incəsənətin sözü azərbaycan dilində

incəsənətin

Yazılış

  • incəsənətin • 96.1193%
  • İncəsənətin • 3.8807%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İncəsənətin klassifikasiyası haqqında mübahisələr
Sənət tarixçiləri və sənət filosofları arasında uzun müddətdir davam edən və konkret mədəni forma və ya əsərin hissəsinin incəsənət kimi klassifikasiyasına əsaslanan bir mübahisə mövzusu mövcuddur. Nəyin incəsənət kimi qəbul ediləcəyi, nəyin isə qəbul edilə bilməyəcəyi haqqında mübahisələr bu günə kimi davam etməkdədir. == Sənətin tərifi == Sənətin tərifi çətinlik yarada bilər. Estetiklər və sənət filosofları tez-tez nəyin incəsənət kimi təyin edilə biləcəyi haqqında mübahisələrdə iştirak edirlər. Orijinal və geniş yayılmış tərifə görə sənət, (ingiliscədə işlədilərn "art" sözü latın dilində "sənətkarlıq" və "əl işi" anlamında işlədilmiş "ars" sözündən gəlməkdədir) müəyyən bir biliyin effektiv tətbiqi nəticəsində yaranmış, daha çox bacarığa əsaslanan məhsul və ya prosesdir; bu tərif özünü "liberal sənətlər" və "döyüş sənəti" kimi ifadələrdə daha aydın göstərir. Lakin, müasir anlamda söz, 1750-ci illərdən etibarən estetik nəticə üçün bacarığın istifadəsi kimi anlaşılır.Onlayn Britannika Ensiklopediyasına görə, "incəsənət bacarıq və təsəvvürlərin başqaları ilə paylaşılması üçün estetik obyektlər, mühit və ya təcrübənin yaradılmasıdır." Lakin, müasir dövrdə "sənət" ifadəsinin necə istifadəsinin doğru olacağı haqqında çoxsaylı mübahisələr vardır; "sənət" ifadəsi altında nəyin nəzərdə tutulmasından bəhs edən çoxsaylı kitablar və jurnal məqalələri nəşr edilmişdir. 1969-cu ildə Teodor Adorno qeyd edirdi ki, "aydındır ki, incəsənət haqqında heç nə aydın deyil." Aydın deyil ki, kimin incəsənəti bölmək hüququ var. Sənətkarlar, filosoflar, antropoloqlar və psixoloqlar hərəsi incəsənəti öz fəaliyyət sahələrinə uyğun olaraq istifadə edir və bir-birinə oxşamayan təriflər verirlər. Sənət sözünün ikinci, daha dar, daha gec formalaşmış anlamı "yaradıcılıq işi" və "incəsənət" sözlərinin abbreviaturası kimi işlədilir. Burada söz sənətkarın yaradıcılıq işini və ya auditoriyanın estetik hisslərini ifadə etmək üçün işlədilir.
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.
Müjdə xristian incəsənətində
Müjdə xristian incəsənətində ən çox müraciət olunan mövzulardan biridir. Müjdə mövzusu hələ erkən xristianlıq dövründən məşhur olmuş və bu mövzuda məlum olan erkən dənət nümunəsi Romadakı Prisilla katakombasındakı IV əsrə aid freskodur. == Orta əsrlər və intibah == Orta əsrlər və intibah dövründə məşhur olan Müjdə mövzusuna həmin dövrlərin ən məşhur və nüfuzlu sənətkarları müraciət etmişlər. Bakirə Məryəm və arxangel Cəbrayıl Roma-Katolik Marian incəsənətinin ən sevilən mövzularından biri olmuşdur. Sandro Botiçelli, Leonardo da Vinçi, Karavacco, Duçço di Buininsenya, Yan van Eyk, Bartolome Esteban Murillo və başqa minlərlə ustad sənətkarlar bu mövzuya müraciət etmişlər. Romadakı Santa Mariya in Trastevere (1291) kilsəsində Pyetro Kavallini, Padovadakı Skroveni kapellasında (1303) Cotto, Florensiyadakı Santa Mariya Novella kilsəsində (1486) Domeniko Girlandayo tərəfindən işlənmiş mozaikalar, Florensiyadakı Santa Kroçe bazilikasında (1435) Donatellonun qızıl suyuna çəkilmiş heykəli bu mövzuya həsr edilmiş məşhur sənət əsərləridir. Müjdə səhnələrinin təsvir kompozisiyası adətən bir-birinə oxşar idi; Məryəmin solunda dayanmış Cəbrayıl ona müjdəli xəbəri verərkən Məryəm oturmuş, daha sonrakı təsvirlərdə isə diz çökmüş halda göstərilirdi. Tipik olaraq Cəbrayıl daha yaxından, Məryəm isə bir qədər onun fonunda verilir. Orta əsrlər incəsənətində bir qayda olaraq Məryəm qapalı məkan və ya dəhlizdə göstərilirsə, intibah incəsənətində o, bağda və ya ağacların əhatəsində verilir. Təsvirlərdə göstərilən bina bəzən Bakirənin evi, bəzən də Yerusəlim məbədi hesab edilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.14 dəfə / 1 mln.
2002 •••••••••••• 6.85
2003 ••••••••••••••• 9.05
2004 •••••••••••• 6.74
2005 •••••••• 4.72
2006 ••••••• 4.28
2007 ••••••••••••••••• 10.15
2008 •••••••••••••• 8.28
2009 ••••••••••••••• 8.64
2010 •••••••••• 5.72
2011 •••••••••••••••• 9.44
2012 •••••••••••••••••••• 12.05
2013 •••••••••••• 7.29
2014 •••••••••••••• 8.07
2015 •••••••••••••••••••• 12.25
2016 ••••••••• 5.21
2017 •••••••••••• 6.83
2018 ••••••••••••••••• 9.89
2019 ••••••••••••• 7.51
2020 ••••••••• 5.17

"incəsənətin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#incəsənətin nədir? #incəsənətin sözünün mənası #incəsənətin nə deməkdir? #incəsənətin sözünün izahı #incəsənətin sözünün yazılışı #incəsənətin necə yazılır? #incəsənətin sözünün düzgün yazılışı #incəsənətin leksik mənası #incəsənətin sözünün sinonimi #incəsənətin sözünün yaxın mənalı sözlər #incəsənətin sözünün əks mənası #incəsənətin sözünün etimologiyası #incəsənətin sözünün orfoqrafiyası #incəsənətin rusca #incəsənətin inglisça #incəsənətin fransızca #incəsənətin sözünün istifadəsi #sözlük