İndo sözü azərbaycan dilində

İndo

Yazılış

  • İndo • 85.7143%
  • indo • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Secale cereale subsp. indo-europaeum
Əkin çovdarı (lat. Secale cereale) – qırtıckimilər fəsiləsinin çovdar cinsinə aid bitki növü. Çovdarın ilk dəfə E.ə.6500 illərində Asiyanın cənub-qərbində yetişdirildiyi sanılmaqdadır. Soyuğa ən dayanıqlı taxıl olan çovdar yüksək yerləri, qumlu və zəif torpaqları sevər. Rusiya, İskandinav ölkələri kimi qışları çox sərt keçən bölgələrdə belə yetişdirilər və payızda əkilib ertəsi il yay başlarında biçilər. Üstəlik buğda, arpa, qarğıdalı və düyü əkinçiliyinə əlverişli olmayan ən səmərəsiz torpaqlarda belə o biri taxıllardan daha yaxşı məhsul verər. Ümumiyyətlə 1-2 metr yüksəkliyə çatan çovdarın görünüşü arpaya çox bənzər. Dənələri buğdaya görə daha incə uzundur. Daha çox çörəklik un və heyvan yemi olaraq qiymətləndirilən çovdarın içində karbonhidrat, zülal, kalium və B vitamini tapılar. == Sinonim == Secale aestivum Uspenski [Invalid] Secale ancestrale (Zhuk.) Zhuk.
Amblyseius indocalami
Amblyseius indocalami (lat. Amblyseius indocalami) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius indocalami Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Azərbaycan–İndoneziya münasibətləri
Azərbaycan–İndoneziya münasibətləri — Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabr ayının 24-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Kərim Kərimov olmuşdur. 4 mart 2016-cı il tarixindən Bəxtiyar Əliyev işçi qrupunun rəhbəridir. == Yardımlaşma == 28 sentyabr 2018-ci il tarixində İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzərə alaraq, Azərbaycan dövləti humanitar məqsədlə İndoneziyaya 50 min ABŞ dolları məbləğində yardım edib.
Cucumis sativus var. indoeuropeus
Adi xiyar (lat. Cucumis sativus) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. Xiyar həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyarın kal meyvələri 8–12 günlüyündə dərilir. Ondan təzə halda, turşudulmaq, duza və sirkəyə qoymaq üçün istifadə edilir. Xiyarın keyfiyyətində onun iri və ya xırdalığının böyük əhəmiyyəti var. Xırda, toxumları sütül xiyarlar daha keyfiyyətli hesab olunur. Standarta əsasən, duza qoyulacaq xiyarlar xırda (50 mm-ə qədər) və iri (51–70 mm) kornişonlara, xırda (71–90 mm), orta iri (91–120 mm) və iri xiyarlara (121–140 mm) bölünür. 140 mm-dən iri xiyarları duza və sirkəyə qoymaq olmaz. Xiyarın tərkibində 94–96% su, 1,8–2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38–0,53% mineral maddələr, 4–10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır.
Dampir boğazı (İndoneziya)
Dampier boğazı (ind. Selat Dampir) — İndoneziyanın Qərbi Papua vilayətində, Raja Ampat adaları, Vayqeo və Batanta adalarını ayırır. Boğazın eni 57 km-dir. Boğaz Britaniya səyyahı Uilyam Dampirin şərəfinə adlandırılmışdır.
Kalimantan (İndoneziya)
Kalimantan Borneo adasının İndoneziya hissəsidir.Bu ada ərazisinin 73% -ni təşkil edir. Borneonun İndoneziya olmayan hissələri Bruney və Şərqi Malayziyadır. İndoneziyada "Kalimantan" Borneo adasına aiddir. 2019-cu ildə İndoneziya prezidenti Coko Vidodo İndoneziyanın paytaxtının, bəlkə də Kalimantana köçəcəyini elan etdi.
Mare adası (İndoneziya)
Mare adası (ind. Pulau Mare) — İndoneziyanın Molukk adaları qrupuna daxil olan ada. Halmahera adasından qərbdə, Tidore adasından isə cənubda yerləşir. Qarışıq vulkan olması ilə yanaşı Halmahera vulkan silsiləsinin bir parçasıdır.
