imperatoru sözü azərbaycan dilində

imperatoru

Yazılış

  • imperatoru • 74.3889%
  • İmperatoru • 25.6111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dənizlər imperatoru
Dənizlər imperatoru və ya Dəniz tanrısı (해신 Hae-sin, ing. Sea God və ya ing. Emperor of The Sea) - 2004-2005-ci illərdə yayımlanan Bədii Televiziya Teleserialıdır. Serial real tarixdə baş verən hadisələr əsasında yaradılmışdır. Serial Cənubi Koreyanın yazıçılarından biri olan 1945-2013-cü illər ərzində yaşamış Çoy İn Honun (Choi In Ho) yazdığı eyniadlı romanın əsasında hazırlanmışdır. Serialda Cənubi Koreyada Şila krallığı (e.ə. 57-935) dövründə baş vermiş hadisələrdən danışılır. Serialda, əsasən, "Dənizlər imperatoru" ləqəbli Çanq Boqonun həyatından danışılır. Çanq Boqo əvvəllər qul olmasına baxmayaraq bir müddət sonra dəniz komandanlığı vəzifəsinə qalxır. Bu zaman çətinliklə qarşılaşır.
Dənizlər imperatoru (teleserial)
Dənizlər imperatoru və ya Dəniz tanrısı (해신 Hae-sin, ing. Sea God və ya ing. Emperor of The Sea) - 2004-2005-ci illərdə yayımlanan Bədii Televiziya Teleserialıdır. Serial real tarixdə baş verən hadisələr əsasında yaradılmışdır. Serial Cənubi Koreyanın yazıçılarından biri olan 1945-2013-cü illər ərzində yaşamış Çoy İn Honun (Choi In Ho) yazdığı eyniadlı romanın əsasında hazırlanmışdır. Serialda Cənubi Koreyada Şila krallığı (e.ə. 57-935) dövründə baş vermiş hadisələrdən danışılır. Serialda, əsasən, "Dənizlər imperatoru" ləqəbli Çanq Boqonun həyatından danışılır. Çanq Boqo əvvəllər qul olmasına baxmayaraq bir müddət sonra dəniz komandanlığı vəzifəsinə qalxır. Bu zaman çətinliklə qarşılaşır.
II Manuel (Trabzon imperatoru)
II Manuel Komnenos (yun. Μανουήλ Μέγας Κομνηνός)(təq. 1324, Trabzon – 21 fevral 1333, Trabzon) — 11-ci Trabzon imperatoru. == Həyatı == Trabzon imperatoru III Andronikin nigahdan kənar doğulan oğludur. Atasının ailə daxili cinayətlərlə keçən 20 aylıq səltənətinin ardından 8 yaşında ikən taxta çıxarıldı. O əsnada imperiyada yaranan siyasi boşluqdan istifadə edən türkmənlər Trabzona hücum etdi, xeyli qənimət ələ keçirsələr də, ağır itkilərlə geri çəkildilər. Ancaq saray daxilindəki Bizanspərəst əyanların, Konstantinopola qaçan əmisi Vasileyə yazdıqları səltənətə dəvət məktubunun ardından taxtdan endirilərək həbs olundu. Saraydakı bütün tərəfdarları edam edilən II Manuel Komnenos bir il sonra əmisinin əmirylə edam olundu. == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968 George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991).
II Vilhelm (Almaniya imperatoru)
II İohann (Trabzon imperatoru)
II İohann Komnenos (yun. Ἰωάννης Μέγας Κομνηνός)(1262, Trabzon – 16 avqust 1297, Trapezund imperiyası) — 7-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ikinci xanımı İrina Surixanidir. Atasının 1263-cü ildə vəfatının ardından qardaşları Andronik və Qriqori taxta çıxmışdır. Ancaq qardaşının Elxani Abaqa xan tərəfindən əsir götürülməsinin ardından 1280-ci ildə saray əyanları tərəfindən taxta çıxarılmışdır. Onun səltənətində Bizans imperiyası ilə münasibətlər düzəlmiş, 1282-ci ildə Konstantinopolda imperator VIII Mixailin qızı Evdokiya Paleoloqla evlənmişdir. Onun ölkədə olmamasından istifadə edən İmereti çarı VI David bölgədə itirdiyi nüfuzu qazanmaq məqsədilə 1284-cü ildə Trabzona hücum etdi və onun gürcü əsilli ögey bacısı Teodora Komninini imperatriça elan etdi. Ancaq Bizans imperatorundan aldığı hərbi dəstəklə ölkəyə qayıdan II İohann dərhal hakimiyyəti ələ aldı və bacısı Teodora ölkədən qaçdı (1285). Bütün bu siyasi çəkişmələr əsnasında imperiyanın qərb torpaqları türkmənlər tərəfindən ələ keçirildi. 1291-ci ildə Roma papası IV Nikolay tərəfindən yazılan 2 məktubla, II İohann katolik dininə dəvət edilmiş, Qüdsə tərtiblənəcək yeni səlib yürüşünə qatılması təklif edilmişdir.
