İnfanta sözü azərbaycan dilində

İnfanta

Yazılış

  • İnfanta • 50.0000%
  • infanta • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İnfanta Eulaliya
İnfanta Eulaliya (isp. María Eulalia Francisca de Asís Margarita Roberta Isabel Francisca de Paula Cristina María de la Piedad) (12 fevral 1864[…], Madrid – 8 mart 1958[…]) – İspaniya kraliçası II İzabellanın qızı, İspaniya infantası. 4 yaşında ikən anasıyla birlikdə Parisə sürgünə getdi və ilk təhsilini burada aldı. III Napoleonun devrilməsindən sonra sürgündəki ailəsiylə birlikdə Cenevrəyə köçdü. 1875-ci ildə İspaniyada monarxiyanın bərpa edilməsi və qardaşı XII Alfonsonun taxta çıxmasıyla o və bacıları Madridə qayıtdı. Burada geri qalan təhsili böyük bacısı İzabellanın nəzarəti altında tamamlandı. 6 mart 1886-cı ildə xalası oğlu Orleanlı Antonio Filipplə evləndi. Əslində bir il öncə planlaşdırılan toy mərasimi Eulaliyanın qardaşı XII Alfonsonun ölümü səbəbilə təxirə salındı. Cütlüyün bu nigahdan 2 oğlu dünyaya gəldi. İkinci oğlunun doğumundan sonra cütlük ayrıldı və Eulaliya qalan ömrünü İspaniya və Parisdəki mülklərində keçirdi.
İnfanta Yuanna
İnfanta Yuanna (port. Infanta Donna Joana) (6 fevral 1452, Lissabon – 12 may 1490) — Portuqaliya infantası. Atası Aviz sülaləsindən Portuqaliya kralı V Afonso, anası isə Koimbra hersoqu İnfant Pyotrun qızı İzabelladır. 1471-ci ildə atasının olmaması səbəbilə kral naibəsi olaraq krallığı idarə etmişdir. == Həyatı == Donna Yuanna atasının ikinci övladı idi. Ancaq kralın ilk övladı 1 aylıq ikən vəfat etmişdi. Bu səbəblə V Afonsonun ən böyük övladı olaraq, kiçik qardaşı İnfant Conun doğulduğu 1455-ci ildədək taxtın varisi olaraq qaldı. Gənc yaşlarında ikən rahibə olmaq istəsə də, atası tərəfindən icazə verilmədi. 1471-ci ildə çıxılan Tanjer səfəri dönəmində atası tərəfindən kral naibəsi təyin edildi. Bir neçə evlilik təklifini geri çevirdikdən sonra 1475-ci ildə atasının da icazəsiylə dominikan kilsəsinə qapandı.
İnfanta İzabella
İnfanta İzabella (isp. María Isabel Francisca de Asís Cristina Francisca de Paula Dominga) (20 dekabr 1851, Madrid – 22 aprel 1931, Paris) – İspaniya kraliçası II İzabellanın qızı, İspaniya infantası. 13 may 1868-ci ildə İki Siciliya kralı II Ferdinandın oğlu Siciliyalı Getano ilə evləndi ancaq əri nigahdan 3 il sonra intihar etdi. Həm qardaşı XII Alfonso, həm də onun oğlu XIII Alfonsonun ilk illərində kral sarayında nüfuz sahibi olan İzabella qardaşı oğlunun devrilməsindən və İspaniyada respublika elan edilməsindən sonra inqilabçıların qalma təklifini qəbul etmədi və Fransaya sürgünə getdi. Ancaq Parisə gəldikdən bir neçə gün sonra vəfat etdi. == Mənbə == Navarrete Martínez, Esperanza. "María de la O Isabel de Borbón". Diccionario biográfico España (in Spanish). Real Academia de la Historia Chisholm, Hugh, ed. (1911).
