informati sözü azərbaycan dilində

informati

Yazılış

  • informati • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat-İnformatika fakültəsi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və informatika fakültəsi
Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti
Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti — Belarusda ali məktəb, İKT üzrə ixtisaslaşmış müasir universitetlərdən biri. == Tarixi və fəaliyyəti == Belarus Dövlət İnformatika və Radioelektronika Universitetinin əsası 1964-cü il martın 15-i tarixində Belarusun Minsk şəhərində qoyulub. Fəaliyyətə başladığı tarixdən 1993-cü ilə qədər Belarus Radioelektronika İnstitutu adlandırılıb. Qeyd etmək lazımdır ki, institut Belarus Texniki Universitetinin bazasında yaradılıb. 1993-cü ildən Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti kimi fəaliyyət göstərir. Ali məktəb elmi tədqiqat və tədris mərkəzi olaraq informatika, radioelektronika və telekommunikasiya sahəsində mühəndislərin və elmi kadrların hazırlanmasında mühüm rol oynayır. Universitet fəaliyyətə başladığı dövdən indiyədək 44 min mühəndis, 745 elmlər namizədi, 70 elmlər doktoru hazırlayıb. İxtisasartırma institutu, elmi-tədqiqat hissəsi, aspirantura və doktorantura, təhsil metodikası idarəsi, gənclərlə tərbiyəvi iş idarəsi, informatizasiya və innovasiya işləmələri mərkəzi, kadrlar şöbəsi, hüquq şöbəsi, mühasibatlıq, maliyyə-plan şöbəsi, beynəlxalq əlaqələr idarəsi, tələbə şəhərciyi, informasiyaların mühafizəsi xidməti, tikilililərin ekspluatasiyası, təmiri və tikinti xidməti, əməyin mühafizəsi şöbəsi, "Braslav gölü" idman-sağlamlıq kompleksi, "İmpuls" qəzetinin redaksiyası, gənclik mərkəzi, yeyinti kombinatı DİRU-nun struktur bölmələridir. Universitetdə 10 fakültə fəaliyyət göstərir: kompüter layihələşdirilməsi, informasiya texnologiyaları və idarəetmə, radiotexnika və elektronika, kompüter sistemi və şəbəkəsi, telekommunikasiya, iqtisadiyyat mühəndisliyi, qiyabi təhsil, fasiləsiz və distant təhsil, universitetəqədər hazırlıq və peşəkar istiqamət, hərbi fakültə. Hazırda ali təhsil ocağında 38 kafedra var.
Beynəlxalq İnformatika Olimpiadası
Beynəlxalq İnformatika Olimpiadası (BİO) (ing. International Olympiad in Informatics (IOI) ~ ru. Международная олимпиада по информатике ~ tr. Uluslararası Bilgisayar Olimpiyatları) – orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən beynəlxalq yarış. BİO-nun keçirilmə ideyası 1987-ci ilin oktyabrında Parisdə YUNESKO-nun 24-cü konfransında Bolqarıstanlı riyaziyyat professoru Blaqovest Sendov tərəfindən irəli sürülüb. 1989-cu ilin mayında YUNESKO-nun sponsorluğu və təşkilatçılığı ilə 1-ci Beynəlxalq İnformatika Olimpiadası Bolqarıstanın Pravets şəhərində keçirilib. Beynəlxalq İnformatika Olimpiadası hər il keçirilir. Hər bir iştirakçı ölkənin nümayəndə heyətinin tərkibinə komandanın rəhbəri, onun müavini və dördədək şagird daxil ola bilər. Şagirdlərin cari olimpiada ilinin iyul ayının 1-dək 20 yaşı tamam olmamalı və onlar əvvəlki olimpiada ilinin sentyabr-dekabr aylarında orta ümumtəhsil məktəblərində oxumuş olmalıdırlar. Ölkə komandasının tərkibinə informatika üzrə milli olimpiadaların qaliblərini, yaxud beynəlxalq olimpiada öncəsi xüsusi seçim turundan keçmiş şagirdləri daxil etmək məsləhət görülür.
