indekslə sözü azərbaycan dilində

indekslə

Yazılış

  • indekslə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan poçt indeksləri
Azərbaycan poçt indeksləri — Azərbaycanın poçt indeksləri 4 simvoldan ibarətdir. Dörd simvollu poçt kodu AZNNNN formatındadır. İlk iki rəqəm Azərbaycanın bölgələrini müasir idarələrə, o cümlədən Naxçıvan Muxtar Respublikası və Dağlıq Qarabağa uyğun olaraq göstərir. == Tarixi == 1970–1991-ci illərdə Azərbaycan Sovet İttifaqının tərkibində olduqda, Sovet İttifaqının bütün ərazisi 37NNNN altı rəqəmli poçt kodunu istifadə etmişdir. Müstəqillik qazandıqdan sonra, Azərbaycan indiki 4 rəqəmli rəqəmli kod formatına keçmişdir. == Rayonlara görə indekslər == == Qeydlər == == İstinadlar == == Həmçinin bax == Poçt indeksi Azərpoçt Azərbaycanın telefon kodları ISO 3166-2:AZ Azərbaycanın inzibati bölgüsü Azərbaycanın poçt və poçt markaları tarixi == Xarici keçidlər == "Azərpoçt" (ingilis). "Azərbaycanın poçt kodları" (rus).
Miller indeksləri
Miller indeksləri-üç tam ədəddən ibarət, kristal qəfəsdə atom müstəvilərini və istiqamətləri işarə etmək üçün istifadə olunan bir simvol Bazis vektorları a → 1 , a → 2 , a → 3 {\displaystyle {\vec {a}}_{1},{\vec {a}}_{2},{\vec {a}}_{3}} olan bir qəfəs üçün Miller indekslərini təyin edək. Bunun üçün kordinat oxlarını uyğun olaraq a → i {\displaystyle {\vec {a}}_{i}} vektorları boyunca və qəfəsin ixtiyari bir düyün nöqtəsini koordinat başlanğıcı olaraq seçək. Belə bir koordinat sistemində, koordinat oxlarından s 1 , s 2 {\displaystyle s_{1},s_{2}} və s 3 {\displaystyle s_{3}} parçaları kəsən bir müstəvi aşağıda Şəkil1-də ştrixlənmiş olaraq göstərilmişdir. Bu, miller indekslərini təyin etmək istədiyimiz atom müstəvisi olsun Kristalloqrafiyada qəbul olunmuş qəfəs sabitləri a , b , c {\displaystyle a,b,c} -lərin köməyiylə s i {\displaystyle s_{i}} parçalarının yerinə adsız s 1 a , s 2 b {\displaystyle {\frac {s_{1}}{a}},{\frac {s_{2}}{b}}} və s 3 c {\displaystyle {\frac {s_{3}}{c}}} ədədlərini alıb, onların tərs qiymətlərini ( a s 1 b s 2 c s 3 ) {\displaystyle {\Bigl (}{\frac {a}{s_{1}}}{\frac {b}{s_{2}}}{\frac {c}{s_{3}}}{\Bigr )}} şəkildə yazaraq atom müstəvisinin Miller indekslərini əldə etmək olar. Göstərmək olar ki, bu şəkildə təyin olunmuş Miller indekslərini həmişə üç tam ədədlə ifadə etmək mümkündür və onun ( h k l ) {\displaystyle (hkl)} şəklində yazılması qəbul edilmişdir . Doğrudan da a s 1 : b s 2 : c s 3 {\displaystyle {\frac {a}{s_{1}}}:{\frac {b}{s_{2}}}:{\frac {c}{s_{3}}}} nisbətlərini alıb onları üç ən kiçik tam ədədlərin nisbətinə gətirərək, a s 1 : b s 2 : c s 3 = h : k : l {\displaystyle {\frac {a}{s_{1}}}:{\frac {b}{s_{2}}}:{\frac {c}{s_{3}}}=h:k:l} şəkildə yazmaq olar. Məsələn, tutaq ki atom müstəvisi a → 1 {\displaystyle {\vec {a}}_{1}} 1istiqamətindəki oxdan a 2 {\displaystyle {\frac {a}{2}}} parçasınə və a → 2 , a → 3 {\displaystyle {\vec {a}}_{2},{\vec {a}}_{3}} istiqamətlərində isə, uyğun olaraq b , c {\displaystyle b,c} parçalarını kəsmmişdir. O zaman belə bir müstəvinin Miller indeksləri, qəbul olunan qaydada ( a s 1 b s 2 c s 3 ) = ( a a / 2 b c c c ) = ( 211 ) {\displaystyle {\Biggl (}{\frac {a}{s_{1}}}{\frac {b}{s_{2}}}{\frac {c}{s_{3}}}{\Biggr )}={\Biggl (}{\frac {a}{a/2}}{\frac {b}{c}}{\frac {c}{c}}{\Biggr )}=(211)} , yəni üç tam ədədolacaq. Sadə kubik qəfəsdə bir neçə atom müstəvilərinin Miller indeksləri Şəkil2-də verilmişdir. Əgər s i {\displaystyle s_{i}} parçalarından hər hansı biri mənfi olarsa, o işarə uyğun Miller indeksinin üstündə yazılır.