IV Aleksey (Trabzon imperatoru)
IV Aleksey Komnenos (yun. Αλέξιος Μέγας Κομνηνός) (1379, Trabzon – 26 aprel 1429) — 19-cu Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru III Manuel, anası isə Gürcü çarı IX Davidin qızı Evdokiya Baqrationidir. 1395-ci ildə atası tərəfindən ortaq imperator elan edildi. Atasının 1417-ci ildə ölümünün ardından idarəni təkbaşına ələ aldı. Atasının ölümündə əli olduğu ehtimal olunur. Onun səltənətində Genuyalılarla 1418-ci ildə sülh bağlansa da, onlarla mübarizədə Venesiya ilə ittifaq quruldu. Digər tərəfdən şərqi Anadoluda güclənən Qaraqoyunlularla yaxın münasibətlər quruldu və 1420-ci ildə qızlarından birini Qaraqoyunlu sultanı Qara Yusifin oğlu Cahanşahla evləndirdi. Apardığı evlilik siyasətləriylə qonşularıyla dost münasibət saxladı. Digər qızı Mariyanı 1428-ci ildə Bizans imperatoru VIII İohannla, Evdokiyanı isə italyan əsilli lord Nikol Krispo ilə evləndirdi.
I Aleksandr (Rusiya imperatoru)
I Aleksandr Pavloviç (rus. Алекса́ндр I Павлович; 12 (23) dekabr 1777, Sankt-Peterburq – 19 noyabr (1 dekabr) 1825, Taqanroq, Don Voysko vilayəti[d]) — Rusiya imperatoru və mütləq hakimi (24 mart 1801-ci ildən), Malta ordeninin protektoru (1801-ci ildən), Böyük Finlandiya knyazı (1809-cu ildən), Polşa çarı (1815-ci ildən), I Pavelin və Mariya Feodorovnanın böyük oğlu. İnqilaba qədərki tarixşünaslıqda rəsmi olaraq Uğurlu (rus. Благословенный) adlandırılmışdır. == Həyatı == Aleksandr Pavloviç (Blaqoslovennıy – Uğurlu); I Aleksandr (1777–1825) – 1801-ci ildə Rusiya taxtına çıxmışdı. Belə bir fikir var ki, atası Pavel Petroviçə (I Pavel) sui-qəsdin təşkilində iştirak etmişdir. Məhz I Aleksandrın dövründə Azərbaycan torpaqlarının ilhaq edilməsi başlamışdır. Rusiya bu dövrdə İsveçlə (1808–1809), İran (1804–1813), Osmanlı (1806–1812) dövlətləri ilə müharibə aparmışdı. Napoleon Fransası ilə 1812-ci il Vətən müharibəsi, rus qoşunlarının Avropa səfəri, 1815-ci il Vyana konqresi I Aleksandrın xarici siyasətində mühüm yer tutmuşdu. Bundan sonra daha çox dini-mistik təlimlərlə məşğul olmuşdu.
I Aleksey (Trabzon imperatoru)
I Aleksey Komnenos (yun. Ἀλέξιος Κομνηνός) (təq. 1182, Konstantinopol – 1 fevral 1222, Trabzon) — 1-ci Trabzon imperatoru. Atası Bizans imperatoru I Andronikin oğlu Manuel Komnenos, anası isə Gürcü çarı III Qriqorinin qızı Rusudan Baqrationidir. Babasının taxtdan endirilərək öldürülməsinin ardından atasının gözlərinə mil çəkildi və çox keçmədən edam olundu. Anası isə onu və kiçik qardaşı Davidi alaraq bacısı olan Gürcü çariçası Tamaranın yanına qaçdı. 1204-cü ilin martında xalasından aldığı hərbi dəstəklə hərəkətə keçən Aleksey Komnenos müqavimətlə qarşılaşmadan Trabzonu ələ keçirdi. Burada öz hakimiyyətini təmin edərək özünü Trabzon imperatoru, kiçik qardaşı Davidi isə ortaq monarx elan etdi. Qara dənizin şimal sahillərindəki şəhər-dövlətlərini də özünə tabe edən Aleksey Komnenos qısa zamanda Rum sultanlığı, Genuya və Venesiyaya aid ticarət koloniyaları ilə yaxın əlaqələr qurdu. 1 fevral 1222-ci ildə Trabzonda vəfat etdi.
I Andronik (Trabzon imperatoru)
I Andronik Gidos (yun. Ἀνδρόνικος Κομνηνός Γίδος) (XII əsr – 1235, Trabzon) — 2-ci Trabzon imperatoru. Haqqında məlumat azdır. Trabzon imperatoru I Aleksey Komnenosun adı bilinməyən qızıyla evlənmişdir. İmperator 1222-ci ildə vəfat etdiyi əsnada oğulları azyaşlı olduğu üçün Andronik Gidos onun yerinə taxta çıxdı. Onun səltənətində Rum sultanı Əlaəddin Keyqubadın Trabzona olan hücumlarının qarşısı alınmışdır. Daha sonra Yastıçəmən müharibəsində Anadolu səlcuqlarına qarşı Xarəzmşah Cəlaləddini dəstəkləyən Andronik Gidos 1235-ci ildə vəfat etdi. I Aleksey Komnenosun qızıyla olan evliliyindən övladı olmamışdır. == Mənbə == W. Miller, Trebizond: The Last Greek Empire of the Byzantine Era, Chicago 1926. George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991).
