indir sözü azərbaycan dilində

indir

Yazılış

  • indir • 62.5000%
  • İndir • 37.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amblyseius indirae
Amblyseius indirae (lat. Amblyseius indirae) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius indirae Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
İndira Hacıyeva
İndira Hacıyeva (tam adı: İndira Niyazi qızı Hacıyeva; 15 iyul 1960, Bakı) — 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini. == Həyatı == İndira Niyazi qızı Hacıyeva 1960-cı il iyulun 15-də Bakı şəhərində anadan olub. 1977-ci ildə məktəbi qızıl medalla bitirib. 1982-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini, 1988-ci ildə isə Moskva Ali Komsomol Məktəbində ali idarəetmə kursunun məzunu olub. 1982-1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutunda mühəndis, 1984-1986-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası Komsomol komitəsi katibinin müavini, 1986-1988-ci illərdə 26 Baki Komissarı adına rayon komsomol komitəsində təlimatçı, katib və I katib vəzifələrində, 1988-1989-cu illərdə Ümumittifaq komsomolunun Mərkəzi Komitəsində (Moskva) təlimatçı, 1989-1991-ci illərdə Azərbaycan komsomolunun Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışıb. 1992-1993-cü illərdə İndira Hacıyeva Bakı Dövlət Universitetində mühəndis, "SIAR-BAKI JV" sosioloji tədqiqatlar müəssisəsində analitik təhlil üzrə mütəxəssis (1993-1995 və 1998-1999), Bakı Şəhər İcra Hakimiyyətində baş mütəxəssis (1999-2000) və İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri (2000-2001) vəzifələrində işləmişdir. Daha sonra Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin Usaq və Gənclərlə is üzrə şöbəsində baş təlimatçı, sektor müdiri (2001-2006), Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi (2006-2007), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsində baş məsləhətçi, sektor müdiri, şöbə müdiri (2008-2021) vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib.
İndira Qandi
İndira Priyadarşini Qandi (Hind dili: इंदिरा प्रियदर्शिनी गांधी, d. 19 noyabr 1917 – ö. 31 oktyabr 1984) — Hindistanın məşhur siyasi xadimi. Hindistanda 2 dəfə (1966-77, 1980-84) baş nazir olmuş siyasətçi. Hindistan tarixindəki tək qadın baş nazir olan Qandi, həmçinin ən uzun müddət fəaliyyət göstərən ikinci baş nazir olmuşdur. == Həyatı == İndira Qandi Hindistanın ilk baş naziridir. Dünyada isə ikinci xanım baş nazir hesab olunur. İndira Qandi ölkənin müstəqilliyi yolunda mübarizə aparan qəhrəmanı Cəvahirləl Nehrunun ailəsində anadan olmuşdu. O, siyasi aləmin içində böyüdüyü üçün gənc yaşlarında təcrübəli siyasətçi kimi formalaşmışdı. Bu da Hindistanın müstəqilliyi tarixində ona dördüncü baş nazir olmaq imkanı vermişdi.
İndira Qandi Beynəlxalq Hava Limanı
İndira Qandi Beynəlxalq Hava Limanı (IATA: DEL, ICAO: VIDP) — Hindistanın ən böyük hava limanlarından biridir. Dehli şəhərindən 16 km aralıda yerləşir. 2009-cu ildən ölkənin ən işlək və ən çox beynəlxalq sərinişin daşıması olan hava limanıdır. Yük daşımalarına görə isə ölkədə ikinci yeri tutur. == Hava yolları və istiqamətlər == == Qəzalar == 25 yanvar 1970-ci ildə Nepal Hava Yollarına məxsus Fokker F27-200 tipli təyyarə Nepalın Katmandu şəhərindən hərəkətə başlamış, lakin əlverişsiz hava səbəbi ilə Palam Hava Limanına enməli olmuşdu. Eniş vaxtı pilot idarəetməni itirmiş və nəticədə qəza olmuşdu. Qəza nəticəsində 5 ekipaj və 18 sərnişindən yalnız bir nəfər xəsarət almış, ölən olmamışdı. 14 iyun 1972-ci ildə Yaponiya Hava Yollarına məxsus təyyarə 471 nömrəli uçuşu həyata keçirərkən Palam Hava Limanına eniş vaxtı qəzaya uğramışdır. Nəticədə 76 sərnişindən 72-si, 11 ekipaj üzvündən 10-u həmçinin 3 nəfər də yerdə ölmüşdü. 31 may 1973-cü ildə Hindistan Hava Yollarına məxsus təyyarə 440 nömrəli uçuşu həyata keçirərkən Palam Hava Limanı eniş vaxtı qəzaya uğramışdır.
