Ağarza Quliyev. Kino tarixində imzası olan... (film, 2013)
Ağarza Quliyev. Kino tarixində imzası olan... qısametrajlı sənədli televiziya filmi rejissor Elvin Vəlimətov tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan kinosu tarixində əvəzsiz rolu olan, öz dəst-xətti, öz imzası olan rejissor Ağarza Quliyevin kino sənətindən bəhs edir. Filmdə rejissorun çəkdiyi filmlərdən fraqmentlər əks etdirilir.
== Məzmun ==
Film Azərbaycan kinosu tarixində əvəzsiz rolu olan, öz dəst-xətti, öz imzası olan rejissor Ağarza Quliyevin kino sənətindən bəhs edir.
Ağarza Quliyev 1927–ci ildə Kinofabrikanın nəzdində kinoemalatxanasını bitirib. 1924-cü ildən kinoda fəaliyyətə kinoaktyor kimi başlayıb, 1934-cü ildən kinorejissor kimi fəaliyyətini davam etdirib. Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox filmin üzərində işləmiş, rejissor olaraq "Almaz", "Yeni horizont", "Qara daşlar", "Səhər", "Ulduz", "Mən ki gözəl deyildim" tammetrajlı bədii filmlərini çəkmiş, bir neçə filmdə aktyor kimi də çəkilmişdir.Filmdə rejissorun çəkdiyi filmlərdən fraqmentlərə yer verilmişdir.