Beynəlxalq İnformatika Olimpiadası (BİO)
Beynəlxalq İnformatika Olimpiadası (BİO) (ing. International Olympiad in Informatics (IOI) ~ ru. Международная олимпиада по информатике ~ tr. Uluslararası Bilgisayar Olimpiyatları) – orta məktəb şagirdləri arasında informatika (proqramlaşdırma) üzrə hər il keçirilən beynəlxalq yarış. BİO-nun keçirilmə ideyası 1987-ci ilin oktyabrında Parisdə YUNESKO-nun 24-cü konfransında Bolqarıstanlı riyaziyyat professoru Blaqovest Sendov tərəfindən irəli sürülüb. 1989-cu ilin mayında YUNESKO-nun sponsorluğu və təşkilatçılığı ilə 1-ci Beynəlxalq İnformatika Olimpiadası Bolqarıstanın Pravets şəhərində keçirilib. Beynəlxalq İnformatika Olimpiadası hər il keçirilir. Hər bir iştirakçı ölkənin nümayəndə heyətinin tərkibinə komandanın rəhbəri, onun müavini və dördədək şagird daxil ola bilər. Şagirdlərin cari olimpiada ilinin iyul ayının 1-dək 20 yaşı tamam olmamalı və onlar əvvəlki olimpiada ilinin sentyabr-dekabr aylarında orta ümumtəhsil məktəblərində oxumuş olmalıdırlar. Ölkə komandasının tərkibinə informatika üzrə milli olimpiadaların qaliblərini, yaxud beynəlxalq olimpiada öncəsi xüsusi seçim turundan keçmiş şagirdləri daxil etmək məsləhət görülür.
Boşluq (informatika)
Boşluq (ing. Vulnerability) − sistem təhlükəsizlik vasitələrində zəiflik, sistemin layihəsində, yaradılmasında, prosedurlarında və daxili nəzarətində səhvlər və ya zəifliklər nəticəsində meydana çıxır və sistemin təhlükəsizlik siyasətinin pozulması üçün istifadə edilə bilər. Zəifliklərdən kompüter sistemi daxilində imtiyaz sərhədlərini keçmək (yəni, icazəsiz hərəkətlər etmək) üçün hücumçu kimi təhlükə aktyoru tərəfindən istifadə edilə bilər. Zəiflikdən istifadə etmək üçün hücumçunun sistem zəifliyinə qoşula bilən ən azı bir tətbiq aləti və ya texnikası olmalıdır. Bu çərçivədə zəifliklər həm də hücum səthi kimi tanınır. Zəifliyin idarə edilməsi nəzəri cəhətdən dəyişən, lakin ümumi prosesləri ehtiva edən dövri təcrübədir: bütün aktivləri kəşf etmək, aktivləri prioritetləşdirmək, tam zəiflik skanını qiymətləndirmək və ya həyata keçirmək, nəticələr haqqında hesabat vermək, zəiflikləri aradan qaldırmaq, aradan qaldırılmasını yoxlamaq - təkrar etmək. Bu təcrübə ümumiyyətlə hesablama sistemlərində proqram təminatı zəifliklərinə aiddir. Çevik zəifliyin idarə edilməsi bütün zəiflikləri mümkün qədər tez müəyyən etməklə hücumların qarşısının alınmasını nəzərdə tutur. == Boşluqların aşkar edildiyi yerlər == Zəifliklər aşağıdakılarla bağlıdır və özünü göstərə bilər: sistemin fiziki mühiti personal (yəni işçilər, rəhbərlik) idarəetmə prosedurları və təhlükəsizlik siyasəti biznes fəaliyyəti və xidmət göstərilməsi periferik cihazlar daxil olmaqla aparat proqram təminatı (yəni binada və ya buludda) əlaqə (yəni rabitə avadanlığı və qurğuları) == Həmçinin bax == Computer Emergency Response Team İnformasiya təhlükəsizliyi Kibertəhlükəsizlik == İstinadlar == == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Ekoloji informatika
İnformasiya amilinin ekologiyada xüsusi əhəmiyyəti vardır. İnformasiya alınmasının səmərəli sistemi olmadan müasir cəmiyyətin ekoloji ziddiyyətlərinin həlli mümkün deyildir. İnformasiya dairəsi fəaliyyətin elə sahəsidir ki, yalnız onun vasitəsilə ekoloji ziddiyyətlərin qapalı dairəsini qırmaq olar. == Ekoloji informatika == İnformatika (fr. information - informasiya və automatique - av­tomatika) - elmi-texniki fəaliyyət sahəsi olub, informasiyanın (in­formasiya texnologiyası)almması xüsusiyyətlərini, ötürülmə texno­logiyasını, təhlil və saxlanmasını öyrənirİnformasiya maddələr və eneıji ilə yanaşı ümumi xarakter daşı­yır. Ekoloji problem müvafiq olaraq mövcud informasiya aspektinə malikdir. Bura aşağıdakı bir çox məsələlər daxildir: təbii mühitin dəyişdirilməsinin informasiya səbəblərinin öy­rənilməsi, biosfer hadisə və proseslərində informasiya səbəbləri­nin pozulması; təbii mühitin vəziyyəti, ona antropogen təsir, mühitin çirklənmə­si, ehtiyatların tükənməsi və s. haqqında informasiyanın alınması; cəmiyyətin davamlı inkişafını təmin etmək üçün yeni elmi və texnoloji informasiyanın axtarılması və i.a.Sadalanan məsələlər bütövlükdə ekoloji informatikanın predmet sahəsini müəyyən edir. Ekoinformatikada geoekoinformatika və sosioekoinformatika bir-birindən fərqləndirilir. Geoekoinformatika təbiətdən istifadənin səmərəliyini artırmaq və təbii mühitin vəziyyətinə nəzarət məqsədilə biosfer və ekoloji tədqiqatların informasiya təminatını yerinə yetirir.
