İmperiyasın sözü azərbaycan dilində

İmperiyasın

Yazılış

  • İmperiyasın • 50.0000%
  • imperiyasın • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Sasanilər imperiyasının tərkibində
Atropatena (Pəhləvi dili: Ādurbādāgān/Āδarbāyagān) — e․ə․IV əsrdə yaranmış qədim Azərbaycan dövləti․ Paytaxtı Qazaka idi․ == Midiya satraplığı == Makedoniyalı İsgəndərin yürüşü ərəfəsində Əhəmənilər imperiyasının tərkibində olan Qərbi Midiya satraplığı iqtisadi-sosial cəhətdən inkişaf etmiş əyalətlərdən biri idi. Əhəmənilərin sonuncu hökmdarı III Daranın hakimiyyəti (e.ə.336-e.ə.330-cu illər) dövründə Atropat Midiya satrapı idi. Bu əyalətə Azərbaycanın dövlət xadimi Atropat başçılıq edirdi. Mənbələrdə bu ada ilk dəfə e.ə.331-ci ildə təsadüf edilir. Eyni zamanda Atropatın Midiya ordusuna ancaq Qavqamel savaşında (e.ə.331) başçılıq etməsi haqqında məlumat var. Atropat yeganə Əhəməni satrapı idi ki, İsgəndər onu vəzifədən kənar etmədi, əksinə bəzi qonşu dövlətlərin idarəsini də ona tapşırdı. İsgəndərin ölümündən sonra isə bu dövlət qurumu tam müstəqil siyasət yürüdən bir dövlətə çevrildi. == Sasanilər dövləti == III əsrin əvvəllərində Fars vilayətinin hakimi Ərdəşir Parfiyanın şimalına doğru hərəkət etdi. Sonuncu Parfiya Hökmdarı V Arbatannın ordusu ilə farslar arasında 224-cü ilin aprelində Suzian gölü yaxınlığında həlledici döyüş oldu. Parfiyanın paytaxtı Ktesifon ələ keçirildi.
Azərbaycan Əhəmənilər imperiyasının tərkibində
Kiçik Midiya – Əhəmənilər imperiyasının vilayəti. Madaylar fars Əhəmənilər sülaləsi tərəfindən devirildikdən sonra Midiya dövlətinə tabe olan ərazilərin böyük bir hissəsi Əhəmənilərin əlinə keçdi. İlk Əhəmənilər dövründə müasir Azərbaycan ərazisinin hansı hissəsinin fars dövləti tərkibinə daxil olduğunu bilmirik. Maraqlıdır ki, Madanın birinci satrapı Oybar "Nabonidin salnaməsi"ndə a"mçtpehat mat Gutium" adlanır. Sonuncu ad (Gutium) qədim Mada vilayətlərinə – Cənubi Azərbaycana, güman ki, qədim Urartuya da işarədir. Ksenofontun məlumatından aydın olur ki, Mada Kirin dövründə Ermənistan və kadusilərlə eyni canişinliyə daxil idi. Deməli, Cənubi Azərbaycan torpaqlarının xeyli hissəsi, bəlkə də onun bütün ərazisi bu dövrdə Mada satraplığına daxil idi. Herodot farsların hökmranlığının Qafqaz sıra dağlarınadək yayıldığını söyləyir, lakin bilmirik ki, onun dediklərini Kuruşun zamanınamı aid etmək lazımdır, yoxsa sonrakı dövrə. X, XI və XIV satraplıqların daxil olduğu vilayətlər hər halda e.ə. V əsrin birinci yarısından gec olmayaraq əsasən artıq farslara tabe idi.
Bizans imperiyasında din
Şərqi Roma İmperiyası (Yunanca: Βασιλεία τῶν Ῥωμαίων, Basileía tôn Rhōmaíōn "Roma İmperatorluğu"; Latinca: Imperium Romanum). Bizans İmperiyasında — rəsmi din. == Tarixi == Bizans Avropa tarixində, eləcə də bütün dünyada xristian mədəniyyətinin beşiyi sayılır. Xristianlığın təsdiqlənməsi, ortodoksal pravoslav nümunəsi üzrə tamamlanmış klassik forma əldə etməsi məhz Bizansda baş verdi. Bizans mədəniyyətinin xüsusiyyətlərini və xarakter cizgilərini müəyyənləşdirən həlledici amil məhz xristianlıq oldu. Təsadüfi deyil ki, orta əsrlər mədəniyyətinin mühüm hadisələrindən biri, bəlkə də ən başlıcası xristianlığın yayılmasıdır. I əsrdə Roma imperiyasının uzaq əyalətlərinin birində – İudeydə yaranmış xristianlıq belə bir rəvayətlə bağlı idi ki, Yer üzündə insan qiyafəsində adı İsa olan bir allah yaşayıb. I əsrdə Fələstində doğulmuş İsa peyğəmbər oba-oba gəzərək öyrədirdi ki, tezliklə allah ədaləti bərqərar edəcək. O, suyu çaxıra çevirir, ölüləlri dirildir və digər möcuzələr edirmiş. Romalıların onu çarmıxa çəkmələrinə baxmayaraq 3 gündən sonra dirilən peyğəmbər göylərə qalxaraq yenidən qayıdacağını, həm diriləri, həm də ölüləri mühakimə edəcəyini bildirdi.
