informasiyalaşdırma sözü azərbaycan dilində

informasiyalaşdırma

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • informasiyalaşdırma • 59.6386%
  • İnformasiyalaşdırma • 40.3614%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İnformasiyalaşdırma
İnformasiyalaşdırma – informasiya-kommunikasiya texnologiyalarını (İKT) tətbiq etməklə istifadəçilərin informasiya tələbatlarının ödənilməsi üçün optimal şəraitin yaradılması prosesidir. İnformasiyalaşdırma prosesində, ilkin olaraq, informasiyanın toplanması, emalı, onun saxlanması və analizi üçün böyük işlərin görülməsi zəruridir. İstənilən sahədə rasional həll yollarının tapılması böyük həcmdə informasiyanın emalına əsaslanır, bu isə xüsusi texniki vasitələr cəlb olunmadan praktiki olaraq qeyri-mümkündürCəmiyyətin informasiyalaşdırılması problemləri ilə məşğul olan alimlər kimi, İ. Rakitov, A.D. Ursul, A.P. Erşov və s., bu sahəni inkişaf etdirənlərdən R.F. Abdeev, E.N. Pasxin və s., statistik metodların, sosial və sosial-siyasi proseslərin riyazi modelləşdirilməsi sahəsində Y.M. Plotinskiy, B.A. Suslakov, V.Y. Rozenberq və s. adlarını qeyd etmək olar. == Cəmiyyətin İnformasiyalaşdırılması == Cəmiyyətin informasiyalaşdırılması – informasiya resurslarının formalaşdırılması və istifadəsi əsasında vətəndaşların, dövlət və yerli idarəetmə orqanlarının, təşkilatların, ictimai qurumlarının informasiya tələbatlarının ödənilməsi və informasiya hüquqlarının reallaşdırılması məqsədilə həyata keçirilən sosial-iqtisadi və elmi-texniki prosesdir. == İnformasiyalaşdırma Qanunvericilikdə == Azərbaycan Respublikasında İC-nin qurulması dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. 1998-ci ildə informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılmasını və onlardan istifadə olunmasını, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyən və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Qanunda informasiyalaşdırma – informasiya ehtiyatlarının formalaşdırılması, təqdim edilməsi, istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının və bu sahədəki hüquqlarının təmin edilməsinin optimal şəraitinin yaradılması üçün təşkilati, sosial-iqtisadi və elmi-texniki proses kimi verilmişdir. İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir: milli informasiya fəzasının formalaşdırılması; informasiyalaşdırma üzrə fəaliyyətin başlıca istiqamətlərinin təyini və meydana çıxan münasibətlərin tənzimlənməsi; informasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyətin bütün formalarının inkişafına, informasiya məhsulları və xidmətləri bazarının formalaşmasına yardım edilməsi; dövlət informasiya ehtiyatlarının formalaşdırılması və mühafizəsi üçün zəruri olan şəraitin yaradılması; ərazi informasiya şəbəkələrinin yaradılması, onların beynəlxalq informasiya şəbəkələri ilə uzlaşması, qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün lazımi təşkilati, hüquqi, texniki siyasətin müəyyənləşdirilməsi; dövlət informasiya ehtiyatları əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların müvafiq informasiya ilə təmin olunması üçün şərait yaradılması; informasiya fəzasında milli təhlükəsizliyin təmin edilməsi; informasiya məhsulları və xidmətləri bazarında informasiya münasibətlərinin subyektləri, o cümlədən xarici subyektlər tərəfindən inhisar fəaliyyəti və haqsız rəqabətin qarşısının alınması və yol verilməməsi; informasiyalaşdırma mühitində dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların hüquqlarının təmin olunması; informasiyalaşdırma mühitində elmi-texniki və istehsal siyasətinin formalaşdırılması və həyata keçirilməsi; informasiyalaşdırma layihələri və proqramlarının dəstəklənməsi, onların işlənməsi və həyata keçirilməsi üçün investisiyaların cəlb olunması sisteminin və stimullaşdırma mexanizminin yaradılması; informasiya prosesləri, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində hüquqi bazanın inkişaf etdirilməsi. == Mənbə == Урсул А.Д. Информатизация общества.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.73 dəfə / 1 mln.
2004 ••••••••••• 2.02
2005 ••••••••••••••• 2.70
2006 •••••••••••• 2.25
2007 •••••••••••••••••••• 3.81
2008 •••••••••••• 2.19
2009 •••••••• 1.44
2010 •••••••••• 1.72
2011 •••••••• 1.46
2012 •••••••••••••• 2.58
2013 •• 0.29
2014 0.17
2015 ••••• 0.85
2016 •••••• 1.04
2017 ••••••••••••• 2.44
2018 •••••••• 1.35
2019 •••••••• 1.39
2020 ••••••••••••••••••• 3.45

informasiyalaşdırma sözü azərbaycan dilinin lüğətlərində

Terminlər lüğəti

İnformasiya ehtiyatlarının formalaşdırılması, təqdim edilməsi, istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının və bu sahədəki hüquqlarının təmin edilməsinin optimal şəraitinin yaradılması üçün təşkilati, sosial-iqtisadi və elmi-texniki proses

Terminlər lüğəti

"informasiyalaşdırma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#informasiyalaşdırma nədir? #informasiyalaşdırma sözünün mənası #informasiyalaşdırma nə deməkdir? #informasiyalaşdırma sözünün izahı #informasiyalaşdırma sözünün yazılışı #informasiyalaşdırma necə yazılır? #informasiyalaşdırma sözünün düzgün yazılışı #informasiyalaşdırma leksik mənası #informasiyalaşdırma sözünün sinonimi #informasiyalaşdırma sözünün yaxın mənalı sözlər #informasiyalaşdırma sözünün əks mənası #informasiyalaşdırma sözünün etimologiyası #informasiyalaşdırma sözünün orfoqrafiyası #informasiyalaşdırma rusca #informasiyalaşdırma inglisça #informasiyalaşdırma fransızca #informasiyalaşdırma sözünün istifadəsi #sözlük