İndira Radiç
İndira Radiç (serb. Индира Радић 14 iyun 1966, Doboy) — Serb pop xalq müğənnisi. Serbiyalı Şakira olaraq anılır. == Bioqrafiyası == İndira Subotiç Bosniyanın Doboy şəhərinin yaxınlığındakı Draqalovtsi kəndində Bosniya serblərinin ailəsində anadan olmuşdur. Hindistanın baş naziri İndira Qandinin şərəfinə adlandırılmışdır. Kiçik yaşlarından valideynləri onun müğənni istedadını fərq etdilər, buna görə də çox kiçik yaşlarından İndira bir çox musiqi yarışmasında iştirak edir. Məktəbi bitirdikdən sonra doğma məmləkətindəki tibb kollecinə daxil olur. Üç il Zaqrebdəki Stoyanoviç Mladen xəstəxanasında tibb bacısı kimi çalışır və 90-cı illərin əvvəllərində Serbiyaya köçür. 2011-ci ilin dekabr ayında İndira Şərq, şimal, cənub və qərb adlı on beşinci yubiley albomunu buraxdı. Albomda İndira həmkarı Stanko Marinkoviç ilə duetdə fransızca səsləndirdiyi Mariya da daxil olmaqla 17 yeni mahnı daxil idi.
İndira Varma
İndira Varma (ing. İndira Varma) — məşhur Hind əsilli B.Britaniya aktrisası . == Həyatı == İndira Varma Hind əsilli ata ilə İsveçrəli İtalyan əsilli ananın övladıdır .
İndira burnu
İndira burnu, Piqlamion (hind इंदिरा पाइंट) — Böyük Nikobar adasının cənubunda yerləşən burun. Hindistanın ən cənub nöqtəsidir. Burun Hindistanın baş naziri İndira Qandinin şərəfinə adlandırılmışdır. Buna qədər isə Piqlamion adlandırılırdı. Sumatra adasından şimal-qərbdə yerləşir. Burunun sahilində 35 metrlik mayak inşa edilmişdir. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsi zamanı burunun sahili okean dibinə gömülmüş və mayak yarıya qədər suytun altında qalmışdır. Bəzi mütəxəsislər oean sahilinin bərpa olunacağını iddia edirlər.
İndirubin
İndirubin - ən çox bakterial maddələr mübadiləsinin yan məhsulu kimi sintez olunan kimyəvi birləşmədir. Məsələn, sidikdə təbii olaraq tapılan indoksil sulfatı metabolizə edən bakteriyalar nəticəsində yaranan bənövşəyi sidik torbası sindromu üçün məsul olan birləşmələrdən biridir. İndirubin indiqo boyasının quruluş izomeridir (daha doğrusu vəziyyət izomeridir). == İndigo naturalis == İndirubin ənənəvi Çin təbabətində eramızın 627-ci ilindən istifadə edilən indiqo naturalisin (həmçinin qing dai 青黛 kimi tanınır) kimyəvi tərkib hissəsidir. Bu, ənənəvi olaraq fermentasiya ilə bitkilərdən çıxarılan indiqo boyasıdır.[1] Boya qarışığı müxtəlif üzvi birləşmələrdən (farmakoloji təsirlərin mənbələri olan indirubin və triptantrin) təşkil olunmuşdur. O, realqar/İndiqo naturalisdə, kəskin promielositik leykoz üçün dərman vasitəsi kimi istifadə olunur.[1].[1] == Tədqiqat == İndirubin insan orqanizminə genlərin ifadəsini aşağı salaraq təsir göstərir. Hər ikisi onkogen olan PLK1 və PIN1 genlərinin indirubindən təsirləndiyi göstərilmişdir. Indirubinin, in vitro və in vivo, CDC25B fermentinin istehsalını kodlayan CDC25B geninin ifadəsini azaltdığı göstərilmişdir. CDC hüceyrə bölgüsü dövrü deməkdir və hüceyrə çoxalmasında istifadə olunur. Tədqiqatlar göstərir ki, CDC25B (və CDC25C) genləri "nokauta salındıqdan" sonra siçan hüceyrələri həyat qabiliyyətinə malikdir, lakin CDC25A-nın çıxarılması qeyri-canlı hüceyrələrlə nəticələnir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2006 •••••• 0.90
2007 •• 0.21
2012 0.09
2013 0.15

"indir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#indir nədir? #indir sözünün mənası #indir nə deməkdir? #indir sözünün izahı #indir sözünün yazılışı #indir necə yazılır? #indir sözünün düzgün yazılışı #indir leksik mənası #indir sözünün sinonimi #indir sözünün yaxın mənalı sözlər #indir sözünün əks mənası #indir sözünün etimologiyası #indir sözünün orfoqrafiyası #indir rusca #indir inglisça #indir fransızca #indir sözünün istifadəsi #sözlük