Osmanlı imperiyasında mətbuat
Osmanlı imperiyasında çox sayda qəzet və jurnallar nəşr olunurdu. Qəzet və jurnalların nəşri Osmanlı imperiyasında mətbuat mədəniyyətinin yayılmasına səbəb oldu. == Avropa təsirləri == Osmanlı imperiyasında nəşr edilən ilk qəzet 1795-ci ildə Bəyoğluda Fransa səfiri Verninak-Sen-Maur tərəfindən təsis edilmişdir. Qəzet 1796-cı ilin martına qədər Bulletin de Nouvelles adı altında nəşr olundu. Qəzet Gazette française de Constantinople adı altında 1796-cı ilin sentyabrından 1797-ci ilin mayına qədər, 1797-ci ilin may-iyul ayları arasında isə Mercure Oriental adı altında nəşr olundu. Qəzetin əsas məqsədi İstanbulda yaşayan əcnəbi vətəndaşlara 1789-cu il Böyük Fransa inqilabından sonra ölkənin siyasəti haqqında məlumatları çatdırmaq olub. Qəzetin əsas oxucu kütləsi Fransa vətəndaşları idi. Qəzet xarici və azsaylı auditoriyaya xitab etdiyi üçün yerli əhalinin diqqətini cəlb etmədi. İki ildən sonra qəzetin nəşri dayandırıldı.26 noyabr 1800-cü ildə Misirdə nəşr olunan ilk ərəb qəzeti olan Əl-Tənbih (The Alert) general Jak-Fransua Menou tərəfindən təsis edilib. Generalın təyin etdiyi İsmayıl əl-Xəşəb qəzetin redaktoru oldu.
Osmanlı imperiyasındakı yəhudilərin tarixi
Osmanlı İmperiyasındakı yəhudilərin tarixi - Osmanlı İmperiyası ərazisində yaşamış yəhudilərin tarixini əhadə edir.
Osmanlı imperiyasının tarixi
Osmanlı imperiyasının tarixi — Osmanlı imperiyası I Osman tərəfindən yaradılmışdır.
Osmanlı imperiyasının yüksəlişi
Osmanlı Dövləti Yüksəlmə Dövrü — II Muradın (1421–1444, 1446–1451) ölümündən sonra yerinə oğlu Fateh Sultan Məmməd (II. Məmməd) (1444–1446, 1451–1481) padşah olduğunda, artıq Osmanlı Dövləti, Pasinler müharibəsinin bütün sarsıntılarını sovuşdurmuş və quruluş dövrünü tamamlamış bir imperiya olaraq dünya Thumbnail yerini almağa hazır idi. 1451'de II. Məmməd, atalarının bir çox dəfə girişip də bilmədikləri İstanbulu almaq işini düşünə biləcək və bunu reallaşdıra qədər özünü güclü hiss edirdi. == Mənbə == [en:wikipe] Finkel, Caroline, Osman's Dream, Basic Books, 2004. Culture de l'Empire ottoman : la vie dans l'Empire ottoman et son influence sur l'Occident, l'Afrique et l'Asie.