Qiymət İndeksləri
Qiymət indeksi (ing. Price index) — müəyyən zaman müddətində və ərazidə (ölkə, region) verilmiş əmtəə və xidmətlərin qiymətindəki orta dəyişikliyi əks etdirən göstəricidir. Bu statistik göstəricinin yaradılmasında səbəb müxtəlif regionlarda və dövrlərdə qiymətlər arasındakı əlaqəni müəyyən etməkdir. Hazırda Qiymət indekslərindən çox geniş istifadə edilir. Bu indekslər vasitəsi ilə iqtisadiyyatdakı qiymətlərin ümumi səviyyəsi və yaşayış xərcləri müəyyən edilir və gələcək investisiyalar qiymətləndirilir. Həmçinin, daha xüsusi qiymət indeksləri vasitəsilə istehsalçılar hər hansı sektorda planlamalar və qiymət siyasəti həyata keçirirlər. Qiymət indeksləri əsas iki növü var: İstehlakçı Qiymət İndeksi (İnflyasiya); ÜDM deflyatoru. == İstehlakçı Qiymət İndeksi == İstehlakçı qiymət indeksi ən yaxından izlənən qiymət indeksidir. İstehlakçı qiymət indeksi (Consumer Price İndex) istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçüsüdür. Hər ay Dövlət Statistika Komitəsi tərəfindən bu indeks hesablanır..
Çəkisiz/çəkili indekslər
İndeksləmə
İndeksləmə(ing. indexing ~ ru. индексация ~ tr. indeksleme)– informasiyanın saxlanması və emalı sistemlərində: verilənlərin yerini göstərən informasiyalardan ibarət olan siyahının və ya cədvəlin (kitabın mündəricatı və ya əlifba göstəricisi kimi) yaradılması və istifadə olunması. Verilənlər bazasında: açarlardan (sözlər və ya sahələrin adlarından) istifadə etməklə verilənlərin aşkarlanması üsulu. Proqramlaşdırmada və informasiyanın emalında: təməl ünvan ilə birlikdə indekslənmiş ünvandan (sürüşmədən) istifadə olunması cədvəldə informasiyanın axtarışı üçün tətbiq olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İndekslənmiş ardıcıl erişmə üsulu
İndekslənmiş ardıcıl giriş üsulu (ing. indexed sequential access method (ISAM)) – böyük verilənlər bazasında yazının axtarış müddətini azaltmaq üçün hər bir yazıya qarşı qoyulan unikal açardan istifadə edilməsi üsulu. Açar, yazıya müraciət etmək üçün onun istifadə olunan sahəsidir. Məsələn, firmanın əməkdaşlarının cədvəl siyahısında indeks olaraq sosial sığorta sisteminin fərdi nömrələrini istifadə etmək olar. ISAM-a uyğun olaraq, hər bir yazının açarı və yazıda digər verilənlərin göstəricisi ayrıca indeks faylında saxlanılır. Müəyyən yazını açarına görə tapmaq üçün proqram öncə çox da böyük olmayan açarların indeksli faylına baxır, sonra isə tapılmış açarın göstəricisindən istifadə etməklə digər verilənlərə keçir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İndekslənmiş fayl
İndekslənmiş fayl (ing. indexed file ~ ru. индексированный файл ~ tr. dizinli dosya) – yazılarına erişmək üçün indeksi olan fayl. Belə faylda yazını tapmaq üçün öncə uyğun elementi indeks faylında tapmaq lazımdır. Orada yazını tanıdan (identifikasiya edən) açar sahəsi və onun məntiqi, yaxud fiziki ünvanı olur. Müxtəlif açarlar üzrə axtarışı asanlaşdırmaq üçün faylın bir neçə indeksi ola bilər. İndeksləmə mexanizmi yazılara birbaşa erişməni təmin edir və faylın ardıcıl gözdən keçirilməsində vaxt itkisindən qaçmağa imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İndekslər