Məhəmməd Arif (İndoneziyalı siyasətçi)
Məhəmməd Arif (ind. Məhəmməd Arif, 1976, Tanjunq Pinanq[d] – 1 yanvar 2021, Tanjunq Pinanq[d]) — İndoneziya siyasi xadimi. == Həyatı == 2004-cü ildə Xalq Məşvərət Məclisinə seçildi. Riau adalarını təmsil etdi. İndoneziyanın Tanjungpinang şəhərində anadan olub.Arif, 1 yanvar 2021-ci ildə 44 yaşında Tanjungpinangda ürək tutmasından öldü.
Portuqal İndoneziyası
Portuqal İndoneziyası (port. Insulíndia portuguesa) — Portuqaliyaya məxsus olan əsasən Zond adalarının böyük hissəsini özündə birləşdirən müstəmləkə. Həmin müstəmləkənin böyük hissəsi hazırda İndoneziyaya məxsusdur. Müstəmləkə faktiki olaraq 1512—1859 illərdə mövcud olmuşdur. 20 aprel 1859 anlaşmasına görə Niderland Ost-Hindi ilə sərhədlərin müəyyənləşdirilməsi haqqında Portuqaliya ilə Niderland arasında anlaşma imzalanır. Portuqalların əlinndə bircə Şərqi Timor əraziləri qalır. 1975-ci ildə ərazi İndoneziyaya verilsədə 2002-ci ildə Şərqi Timor müstəqillik əldə edir. Ölkədə Portuqal və Tetun dilləri rəsmi dil elan edilir. == Tarixi == Portuqalların koloniyaları demək olar ki, dünyanın bir çox bölgələrində rast gəlinirdi. İlk koloniyalar əsasən sahil ərazilərində kiçik hərbi-tiçarı obyetlərdən ibarət idi.
Seventeen (İndoneziya qrupu)
Seventeen — Cokyakartada yaradılan və 1999-cu ildən 2018-ci ilə qədər fəaliyyət göstərmiş İndoneziya pop rok qrupu. Qrupun heyətinə Bani (bass), Yudhi (gitara), Herman (gitara), Andi (barabanlar) və İfan (vokalist) daxil idi. Qrup 15 sinql və altı albom buraxıb. 2018-ci il Sunda Boğazı sunamisi nəticəsində vokalisti Riefian "İfan" Facarsyahdan başqa qrupun bütün üzvləri həlak olmuşdur.
Yaponiyanın İndoneziyanı işğalı
Yaponiya İmperiyası İkinci Dünya müharibəsi zamanı 1942-ci ilin martından 1945-ci ilin sentyabrın sonuna qədər davam edən indiki İndoneziya olan Niderland Ost-Hindini işğal etdi. Bu dövr İndoneziya tarixində ən böyük böhranlardan biri idi. Niderland Ost-Hindi 1819-cu ildən Hollandiya koloniyası olmuşdur, lakin Hollandiyanın özü 1940-cı ildə Almaniya tərəfindən işğal edilmişdi və bu səbəbdən Yapon İmperator Ordusuna qarşı öz koloniyasını müdafiə etmək imkanları az idi və üç aydan az Borneoda ilk hücumlardan sonra Yapon donanması və ordusu holland və müttəfiq qüvvələrini ələ keçirdi. Başlanğıcda indoneziyalıların əksəriyyəti Hollandiya müstəmləkə ustalarından yaponları xilaskar kimi qarşıladı. İndoneziyalılar Yapon müharibəsi səyləri üçün daha çox çətinliyə düçar olması gözlənildiyini anladılar. 1944–1945-ci illərdə Müttəfiq birliklər əsasən İndoneziyanın Yava və Sumatra kimi ən sıx hissələrinə irəliləyə bilmirdilər. Beləliklə, İndoneziyanın əksər ərazisi hələ 1945-ci ilin avqustunda təslim olduğunda Yapon işğalı altında idi. Xüsusilə Yava və daha az dərəcədə Sumatrada yapon təhsilli bir çox gənc indoneziyalıları öyrədib, silahlandırıb və millətçi liderlərinə siyasi dəstək verdi. Beləliklə, Hollandiya müstəmləkə rejimi məhv edilməsi və İndoneziya millətçiliyinin asanlaşdırılması ilə yapon işğalı Sakit okean bölgəsində Yaponiyanın təslim olunduğu günlər ərzində İndoneziya müstəqilliyinin elan edilməsi üçün şərait yaratdı, lakin Hollandiyalılar Ost-Hindi (indiki İndoneziya) geri almağa çalışdılar və beş il davam edən diplomatik, hərbi və ictimai mübarizənin nəticəsi olaraq, Hollandiyada 1949-cu ilin dekabrında İndoneziya suverenliyini tanıdılar. İşğal İndoneziyada Hollandiya üçün ilk ciddi problem idi və Hollandiya müstəmləkə hakimiyyətini sona çatdırdı və sonunda, dəyişikliklər son dərəcə çox və qeyri-adi idi ki, sonrakı mərhələ İndoneziya Milli İnqilabı mümkün olmayan bir şəkildə yalnız üç il içərisində Hollandiyadan fərqli olaraq yaponlar indoneziyalıların kənd səviyyəsinə qədər siyasiləşdirilməsinə kömək etdi.