Fayl (informatika)
Kompüter faylı — informasiyanın diskdə tutduğu yerdir. Faylın adı iki hissədən ibarət olur: adın özündən və faylın tipini göstərən uzantıdan. Faylın adında hərf və rəqəmlərdən istifadə etmək olar. Məsələn: “İnformatika-7”, “Lesson1”, “sgfg123”, “Bölüm_1”. Bəzi simvolların xüsusi təyinatı olduğundan faylın adında onlardan istifadə etmək olmaz.Kompüter üçün faylın adının böyük və ya kiçik hərflərlə yazılmasının fərqi yoxdur. Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışmaq lazımdır ki, o, yetərincə qısa olsun. Faylın adında * / : < > ? \ | “ simvollarından istifadə etməyin. Həmin simvolların hər birinin əməliyyat sistemi üçün xüsusi mənası var. == Növləri == Faylın aşağıdakı növləri olur: Sistem faylları – dəyişməyən fayllar.
Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey
Fizika-riyaziyyat və informatika təmayüllü lisey (FRİTL) — Bakıda lisey. == Tarixi == İstedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə internat məktəblər təşkil edilmişdir. Onların yaradılmasında Azərbaycanın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçirmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur. 1964-cü ildə 1 nömrəli internat məktəbin bazasında 1 nömrəli Fizika-Riyaziyyat və Kimya-Biologiya təmayüllü internat məktəbi yaradılmışdır. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılmış, 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu bazada isə 1 nömrəli Fizika-Riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirmişdir. Nazirlər Kabinetinin 2 noyabr 1991-ci il tarixli 472 nömrəli əmrinə əsasən məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika təmayüllü (internat tipli) lisey adlandırılmışdır və hal hazırda lisey bu adla fəaliyyət göstərir. == Haqqında == Hazırda Liseydə 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.
Fizika, riyaziyyat və informatika tədrisi (jurnal)
Fizika, riyaziyyat və informatika tədrisi — 1954-cü ildən XX əsrin 80-ci illərinədək "Fizika və riyaziyyatın tədrisi" adı ilə dərc olunub. 1990-cı ildən 2000-ci ilə qədər çap olunmayıb. 2000-ci ildən "Fizika, riyaziyyat və informatika tədrisi" adı altında çap olunur. == Yaranma tarixi və fəaliyyəti == 1954-cü ildən nəşr olunmağa başlamışdır. Bu məcmuə "Azərbaycan məktəbi" jurnalına əlavə kimi ildə dörd dəfə buraxılırdı. İlk nəşrindən başlayaraq jurnalda fizika və riyaziyyat fənlərinin tədrisində çətinliyi olan mövzuların öyrədilməsinə aid metodist-alimlərin məqalələri çap olunmuşdur. Məcmuədə qabaqcıl müəllimlərin də məqalələrinə yer ayrılmışdır. Fizika və riyaziyyat fənləri üzrə olimpiadaların nəticələri də jurnalın səhifələrində yer almışdır. XX əsrin 70-ci illərindən məcmuəyə yeni bölmələr daxil edildi. "Metodika" bölməsində ümumi məsələlərə aid materiallar, "İş təcrübəsi" bölməsində qabaqcıl müəllimlərin məqalələri, "Sinifdənxaric işlər" bölməsində digər materiallar nəşr olunmuşdur.