Osmanlı İmperiyasının Ordusu
Osmanlı ordusu (osm. اردوي همايون) — Osmanlı imperiyasının rəsmi ordusu. Osmanlı ordusunun tarixi iki əsas dövrə bölünür. Klassik dövr adlanan birinci dövr dövlətin yarandığı 1299-cu ildən XIX əsrin əvvələrinə qədər davam etmişdir. Bu dövrdə əsasən müxtəlif tipli hərbi islahatlar keçirilmişdir. İkinci dövr isə müasir dövr adlanır və bu dövrdə Osmanlı ordusu quru qoşunları, donanma və hava qüvvələri olmaqla üç yerə bölünür. == Quru qoşunları == === Klassik dövr === Osmanlı imperiyasının ordusunun formalaşması zamanı Rum sultanlığı, Elxanilər dövləti və Məmlük dövlətində istifadə olunan hərbi sistemlərdən istifadə olunmuşdur. Osmanlı ordusunda ordu başçısı xaqan adlandırıdı. Piyada və atlılardan təşkil olunmuş hərbi birləşmələr, zamanla müsəllam qoşun növünün tərkibinə qatılmışdır. 1299-cu ildə dövlət yaranarkən Osmanlının paşalarından olan Ələddin Paşa və Qadı Cəndərəli Qara Xəlilin rəhbərliyi ilə türk gənclərindən təşkil olunmuş, hər biri min nəfərlik, iki ordu birləşməsini yaradıldı.
Osmanlı İmperiyasının zirehli döyüş gəmilərinin siyahısı
Osmanlı İmperatorluğunun zirehli döyüş gəmiləri siyahısı — Osmanlı İmperiyasına aid olan və olması planlanan döyüş gəmiləri.Millətçi türklərin 1908-ci ildə Osmanlıda güc qazanmasından sonra İttihad və tərəqqi partiyası iqtidara gəldi; güclü bir Osmanlı Donanması hazırlamaq üçün planlara başlandı . 1910-ci ildə edilən Osmanlı Donanması keçid mərasimində ciddi əskiklik açıqca görülmüşdü.Girişilən zirehli gəmi inşa işləri Abdül Kadirdə olduğu kimi müvəffəqiyyətsizliklə nəticələnmişdi, bunun üçün Donanma Cəmiyyəti quruldu; yerli ianələr toplanması yolu ilə gəmi alışını hədəfləməktəydi. Bu səylərə baxmayaraq donanma pis vəziyyətdə qaldı. Donanmanın qeyri-kafiliyi, Birinci Balkan müharibəsinda qəti olaraq görüldü. Bu döyüşdə Osmanlı Donanması, Yunan Donanması tərəfindən İmroz və Mondros Dəniz Müharibəsində iki dəfə məğlubiyyətə uğradıldı.Balkan müharibələrinin bitməsinin ardından, donanma mövzusunda Osmanlı İmperatorluğu ilə Yunanıstan Krallığı arasında bir yarış başladı. Donanmanın müvafiq hala gələ bilməsi üçün Donanma Cəmiyyətinin səyləri ilə Birləşmiş Krallıqdan Sultan I. Osman gəmisi və özü [[Reşadiye sinifi zirehli döyüş gəmiləri]]ndən iki gəmi daha sifariş edildi. Lakin Birləşmiş Krallıq, Birinci Dünya Müharibəsinin təhlükəsini səbəb göstərərək pulu verilmiş olan gəmiyə əl qoydu.Zırhlılardan Sultan I. Osman , HMS Agincourt ; Sultan Rəşad , HMS Erin adını aldı. Onların düzəltdikləri ianələr ilə bu döyüş gəmilərini maraqla gözləyən Osmanlı xalqı, gəmilərə əl qoyulduğunu eşidəndə qəzəbi alovlandı. Almaniya İmperiyası, bu hadisə üzərinə SMS Goeben müharibə kruvazörü ilə SMS Breaslau yüngül kruvazörünün Osmanlının paytaxtı İstanbula 1914-ci ildə göndərdi, iki döyüş gəmisi də Osmanlı Donanmasının mülkiyyətinə keçdi. Gəmilərin adları Yavuz və Midilli olaraq dəyişdirildi.
Qazaxıstan Rusiya imperiyasının tərkibində
Qazaxıstanın rus müstəmləkəçiliyi 1731-ci ildə Rusiyanın Gənc Kiçik Xan Əbülxairi ilhaq etməsi ilə başladı. Bu proses 130 ildən çox davam etdi və 1960-cı illərin ortalarında başa çatdı. 1731-1860-cı illərdə Qazaxıstan Rusiyaya, yalnız formal olaraq tabe idi, qəbilə və qəbilələrin hökmdarları müstəqil bir siyasət yürüdürdülər. Çar hökuməti xalq üsyanlarını vəhşicəsinə yatırsa da, ölkənin daxili işlərinə qarışmırdı (məhkəmə, qəbilələrarası məsələlər). Nüfuzlu insanlara və qəbilə rəhbərlərinə maaş və rütbələr verməklə, inzibati islahatlar aparmaqla və yerinə yetirməyənləri cəzalandırmaqla hakimiyyətini gücləndirdi. 1822 "Sibir qazaxlarının nizamnaməsi", 1824 "Orenburq Qazaxlarının Nizamnaməsi" Qazaxıstan torpaqlarının idarəetmə qaydasını müəyyənləşdirdi. Bu qanunlara görə Orta və Kiçik Juz xanlıqları ləğv edildi. Kiçik Juz xanlığını Rusiyadakına bənzər bir inzibati sistem əvəzlədi. Orta Juzda "böyük sultan" ın hakim vəzifəsi gətirildi. Daxili rayonlar yaradıldı.