İndoktrinasiya
İndoktrinasiya (aşılama) — uzun müddət bir təlimin, münasibət və ya metodun aşılanması hərəkatı və ya prosesi. Cəmiyyətin inkişafı ilə bu termin aşağılayıcı məna qazanmışdır. Bu anlayışdan xüsusən ağıl əvəzinə imana və ya təslimiyyətə üstünlük verildikdə və öyrənməyi, bilikləri qadağan edən və ya sadəcə başqa perspektivlərin olduğunu qəbul etməyən bir təlimi, doktrinanı təsvir etmək üçün istifadə edilir. Bu təlim adətən kənar insanlar tərəfindən yalan və ya təhlükəli hesab edilir. İndoktrinasiyaya məruz qalan insan öz tənqidi düşüncə qabiliyyətini itirə bilir. Kultlar və həmçinin siyasət iki vacib aşılama mərkəzi hesab olunur. ABŞ və Rusiyada hərbi tədrisin hazırlıq dövrü də bəzən "indoktrinasiya" adlandırılır. == Tərif == İndoktrinasiyanın tərifi onunla əlaqəlindiriən doktrinadan asılı olaraq dəyişir. İdeal təlim məsuliyyətli, düşünən, hər bir halda faktlara hörmət edən və başqalarını dinləyə bilən insanlar formalaşdırır. Olivier Rebula görə bu məqsəddən üz döndərən istənilən təlim "əks-təlim" dir.
İndol
İndol (benzopirol, 2,3-benzpirol) - heterotsiklik qatılaşdırılmış aromatik birləşmədir, kələmi xatırladan qoxusu olan rəngsiz kristallar. == Tarixi == İndol nüvəsi bir çox biokimyəvi təbii birləşmələrə daxildir. Sərbəst halda, kömür qatranında və bəzi efir yağlarında, məsələn, jasmin yağında olur. indolun quruluşu 1869-cu ildə Bayer tərəfindən təklif edilmişdir. İndolun tədqiqi bitki boyası olan indiqonun tədqiqi ilə başladı. İzatini indiqodan oksidləşmə yolu ilə, sonra isə indoksilə almaq olar. 1866-cı ildə Adolf fon Bayer sink tozu ilə indoksili indola qədər azaldır. Bəzi indol törəmələri XIX əsrin sonlarına qədər boyalar kimi çox geniş istifadə edilmişdir. 1930-cu illərdə indol nüvəsinin bir çox mühüm alkaloidlərin molekullarına, triptofan amin turşusuna, auksinlərə və digər biokimyəvi əhəmiyyətli maddələrə daxil olduğu məlum olduqda, indola maraq yenidən artdı. Lakin bu gün də intensiv şəkildə öyrənilməkdə davam edir İndol öz adını "İndiqo" sözündən almışdır.