Kitabxana (informatika)
Kitabxana (informatika) (en. library) – proqramlaşdırmada: bir faylda saxlanılan prosedurlar toplusu (yığını). Kitabxanada olan hər bir prosedurlar dəstinin adı olur və çeşidli, çox zaman çox spesifik məsələləri yerinə yetirir. Məsələn, C dilinin standart kitabxanasında olan printf() funksiyası simvolları ekranda əks etdirir. Belə prosedurlar dəstləri işi asanlaşdırır və tezləşdirir. Proqramçı kitabxananı öz proqramında elan edə və proqramın yerinə yetirilməsi gedişində onun prosedurlarına müraciət edə bilər, yəni lazım olduqda həmin prosedurları yenidən yazmağa gərək yoxdur. Kitabxanalar müəyyən proqramlaşdırma dilinin standart altproqramlarından və ya xüsusi altproqramlardan ibarət ola bilər. Ənənəvi anlamda kitabxana bəzən proqram təminatına və ya verilənlər fayllarına müraciət etmək üçün hər hansı informasiya yığınıdır. Kitabxana proqramı – proqramlaşdırmada: proqramlar kitabxanasında saxlanılan və kitabxanaya müraciət edə bilən istənilən proqram tərəfindən istifadə olunan proqram. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Klient (informatika)
Klient (ing. Client) — fərdi istifadəçi funksiyaları yerinə yetirən və bir və ya bir neçə serverə qoşulan kompüterdir. Klientin sorğusu əsasında server şəbəkə istifadəçilərinə xidməti: fayllara, disklərə, çap qurğularına, elektron poçt sistemlərinə müraciəti təmin edir.
MOV (informatika)
MOV - 1. (metal oxide varistor) elektron avadanlıqları gərginliyin ani sıçrayışından qorumaq üçün istifadə olunan elektron komponent. 2. Assembler dillərinin (ASSEMBLER LANGUAGE) əksəriyyətində “move” komandasının abreviaturası. Arqumentlərin ardıcıllığı dildən asılıdır: Intel prosessorlarında MOV 7,8 komandası 8 qiymətinin 7 yerinə yerləşdirilməsini bildirir; Motorola prosessorlarında isə həmin komanda 7 qiymətinin 8 yerinə yerləşdirilməsini göstərir. 3. QuickTime proqramında filmlər üçün istifadə olunan fayl formatı == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Maska (informatika)
Maska(ing.mask, ru.маска)- Proqramlaşdırmada: qiymətin müəyyən bitlərinin seçmə yolu ilə götürülməklə əks etdirilməsi və ya göstərilməsi üçün istifadə olunan ikilik qiymət. Maskanın qoyulması, maskanın və verilənlərin qiymətinin münasibətini göstərən aşağıdakı məntiqi operatorlar vasitəsilə yerinə yetirilir: VƏ (AND), VƏYA (OR), EYNİ DEYİL (NOR), DEYİL (NOT).Məsələn, 00111111 maskası VƏYA operatoru ilə birlikdə istifadə olunduqda verilənlər qiymətində iki yuxarı biti silir, ancaq qalan bitlərə təsir etmir. Bax: LOGIC OPERATOR, MASK BIT. Rəsm proqramlarında: altda olan bir obyektin görünüşünə nəzarət etmək üçün üzərində dəlik olan obyektin yaradılması. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Menyu (informatika)
Menyu(ing. menu, ru. меню) - proqramın parametrlərinin, komandalarının və s. elə strukturlaşdırılmış yığınıdır ki, istifadəçi lazım olan əməliyyatı yerinə yetirmək üçün onlardan birini seçə bilər. Tətbiqi proqramların əksəriyyəti, xüsusən, qrafik interfeysi (şəkillər əsasında) olan proqramlar öyrənməyi, işləməyi və düzgün istifadəni asanlaşdırmaq vasitəsi kimi menyudan istifadə edir. Menyuda bir adın seçilməsi çox zaman “aşağıda yerləşən” (növbəti səviyyəli) menyunun və ya yerinə yetirilən əməliyyatın xarakterini dəqiqləşdirən müəyyən parametrlər yığınından ibarət dialoq boksunun açılmasına səbəb olur. Menyu ilə işləmək üçün həm siçandan, həm də klaviaturadan istifadə olunur. Siçandan istifadə edərkən menyuda olan komandaları göstərmək üçün menyunun adını çıqqıldatmaq lazımdır. Klaviatura ilə menyu zolağını (MENU BAR) aktivləşdirmək üçün <Alt> və ya <F10> klavişindən istifadə olunur. Hər hansı menyunu, yaxud onun bəndini seçmək üçün altından xətt çəkilmiş hərf klavişini basmaq olar.