Roma imperiyasında xristianların təqibi
Roma imperiyasında xristianların təqibi — bütün Roma imperiyasında xristianlara qarşı b.e. I əsrindən başlayaraq b.e. IV əsrinə qədər davam edən sporadik və adətən lokal xarakter daşıyan təqiblər. Roma ilkin olaraq Roma paqanizmi və ellinistik din ənənələrində çoxtanrılı bir imperiya idi. Xristianlıq imperiyada yayıldıqca Roma imperator kultu ilə ideoloji qarşıdurmalara girmişdir. İnancları bütlərə sitayişi qadağan etdiyi üçün paqanların ilahiləşdirilmiş imperatorlara və ya digər tanrılara qurban vermək kimi əməlləri xristianlar üçün qeyri-əxlaqi idi. Dövlət və vətəndaş cəmiyyətinin digər üzvləri xristianları dövlətə xəyanətə, müxtəlif dedi-qodulardan ortaya çıxan cinayətlərə, qeyri-qanuni toplantılara və Romada mürtədliyə səbəb olan əcnəbi kultun tətbiqinə görə cəzalandırırdı. Romada ilk lokallaşmış təqib imperator Neronun (54–68) dövründə baş vermişdir. Daha ümumiləşmiş təqiblər Mark Avrelinin (161–180) dövründə gerçəkləşmişdir. Yaranan sakitlikdən sonra təqiblərə imperatorlar Desi Trayan (249–251) və Trebonian Qall (251–253) tərəfindən davam edilmişdir.
Rusiya imperiyasının Cənubi Azərbaycana hərbi müdaxiləsi
Rusiya imperiyasının Cənubi Azərbaycana hərbi müdaxiləsi — 1909-cu ildə devrilmiş Məhəmmədəli şah Qacarın tərəfdarları və əleyhdarları arasında İranda gedən vətəndaş müharibəsi zamanı Rusiya imperiyasının İranda yaşayan rus vətəndaşlarını və Rusiyanın İranla ticarətini qorumaq bəhanəsi ilə Qacar dövlətinin tərkibində olan Cənubi Azərbaycana hərbi müdaxiləsi. 1909-cu il aprelin 20-də general-mayor İ.Snarskinin başçılığı ilə rus ordusu rus konsullarını qorumaq üçün Təbrizi işğal edənə qədər Rusiya imperiyası Məhəmməd Əli şahı və onun avtoritar idarəetməsini dolayı yolla dəstəkləyirdi. Rusiya imperiyasının şaha dəstəyi silah göndərilməsi, kazak briqadasının komandiri polkovnik Vladimir Lyaxova borc pul verilməsi və konstitusiya hərəkatının liderlərə qarşı irimiqyaslı təbliğatın aparılması daxil idi. Bir il davam edən Təbriz üsyanı (1908-1909) zamanı Rusiya öz konsulluğunun təhlükəsizliyi ilə bağlı narahatlığını dəfələrlə dilə gətirirdi. Xarici işlər naziri Aleksandr İzvolski ilə baş nazir Hüseyn-Koli Nezam əl-Saltane Mafi arasında yazışmalarda rusların hərbi müdaxiləsi və Təbrizi ələ keçirməsi məsələsi dəfələrlə qaldırılmışdır. Bundan sonra iki il ərzində rus ordusu Xəzər dənizi ətrafındakı əraziləri işğal etməyə cəhd etdi. Ruslar Astara və Bəndər-Ənzəli şəhərlərini tutdular və hətta Məhəmmədəli şah Qacar devrildikdən sonra da rus sərkərdələri uğursuz yürüşlə onun monarxiyasını bərpa etməyə cəhd etdilər. Bununla belə, Rusiyanın təsiri Qacar ​​sarayında və bürokratiyada qaldı, Osmanlı imperiyasını təhdid etdi və I Dünya müharibəsində fars kampaniyasına səbəb oldu. == Tarixi == 1905-1911-ci illərdə İranda Konstitusiya İnqilabı baş verdi. Zadəganlar, ruhanilər və ziyalıların etirazı nəticəsində Müzəffərəddin şah Qacar 1906-cı ilin oktyabrında konstitusiya qəbul etməyə və Məclis (parlament) yaratmağa məcbur oldu.