I Ferdinand (Avstriya imperatoru)
I Ferdinand (alm. Ferdinand I.‎; 19 aprel 1793[…], Vyana, Müqəddəs Roma imperiyası – 29 iyun 1875[…], Praqa, Avstriya-Macarıstan) — Avstriya imperatoru, Macarıstan kralı, Çexiya kralı. Fərqli xəstəliklərdən əziyyət çəkən Ferdinand dövlət idarə etməni yaxşı bacarmırdı. Avropanı bürüyən 1848-ci il inqilabları Avstriyaya da təsir etdikdən sonra könüllü şəkildə tacdan imtina etmişdi. Ömrünün sonunu Çexiyada yaşamış, burada "Xeyirxah Ferdinand" (çex. Ferdinand Dobrotivý) ləqəbi almışdı. == Maraqlı faktlar == Ferdinandın şüarı: "Fiat justitia et pereat mundus" (Qoy dünya dağılsın, amma ədalət bərqərar olsun).
I Karl (Avstriya imperatoru)
I Frans İosif (alm. Karl I. Franz Joseph Ludwig Hubert Georg Maria‎; 17 avqust 1887[…] – 1 aprel 1922[…], Funşal[d], Portuqaliya) — Avstriya-Macarıstan İmperiyasının son imperatoru (1916–1918). 1919-cu ildə kral I Karl ölkədən çıxarıldı və İsveçrəyə yollandı.
I Manuel (Trabzon imperatoru)
I Manuel Komnenos (yun. Μανουήλ Κομνηνός) (1218, Trabzon – mart 1263, Trabzon) — 4-cü Trabzon imperatoru. == Həyatı == Atası ilk Trabzon imperatoru I Alekseydir. Atası 1222-ci ildə vəfat etdiyi əsnada o və qardaşı İohann azyaşlı olduğu üçün taxta bacısının əri Andronik Gidos çıxdı. Bu müddət ərzində taxtın ikinci varisi olaraq qalan Manuel, Andronik Gidosun ölümünün ardından qardaşı İohannın taxta çıxmasıyla vəliəhd elan edildi. Əslində imperator qardaşının Yannis adlı bir oğlu vardı və taxt sırasında ondan öncə olmalı idi. Ancaq bu vəliəhd bilinməyən səbəblə rahib olmağı seçmiş və qalan ömrünü kilsədə keçirmişdir. Beləcə, Manuel hələ qardaşının sağlığında ikən taxt varisi elan edildi. Qardaşının üç illik qısa səltənətinin ardından 1238-ci ildə Manuel taxta çıxdı. Hakimiyyətinin ilk illərində monqol yürüşlərinə qarşı Rum sultanını və Nikeya çarlığını dəstəkləyən I Manuel daha sonra monqolların təbəəliyini qəbul etdi.
I Nikolay (Rusiya imperatoru)
I Nikolay Pavloviç (rus. Николай I Павлович; 25 iyun (6 iyul) 1796, Böyük Qatçina sarayı, Sankt-Peterburq quberniyası[d] – 18 fevral (2 mart) 1855, Qış sarayı) — Romanovlar sülaləsindən olan Rusiya çarı. == Krım müharibəsinin başlamasında rolu == Avstriya imperatorunun xahişi ilə I Nikolay rus qoşunlarının Macarıstanda baş verən inqilabi çıxışların yatırılmasında iştirakına göstəriş vermiş, macar inqilabı boğulduqdan sonra inqilabi çıxışlarda iştirak edənlərin bir qismi Türkiyədə sığınacaq tapmışdılar. Yaranmış şəraitdə Rusiyanın əlinə Qara dəniz boğazlarına müdaxilə etmək üçün fürsət düşmüşdü və III Napoleon bundan istifadə edərək Müqəddəs İttifaqın parçalanması üçün müxtəlif üsullara əl atdı. I Nikolay Türkiyədən inadla macar inqilabçılarının geri qaytarılmasını tələb edir, sultan isə bundan qəti olaraq imtina edirdi. Məhz bu zəmində "Şərq məsələsi"yenidən kəskinləşməyə başladı ki, bu da müharibəyə gətirib çıxardı. Şərq məsələsinin qızışdırılmasında iki dövlət xüsusilə maraqlı idi: Fransa və Rusiya. Fransa onu iflic vəziyyətinə salmış Müqəddəs İttifaqın dağıdılmasına çalışırdı. I Nikolay isə Qara dəniz boğazında Rusiyanın ağalığına nail olunmasını istəyirdi. Avropa dövlətlərindən İngiltərə Qara dəniz boğazlarında qüdrətli Rusiyadansa, zəif Türkiyənin olmasına üstünlük verirdi.
I Pedru (Braziliya imperatoru)
I Pedru (port. Pedro I; 12 oktyabr 1798 – 24 sentyabr 1834) — Cənubi Amerikada "Liberator" ləqəbi ilə tanınmış, Braziliya imperiyasının qurucusu və ilk hökmdarı. 1822-ci ildə Portuqaliya parlamenti ilk koloniya statusuna geri dönmək istəyəndə, Braziliyalılar, Don Pedro Jose Boni Faciə deAndrada Silvanın liderliyində müstəqillik hərəkətlərini başlatdılar və 7 sentyabr 1822-ci ildə müstəqilliklərini elan edib, 1824-cü ildə liberal bir konstitusiya qəbul etdilər. Nizamsız döyüşlərdən sonra Portuqaliyalılar Braziliyanın müstəqilliyini qəbul etmək məcburiyyətində qaldılar. Braziliya 1889-cu ilə qədər krallıqla idarə edildi. Latın Amerikasında ən uzun müddət krallıqla idarə edilən tək ölkə Braziliya idi. 1831-ci ildə Don Pedro, oğlu İkinci Don Pedroya taxtı tərk etməyi tələb etdiı. İkinci Don Pedro zamanında müasir Braziliyanın təməlləri atıldı. 1888-ci ildə 800.000 kəndliyə azadlıq verildi. 1889-cu ildə qansız bir zərbə ilə krallıq idarəsi yıxılaraq respublika idarəsi quruldu.