Menyu informatika
Menyu(ing. menu, ru. меню) - proqramın parametrlərinin, komandalarının və s. elə strukturlaşdırılmış yığınıdır ki, istifadəçi lazım olan əməliyyatı yerinə yetirmək üçün onlardan birini seçə bilər. Tətbiqi proqramların əksəriyyəti, xüsusən, qrafik interfeysi (şəkillər əsasında) olan proqramlar öyrənməyi, işləməyi və düzgün istifadəni asanlaşdırmaq vasitəsi kimi menyudan istifadə edir. Menyuda bir adın seçilməsi çox zaman “aşağıda yerləşən” (növbəti səviyyəli) menyunun və ya yerinə yetirilən əməliyyatın xarakterini dəqiqləşdirən müəyyən parametrlər yığınından ibarət dialoq boksunun açılmasına səbəb olur. Menyu ilə işləmək üçün həm siçandan, həm də klaviaturadan istifadə olunur. Siçandan istifadə edərkən menyuda olan komandaları göstərmək üçün menyunun adını çıqqıldatmaq lazımdır. Klaviatura ilə menyu zolağını (MENU BAR) aktivləşdirmək üçün <Alt> və ya <F10> klavişindən istifadə olunur. Hər hansı menyunu, yaxud onun bəndini seçmək üçün altından xətt çəkilmiş hərf klavişini basmaq olar.
Mosaic (İnformatika)
Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti
Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti (rus. Федеральное государственное бюджетное образовательное учреждение высшего профессионального образования «Московский государственный университет приборостроения и информатики») — Rusiyada universitet; cihazqayırma, informasiya-ölçü və idarəetmə sistemləri, telekommunikasiya texnologiyaları, robot texnikası və digər maarifləndirici proqramlar üzrə Rusiya Federasiyasının aparıcı ali məktəblərindən biridir. == Tarixi və fəaliyyəti == Hazırda tədris və elmi-tədqiqat proseslərinin, o cümlədən elmi bazanın sürətlə inkişaf etdiyi bu ali təhsil ocağında mühəndislər, proqramçılar, professorlar, Rusiya əməkdar elm xadimləri, dövlət mükafatları laureatları, Rusiya və beynəlxalq akademiyaların üzvləri çalışır və 16 min artıq tələbə təhsil alır. Tədris əyani, əyani-qiyabi (axşam), qiyabi və distant təhsil formaları üzrə aparılır. Ali məktəbdə həmçinin universitetə qədər hazırlıq bölməsi, yuxarı sinif şagirdləri üçün pulsuz fizika-riyaziyyat məktəbi, orta peşə təhsili fakültəsi, ali məktəbdən sonrakı və əlavə təhsil, eyni zamanda ixtisasın artırılması və kadrların yenidən hazırlanması proqramları təşkil olunub. == İnformasiya texnologiyaları == Universitet tərkibində doqquz fakültə, Moskva şəhərində, Tver, Yaroslavl vilayətlərində və Stavropol kənarında 41 kafedra və 10 filial yaradılıb. Ali məktəbin informatika fakültəsində ali riyaziyyat, tətbiqi riyaziyyat və informatika, fizika, fərdi kompüterlər və şəbəkələr, informasiyanın qorunması, idarə etmə və sistemlərin modelləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları, informasiya-idarəetmə sistemləri kafedraları yaradılıb. Cihazqayırma fakültəsi cihazlar və informasiya ölçü sistemləri, metrologiya, sertifikatlaşdırma və diaqnostika, biotibb cihazları və kompüter texnologiyaları, elektrotexnika və elektronika, cihazqayırma, mikro və optoelektronikada innovasiya texnologiyaları, personal elektronika ixtisas istiqamətləri üzrə tədris həyata keçirilir. Texnoloji informatika fakültəsində isə texnoloji informatika və maşınqayırma texnologiyası, təzyiqlə emal üzrə informasiya texnologiyaları, materialların birləşməsi texnologiyalarının informasiya təminatı, kompüter dizaynı,ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi, materialşünaslıq, material və örtü texnologiyaları, nəzəri mexanika, nanomateriallar, tətbiqi mexanika, mühəndislik və kompüter qrafiki, xüsusi avtomobillər və bort informasiya-idarəetmə sistemləri kafedraları fəaliyyət göstərir. İdarəetmə və hüquq fakültəsinin dövlət hakimiyyəti orqanlarında təşkilatı-kadr işi, cinayət hüququ, proses və kriminalistika, idarəetmə, tarix, fəlsəfə, sosiologiya və mədəniyyət, xarici dillər, bədən tərbiyəsi və idman, dövlət və beynəlxalq hüquq, vətəndaş hüququ kafedralarında sadalanan ixtisas istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