Rusiya imperiyasının Krımı ilhaq etməsi
Rusiya imperiyasının Krımı ilhaqı — əvvəllər Krım xanlığına bağlı yarımada olan Krım 19 aprel 1783-cü il tarixində Rus imperiyası tərəfindən ilhaq edilməsi hadisəsi nəzərdə tutulur. İlhaqdan əvvəlki müddətdə rus imperiyası Krımın daxili işlərinə müdaxilələr edərkən, Krımın bağlı olduğu Osmanlı imperiyası Krım ilə yetərincə maraqlanmamaqda idi. İlhaqdan sonra tam 134 il boyunca rus imperiyası tərəfindən idarə edilən Krımdakı rus hakimiyyəti 1917-ci il iqilabından sonra qısaömürlü Krım Xalq Cümhuriyyətinin elan edilməsiylə sonlandı. Rusiya Vətəndaş müharibəsi dövründə tez-tez əl dəyişdirən Krım 1921-ci ildən 1954-cü ilə qədər Rusiya Sovet Federativ Sosialist Respublikasının, daha sonra isə Ukrayna Sovet Sosialist Respublikasının və 1991-ci ildə müstəqilliyini qazanan Ukraynanın hakimiyyəti altında qaldı. 2014-cü ildə Rusiya tərəfindən yenidən ilhaq edilən Krımın son ilhaqı isə hələ beynəlxalq arenada rəsmi olaraq tanınmamaqdadır. == Başlanğıc == Krımın Qara dənizin kənarında olması, yanında Qafqaza gedən yolun olması ruslar üçün yarımadanı strateji baxımdan önəmli hala gətirməkdə idi. Osmanlı imperiyası isə bu təhlükənin fərqinə XVIII əsrin sonlarında başa düşdü. Rusiyanın Qara dəniz sahillərini əlinə keçirərək isti sulara çatma məqsədi üçün etdiyi müharibələrdən biri olan 1735–1739 Osmanlı-Rus-Avstriya müharibəsi nəticəsində imzalanan Belqrad müqaviləsi ilə ruslar Krımı müharibə yolu ilə ala bilməyəcəklərini başa düşərək sərhədlərini genişlətmə məsələsində strateji dəyişikliklərə getdilər. Krım xanlığının daxili işlərində qarışıqlıqlar çıxarmaq sürətiylə xanlığı içdən zəiflətmək və Osmanlı imperiyasının da zəif olduğu anda buranı almağı planlayan ruslar bu məqsədlə 1740-cı ildə Krım ilə əlaqələri nizamlamaq üçün Kiyevə vali təyin etdilər və Krıma da konsul təyin etdilər. Təyin edilən konsul Krımın sosial, siyasi və iqtisadi vəziyyətini, yarımadanın topoqrafik və strateji strukturunu, xalqın və Krımın hakim elitasının adət və ənənələri kimi xüsusiyyətlərini müntəzəm olaraq Rusiyaya bildirdi.Osmanlılar tatarların əvvəlki kimi ruslar qarşısında dayanıqlılıq göstərə bilməmələri səbəbiylə Krım və Kefe sərəskəri ünvanıyla vəzirin Kefedə yaşamasına ehtiyac hiss etmişlər və Krım xanlığının mərkəzini Baxçasaraydan ehtimal olunan rus hücumu qarşısında geostrateji önəmə sahib Bender yaxınlığındakı Qavşana köçürdülər.
Rusiya imperiyasının himni
== Allah, Çarı qoru! == Боже, царя храни! Сильный, державный, Царствуй на славу нам, Царствуй на страх врагам, Царь православный. Боже, царя храни! Боже, Царя храни! Славному долги дни Дай на земли! Гордых смирителю: Слабых хранителю, Всех утешителю — Все ниспошли! Перводержавную Русь Православную Боже, храни! Царство ей стройное, В силе спокойное, - Все ж недостойное, Прочь отжени! О, провидение, Благословение Нам ниспошли!
