İnşallah sözü azərbaycan dilində

İnşallah

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • İnşallah • 66.3884%
  • inşallah • 33.0860%
  • İnşAllah • 0.3092%
  • İNŞALLAH • 0.0928%
  • inşAllah • 0.0618%
  • İnşALLAH • 0.0618%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İnşallah
İnşallah (ərəbcə: انشاءالله) — "İn" (əgər) "şəa" (istəsə) və "Allah" sözlərindən əmələ gəlib, "Əgər Allah istəsə", qısası, "Allah qoysa" deməkdir. Qurani-Kərimdə buyurulur: "Ancaq: "İnşallah (əgər Allah istəsə; Allah qoysa) edəcəyəm!" – de. (İnşallah deməyi) unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni bundan (əshabi-kəhfin əhvalatına dair xəbərlərdən) haqqa daha yaxın olan bir yola yönəltsin (peyğəmbərliyimə daha çox dəlalət edən bir möcüzə versin!)" – de." (Kəhf surəsi, 24) "İnşallah" əhd bağlamaqdır, yəni mən Allahın izni ilə həmin işi əmələ gətirmək üçün bütün səbəbləri əmələ gətirəcəyəm və əgər Allah istəsə söz verdiyim şey baş verəcək. "İnşallah" sözünün üzərinizə qoyduğu vəzifə əhd bağladığınız işlə əlaqədar mümkün olan bütün səbəbləri əmələ gətirməkdən ibarətdir. Əgər əmələ gətirmirsinizsə, deməli, "İnşallah" sözünü sadəcə dildə iqrar etmisiniz, yəni əməldə onu göstərməmisiniz. Bu isə möminə xas olan xüsusiyyət deyil. Siz səbəbləri əmələ gətirmisinizsə və gözlənilməz bir hadisə üzündən söz verdiyiniz işi yerinə yetirə bilməyirsinizsə, bu zaman Allah verdiyiniz sözün məsuliyyətini üzərinizdən götürür. Bu əhdin məsuliyyətini başa düşə bilməmiz üçün İslam Peyğəmbərinin (s) bu kəlamına diqqət yetirməmiz kifayət edər "Əmanətə xəyanət edənin imanı, əhdinə vəfa etməyənin isə dini yoxdur"!
İnşallah xan İnşa
İnşallah xan İnşa (1756–1817)—urdu şairi. == Həyatı == İnşallah xan İnşa (1756-1817) Urdu dilinə son dərəcə hakim biri idi. Farsca, Urduca, Pəncabca, Puştuca, Türkcə (Çığatayca) gözəl bilirdi. “Dərya-ye Lətafət (1802)” adlı Urduca lüğət kitabı yazmışdır . Farsca və Urduca divanı vardı. “Rani Kitki ki Kahani” adlı hekayəsində Ərəbcə və Farsca tək bir kəlmə və tamlama içlətməmişdi . Eynı şəkildə “Silk-e Gauhar” adlı başqa bir hekayəsində də nöqtəli tək bir hərf işlətməmişdi . Bu əsərlər, onun dilə hakimiyətini göstərən ən yaxşı örnəkdilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.05 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 30.84
2003 ••••••••••• 15.75
2004 ••••••• 9.43
2005 ••••••••• 13.50
2006 •••• 4.96
2007 ••••• 6.77
2008 ••••• 6.58
2009 •••••• 8.64
2010 •••••••• 11.53
2011 ••••••••• 13.38
2012 •••••••• 11.87
2013 ••••••••••••••• 22.32
2014 •••••••••••• 18.02
2015 ••••••• 10.21
2016 •••••••••• 14.58
2017 •••••• 8.29
2018 ••••••• 9.59
2019 •••••• 9.18
2020 ••••••••••• 16.58

inşallah sözünün leksik mənası və izahı

  • 1 ara s. [ər.] “Allah qoysa”, “Allah deyən olsa”, “Allah istəsə”, “Allahın iradəsi olsa” mənalarında xeyir-dua, dilək təbiri. [Mozalan bəy:] Sabah saat xoşdur, inşallah, günorta maşını ilə yola düşərsiniz. Ə.Haqverdiyev. [Ocaqqulu:] Ağa, – dedi, – Tiflis pis deyil, inşallah, daha da yaxşı olar. Çəmənzəminli. [Səfər bəy:] Heç qorxma, inşallah, salamat qurtararıq. Qənbərqulu, get, qızı gətir, aparaq. B.Talıblı. // Bəzən istehza məqamında işlənir. [Məşədi İbad:] Görəsən, bunların hamısının hamam pulunu, inşallah, mən verəcəyəm? Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / inşallah

inşallah sözünün etimologiyası

inşallah sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 İNŞALLAH [Əhməd:] Mən elə bu gün təkid edərəm, ərizələr tamam olar, inşallah iş də düzələr, arxayın ol.. (N.Vəzirov); ALLAH QOYSA Cabbar bəy: Həqiqət, elə belə də eləyəcəyəm, Allah qoysa.. (N.Vəzirov); SAĞLIQ OLSUN.

    Azərbaycan dilinin sinonimlər lüğəti / inşallah

inşallah sözünün rus dilinə tərcüməsi

inşallah sözünün inglis dilinə tərcüməsi

inşallah sözünün fransız dilinə tərcüməsi

inşallah sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] ара г. иншаллагь, “Аллагьди гайитӀа”, “Аллагьдиз кӀан хьайитӀа”, “Аллагьдин разивилелди” (хийир-дуьа тӀалаб авунин манада).

    Azərbaycanca-ləzgicə lüğəti / inşallah

inşallah sözünün türk dilinə tərcüməsi

inşallah sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Allah qoysa; əgər Allah istəsə.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#inşallah nədir? #inşallah sözünün mənası #inşallah nə deməkdir? #inşallah sözünün izahı #inşallah sözünün yazılışı #inşallah necə yazılır? #inşallah sözünün düzgün yazılışı #inşallah leksik mənası #inşallah sözünün sinonimi #inşallah sözünün yaxın mənalı sözlər #inşallah sözünün əks mənası #inşallah sözünün etimologiyası #inşallah sözünün orfoqrafiyası #inşallah rusca #inşallah inglisça #inşallah fransızca #inşallah sözünün istifadəsi #sözlük