İndol alkaloidləri
İndol alkaloidləri - harmin C13H12ON2, İohimbin C21H26O3N3, rezerpin C32H38O8N2, strixnin C21H2O2N2 və brutsin C23H26O4N2-dir. == Harmin C13H12ON2 == Bu alkaloidlər qrupunun ən sadə nümayəndəsidir. Krımda və Orta Asiya respublikalarında çox bitən Peganum Harmala bitkisinin toxumlarından və başqa hissələrindən harmalin ilə bərabər alınır. Harmin 257-258oS-də parçalanaraq əriyən, kristal ağ maddədir, optik fəal deyildir, təbabətdə bəzi sinir xəstəliklərinin müalicəsi üçün işlədilir. == İohimbin C21H26O3N3 == Cənubi Afrikada bitən Corynanthe İohimbe ağacının qabağındarast gələn alkaloidlərdən biridir, 234-235oS-də əriyir. Spirtdə və xloroformda yaxşı həll olur. Təbabətdə qan təzyiqini aşağı salmaq üçün işlədilir. == Rezerpin C32H38O8N2 == Ravolfia bitkilərində rast gələn çox əhəmiyyətli alkaloidlərdən biridir. Rezerpin, təbabətdə iohimbindən daha çox işlədilən sakitləşdirici və qan təzyiqini azaldan vasitələrdən biridir. == Mənbə == M.Mövsümzadə "Üzvi kimya", Maarif-1966, II hissə.
İndoneziya
İndoneziya — Cənub-Şərqi Asiyada ən böyük dövlət. Rəsmi adı İndoneziya Respublikası (ind. Republik Indonesia) bəzən, İndoneziya Respublikası Unitar Dövləti (Negara Kesatuan Republik Indonesia) milli adı istifadə olunur. Cənub-Şərqi Asiyada, Hind və Sakit okeanları arasında olan bir ölkədir. Dünyanın ən böyük ada ölkəsidir, on yeddi mindən çox adaya malikdir. Sahəsi 1.904.569 kvadrat kilometr (735.358 kvadrat mil), torpaq sahəsi ilə dünyada 14-cü, dəniz və quru ərazisi ilə birgə 7-ci sıradadır. 261 milyondan çox əhalisi olan bu ölkə dünyanın ən çox əhalisi olan dördüncü ölkəsi və ən çox müsəlman əhalisi olan ölkədir. Dünyanın ən sıx məskunlaşmış adası olan Yavada ölkə əhalisinin yarıdan çoxu yaşayır. Bu suveren dövlət seçilmiş qanunverici orqanı olan prezident və konstitusiyalı bir respublikadır. Onun 34 əyaləti var, onlardan beşinin xüsusi statusu var.
İndoneziya Birləşmiş Ştatları
İndoneziya Birləşmiş Ştatları Respublikası (ind. Republik Indonesia Serikat, RIS), RUSI olaraq qısaldılmış olaraq Hollandiyanın (Niderland Yeni Qvineyasını çıxmaqla ) Dəyirmi Masa Konfransından sonra 27 dekabr 1949-cu ildə Niderland Ost-Hindinin rəsmi olaraq təhvil verdiyi federal bir dövlət idi. Bu köçürmə İndoneziyaya nəzarət üçün mübarizə aparan İndoneziya millətçiləri ilə Hollandiya arasındakı dörd illik qarşıdurmaya son verdi. Vahid İndoneziya Respublikası tərəfindən əvəz olunmadan bir ildən az davam etdi. == Arxa plan == 1942-ci ilin yanvarında yaponlar holland müstəmləkə hökumətinin yerini alan Niderland Ost-Hindinə hücum etdilər. 17 avqust 1945-ci ildə Yaponiyanın təslim olmasından iki gün sonra İndoneziyanın millətçi lideri Sukarno İndoneziyanın müstəqilliyini elan etdi. Sukarno və İndoneziya rəhbərliyinin yaponlarla əməkdaşlıq etdiyini görən hollandlar səlahiyyətlərini bərpa etmək qərarına gəldilər. Lakin Niderland Ost-Hindi üçün məsuliyyət daşıyan Lord Luis Mountbattenin rəhbərliyindəki İngilis Cənubi Şərqi Asiya Komandanlığı holland qoşunlarının Yava və Sumatraya enməsinə icazə verməmiş və orada de-fakto Respublika səlahiyyətlərini tanıdı. Bununla birlikdə hollandlar Borneo və Böyük Şərq də daxil olmaqla Yapon Hərbi Dəniz Qüvvələrinin əvvəllər işğal etdiyi ərazilərin əksəriyyətinə nəzarəti bərpa edə bildilər. İngilislər və Hollandiya arasındakı mübahisələr Niderland Ost-Hindin General-qubernatoru Hubertus van Mookpone İndoneziya ilə ortaqlığı üçün son dərəcə öz müqəddəratını təyin etməsi ilə nəticələndi.