Moskva Rabitə və İnformatika Texniki Universiteti
Moskva Rabitə və İnformatika Texniki Universiteti (rus. Московский технический университет связи и информатики (МТУСИ)) — Rusiyada universitet; telekommunikasiya, informatika, radiotexnika, iqtisadiyyat və idarə etmə sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlayan böyük elmi tədris mərkəzidir. == Tarixi və fəaliyyəti == 1921-ci ilin fevralında Moskva Rabitə Elektrotexnikumunun bazasında V.N.Podbelski adına Moskva Xalq Rabitə Elektrotexnika İnstitutu yaradılır. Ali təhsil ocağı sonrakı dövrlərdə müxtəlif adlarla fəaliyyətini davam etdirir. 1992-ci ildən isə universitet statusu əldə edən ali təhsil müəsisisəsi Moskva Rabitə və İnformatika Texniki Universiteti adlandırılır. Universitetin tərkibinə Rostov-na -Donu və Nijni-Novqorod şəhərlərində yerləşən iki regional filial, elmi mərkəz, İxtisasartırma İnstitutu, Telekommunikasiya Kolleci, ali məktəbə qədər hazırlıq mərkəzi, yeni texnika elmi tədris poliqonu daxildir. Ali məktəbin professor-müəllim heyəti təqribən 700 nəfərdən ibarətdir. Onların arasında 100 professor və 400-dən artıq elmlər namizədi və dosent var. Universitetin müəllimləri bir neçəsi Rusiya və beynəlxalq akademiyaların həqiqi və müxbir üzvləri, o cümlədən dövlət mükafatları laureatlarıdır. Universitetdə təhsilin əyani və qiyabi formaları üzrə təxminən on dörd min tələbə, aspirant, müxtəlif kursların dinləyiciləri təhsil alır.
Mutasiya maşını (İnformatika)
Mutasiya maşını (ing.mutation engine, ru. мутационная машина) - polimorf kompüter viruslarının yazılmasında istifadə olunan xüsusi proqram. Belə viruslar öz strukturlarını dəyişə bilirlər ki, bu da onların antivirus proqramları tərəfindən aşkarlanmasını və yox edilməsini çətinləşdirir. Ən tanınmış mutasiya maşınları Dark Avenger Mutation Engine və Trident Polimorphic Engine’dir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Məlumat (İnformatika)
Məlumat (ing. message (= MSG), ru.сообщение) - 1. Rabitə sahəsində: elektron rabitə vasitəsilə bir qurğudan başqasına ötürülən verilən elementi. Baxış nöqtəsindən asılı olaraq “məlumat” termininin dəqiq anlamı bir qədər dəyişir. Məsələn, elektron poçtdan istifadə edən şəxs üçün məlumat, başqa bir şəxsdən gəlmiş və öz elektron poçt qutusuna qəbul olunmuş müəyyən blank (KİMƏ, KİMDƏN, MÖVZU, TARİX) şəklində olan məktubdur. Kompüter və ya kommunikasiya şəbəkəsi üçün məlumat, çox zaman strukturlaşdırılmış və müəyyən qaydalara (protokollara) uyğun olaraq ötürülən, verici və qəbuledici qurğular tərəfindən dəstəklənən informasiya blokudur. Belə məlumat bir və ya bir neçə mətn blokundan, başlıqları (alanın ünvanı, məlumatın tipi və s.) ötürən proqram tərəfindən generasiya olunan başlanğıc (START), son (END) və idarəetmə simvollarından, eləcə də rabitə prosesini və xətaların aşkarlanmasını sinxronlaşdıran informasiyadan ibarət olur. Məlumat bilavasitə göndərəndən alana fiziki rabitə vasitəsilə göndərilə və onu bir aralıq stansiyadan başqasına yönəldən stansiyalar sistemi vasitəsilə tam və ya hissə-hissə ötürülə bilər. Xoşbəxtlikdən, mürəkkəb ötürmə əməliyyatlarının çoxunu aparat və proqram vasitələri öz üzərlərinə götürür. 2.