Rusiya İmperiyasının Dövlət Duması
Rusiya İmperiyasının Dövlət Duması — Rusiya imperiyasının parlamenti == Tarixi == 11 dekabr 1905 — Çar II Nikolay Rusiya Dövlət Dumasına seçkilər barədə fərman verib. 27 aprel 1906 — Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti — I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycan da seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular. 31 may 1906 — Cənubi Qafqazın müsəlman-azərbaycanlı əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, Yelizavetpol, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov) seçilmişdi. Müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edirdi. 20 fevral 1907 — Çar Rusiyasının II Dövlət Duması fəaliyyətə başlayıb. Birinci Dumada (1906) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı 1907 — Çar Rusiyasının III Dövlət Duması fəaliyyətə başlayıb III Dumada Cənubi Qafqaz ın müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov təmsil edirdi.
Rusiya İmperiyasının Ərzurum vilayəti
Ərzurum vilayəti (rus. Эрзерумская область) — Şərqi Anadoluda, 1878–ci ildə Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati vahid. 1878-ci ilin əvvəlində Osmanlı İmperiyasının keçmiş Ərzurum vilayətinin rus ordusu tərəfindən tutulmuş hissələrində Ərzurum vilayəti (rus. Эрзурумский область) təşkil edildi. Bundan qısa müddət sonra dairə rəislərinə mümkün qədər dəqiq olmaqla tüstü və təxmini əhali sayı göstərilməklə vilayətdəki yaşayış məntəqələrinin siyahılarının tərtib edilməsi əmri verildi. Siyahılar kənd müdirlərinin və şəhər muxtarlarının nəqli əsasında tərtib edilirdi. 1878-ci ilin may ayının 13-nə çatdırılan siyahılar yekun işlənilmə üçün erməni əsilli ermənişünas tarixçi Aleksandr Eritsova verildi. Eritsov tərəfindən yaşayış yerlərinin adlarının düzgün transkipsiyası bərpa edilməyə çalışılmış, hesablanan yekunlar dəqiqləşdirilmiş, siyahıya izah və əlavələr daxil edilmişdir. == Mənbə == VI. Приложенія. 2) Списокь населенныхь пунктовь бывшей Эрзерумской области, находившейся во временномь управленіи Россіи, составленный А. Д. Ерицовымь, стр.
Səfəvi imperiyasında Rütbələr və Titullar: Səfəvi Administrasiyasının Üçüncü Əlkitabı
Səfəvi imperiyasında Rütbələr və Titullar: Səfəvi Administrasiyasının Üçüncü Əlkitabı (ingiliscə:Titles & Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration) — Səfəvi imperiyasının tarixi barədə yazılmış elmi əsər nəzərdə tutulur. Kitab Mage Publishers tərəfindən Uillem Floorun müəllifliyində və tərcüməçiliyində hazırlanmışdır. Əsərin əsaslandığı tarxi əsərin müəllifi isə Mirzə Nağı Nasiridir. Mirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin müəllifi olmuşdur. Bu traktat 1731-ci ildə - II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.
Səfəvi imperiyasında qadınlar
Səfəvi imperiyasında (1501-1736) qadınlar — Səfəvi imperiyası zamanı cəmiyyətdə qadınların vəziyyəti nəzərdə tutulur. Səfəvi imperiyasında qadınlar aid olduqları sosial statusdan asılı olaraq geniş hüquqlar və azadlıqlardan yararlana bilirdilər. Yuxarı sinfə məxsus olan qadınlar həm təhsildə, həm də siyasi baxımdan imperiya ərazisində aktiv idilər. Digər sosial siniflərdən olan qadınlar hətta əri belə olmadan səyahət edə bilmə kimi azadlıqlardan yararlanmaqla birlikdə, öz ailələrinin maliyyə vəziyyətini də idarə edirdilər. Cəmiyyətin bütün sferalarında qadınlarla qarşılaşmaq mümkün idi. Lakin I Abbasın 1629-cu ildə ölümündən sonra qadınların cəmiyyətdəki rolu azalmağa başladı və onlar ictimai nəzərdən uzaqlaşmağa başladılar. II Abbasın hakimiyyəti dövründə qadınlara qarşı məhdudiyyətlər tədbiq edildi. Bu hakimiyyət dövrü Səfəvi imperiyasında qadınlar üçün çətin mərhələ kimi dəyərləndirilir. == Səfəvi imperiyasının erkən dövrü == === Yuxarı sinif qadınları === Yuxarı sinfə məxsus olan qadınlar imperiya daxilində həm ictimai, həm də idarəetmə məsələlərində mühüm rol oynayırdılar. Onlar bir çox sferalarda olduğu kimi, imperiyanın siyasi məsələləri üzərində də söz haqqına sahib idilər.
