inciklik sözü azərbaycan dilində

inciklik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • inciklik • 92.7711%
  • İnciklik • 5.4217%
  • İNCİKLİK • 1.8072%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.43 dəfə / 1 mln.
2003 •••• 0.39
2009 •••••••••• 1.12
2010 ••••••• 0.73
2011 ••• 0.34
2012 •• 0.17
2013 •••••••••••••••••••• 2.33
2014 •••••••••••••• 1.54
2015 ••• 0.34

inciklik sözünün leksik mənası və izahı

  • 1 is. İncimə, küsü, aradəymə, küsüşmə, narazılıq. [Dəlilər] yedilər, içdilər, keflər kökəldi, damağlar cağ oldu, inciklik yaddan çıxdı. “Koroğlu”. Mirzə Süleyman atasını çox sevirdi və sağ olan vaxtında nə qədər inciklik vardısa, indi hamısını əfv edərdi… B.Talıblı. Səttarzadə ailədə söz-sov, ovqattəlxlik görmüşdü, hətta bərk inciklik də xatırlayırdı. Mir Cəlal. □ Araya inciklik salmaq – bir-birindən incitmək, küsüşdürmək, narazılıq salmaq. [Hacı Murad:] Onlar istəyir ki, ata-oğul arasına inciklik salıb nəfbərdar olsunlar. S.S.Axundov. İnciklik düşmək, araya inciklik düşmək – bir-birindən incimək, narazılıq düşmək. [Salman:] Yoxsa neçə ilin ayrılığından sonra istəyirsən, aramıza inciklik düşsün? Ə.Haqverdiyev. // İnciməyə səbəb olan hal, iş. [Vəzir:] Bu gün mənə hər tərəfdən inciklik üz verir. M.F.Axundzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / inciklik

inciklik sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 küsü — umu-küsü — narazılıq

    Azərbaycan dilinin sinonimlər lüğəti / inciklik
  • 2 İNCİKLİK Şöbədə bir inciklik olanda həmişə əl-ayağa düşüb canfəşanlıq eləyən Qulam, nədənsə bu dəfə laqeydlik göstərirdi (H.Abbaszadə); KÜSKÜNLÜK [Sürəyya] babasına qarşı bir küskünlük duyaraq kövrəldi.. (Ə.Məmmədxanlı); RƏNCİDƏLİK Müstəntiq: Paşa bəylə pristav Kamalın arasında inciklik, rəncidəlik vardırmı? (Ə.Vəliyev); İNCİMƏ, KÜSMƏ, KÜSÜ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / inciklik

inciklik sözünün antonimləri (əks mənalı sözlər)

inciklik sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. обида (чувство горечи, досады, вызываемое несправедливым, оскорбительным отношением к себе). Böyük inciklik большая обида, möhkəm inciklik сильная обида, xırda inciklik мелкая обида ◊ araya inciklik salmaq вносить, внести разлад между кем-л.; aralarına inciklik düşüb между кем разлад

    Azərbaycanca-rusca lüğət / inciklik

inciklik sözünün inglis dilinə tərcüməsi

inciklik sözünün fransız dilinə tərcüməsi

inciklik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. бейкефвал, рикӀин тӀарвал, араяр акьун, инжиклувал, наразивал, хъел хьунухь; бейкеф хьуниз себеб жедай гьал, кар; // araya inciklik salmaq арада бейкефвал ттун, наразивал ттун, сад садав хъеларун; inciklik düşmək, araya inciklik düşmək сад-садакай бейкеф хьун, арада наразивал гьатун, сад-садав хъелун.

    Azərbaycanca-ləzgicə lüğəti / inciklik

Oxşar sözlər

#inciklik nədir? #inciklik sözünün mənası #inciklik nə deməkdir? #inciklik sözünün izahı #inciklik sözünün yazılışı #inciklik necə yazılır? #inciklik sözünün düzgün yazılışı #inciklik leksik mənası #inciklik sözünün sinonimi #inciklik sözünün yaxın mənalı sözlər #inciklik sözünün əks mənası #inciklik sözünün etimologiyası #inciklik sözünün orfoqrafiyası #inciklik rusca #inciklik inglisça #inciklik fransızca #inciklik sözünün istifadəsi #sözlük