İnfanta Şarlotta
İnfanta Şarlotta (isp. Carlota Joaquina Teresa Cayetana de Borbón y Borbón-Parma; port. Carlota Joaquina Teresa Caetana de Bourbon e Bragança) (25 aprel 1775 – 7 yanvar 1830) — Portuqaliya kralı VI Conun xanımı, İspaniya infantası. Atası İspaniya kralı IV Karl, anası isə Parma hersoqu Filippin qızı Mariya Luizadır. Hələ 10 yaşında ikən 1785-ci ildə Portuqaliya kraliçası Mariyanın ikinci oğlu İnfant Conla evləndirildi. Evliliyin əsas səbəbi İspaniya və Portuqaliya arasında sülhü təmin etmək olsa da, Şarlotta gəlin gəldiyi sarayda və əhali arasında heç sevilmədi. Buna səbəb isə əri üzərindəki nüfuzundan istifadə edərək ölkədə ispanların lehinə bir çox qərarı aldırması idi. Portuqaliyanın Napoleon Bonapart tərəfindən işğal edilməsinin ardından 1807-ci ildə bütün Portuqaliya monarx ailəsi Braziliyaya qaçdı. Şarlotta burada qaldığı 14 il ərzində, taxtın varisi olan ərinə qarşı propaqanda apararaq onun Portuqaliya səltənətini idarə edə bilməyəcəyini iddia etdi. Bunda əsas məqsədi isə ərinin taxta çıxmasının ardından kral naibəsi olaraq dövlət idarəsini ələ almaq istəməsi idi.
İnfanta Juana
İnfanta Yuanna (port. Infanta Donna Joana) (6 fevral 1452, Lissabon – 12 may 1490) — Portuqaliya infantası. Atası Aviz sülaləsindən Portuqaliya kralı V Afonso, anası isə Koimbra hersoqu İnfant Pyotrun qızı İzabelladır. 1471-ci ildə atasının olmaması səbəbilə kral naibəsi olaraq krallığı idarə etmişdir. == Həyatı == Donna Yuanna atasının ikinci övladı idi. Ancaq kralın ilk övladı 1 aylıq ikən vəfat etmişdi. Bu səbəblə V Afonsonun ən böyük övladı olaraq, kiçik qardaşı İnfant Conun doğulduğu 1455-ci ildədək taxtın varisi olaraq qaldı. Gənc yaşlarında ikən rahibə olmaq istəsə də, atası tərəfindən icazə verilmədi. 1471-ci ildə çıxılan Tanjer səfəri dönəmində atası tərəfindən kral naibəsi təyin edildi. Bir neçə evlilik təklifini geri çevirdikdən sonra 1475-ci ildə atasının da icazəsiylə dominikan kilsəsinə qapandı.
İnfanta Luiza Ferdinanda
İnfanta Luiza Ferdinanda (isp. María Luisa Fernanda de Borbón y Borbón-Dos Sicilias) (30 yanvar 1832, Madrid – 2 fevral 1897, Sevilya) – İspaniya kralı VII Ferdinandın qızı, İspaniya infantası. Bacısı II İzabellanın yetkinlik yaşına çatan qızı İnfanta İzabellanın dünyaya gəlişinədək (1851) İspaniya taxtının varisi oldu. 1846-cı ildə bacısı II İzabella əmisi oğlu Fransisko Asisla evləndi və həmin gün hələ 14 yaşında olan Luiza da Fransa kralı I Lui-Filippin oğlu Orleanlı Antuanla evləndirildi. Cütlük nigahdan sonra Parisə köçsə də, daha sonra Sevilyada yaşamağa başladı. Ərinin kraliçaya qarşı müxalif olması səbəbilə bacılar arasındakı münasibət pis idi. Öncə 1848-ci ildə qaynatasının taxtdan devrilməsi ilə İspaniyaya, daha sonra 1868-ci ildə isə bacısının taxtdan endirilməsiylə Fransaya sürgünə gedən cütlük uzun müddət burada nəzarət altında yaşadı. == Mənbə == Navarrete Martínez, Esperanza. "María de la O Isabel de Borbón". Diccionario biográfico España (in Spanish).