Səfəvi imperiyasında xristianlıq
Səfəvi imperiyasında xristianlıq — Səfəvi imperiyası daxilində xristianların və xristianlığın vəziyyəti nəzərdə tutulur. Səfəvi imperiyası çoxetnoslu və çoxdinli bir imperiya idi. XVII əsrdə imperiya ərazisində yaşayan xristianlar əsas olaraq 3 qrupa bölünməkdə idilər: Gürcü Pravoslav Kilsəsinə mənsub olan gürcülər. Erməni Həvari kilsəsinə mənsub olan ermənilər. Roma-Katolik kilsəsinə mənsub olanlar. Bura əsasən avropalı missionerlər və digər şəxslər, son dönəmdə katolikliyə keçənlər daxil idi. Bu son qeyd edilənlər əsasən ermənilər idi.Xristianlar əsasən imperiyanın xarici dövlətlərlə, xüsusən Avropa dövlətləri ilə ticarətlərində mühüm rol oynayırdılar. Bu ticarət fəaliyyətləri zamanı Avropa ilə yaranan tanışlıq sonradan onların imperiyanın diplomatik fəaliyyətlərinə də cəlb olunmalarına yol açdı. Həmçinin I Abbasın hakimiyyəti dövründən etibarən xristianlardan müsəlmanlığı qəbul edənlər imperiyanın müxtəlif dövlət vəzifələrində də yüksəlmə imkanı əldə etdilər. Azyaşlı ikən xristianlardan toplanan və şahın qulları kimi yetişdirilən xristian uşaqlar İslamı qəbul edir və I Abbas tərəfindən yaradılmış yeni ordu qruplaşmalarında xidmət edə bilmə imkanı əldə edirdilər.
Səfəvi imperiyasının Bağdad hakimlərinin siyahısı
Səfəvi imperiyasının Bağdad hakimlərinin siyahısı — Bağdad şəhəri Səfəvi imperiyası hakimiyyəti altında olarkən oraya hakim olaraq təyin edilmiş şəxslərin siyahısı nəzərdə tutulur. == Siyahı == Bağdad iki dəfə Səfəvi hakimiyyəti altında olmuşdur. İlk mərhələdə 1508-ci ildə başlayan Səfəvi hakimiyyəti 1534-cü ilə qədər davam etmiş və bu ildə şəhər Osmanlı imperiyası tərəfindən ələ keçirilmişdir. Səfəvi hakimiyyətinin ikinci mərhələsi isə 1623-cü ildə başlamış və 1638-ci ilə qədər davam etmişdir.Siyahı: == Həmçinin bax == Bağdadın tutulması (1624) Bağdadın işğalı (1534) == İstinadlar == == Mənbə == Bengio, O.; Litvak, Meir. The Sunna and Shi'a in History: Division and Ecumenism in the Muslim Middle East. Springer. 2014. ISBN 978-1137495068. Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran".
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi
Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi (1697–1701) — 1697-ci ilin 26 martı ilə 1701-ci ilin 9 martı arasında baş vermişdir. Bu ikinci hadisə idi ki, İran körfəzində vacib şəhər Səfəvi imperiyasının əlinə keçirdi. Bəsrə müasir İraq ərazisində yerləşməkdədir və 1697-ci ilə qədər 1508-ci ildən 1524-cü ilə qədər Səfəvi imperiyasının əlində olmuşdu. Bu şəhər 1524-cü ildə Şah İsmayılın ölümündən sonra itirilmişdi. Bundan sonrakı dövr ərzində Səfəvi imperiyasının rəqibi Osmanlı imperiyası bölgə üzərində nominal da olsa, öz hakimiyyətini qurmağı bacarmışdı. Faktiki olaraq isə, hakimiyyət ərəb Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan Əl-Muğamis tayfasının əlində qalmaqda idi. 1596-cı ildə Bəsrənin Osmanlı hakimi Əli paşa öz vəzifəsini yerli əyanlardan olan Əfrasiyaba pul müqabilində satdı. Bundan sonrakı 70 il ərzində Bəsrə Əfrasiyab və xələflərinin irsi hakimiyyəti altında olan əyalət statusu ilə Osmanlı imperiyasının tərkibində qaldı. Səfəvi imperiyasının Bəsrəni geri qaytarmaq üçün 1624, 1625 və 1628-1629-cu illərdəki cəhdləri portuqaliyalıların müdaxiləsi, digər cəbhələrdə yaranmış çətin şərait və nəhayət I Abbasın ölümünə görə uğursuzluqla nəticələnir. Bəsrə coğrafi və iqtisadi səbəblərə görə Səfəvilərə doğru yuvarlanmaqda davam edirdi.