İndoneziya Demokratik Mübarizə Partiyası
İndoneziya Demokratik Mübarizə Partiyası (ind. Partai Demokrasi Indonesia Perjuangan, PDI-P) — İndoneziya siyasi partiyası. İndiki İndoneziya prezidenti Coko Vidodonun partiyasıdır.
İndoneziya Həmkarlar İttifaqları Konfederasiyası
İndoneziya Həmkarlar İttifaqları Konfederasiyası (ind. Konfederasi Serikat Pekerja Indonesia) — İndoneziyanın milli həmkarlar ittifaqları təşkilatlarından biri; ölkə əməkçilərini cəmləşdirən ən irimiqyaslı və aparıcı təşkilatdır Mərkəzi ofisi ölkənin paytaxtı olan Cakarta şəhərində yerləşir. == Tarixi == İndoneziya Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının təsdiq edilməsi 1992-ci ildə bu məqsədlə keçirilmiş konfransda qərara alınmışdır. Həmin vaxt Cakartada 104 ictimai təşkilat və həmkarlar ittifaqı fəalları yığışmışdır.Fəaliyyətinin ilk illərində qurum İndoneziya Ticarət İşçilərinin Təşkilatı adını daşımışdır. Çünki o dövr ölkənin əsas işçi qüvvəsini ticarət sahəsində çalışanlar təşkil edirdi və həmin illər İndoneziyada ticarət sektorunun çiçəklənmə dövrü idi. Bu sahə sürətlə inkişaf edirək, dövlət büdcəsinə külli miqdarda gəlir gətirirdi.2003-cü ildə təşkilatın adı dəyişdirilərək İndoneziya Həmkarlar İttifaqları Konfederasiyası olur. Həmin illərdə Konfederasiyanın tərkibində 11 təşkilat və 300 min üzv birləşirdi.Təşkilatın yaranmasından sonra qarşıya bir sıra çətinliklər çıxmışdır. Belə ki, fəaliyyətinin ilk illərində nə hökumət, nə də sahibkarlar onun mövcudluğunu heç cür qəbul edə bilmirdi. 1993-cü ildə konfederasiya tarixinin ən faciəli qalmaqalını yaşamışdır. Belə ki, həmin il yüzlərlə polis əməkdaşı təşkilatın ilk konqresi zamanı toplaşan kütləyə güc tətbiq etməklə onları dağıtmağa başlamışdı.
İndoneziya Kommunist Partiyası
İndoneziya Kommunist Partiyası (ind. Partai Komunis İndoneziya, PKI) 20-ci əsrin ortalarından İndoneziyadakı bir kommunist partiyası idi. 1965-ci ildə ləğv olunmadan əvvəl dünyanın ən böyük qeyri-hakim kommunist partiyası idi və növbəti ildə qadağan edildi. Partiya 1955-ci il seçkilərində 2 milyon üzvü ilə ölkənin 16 %, Şərqi Yavada 30%-ə yaxın səsi ilə seçildi. 1965-ci ildə PKİ-nin aradan qaldırılmasına qədər müstəqillik qazandıqdan sonra dövrün çox hissəsi PKİ İndoneziyanın siyasi sistemində açıq şəkildə fəaliyyət göstərən hüquqi bir partiya idi. == Sələfləri == Sosial Demokrat İttifaqı (nid. Indische Sociaal-Democratische Vereeniging,ISDV) adı altında, əsasən 1914-cü ildə liman əməyini yaradan holland sosialist Henk Sneevliet və digər indoneziyalı sosialisti tərəfindən mühüm ilk təşkilat yaradıldı. ISDV əsasən Niderland Ost-Hindi rəhbərliyində mövcud Hollandiyanın sosialist partiyalarının 85 üzvləri tərəfindən,o cümlədən Hollandiyanın Sosialist Partiyası (sonradan kommunist SDP) və SDAP tərəfindən yaradılıb. İSDV-nin holland üzvləri müstəqil indoneziyalılara müstəmləkə hakimiyyətinə qarşı çıxmağı düşünən marksist ideyaları təqdim etdilər.
