İndoneziyada təhsil
İndoneziyada təhsil — təhsil Mədəniyyət Nazirliyi və Dini İşlər Nazirliyi tərəfindən idarə olunur. İndoneziyada bütün vətəndaşlar altı il ibtidai məktəb və üç il orta və liseydən ibarət olan on iki illik icbari təhsili başa vurmalıdırlar. İslam məktəbləri Dini İşlər Nazirliyi tərəfindən idarə olunur. Təhsil, şagirdin dini və mənəvi müstəvidə öz potensialını, şüurunu, şəxsiyyətini, intellektini, davranışını və yaradıcılığını özü, digər vətəndaşlar və millət üçün fəal şəkildə inkişaf etdirə bilməsi üçün təlim mühitiylə təlim prosesinin yaradılması üzrə planlaşdırılmış səy kimi müəyyən edilir. Konstitusiyasında İndoneziyada iki növ təhsilin olduğu qeyd edilir: formal və qeyri-formal. Formal təhsil daha da üç səviyyəyə bölünür: ibtidai, orta və ali təhsil. İndoneziyada məktəblər hökumət və ya özəl sektor tərəfindən idarə olunur. Bəzi özəl məktəblər özlərini "National Plus Schools" adlandırırlar. İndoneziyada təxminən 170 000 ibtidai məktəb, 40 000 orta məktəb var. Bu məktəblərin 84%-i Təhsil və Mədəniyyət Nazirliyi (MM), qalan 16%-i isə Dini İşlər Nazirliyi (MORA) tərəfindən idarə olunur.