I Vilhelm (Almaniya imperatoru)
I Vilhelm (alm. Wilhelm I. Friedrich Ludwig‎; 22 mart 1797[…], Berlin – 9 mart 1888[…], Berlin) — Almaniya imperatoru (kayzer). 18 yanvar 1871-ci ildən Prussiya krallığının 7 oktyabr 1858-ci ildən regenti, 2 yanvar 1861-ci ildən Prussiyanın kralı. Prussiya general-feldmarşalı. Birləşmiş Almaniya İmperiyasının birinci imperatoru Wilhelm həm də ingiltere kralicasının nəvəsidir.
I İohann (Trabzon imperatoru)
I İohann Komnenos (yun. Ἰωάννης Κομνηνός Ἀξούχος) (v. 1238, Trabzon) — 3-cü Trabzon imperatoru. Atası ilk Trabzon imperatoru I Alekseydir. Atası 1222-ci ildə vəfat etdiyi əsnada o və qardaşı Manuel azyaşlı olduğu üçün taxta bacısının əri Andronik Gidos çıxdı. Bu müddət ərzində taxtın varisi olanraq qalan İohann, Andronik Gidosun ölümünün ardından 1235-ci ildə imperator oldu. Səltənəti haqqında olduqca az məlumat olan I İohann 1238-ci ildə polo bənzəri bir oyun oynarkən atdan düşüb vəfat etdi. Yanis adlı bir oğlunun olduğu və bu oğlunun ölümündən öncə rahib olaraq kilsəyə qapandığı bilinir. Bu səbəblə ondan sonra taxta qardaşı Manuel çıxdı. == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c.
Roma imperatoru
Roma imperatoru — tarixçilər tərəfindən Roma Respublikasının süqutundan sonra Roma imperiyasının hökmdarlarına müraciət etmək üçün istifadə olunan termin. Qədim Romada "Roma imperatoru" titulu yox idi, əksinə, bu başlıq mürəkkəb vəzifə və səlahiyyətlər toplusu üçün lazım olan stenoqram idi. Bu titulun indi populyar olmasına baxmayaraq, bu titul ilk daşıyan IX əsrin əvvəllərində I Mixail olmuş, özünü "Basileus Romaion" (romalıların imperatoru) adlandırmışdır. İmperator tituluna bənzər heç bir titul və ya rütbə yox idi, əksinə imperatorla ənənəvi olaraq bağlı olan bütün titulların mənşəyi respublika dövrünə təsadüf edir. Roma imperatorları haqqında olan müzakirə əsasən müasir tarixçilərin öz baxış bucağından təsirlənir. Romalıların özləri müasir monarxik "imperiya" və "imperator" anlayışlarını bölüşmürdülər. Roma imperiyası mövcud olduğu müddətdə Roma Respublikasının bütün siyasi institutlarını və ənənələrini, o cümlədən senat və məclisləri saxlamışdır. Ümumiyyətlə, imperatorları de-yure hökmdarları kimi təsvir etmək olmaz. Rəsmi olaraq, imperator vəzifəsi "bərabərlər arasında birinci" (primus inter pares) hesab olunurdu və onların bir çoxu de-fakto hökmdarlara çevrilməmişdilər. Sultan II Mehmedin dövründə Osmanlı imperiyası 1453-cü ildə Konstantinopolu fəth etmişdir.
Yaponiya imperatoru
1946-cı ilin noyabr ayında ittifaq qüvvələri tərəfindən parlament formasında razılaşdırılmış idarəetmə və icra orqanlarının əlində hakimiyyətin təmərküzləşməsinin yolverilməzliyi məqsədilə yaradılmış 99 maddədən ibarət Yaponiya Konstitusiyasına görə dövlət başçısı – sırf formal səlahiyyətlərə malik olan və dövlətin və millətin rəmzi sayılan imperatordur. Real hakimiyyət Baş nazirə, onun rəhbərlik etdiyi kabinetə və qarşısında məsuliyyət daşıdığı Parlamentə verilmişdir. Taxt varislik yolu ilə imperator ailəsinin kişi üzvlərinə keçir. İmperator (2019-cu ildən Naruhito) mütləq hakimiyyətə malik deyildir, dövlət işlərinə aid fəaliyyəti Nazirlər Kabinetinin məsləhəti və icazəsi əsasında həyata keçirməlidir. Konstitusiyada göstərilən hallar xaricində İmperatorun hökumətlə bağlı səlahiyyəti yoxdur. Bununla yanaşı İmperator Baş naziri və Ali Məhkəmənin Baş Hakimini təyin edir. Baş nazir əvvəlcə Parlament tərəfindən seçilir və İmperator tərəfindən təsdiq edilir. Baş hakim Nazirlər Kabineti tərəfindən seçilir və daha sonra İmperator tərəfindən təsdiq edilir. İmperatorun qanun və müqavilələri imzalamaq, Parlamentin sessiyalarını çağırmaq və Nazirlər Kabinetinin tövsiyə və icazəsi ilə şərəf nişanı vermək səlahiyyəti vardır. Yaponiya Konstitusiyasına görə imperator xalqın birliyinin və dövlətin rəmzidir.