İndoneziya Respublikası
İndoneziya — Cənub-Şərqi Asiyada ən böyük dövlət. Rəsmi adı İndoneziya Respublikası (ind. Republik Indonesia) bəzən, İndoneziya Respublikası Unitar Dövləti (Negara Kesatuan Republik Indonesia) milli adı istifadə olunur. Cənub-Şərqi Asiyada, Hind və Sakit okeanları arasında olan bir ölkədir. Dünyanın ən böyük ada ölkəsidir, on yeddi mindən çox adaya malikdir. Sahəsi 1.904.569 kvadrat kilometr (735.358 kvadrat mil), torpaq sahəsi ilə dünyada 14-cü, dəniz və quru ərazisi ilə birgə 7-ci sıradadır. 261 milyondan çox əhalisi olan bu ölkə dünyanın ən çox əhalisi olan dördüncü ölkəsi və ən çox müsəlman əhalisi olan ölkədir. Dünyanın ən sıx məskunlaşmış adası olan Yavada ölkə əhalisinin yarıdan çoxu yaşayır. Bu suveren dövlət seçilmiş qanunverici orqanı olan prezident və konstitusiyalı bir respublikadır. Onun 34 əyaləti var, onlardan beşinin xüsusi statusu var.
İndoneziya bayramları
İndoneziya (ind. Indonesia) — Cənub-Şərqi Asiyada ən böyük dövlət. Rəsmi adı İndoneziya Respublikası (ind. Republik Indonesia). Dünyada sahəsinə görə 16-cı yerdədir. Ən böyük adalar dövlətidir, Zond arxipelağında yerləşir. 230 milyon əhali sayına görə dünyada Çin Xalq Respublikası, Hindistan və Amerika Birləşmiş Ştatlarından sonra dördüncü yeri tutur. Zəngin və mürəkkəb tarixi vardır. == Dini vəziyyət == İndoneziya əhalisinin böyük əksəriyyəti (87,5 %) müsəlmanlardır. Müsəlmanlar əsasən sünniliyin şafii məzhəbinə etiqad edirlər.
İndoneziya bayrağı
İndoneziya bayrağı — İndoneziyanın Dövlət bayrağı == Tarixi == 1945-ci ildə İndoneziya müstəqilliyini elan edərək qırmızı-ağ bayrağını qaldırıb. Eyni cür bayrağa sahib olan Monako da rəsmi etirazını bildirib. Ancaq etiraz əsassız qəbul edilib, çünki İndoneziyanın bayrağının tarixinin daha qədimliyi sübut olunub. İndoneziyanın bayrağı 2 bərabər zolaqdan təşkil olunub: qırmızı və ağ. İndoneziya bayrağının rəngləri XIII-XV əsrlərdə Yava adasında yerləşən Macapaxit krallığının bayrağının rənglərindən götürülmüşdür. 1945-ci ilin avqust ayının17-də dövlət bayrağı statusunu alıb. Qırmızı rəng insan qanını, daha geniş mənada isə maddi aləmi təmsil edir. Ağ rəng insan ruhunun rəmzidir. Ölçüsü 2:3 nisbətindədir.
İndoneziya coğrafiyası
İndoneziya — dünyada böyük arxipelaq dövlətidir. Arxipelaq qərbdən şərqə doğru — 5120 км, şimaldan cənuba doğru isə — 1760 км uzanır. Arxipelaq daxilindən Hind və Sakit okeanı birləşdirən əsas boğazlar və dəniz yolları yerləşir. Rəsmi olaraq İndoneziya 17 804 adadan ibarətdir; onlardan 6000 məskunlaşmış, 7870 adlandırılmış və 9634 ada adsızdır. Ölkə ərazisinən əsas hissəsini 7 böyük ada və 30 arxipelaq təşkilı edir. Ən böyük adaları — Yeni Qvineya, Kalimantan (Boreneo), Sumatra, Sulavesi və Yavadır. Digər adalar yetərincə kiçik ölçüyə malikdir. Arxipelaq Sakit və Hind okeanını ayırır. Coğrafi baxımdan İndoneziya ekvatorun hər iki tərəfində yerləşmiş. Ümumi məlumat: Ümumi sahə — 1 904 569 км²;quru — 1 811 569 км²;daxili sular — 93 000 км².