İndeks(ing. Index) – daha dolğun informasiyanın yerləşdiyi yeri göstərən açar sözlərin və ya onlarla əlaqəli verilənlərin siyahısı. Göstərici oxucuya kitabda lazım olan fraqmenti tapmağa yardım edir. O, kitabın bir hissəsi, yaxud çoxcildlik nəşrdə ayrıca cild ola bilər. Kitabda, adətən, aşağıdakı göstəricilər olur: • ad göstəricisi, • coğrafi göstərici, • müəlliflər göstəricisi (əgər məqalələr müəlliflərin adlarına görə düzülməyibsə), • sitatlar göstəricisi, • atalar sözləri və zərbi-məsəllər göstəricisi, • xronoloji göstərici, • əsərlər göstəricisi (çoxcildlik üçün). 2. Obyektin yerləşmə yerinin göstəricisi; məsələn: kataloqun indeksi faylın diskdə yerləşmə yerini göstərir, yazının indeksi açar sahələrin yerləşmə yerini müəyyənləşdirir. 3. Şəhadət barmağı açılmış yumruğun piktoqramı. 4.
İndeksləşdirmə
İndeksləşdirmə (iqtisadiyyat)
İqtisadiyyatda indeksləşdirmə (lat. index — müqavilənin, kreditin, əmək haqqının, pensiyanın, müavinətlərin, əmanətlərin və s.-nin məbləğini istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə inflyasiyadan qorunmaq vasitəsidir. == İndeksləşdirmə növləri == Əhalinin gəlirlərinin indeksləşdirilməsi — istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində gəlirlərdə yaranan itkilərin tam və ya qismən kompensasiyası. Dünya təcrübəsində əhalinin gəlirlərinin indeksləşdirilməsinin iki əsas forması mövcuddur: avtomatik, burada əmək haqqının və digər gəlirlərin indeksləşdirilməsi qiymət artımına mütənasib olaraq artır; Avropa İttifaqı ölkələrində istifadə olunan yarı avtomatik (müqavilə əsasında). Bu indeksləşdirmənin mahiyyəti ekspert alimləri cəlb etməklə işəgötürənlər, həmkarlar ittifaqları və dövlət qurumlarının nümayəndələri ilə danışıqlar aparmaqdır. Danışıqların nəticəsi kollektiv müqavilələrin bağlanması üçün sosial müdafiənin aşağı həddi müəyyən edən tövsiyələrdir. Əmanətlərin indeksləşdirilməsi — ümumi qiymət səviyyəsi dəyişdikdə əmanətçiyə ödənilən faiz dərəcəsinin ölçüsünün avtomatik dəyişməsi. Vergi indeksasiyası — rəsmi istehlak qiymətlərinin artım indeksinə və ya əmək haqqı indeksinə uyğun olaraq gəlir vergisinin avtomatik dəyişməsidir. === Məsələ === ==== Təxmini dəyərin indeksasiyası ==== P n = P 0 ⋅ ( 1 + ∑ i = 1 n C P I i ) {\displaystyle P_{n}=P_{0}\cdot (1+\sum _{i=1}^{n}CPI_{i})} , burada Р — baza dövründə layihənin qiyməti; CPI — istehlak qiymətləri indeksi. == Ədəbiyyat == Новый экономический словарь / Под редакцией А. Н. Азрилияна — М.: Институт новой экономики, 2006.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.17
2012 •••••••••••••••••••• 0.17
2016 •••••••••••••••••••• 0.17
2018 •••••••••••••••••• 0.15
2019 ••••••••••••••••• 0.14

"indekslə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#indekslə nədir? #indekslə sözünün mənası #indekslə nə deməkdir? #indekslə sözünün izahı #indekslə sözünün yazılışı #indekslə necə yazılır? #indekslə sözünün düzgün yazılışı #indekslə leksik mənası #indekslə sözünün sinonimi #indekslə sözünün yaxın mənalı sözlər #indekslə sözünün əks mənası #indekslə sözünün etimologiyası #indekslə sözünün orfoqrafiyası #indekslə rusca #indekslə inglisça #indekslə fransızca #indekslə sözünün istifadəsi #sözlük