David (Trabzon imperatoru)
David Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός) (1408, Trabzon – 1 noyabr 1463, Konstantinopol) — sonuncu Trabzon imperatoru. 2013-cü ilin iyulunda David Komnenos övladları və qardaşı oğlu Aleksey Komnenosla birlikdə Şərqi Ortodoks Kilsəsi tərəfindən müqəddəs elan olundu. == Həyatı == Atası Trabzon imperatoru IV Aleksey, anası isə onun xanımı Teodora Kantakuzindir. Atasının vəfatının ardından 1429-cu ildə böyük qardaşı IV İohann taxta çıxdı. Onun səltənətində aktiv siyasi fəaliyyətini davam etdirən David Komnenos Osmanlılara qarşı Ağqoyunlularla yaxın münasibətlər qurdu və qardaşı qızı Despinanın Ağqoyunlu sultanı Uzun Həsənlə evləndirilməsində vasitəçilik etdi. Qardaşının vəfatından sonra taxt onun 6 yaşlı oğlu Alekseyə qaldı. Ancaq davam edən siyasi gərginlik səbəbilə imperiyanın idarəsində bir uşağın qalması qəbul edilmədi. Bir neçə günlük hakimiyyətin ardından V Aleksey taxtdan endirildi və David Komnenos taxta çıxdı. Taxta çıxar-çıxmaz Osmanlılar əleyhinə yeni bir səlib yürüşünü təşkil etmək üçün Burqundiya hersoqu Filipp, Roma papası II Piy, eləcə də Anadolu bəyliklərindən Candaroğulları və Qaramanoğullarıyla yazışmalar apardı.
Desi (Roma imperatoru)
Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[…] – 1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur. Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karp və qot tayfaları ilə döyüşdə həlak olmuşdur.
Mixail (Trabzon imperatoru)
Mixail Komnenos (yun. Μιχαήλ Μέγας Κομνηνός)(1285 – ən tezi 1355, Konstantinopol) — 16-cı Trabzon imperatoru. Atası Trabzon imperatoru II İohann, anası isə Bizans imperatoru VIII Mixailin qızı Evdokiya Paleoloqdur. Atasının vəfatının ardından qardaşı Aleksey taxta çıxmış, Mixail isə anasıyla birlikdə babasının yanına - Konstantinopola getmişdir. 1341-ci ilədək burada qalan Mixail Bizanslı saray əyanlarından Konstantin Akropolisin qızı Akropolitissa ilə evləndi və bu evlilikdən gələcəkdə sələfi olacaq oğlu İohann dünyaya gəldi. Qardaşı oğlu Vasileyin ölümündən sonra Trabzonda tək qalan və hakimiyyəti ələ alan xanımı İrinayla evləndirilməsi məqsədilə 1341-ci ildə Trabzona yola düşmüş, ancaq o Trabzona çatana qədər İrina taxtdan endirilmişdir. Yeni imperatriça Anna Komnini tərəfindən həbs olunan Mixail imperiyanın şərq torpaqlarına sürgün edildi. Çox keçmədən saray əyanlarının göndərdiyi səltənətə dəvət məktubuyla o əsnada Konstantinopolda olan oğlu İohann Genuyalıların dəstəyilə taxta çıxarıldı. Oğlunun taxta çıxmasına baxmayaraq sürgündən qaytarılmadı. Cəmi 2 il sonra əyləncə və ziyafətlərlə keçən lüks həyat tərzindən şikayətlənən yerli xalq tərəfindən oğlu III İohann 3 may 1344-cü ildə taxtdan endirildi və sürgündə saxlanılan Mixail taxta çıxarıldı.
Müqəddəs Roma imperatoru
Müqəddəs Roma imperatoru — müasir tarixçilikdə Müqəddəs Roma İmperiyasının hökmdarlarına verilən ad. Titul orta əsrlərdə ilk dəfə və rəsmi olaraq Romalıların imperatoru (lat. Imperator Romanorum, alm. Kaiser der Römer‎) və erkən müasir dövrdən Roma-Alman İmperatoru (lat. Imperator Germanorum, alm. Römisch-deutscher Kaiser‎) kimi də tanınırdı, Müqəddəs Roma İmperiyasının hökmdarı və dövlət başçısı idi. Bu titul VIII-XVI əsrlərdə İtaliya kralı titulu ilə Almanların kralı titulu (lat. Rex Teutonicorum) ilə birlikdə işlədilirdi. Müqəddəs Roma İmperatoru titulu orta əsr Katolik monarxları arasında ən yüksək prestijli olanı idi, çünki Roma Katolik Kilsəsi imperiyanı Orta əsrlər və erkən müasir dövrdə Roma İmperiyasının yeganə varisi hesab edirdi. Beləliklə, nəzəriyyədə və diplomatiyada imperatorlar primus inter pares hesab olunurdu və Avropadakı digər Katolik monarxları arasında bərabər olanlar arasında birinci sayılırdı.
Qriqori (Trabzon imperatoru)
Qriqori Komnenos (yun. Γεώργιος Μέγας Κομνηνός) (təq. 1255, Trabzon – ən tezi 1284) — 6-cı Trabzon imperatoru. Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ikinci xanımı İrina Surixanidir. Atasının vəfatının ardından 1263-cü ilin martında böyük qardaşı Andronik taxta çıxdı. Onun üç illik qısa səltənətinin ardından isə 1266-cı ildə Qriqori taxta çıxdı. Səltənəti boyunca Siciliya krallığı ilə müttəfiq olub, Bizans imperiyasına və onun apardığı siyasətə qarşı çıxdı. Ancaq onun yürütdüyü bu siyasət Bizans imperatoruyla qohum olan Elxani Abaqa xanın qəzəbinə səbəb olmuşdur. Belə ki, 1280-ci ildə Hülakilərin mərkəzi Təbrizə çağırıldı. Ancaq o Təbrizdə ikən, Abaqa xandan gələn əmrlə saray əyanları qardaşı II İohannı taxta çıxardı.