İndoneziya dili
İndoneziya dili — İndoneziyanın rəsmi dili.İndoneziyanın rəsmi dilidir və Şərqi Timorda rəsmi statusa malikdir. Əslində, İndoneziya 1945-ci ildə müstəqilliyini elan etdikdən sonra standartlaşdırılmış Malay dialektidir. Bu gün Malay və İndoneziya fərqli dillər hesab edilsə də, demək olar ki, eynidir.İndoneziyada yaşayan insanların əksəriyyətinin ana dili yerli ləhcədir, lakin hamı İndoneziya dilini ikinci dil kimi də bilir. Ölkədə rəsmi yazışmaların, təhsilin və mətbuatın dili İndoneziya dilidir. İndoneziya dünyanın dördüncü ən çox əhalisi olan ölkəsidir. Əhalisinin çoxluğuna görə İndoneziya dili dünyada ən çox danışılan dillərdən biridir. İndoneziyalıların əksəriyyəti İndoneziya dilini ana dilləri ilə yanaşı yerli dillər (Yava və Sundan dilləri kimi) kimi istifadə edirlər. Ölkə daxilində təhsil, ünsiyyət və media dili əsasən İndoneziya dilidir. 1975-ci ildən 1999-cu ilə qədər İndoneziyanın bir hissəsi olan Şərqi Timorda ingilis dili ilə yanaşı İndoneziya dili də işçi dili kimi qəbul edilib․ Təkcə İndoneziya dilində danışan indoneziyalıların sayı İndoneziyanın 272 milyondan çox əhalisinin 250 milyonunu keçib. İndoneziya dili, həmçinin 33 milyon əhalisi olan Malayziya, Cənubi Tayland, Bruney, Sinqapur, Cənubi Filippin, Surinam və Amerika, Kanada, Yaponiya, Koreya kimi dünyanın müxtəlif İndoneziya diasporları kimi xaricdə dialekt variasiyasıdır.
İndoneziya himni
İndoneziya dövlət himni, "Indonesia Raya" (azərb. "Böyük İndoneziya"‎) - Mahnı 28 oktyabr 1928-ci ildə Vaqe Rudolf Supratman ilə Bataviyada (indiki Cakarta) Milli Gənclər Konfransında ifa olunmuşdur. == Himnin sözləri == Indonesia, tanah airku, tanah tumpah darahku. Di sanalah aku berdiri, jadi pandu ibuku. Indonesia, kebangsaanku, bangsa dan tanah airku. Marilah kita berseru, «Indonesia bersatu!» Hiduplah tanahku, hiduplah neg’riku, Bangsaku, rakyatku, semuanya. Bangunlah jiwanya, bangunlah badannya Untuk Indonesia Raya.Xor: Indonesia Raya, merdeka, merdeka Tanahku, neg’riku yang kucinta. Indonesia Raya, merdeka, merdeka Hiduplah Indonesia Raya. Indonesia Raya, merdeka, merdeka Tanahku, neg’riku yang kucinta. Indonesia Raya, merdeka, merdeka Hiduplah Indonesia Raya.Indonesia tanah yang mulia, tanah kita yang kaya.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2006 •••••••••••••••••• 0.23
2008 ••••••••••••••••••• 0.24
2012 •••••••••••••••••••• 0.26

"indo" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#indo nədir? #indo sözünün mənası #indo nə deməkdir? #indo sözünün izahı #indo sözünün yazılışı #indo necə yazılır? #indo sözünün düzgün yazılışı #indo leksik mənası #indo sözünün sinonimi #indo sözünün yaxın mənalı sözlər #indo sözünün əks mənası #indo sözünün etimologiyası #indo sözünün orfoqrafiyası #indo rusca #indo inglisça #indo fransızca #indo sözünün istifadəsi #sözlük