* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Könüllü olaraq və zəhmət haqqı almadan ictimai-faydalı bir işi, tapşırığı kollektiv surətdə, elliklə yerinə yetirmə. Bu iməcilik böyük bir əmək bayramına dönmüşdü. Burada hər millətdən çalışan vardı. B.Talıblı. Gənclərin gücü ilə bir neçə dəfə iməcilik keçirilib, idman meydanı düzəldi. Ə.Sadıq. Nahiyənin rəhbərləri bu cümə iməcilik təşkil edib, dərənin üstündən körpü salırdılar. Ə.Əbülhəsən. □ İməcilik etmək – birinə kömək məqsədi ilə bir işi birlikdə görmək, elliklə köməkləşib yerinə yetirmək. Lakin yetimin uşaqlığını camaat nəzərə alaraq, hər il iməcilik edib onun əkininə, biçininə kömək edərdi. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / iməcilik2 сущ. 1. субботник (добровольное и бесплатное коллективное выполнение какой-л. общественно полезной работы, производимое в сверхурочное время – первоначально по субботам). İməcilik keçirmək проводить, провести субботник, iməciliyə hazırlıq подготовка к субботнику, hamı iməciliyə! все на субботник! 2. безвозмездная коллективная помощь в работе; iməcilik etmək безвозмездно коллективно выполнять какую-л. работу 3. воскресник
Azərbaycanca-rusca lüğət / iməcilik