Vasiley (Trabzon imperatoru)
Vasiley Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός) (1315 – 6 aprel 1340) — 12-ci Trabzon imperatoru. Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı Andronik taxta çıxmış, ilk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmişdir. Vasiley isə qaçaraq Bizans imperatoruna sığınmışdır. Qardaşının qısa səltənətinin ardından 8 yaşlı oğlu Manuel taxta çıxmış ancaq saraydakı Bizanspərəst əyanların dəstəyilə Vasiley Komnenos Trabzonda hakimiyyəti ələ almışdır. İlk iş qardaşının saraydakı bütün tərəfdarlarını qılıncdan keçirən Vasiley Komnenos bir il sonra həbs tutulan qardaşı oğlu Manueli də edam etdirdi. Buna baxmayaraq imperiyadakı daxili çəkişmələri sonlandıra bilmədi. Dəstək almaq məqsədilə vaxtilə sığındığı Bizans imperatoru III Andronikin qızı İrina Paleoloqla evlənsə də, çox keçmədən Bizansla münasibətləri pisləşdi. Belə ki, imperatorun qızı İrina Paleoloqdan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi.
Vasili (Trabzon imperatoru)
Vasiley Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός) (1315 – 6 aprel 1340) — 12-ci Trabzon imperatoru. Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı Andronik taxta çıxmış, ilk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmişdir. Vasiley isə qaçaraq Bizans imperatoruna sığınmışdır. Qardaşının qısa səltənətinin ardından 8 yaşlı oğlu Manuel taxta çıxmış ancaq saraydakı Bizanspərəst əyanların dəstəyilə Vasiley Komnenos Trabzonda hakimiyyəti ələ almışdır. İlk iş qardaşının saraydakı bütün tərəfdarlarını qılıncdan keçirən Vasiley Komnenos bir il sonra həbs tutulan qardaşı oğlu Manueli də edam etdirdi. Buna baxmayaraq imperiyadakı daxili çəkişmələri sonlandıra bilmədi. Dəstək almaq məqsədilə vaxtilə sığındığı Bizans imperatoru III Andronikin qızı İrina Paleoloqla evlənsə də, çox keçmədən Bizansla münasibətləri pisləşdi. Belə ki, imperatorun qızı İrina Paleoloqdan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi.
Dənizlər imperatoru (teleserial, 2004)
Dənizlər imperatoru və ya Dəniz tanrısı (해신 Hae-sin, ing. Sea God və ya ing. Emperor of The Sea) - 2004-2005-ci illərdə yayımlanan Bədii Televiziya Teleserialıdır. Serial real tarixdə baş verən hadisələr əsasında yaradılmışdır. Serial Cənubi Koreyanın yazıçılarından biri olan 1945-2013-cü illər ərzində yaşamış Çoy İn Honun (Choi In Ho) yazdığı eyniadlı romanın əsasında hazırlanmışdır. Serialda Cənubi Koreyada Şila krallığı (e.ə. 57-935) dövründə baş vermiş hadisələrdən danışılır. Serialda, əsasən, "Dənizlər imperatoru" ləqəbli Çanq Boqonun həyatından danışılır. Çanq Boqo əvvəllər qul olmasına baxmayaraq bir müddət sonra dəniz komandanlığı vəzifəsinə qalxır. Bu zaman çətinliklə qarşılaşır.
III İohann (Trabzon imperatoru)
III İohann Komnenos (yun. Ἰωάννης Μέγας Κομνηνός)(təq. 1321, Konstantinopol – mart 1362, Sinop) — 15-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru II Alekseyin Konstantinopoldakı oğlu Mixail, anası isə Bizanslı saray əyanlarından Konstantin Akropolisin qızı Akropolitissadır. Uşaqlıq illəri Konstantinopolda keçdi. Atası Mixailin 1342-ci ildə Trabzona səltənətə çağırılması və daha sonra həbs edilməsinin ardından imperatriça Annanın əleyhdarları tərəfindən taxta namizəd göstərildi. Saray əyanlarının səltənətə dəvət məktubunu almasının ardından İohann Komnenos Genuya və Bizans gəmiləriylə Trabzona yola düşdü. 3 sentyabr 1342-ci ildə şəhərə daxil oldu və taxtı ələ keçirdi. Anna Komnini boğularaq öldürüldü, tərəfdarları isə edam edildi. 2 illik qısa səltənətində mühüm hadisə baş verməmişdir.