İnfanta Mariya Amaliya
İnfanta Mariya Amaliya (isp. María Amalia de Borbón y Borbón-Parma) (9 yanvar 1779, Madrid – 22 iyul 1798) – İspaniya kralı IV Karlın qızı, İspaniya infantası. Hələ 16 yaşında ikən 1795-ci ildə 40 yaşlı əmisi İnfant Antonio Paskalla evləndi. Cütlüyün ilk və yeganə övladı isə 1798-ci ildə ölü olaraq dünyaya gəldi. Doğum əsnasında tutulduğu infeksiya səbəbilə Mariya Amaliya doğumdan 2 gün sonra vəfat etdi. == Mənbə == Bearne Charlton, Catherine. A Royal Quartette. London: T. F. Unwin, 1908. Mateos Sainz de Medrano, Ricardo. Los desconocidos infantes de España.
İnfanta Mariya Jozefina
İnfanta Mariya Jozefina (isp. Maria Josefa Carmela de Borbón y Sajonia) (6 iyul 1744 – 8 dekabr 1801, Madrid) – İspaniya kralı III Karlın ən böyük qızı. Neapol və Siciliya şahzadəsi olaraq dünyaya gəldi və atasının İspaniya taxtına çıxmasıyla İspaniya infantası oldu. Heç vaxt evlənmədi. == Mənbə == Mississippi Commission For international Cultural Exchange. The Majesty of Spain: Royal Collections from The Museo del Prado & The Patrimonio Nacional. Mississippi Commission For international Cultural Exchange Inc, 2001.
İnfanta Mariya Luiza
İnfanta Mariya Luiza (isp. María Luisa de Borbón y Sajonia) (24 noyabr 1745[…], Portiçi, Kampaniya – 15 may 1792[…], Vyana) – Müqəddəs Roma imperatoru II Leopoldun xanımı. Atası İspaniya kralı III Karl, anası isə Polşa kralı III Avqustun qızı Mariya Amaliyadır.
İnfanta Mariya Fransiska Braqanza
Mariya Fransiska Braqanza (isp. Maria Francisca de Assis da Maternidade Xavier de Paula e de Alcântara Antónia Joaquina Gonzaga Carlota Mónica Senhorinha Sotera e Caia de Bourbon e Bragança) (22 aprel 1800 – 11 sentyabr 1834) — İspaniya və Portuqaliya infantası. Atası Portuqaliya kralı VI Con, anası isə İspaniya kralı IV Karlın qızı Şarlottadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası idi. Napoleon Bonapartın Avropadakı işğalçı siyasəti səbəbilə bütün saray əhalisi 1807-ci ildə Portuqaliyanı tərk edərək Braziliyaya qaçdı. Nənəsi I Mariyanın səltənətində doğulan Mariya Fransiska 22 sentyabr 1816-cı ildə Madriddə dayısı İnfant Karl İsidroyla evləndirildi. Cütlüyün bu evlilikdən 3 oğlu dünyaya gəldi. Digər dayısı VII Ferdinandın ölümündən sonra İspaniyada başlayan taxt mübarizəsində o və əri 3 yaşlı dayısı qızı II İzabellanın səltənətini qəbul etmədi. Nəticədə bütün ailəsiylə birlikdə ölkədən sürgün olundular və öncə Portuqaliyaya, daha sonra isə İngiltərəyə köçdülər. İngiltərədə ikən Mariya Fransiskanın səhhəti pisləşdi və 4 sentyabr 1834-cü ildə vəfat etdi.