Səfəvi imperiyasının I Sunja yürüşü
Səfəvi imperiyasının Kerman hakimlərinin siyahısı
Səfəvi imperiyasının Kerman hakimlərinin siyahısı — Kerman bölgəsi Səfəvi imperiyası hakimiyyəti altında olarkən oraya hakim olaraq təyin edilmiş şəxslərin siyahısı nəzərdə tutulur. == Siyahı == Bölgə 1501-ci ildə Səfəvi dövləti yaradıldıqdan bir neçə il sonra ona birləşdirilmiş və dövlətin süqutuna qədər onun tərkibində qalmışdır. Siyahı: == Həmçinin bax == Səfəvi imperiyası == İstinadlar == == Mənbə == Andrew J. Newman. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Rudi Matthee. KERMAN vii.
Səfəvi imperiyasının Kürdüstan bəylərbəyliyi
Səfəvi Kürdüstanı və ya Səfəvi imperiyasının Kürdüstan bəylərbəyliyi — Səfəvi imperiyasında mövcud olmuş bəylərbəyliklərindən və ya inzibati vahidlərindən biri. Ərazisi tarixi dövrlər ərzində siyasi və hərbi yeniliklərə görə dəyişmişdir. == Tarixi == 1501-ci ildə yaranan Səfəvi imperiyası sürətlə ətraf ərazilərə yayılmaqda idi. Bu yayılma nəticəsində 1508-ci ildə o dövrki Kürdüstan ərazisinin yerli hakimi Səfəvi hökmdarı I İsmayılın ali hakimiyyətini qəbul etdi.Kürdüstan Səfəvi imperiyasına daxil olan 5 inzibati vahiddən biri idi və vali tərəfindən idarə edilirdi. Bu vali demək olar ki, müstəqil hakim idi. Vali çox zaman yerli hakim ailələrdən birinə aid olmaqla birlikdə, muxtariyyət üçün gəlinmiş kompromisə əsasən şah tərəfindən seçilirdi. Buna baxmayaraq, onlar irsi şəkildə hökmranlıq edirdilər. Nadir hallarda bölgə valiləri vilayətə dəxli olmayan yerlərdən olan şəxslərdən təyin edilirdi. Belə hallar çox zaman problemə səbəb olurdu. Məsələn, 1680-ci illərdə vilayətə Şah Süleyman tərəfindən yerli şəxslərdən olmayan məmurun vali təyin edilməsi qarşıdurmaya səbəb olmuş və sonda həmin vali vilayətdən qovulmuşdu.
Səfəvi imperiyasının Luristan hakimlərinin siyahısı
Səfəvi imperiyasının Luristan hakimlərinin siyahısı — Səfəvi imperiyasının qərbdə yerləşən inzibati vahidlərindən biri. Bu bölgənin ərazisi müasir İran İslam Respublikasının İlam ostanı və Luristan ostanlarının ərazilərinə uyğun gəlir. Luristan vilayəti imperiyanın müəyyən qədər muxtariyyətə malik olan 5 vilayətindən biri idi və şah tərəfindən təyin edilən vali və ya hakim tərəfindən idarə edilirdi.Vilayət 1508-ci ildə Şah Rüstəm Abbasi dövründə Səfəvi hökmdarı Şah I İsmayıldan asılılığı qəbul etmişdir. 1578–1587-ci illər istisna olmaqla (bu illərdə vilayətin yerli hakimi Osmanlı imperiyası ilə ittifaqda olmuşdur), Səfəvi imperiyasının süqutuna qədər ona tabe olmuşdurlar. == Siyahı == Siyahıda vilayəti və ya onun hissələrini idarə etdiyi bilinən şəxslər göstərilmişdir. Hakim və ya bəylərbəyi ifadələrinin hər ikisi də vilayət valilərini təsvir etmək üçün işlədilmişdir. == Həmçinin bax == Səfəvi Luristanı == İstinadlar == == Mənbə == Willem Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publisher. 2008.

"imperiyasın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#imperiyasın nədir? #imperiyasın sözünün mənası #imperiyasın nə deməkdir? #imperiyasın sözünün izahı #imperiyasın sözünün yazılışı #imperiyasın necə yazılır? #imperiyasın sözünün düzgün yazılışı #imperiyasın leksik mənası #imperiyasın sözünün sinonimi #imperiyasın sözünün yaxın mənalı sözlər #imperiyasın sözünün əks mənası #imperiyasın sözünün etimologiyası #imperiyasın sözünün orfoqrafiyası #imperiyasın rusca #imperiyasın inglisça #imperiyasın fransızca #imperiyasın sözünün istifadəsi #sözlük