II Aleksey (Trabzon imperatoru)
II Aleksey Paleoloq-Komnenos (yun. Ἀλέξιος Μέγας Κομνηνός Παλαιολόγος) (1282, Konstantinopol – 3 may 1330, Trabzon) — 9-cu Trabzon imperatoru. == Həyatı == 1282-ci ildə Konstantinopolda dünyaya gəldi. Atası Trabzon imperatoru II İohann, anası isə Bizans imperatoru VIII Mixailin qızı Evdokiya Paleoloqdur. Atasının 1297-ci ildə vəfatının ardından taxta çıxmışdır. Səltənətinin ilk illərində dayısı olan Bizans imperatoru II Andronikin təsiri altında qaldı. Ancaq 1300-cü ildə Mesxeti atabəyi I Bekanın qızıyla gizlicə evlənməsi səbəbiylə dayısıyla münasibətləri pisləşdi. Belə ki, nikahın ləğv edilməsi üçün kilsəyə müraciət edən dayısının bu istəyi, xanımının artıq hamilə olması səbəbilə geri çevrildi. O əsnada Konstantinopolda olan anası Evdokiya oğlunu boşanmağa razı salmaq məqsədilə Trabzona göndərilsə də, o da oğlunu dəstəklədi. Dayısının təsir dairəsindən çıxdıqdan sonra II Aleksey Komnenos müsətqil siyasət yürütməyə başladı.
II Rudolf (Müqəddəs Roma imperatoru)
II Rudolf (18 iyul 1552, Vyana – 20 yanvar 1612[…], Praqa, Bohemiya tacı torpaqları[d]) — Müqəddəs Roma imperatoru. == Mənbə == Frucht, Richard C., ed. (2005). Eastern Europe. ABC-CLIO. p. 252. ISBN 978-1-57607-800-6 Wendell E. Wilson, Joel A. Bartsch & Mark Mauthner, Masterpieces of the Mineral World: Treasures from the Houston Museum of Natural Science, Houston Museum of Natural Science Harry N. Abrams/New York, 2004. ISBN 0-8109-6751-0 Simon Winder. Danubia. pp 129–130.
IV Lüdviq (Müqəddəs Roma İmperatoru)
Bavariyalı IV Lüdviq (alm. Ludwig‎; 1 aprel 1282 - 11 oktyabr 1347), Vittelsbax sülaləsindən Müqəddəs Roma İmperatoru idi. Lüdviqin 1314-cü ildə imperator seçilməsi mübahisəli idi, çünki onun Habsburq qohumu Gözəl Fridrix eyni vaxtda ayrı-ayrı kürfürstlər tərəfindən hökmdar seçilmişdi. Lüdviq 1322-ci ildə Müldorf döyüşündə Fridrixi məğlub etdi və nəticədə iki tərəf barışdılar. O daha sonra fransız papa XXII İoanna qarşı çıxdı və kilsədən xaric edildi; Lüdviq də öz növbəsində papanı vəzifədən salmağa və antipapa təyin etməyə cəhd etdi. Lüdviq 1294-1301-ci illərdə böyük qardaşı I Rudolf ilə birlikdə Yuxarı Bavariya hersoqu idi, 1323-cü ilə qədər Brandenburq markqrafı və 1329-cu ilə qədər Reyn qraf-palatini idi və 1340-cı ildə Aşağı Bavariya hersoqu oldu. 1742-ci ilə qədər Almaniyanın hökmdarı olmuş son bavariyalı idi. 1345-ci ildə həyat yoldaşı Marqaret bu torpaqları miras aldıqda o həmçinin Eno, Hollandiya, Zelandiya və Frislandiya qrafı oldu. == Hersoq kimi == Lüdviq 1282-ci ildə Münhendə, Yuxarı Bavariya hersoqu II Lüdviq və Matilda Habsburqun (Almanların kralı I Rudolfun qızı) ailəsində anadan olub. Lüdviqin qismən Vyanada təhsil almasına və 1301-ci ildə Habsburqlu anası və dayısı I Albertin dəstəyi ilə Yuxarı Bavariyada qardaşı I Rudolfun qəyyumu olmasına baxmayaraq, 1307-ci ildə Aşağı Bavariyadakı mülklərinə görə Habsburqlarla münaqişə içində idi.
I Ferdinand (Müqəddəs Roma imperatoru)
I Ferdinand (10 mart 1503[…] və ya 10 mart 1503, Alkala-de-Enares[d], Kastiliya krallığı – 25 iyul 1564[…] və ya 25 iyul 1564, Vyana) — 1526-cı ildən Macarıstan və Bohemiya kralı, 5 yanvar 1531-ci ildən Almaniya kralı (Roma kralı), 1556-cı (formal olaraq 1558-ci) ildən Müqəddəs Roma İmperiyasının imperatoru, Habsburqlar sülaləsinin kiçik (Avstriya) qolunun soybaşı. O, həmçinin Avstriya ershersoqu olmuşdur və məhz onun hakimiyyəti dövründə 1529-cu ildə Avstriya Vyana döyüşündə türklərə qalib gəldi. Ferdinand, I Filip və Kastiliyalı I Yuannanın dördüncü övladı idi. O, ana tərəfindən Araqon kralı II Ferdinand və Kastiliyalı I İzabellanın, atası tərəfindən isə I Maksimilyan və Burqonlu Mariyanın nəvəsi idi. İmperator V Karl onun böyük qardaşı idi. == Həyatı == Ferdinand babası Ferdinand Katolikin (adını məhz ondan almışdır) sarayında böyümüşdür. İspan dili onun ana dili idi, ispanlar isə onu çox sevirdilər, bu da böyük qardaşı Karlda ona qarşı etibarsızlıq hisslərini oyadırdı. O, Ferdinandı svitasından uzaqlaşdırdı və 1518-ci ilin yazında Niderlanda göndərdi. V Karlın imperator seçilməsindən sonra, sonuncu Vorms reyxstaqında Ferdinandı onun yoxluğunda canişi təyin etdi və onu yeni qurulmuş imperiya hökumətinin başına qoydu. 1521-ci ildə Ferdinand, Çexiya və Macarıstan kralı Layoşun (öz növbəsində Ferdinandın bacısı Mariya ilə evli idi) bacısı Anna Yagellonka ilə evləndi.