İnfanta Mariya Tereza Braqanza
Mariya Tereza Braqanza (isp. Maria Teresa Francisca de Assis Antónia Carlota Joana Josefa Xavier de Paula Micaela Rafaela Isabel Gonzaga) (29 aprel 1793 – 17 yanvar 1874, Triest) — İspaniya və Portuqaliya infantası. Atası Portuqaliya kralı VI Con, anası isə İspaniya kralı IV Karlın qızı Şarlottadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası idi. Napoleon Bonapartın Avropadakı işğalçı siyasəti səbəbilə bütün saray əhalisi 1807-ci ildə Portuqaliyanı tərk edərək Braziliyaya qaçdı. Nənəsi I Mariyanın səltənətində doğulan Mariya Tereza vəliəhdin ən böyük övladı olaraq 13 may 1810-cu ildə Rio-de-Janeyroda bibisi oğlu İnfant Pedro Karlosla evləndirildi. Ancaq çox keçmədən ərinin vəfatıyla dul qaldı. Olduqca mühafizəkar olan Mariya Tereza kiçik qardaşı İnfant Miquelin Portuqaliya taxtı uğrunda, dayısı bə bacısının əri olan İnfant Karl İsidronun isə İspaniya taxtı uğrunda apardığı siyasi mübarizəni dəstəklədi. Digər dayısı VII Ferdinandın İspaniyadakı səltənətinin son illərində Mariya Tereza Madridə qayıtdı və burada siyasi propaqandasına davam etdi. 15 yanvar 1837-ci ildə korteslər birliyi üsyançı İnfant Karl İsidroya dəstək verməsini səbəb göstərərək Mariya Terezanın ana şəcərəsindən gələn taxt hüququnu ləğv etdi.
İnfanta Mariya del Pilar
İnfanta Mariya del Pilar (isp. María del Pilar Berenguela Isabel Francisca de Asís Cristina Sebastiana Gabriela Francisca Caracciolo Saturnina de Borbón y Borbón) (4 iyun 1861[…], Madrid – 5 avqust 1879[…], Gipuskoa vilayəti[d], Basklar ölkəsi) – İspaniya kraliçası II İzabellanın qızı, İspaniya infantası. 7 yaşında ikən anasıyla birlikdə Parisə sürgünə getdi və ilk təhsilini burada aldı. III Napoleonun devrilməsindən sonra sürgündəki ailəsiylə birlikdə Cenevrəyə köçdü. 1875-ci ildə İspaniyada monarxiyanın bərpa edilməsi və qardaşı XII Alfonsonun taxta çıxmasıyla o və bacıları Madridə qayıtdı. Burada geri qalan təhsili böyük bacısı İzabellanın nəzarəti altında tamamlandı. Parisdə qalan anası kraliça İzabella onun evlilik planlarını yürütməyə başladı. Namizəd olaraq isə III Napoleonun oğlu və varisi Şahzadə Napoleon seçilmişdi. Üstəlik varisin anası Yevgeniya da bu cütlüyün evlənməsini dəstəkləyirdi. Ancaq vəliəhd 1879-cu ildə bir çatışmada həlak oldu.
İnfanta İzabella Mariya Braqanza
İzabella Mariya Braqanza (isp. Isabel Maria da Conceição Joana Gualberta Ana Francisca de Assis Xavier de Paula de Alcântara Antónia Rafaela Micaela Gabriela Joaquina Gonzaga de Bragança e Bourbon) (4 iyul 1801, Lissabon – 22 aprel 1876) — İspaniya və Portuqaliya infantası. Atası Portuqaliya kralı VI Con, anası isə İspaniya kralı IV Karlın qızı Şarlottadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası idi. Napoleon Bonapartın Avropadakı işğalçı siyasəti səbəbilə bütün saray əhalisi 1807-ci ildə Portuqaliyanı tərk edərək Braziliyaya qaçdı. 1826-cı ildə atası vəfat etdi və qardaşı Pedro Portuqaliya kralı elan olundu. Ancaq o əsnada yeni kral Braziliyada, digər qardaşı İnfant Miquel isə Vyanada idi. Böyük bacıları Mariya Tereza və Mariya Fransiska isə İspaniya infantlarıyla evlənib Madridə köçmüşdülər. Bu səbəblə ailənin Portuqaliyadakı ən böyük nümayəndəsi olaraq İzabella Mariya qısa müddətliyinə kralın naibəsi elan olundu. Ancaq o illərdə Braziliya imperatoru olan qardaşı Pedro üçün Portuqaliya çox kiçik bir krallıq idi.
