inək sözü azərbaycan dilində

inək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • inək • 91.6968%
  • İnək • 8.3032%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.84 dəfə / 1 mln.
2003 ••• 1.57
2004 •••• 2.02
2005 •••••••••••••• 7.42
2006 ••••••••• 4.50
2007 ••••••• 3.59
2008 ••••••••••••• 6.82
2009 ••••••••••••• 6.40
2010 •••••••••••••• 7.17
2011 •••••••••••••••••• 9.52
2012 ••••••••••••••• 7.49
2013 •••••••••••••••••••• 10.65
2014 •••••••••••••••• 8.07
2015 •••••• 2.89
2016 ••••••••• 4.51
2017 ••••••••• 4.55
2018 •••••• 2.70
2019 •••• 2.09
2020 ••••••••• 4.38

inək sözünün leksik mənası və izahı

  • 1 is. 1. Süd verən iri ev heyvanı, öküzün dişisi. Südlü inək. Qısır inək. İnək qatığı, qaymağı (inək südündən hazırlanan qatıq, qaymaq). – Rəna dərhal qollarını çırmayıb inəyi sağmaq üçün getdi. M.S.Ordubadi. …Evin sağındakı qocaman qoz ağacı yanında inək mələdi. M.Hüseyn. 2. vulq. Çox kök, yöndəmsiz qadın, yaxud qorxaq və ya küt adam haqqında. ◊ İnək kimi sağmaq – özü üçün gəlir mənbəyi etmək, müntəzəm surətdə birinin pulunu, varını əlindən almaq, sorub çəkmək, istismar etmək. Bir sözlə, Molla Qasım Güllücə kəndini inək kimi sağıb yeyirdi. S.S.Axundov. // İstismar etmək. Hər il inək kimi sağılan torpaq gücdən düşmüşdü. (Qəzetlərdən).

    Azərbaycan dilinin izahlı lüğəti

inək sözünün etimologiyası

  • 1 Sözün əsli sağır n (n) ilə yazılıb “dişi tısbağa, dişi dəvə” mənalarında işlədilib. Deməli, inək sözü dişi kəlməsinin sinonimi olub. Ana sözü də, ehtimal ki, buradan əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti

inək sözünün rus dilinə tərcüməsi

  • 1 1. корова; 2. коровий;

    Azərbaycanca-rusca lüğət
  • 2 I сущ. корова. Sağmal inək дойная корова II прил. коровий. İnək südü коровье молоко, inək yağı коровье масло; inək əti (mal əti) говядина ◊ inək kimi sağmaq доить как корову; inəyə yəhər yaraşan kimi yaraşır идет как корове седло

    Azərbaycanca-rusca lüğət

inək sözünün inglis dilinə tərcüməsi

inək sözünün fransız dilinə tərcüməsi

inək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. ккал; // калин; inək südü калин нек; 2. вульг. гзаф куьк, кӀалубсуз дишегьли ва я кичӀе, куьт касдин гьакъинда; ** inək kimi sağmaq ккал хьиз ацун, масадакай менфят къачун, вахт-вахтунда садан пул, авай-авачирди гъиляй къачун, алажун; квай меже (кьуш) хкудун (мес. накьвадик).

    Azərbaycanca-ləzgicə lüğəti

inək sözünün türk dilinə tərcüməsi

"inək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#inək nədir? #inək sözünün mənası #inək nə deməkdir? #inək sözünün izahı #inək sözünün yazılışı #inək necə yazılır? #inək sözünün düzgün yazılışı #inək leksik mənası #inək sözünün sinonimi #inək sözünün yaxın mənalı sözlər #inək sözünün əks mənası #inək sözünün etimologiyası #inək sözünün orfoqrafiyası #inək rusca #inək inglisça #inək fransızca #inək sözünün istifadəsi #sözlük