I Jozef (Müqəddəs Roma imperatoru)
I Jozef (26 iyul 1678[…], Vyana – 17 aprel 1711[…], Vyana) — Müqəddəs Roma imperatoru. Atası İmperator I Leopold və anası isə onun üçüncü xanımı Eleonora Maqdalenadır. Atasının İspaniya taxtı uğrunda Fransa kralı XIV Lüdoviklə girişdiyi taxt mübarizəsini davam etdirən Jozef qardaşı Karlın taxt iddiasını davam etdirsə də, bu cəhdləri heç bir nəticə vermədi. == Mənbə == David Crowe (2004): A History of the Gypsies of Eastern Europe and Russia (Palgrave Macmillan) ISBN 0-312-08691-1 p. XI p. 36–37 Eder, Karl (1961), "Ferdinand III.", Neue Deutsche Biographie (in German), vol. 5, Berlin: Duncker & Humblot, pp. 85–86 Louda, Jirí; MacLagan, Michael (1999). Lines of Succession: Heraldry of the Royal Families of Europe (2nd ed.). London: Little, Brown and Company.
I Leopold (Müqəddəs Roma imperatoru)
I Leopold (9 iyun 1640[…], Vyana – 5 may 1705[…], Vyana) — Müqəddəs Roma imperatoru. 46 il 9 ay davam edən səltənətiylə Habsburq sülaləsinin ən uzun müddət taxtda qalan monarxıdır. İmperator III Ferdinand və onun ilk xanımı Mariya Annanın ikinci oğlu olan Leopold, böyük qardaşı Ferdinandın ölümünün ardından 1654-cü ildə taxtın varisi oldu. Atasının ölümünün ardından keçirilən seçimlərdə qalib gəldi və 1658-ci ildə Müqəddəs Roma imperatoru seçildi. Onun səltənəti Osmanlı imperiyası ilə gedən müharibə və uzaq qohumu olan Fransa kralı XIV Lüdoviklə olan çəkişmələri ilə bilinir. 10 il davam edən müharibənin ardından şərq cəbhəsində qələbə qazandı və bağlanan Karlovitsa sülhüylə, 1526-cı ildən bəri Osmanlı idarəsində olan Macarıstan krallığının, demək olar ki, tamamilə geri aldı. == Mənbə == O'Connor, John T. (1978). Negotiator out of Season. Athens, GA: University of Georgia Press. ISBN 0-8203-0436-0 Mckay, Derek (1997).
I Maksimilian (Müqəddəs Roma İmperatoru)
Habsburqlu I Maksimilian (22 mart 1459, Viner-Noyştadt[d], Müqəddəs Roma imperiyası – 12 yanvar 1519[…]) — Müqəddəs Roma İmperatoru. 1493-cü ildən ölümünə qədər hakimiyyətdə olmuş, müharibələr və nikah diplomatiyası nəticəsində Habsburq sülaləsinin nüfuzunu xeyli artırmışdır. == İlk illəri == Maksimilian Müqəddəs Roma imperatoru III Fridrixlə (1415–1493) portuqaliyalı Eleanoranın oğludur. Atası 1440-cı ildə Alman kralı, 1452-ci ildə Müqəddəs Roma İmperatoru olmuşdur. Bundan əlavə Avstriya hersoqu olan atası oğlunun təhsilinə xüsusi əhəmiyyət verirdi. Maksimilian 1477-ci ildə Burqundiya hersoqu Pis Karlın yeganə qızı Burqundiyalı Merrylə evlənərək, 1477-ci ildə, Nansi döyüşündə Fransa kralı XI Lüdovikə (1423–1483) məğlub olaraq, öldürülən qayınının ardından Burqundiya hersoqu oldu. Həyat yoldaşından, sonradan imperator olan V Karlın atası olan Yaraşıqlı Flipp, Avstriyalı Marqaret və kiçik yaşda ölən Frans adlı 3 uşağı olan Maksimilian, yoldaşının 1482-ci ildə ölməsindən sonra Burqundiya hersoqu ünvanını itirdi. Ancaq vaxtı ilə qayınatası Pis Karlın ələ keçirdiyi Burqundiya Flandriyasını qorumağı bacardı. Atası III Fridrix tərəfindən vəkil elan edildi və atası ölənə qədər bu ünvanını qorudu. 16 fevral 1486-cı ildə Roma kralı (Rex Romanorum) elan edilən Maksimilian, Flandriyanı oğlu Flippə verdi.

"imperatoru" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#imperatoru nədir? #imperatoru sözünün mənası #imperatoru nə deməkdir? #imperatoru sözünün izahı #imperatoru sözünün yazılışı #imperatoru necə yazılır? #imperatoru sözünün düzgün yazılışı #imperatoru leksik mənası #imperatoru sözünün sinonimi #imperatoru sözünün yaxın mənalı sözlər #imperatoru sözünün əks mənası #imperatoru sözünün etimologiyası #imperatoru sözünün orfoqrafiyası #imperatoru rusca #imperatoru inglisça #imperatoru fransızca #imperatoru sözünün istifadəsi #sözlük