İnfanta Şarlotta (Portuqaliya kraliçası)
İnfanta Şarlotta (isp. Carlota Joaquina Teresa Cayetana de Borbón y Borbón-Parma; port. Carlota Joaquina Teresa Caetana de Bourbon e Bragança) (25 aprel 1775 – 7 yanvar 1830) — Portuqaliya kralı VI Conun xanımı, İspaniya infantası. Atası İspaniya kralı IV Karl, anası isə Parma hersoqu Filippin qızı Mariya Luizadır. Hələ 10 yaşında ikən 1785-ci ildə Portuqaliya kraliçası Mariyanın ikinci oğlu İnfant Conla evləndirildi. Evliliyin əsas səbəbi İspaniya və Portuqaliya arasında sülhü təmin etmək olsa da, Şarlotta gəlin gəldiyi sarayda və əhali arasında heç sevilmədi. Buna səbəb isə əri üzərindəki nüfuzundan istifadə edərək ölkədə ispanların lehinə bir çox qərarı aldırması idi. Portuqaliyanın Napoleon Bonapart tərəfindən işğal edilməsinin ardından 1807-ci ildə bütün Portuqaliya monarx ailəsi Braziliyaya qaçdı. Şarlotta burada qaldığı 14 il ərzində, taxtın varisi olan ərinə qarşı propaqanda apararaq onun Portuqaliya səltənətini idarə edə bilməyəcəyini iddia etdi. Bunda əsas məqsədi isə ərinin taxta çıxmasının ardından kral naibəsi olaraq dövlət idarəsini ələ almaq istəməsi idi.
İnfanta Mariya Luiza (Etruriya kraliçası)
İnfanta Mariya Luiza (isp. María Luisa Josefina Antonieta Vicenta) (6 iyul 1782[…] – 13 mart 1824[…], Roma, Papa dövləti) – Etruriya kralının xanımı, İspaniya kralı IV Karlın qızı və İspaniya infantası. Yeni yaradılan və qısa ömür sürən Etruriya krallığının yeganə kraliçası oldu. Hələ 13 yaşında ikən 1795-ci ildə dayısı oğlu Parmalı Lüdoviklə evləndi. Cütlük evliliklərinin ilk ilini İspaniya sarayında keçirdi və ilk övladları olan Lüdovik burada dünyaya gəldi. 1801-ci ildə Fransa və İspaniya arasında bağlanan sülhün ardından əri Lüdovik Parma hersoqluğundan istehfa etmə qarşılığında yeni yaradılan Etruriya krallığının taxtına əyləşdi. Cütlük 1801-ci ilin avqustunda yeni krallığın paytaxtı Florensiyaya gəldi. 1802-ci ildə İspaniyaya etdiyi qısa səyahət əsnasında Mariya Luiza ikinci övladını dünyaya gətirdi. Ancaq ərinin səltənəti çox çəkmədi və Lüdovik 1803-cü ildə vəfat etdi. Mariya Luiza Etruriya kralı təyin edilən oğlu II Lüdovikə kral naibəsi olaraq xidmət etdi.
İnfanta Mariya de la Paz
İnfanta Mariya de la Paz (isp. María de la Paz Juana Amelia Adalberta Francisca de Paula Juana Bautista Isabel Francisca de Asís de Borbón y Borbón) (23 iyun 1862[…], Madrid – 4 dekabr 1946, Münhen, Almaniyanın Amerika tərəfindən ələ keçirilmiş ərazisi[d]) – İspaniya kraliçası II İzabellanın qızı, İspaniya infantası. 6 yaşında ikən anasıyla birlikdə Parisə sürgünə getdi və ilk təhsilini burada aldı. III Napoleonun devrilməsindən sonra sürgündəki ailəsiylə birlikdə Cenevrəyə köçdü. 1875-ci ildə İspaniyada monarxiyanın bərpa edilməsi və qardaşı XII Alfonsonun taxta çıxmasıyla o və bacıları Madridə qayıtdı. Burada geri qalan təhsili böyük bacısı İzabellanın nəzarəti altında tamamlandı. 1880-ci ildə bibisi oğlu Bavariyalı Lüdviq Ferdinandla evlənməsinə qərar verildi. Üstəlik bibisi İnfanta Amaliya onun xaç anası idi. Ancaq həmin ilin sonunda baş tutan görüşdən sonra Mariya Paz bəy namizədini bəyənmədi. Buna baxmayaraq danışıqlar davam etdi və cütlük 2 aprel 1883-cü ildə Madrid kral sarayında evləndi.
