya-Avstriya müharibəsi zamanı əldə edilən məğlubiyyət və alman ittifaqının dağılması nəticəsində Avstriya öz nüfuzunu itirmişdi. Bundan başqa artmaqda olan sosial və milli-siyasi təzadları aradan qaldırmaq üçün imperiyanın modernləşməsi, radikal islahatlar tələb olunurdu. 1867-ci ildə Avstriya və Macarıstan müqavilə imzaladılar. Həmin vaxtdan Avstriya imperiyası Avstriya-Macarıstan dualist monarxiyası kimi çıxış etdi. Yaranmış yeni dövlətin qanunverici əsasını 21 dekabr 1867-ci ildə qəbul edilmiş "Dekabr konstutsiyası" adlanan qanunlar külliyatı təşkil edirdi. Bu qanuna əsasən Avstriyanın imperatoru eyni zamanda Macarıstan kralı elan edilirdi.
Şərq Roma İmperatorluğu
Şərqi Roma imperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans imperiyası və ya Yunan imperiyası, Roma imperiyasının 395-ci ildə Şərq və Qərb hissələrinə parçalanması ilə quruldu. Paytaxtı Roma olan Qərbi Roma imperiyası V əsrdə Qot qəbilələrinin İtalyanı istila etməsi ilə süquta uğradı. Mərkəzi Konstantinopol (bugünkü İstanbul) olan və Bizans imperiyası da deyilən Şərqi Roma İmperatorluğu isə min ildən artıq varlığını qoruya bildi. Avropa, eləcə də bütün dünya mədəniyyətinin tarixində Bizans sivilizasiyası xüsusi yer tutur. Bizans imperiyası mövcud olduğu bütün minillik ərzində yunan-roma dünyasının və ellinist Şərqin ənənələrini davam etdirərək parlaq mədəniyyət mərkəzinə çevrildi. Bizansın meydana gəlməsi, Roma İmperatoru I Konstantinin paytaxtı Romadan bugünkü İstanbula köçürməsi ilə də bağlıdır. Roma İmperatoru I Konstantin (Büyük Konstantin), 330-cu ildə imperatorluğun paytaxtını qədim yunan şəhəri Bizantiona (Bizans) dəyişdi və yeni paytaxta "Nova Roma" (Yeni Roma) adını versə də imperatorun ölümündən sonra "Konstantinin şəhəri" anlamına gələn "Konstantinopol" adı istifadə olunmuşdur. Büyük Konstantin, Romadan senatorlar və yüksək məmurlar gətirərək Konstantinopolda yeni idarə meydana gətirdi və şəhəri yenidən abadlaşdırdı. Roma çox tanrılı olmasına baxmayaraq, Konstatinopolu xristian şəhəri etdi və özü də bu dini qəbul etdi.
16 Böyük Türk İmperatorluğu
16 böyük türk imperiyası (türk. 16 Büyük Türk Devleti) — 1969-cu ildə xəritələrin tərtibi üzrə məmur Akib Özbəy tərəfindən tanıdılmış, türk milliyətçiliyinə dair anlayış. 1980-ci illərdə Kənan Evrən hökuməti dövründə türk səlahiyyətlilər tərəfindən daha geniş şəkildə təbliğ olunmuşdur. Bu anlayışın təqdim edilməsindən əvvəl Türkiyə Prezidentinin forsundakı 16 ulduz Səlcuqlu imperiyasından sonra Anadoluda qurulmuş on altı bəyliyi təmsil edən simvol kimi qəbul edilmişdi. == Siyahı == Konsepsiyaya görə "16 Böyük Türk İmperiyası" bunlardır: == Qəbul == Türk yazıçısı, şair, publisist və tarixçi, pantürkizm və Turanizm ideologiyasının əsas dəstəkçisi olan Hüseyn Nihal Atsız bu siyahıya daxil olan bir sıra imperiyanın əslində qəti şəkildə müəyyənləşdirilməmiş mənşəyə sahib olduqlarını və türk mənşələrinin yalnız fərziyyə olduğunu qeyd etmişdi. Ağqoyunlular kimi bir çox həqiqi türk imperiyası bu siyahıdan kənarda qalmışdı. Bu səbəblərdən o, siyahını "uydurmadan başqa bir şey" olmadığını qeyd etmişdir. Atsızın tənqidlərinə baxmayaraq, bu konsepsiya, 1980-ci ildə Türkiyədəki hərbi çevrilişindən sonra qüvvəyə minən Kənan Evrən prezidentliyi dövründə türk-islamçı sintezinin türk milliyyətçiliyinin əsas komponenti elan edilməsi ilə türklərin əsas milli ideologiyasına çevrilmişdir. Yazıçı Reha Oğuz Türkqanın (1920-2010) rəhbərliyi altında əvvəlcə təqvim, sonra bir sıra markalar buraxılmışdır. Bundan sonra qədim türk dövlətlərinin bayraqlarının bu rəsmləri nüfuzlu Türkiyə Tarix Qurumu konfransında təqdim edilmişdir.

"imperatorluğu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#imperatorluğu nədir? #imperatorluğu sözünün mənası #imperatorluğu nə deməkdir? #imperatorluğu sözünün izahı #imperatorluğu sözünün yazılışı #imperatorluğu necə yazılır? #imperatorluğu sözünün düzgün yazılışı #imperatorluğu leksik mənası #imperatorluğu sözünün sinonimi #imperatorluğu sözünün yaxın mənalı sözlər #imperatorluğu sözünün əks mənası #imperatorluğu sözünün etimologiyası #imperatorluğu sözünün orfoqrafiyası #imperatorluğu rusca #imperatorluğu inglisça #imperatorluğu fransızca #imperatorluğu sözünün istifadəsi #sözlük