Fransalı Blanş (Kastiliya infantası)
Fransalı Blanş (fr. Blanche de France; isp. Blanca de Francia; 1253[…] – 1320, Paris) — Fransa kralı IX Lüdovikin qızı, Kastiliya infantası. == Həyatı == Blanş 1253-cü ildə Təl-Əviv yaxınlığında dünyaya gəlib. Atası Fransa kralı IX Lüdovik, anası isə onun xanımı Provanslı Marqaritadır. Uşaqlıq illəriylə bağlı yetərli məlumat yoxdur. 1269-cu ilin noyabrında Kastiliya kralı X Alfonsonun böyük oğlu və Kastiliya infantı Ferdinand de la Cerda ilə evləndirildi. Cütlüyün bu evlilikdən 2 oğlu dünyaya gəlsə də, çox keçmədən İnfant Ferdinand 1275-ci ildə vəfat etdi. Ənənəyə görə, kralın böyük oğlu vəfat etsə, ondan sonrakı qardaşı deyil, vəfat edən varisin böyük oğul övladı varis elan edilməli idi. Ancaq kralın ikinci oğlu Sanço 1284-cü ildə atasının vəfatı ilə taxtı ələ keçirdi.
Karlota Joakina (İspaniya infantası)
İnfanta Şarlotta (isp. Carlota Joaquina Teresa Cayetana de Borbón y Borbón-Parma; port. Carlota Joaquina Teresa Caetana de Bourbon e Bragança) (25 aprel 1775 – 7 yanvar 1830) — Portuqaliya kralı VI Conun xanımı, İspaniya infantası. Atası İspaniya kralı IV Karl, anası isə Parma hersoqu Filippin qızı Mariya Luizadır. Hələ 10 yaşında ikən 1785-ci ildə Portuqaliya kraliçası Mariyanın ikinci oğlu İnfant Conla evləndirildi. Evliliyin əsas səbəbi İspaniya və Portuqaliya arasında sülhü təmin etmək olsa da, Şarlotta gəlin gəldiyi sarayda və əhali arasında heç sevilmədi. Buna səbəb isə əri üzərindəki nüfuzundan istifadə edərək ölkədə ispanların lehinə bir çox qərarı aldırması idi. Portuqaliyanın Napoleon Bonapart tərəfindən işğal edilməsinin ardından 1807-ci ildə bütün Portuqaliya monarx ailəsi Braziliyaya qaçdı. Şarlotta burada qaldığı 14 il ərzində, taxtın varisi olan ərinə qarşı propaqanda apararaq onun Portuqaliya səltənətini idarə edə bilməyəcəyini iddia etdi. Bunda əsas məqsədi isə ərinin taxta çıxmasının ardından kral naibəsi olaraq dövlət idarəsini ələ almaq istəməsi idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2009 •••• 0.16
2010 ••• 0.09
2013 •••••••• 0.29
2014 ••••• 0.17
2017 •••••••••••••••••••• 0.81

Oxşar sözlər

#infanta nədir? #infanta sözünün mənası #infanta nə deməkdir? #infanta sözünün izahı #infanta sözünün yazılışı #infanta necə yazılır? #infanta sözünün düzgün yazılışı #infanta leksik mənası #infanta sözünün sinonimi #infanta sözünün yaxın mənalı sözlər #infanta sözünün əks mənası #infanta sözünün etimologiyası #infanta sözünün orfoqrafiyası #infanta rusca #infanta inglisça #infanta fransızca #infanta sözünün istifadəsi #sözlük