Nasazlıqlar arasındakı orta zaman (İnformatika)
Nasazlıqlar arasındakı orta zaman (İnformatika) (MTBF (ing. mean time between failures, ru. среднее время безотказной работы) - qurğunun etibarlılığının ölçü vahidi, qurğunun ilk nasazlığınadək olan orta zaman aralığı; adətən, minlərlə və ya onlarla min saatla ifadə olunur. Məsələn, MTBF göstəricisi 25000 saat olan qurğunun heç bir qəza olmadan təxminən 25000 saat işləməsi gözlənilir. Bəzi sərt disklərin MTBF göstəricisi 800000 saatdan (90 ildən) yuxarıdır. Ancaq, nəzərə almaq lazımdır ki, MTBF yalnız orta göstəricidir; qurğunun hər hansı hissəsinin daha tez sıradançıxma ehtimalı var. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nişan (informatika)
Nişan(ing.mark, ru. метка)- 1. Tətbiqi proqramlarda və verilənlərin saxlanmasında: çoxluğun elementini tanıdan (identifikasiya edən) simvol və ya qurğu. Nişan sözün başlanğıcını və ya sonunu, informasiya sahəsini və ya faylı göstərə bilər. Tətbiqi proqramda, məsələn, mətn prosessorunda nişan redaktə olunmuş mətnin orijinaldan seçilməsi üçün xüsusi simvol ola bilər. Menyu sistemi olan proqramlarda nişan, məsələn, menyunun seçilmiş bəndini əyani bildirən “quş” simvoludur. Apple Macintosh kompüterlərində nişan, bunlardan başqa, fayldan oxunulmalı və ya fayla yazılmalı olan növbəti verilənlər baytının daxili göstəricisidir. 2. Verilənlərin rəqəmli ötürülməsində: rabitə xəttinin vəziyyəti (müsbət və ya mənfi) ikilik rəqəmə (1 və ya 0) uyğun olur; asinxron ardıcıl rabitədə nişan göstərir ki, ikilik vahidlərin arasıkəsilməz ötürülməsi yerinə yetirilir və bununla da xəttə erişmənin mümkünsüzlüyünü xəbər verir. Tut: SPACE; 3.
Siçan tələsi (İnformatika)
Siçan tələsi (ing.mousetrap, ru. мышеловка) - JavaScript, yaxud başqa skriptli dildə proqramlaşdırılmış, ancaq brauzerin “geri” (“back”) düyməsinin nəzərdə tutulduğu kimi işləmədiyi veb-səhifə. Yəni belə veb-səhifəyə daxil olduqdan sonra oradan geri qayıtmaq olmur. 2001-ci ildə ABŞ-nin Federal Ticarət Komissiyası (Federal Trade Commission) izləyiciləri reklamlara baxmağa məcbur etmək üçün minlərlə veb-saytda “siçan tələsi”indən istifadə edən reklamverənlərə qarşı cəza tədbirləri nəzərdə tutub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Siçanın həssaslığı (informatika)
Siçanın həssaslığı (ing. mouse sensitivity, ru. чувствительность мыши) — siçanın hərəkəti ilə kursorun ekranda hərəkəti arasındakı əlaqənin xarakteristikası; həssaslıq böyük olduqda siçanın səthdə yerdəyişmə vahidinə göstəricinin ekranda daha böyük yerdəyişməsi uyğun olur. Siçanın həssaslığını korreksiya etməyin və ya artırıb-azaltmağın iki üsulu var: sadəcə, lazım olan həssaslığa malik siçan seçmək; tətbiq olunan siçan proqramı və ya drayveri vasitəsilə tənzimləmə. Yüksək həssaslıq dəqiq işlər üçün yaxşıdır, məsələn, CAD/CAM (avtomatlaşdırılmış layihələşdirmə və istehsalat) proqramları və qrafik proqramlarda; aşağı həssaslıq isə ekranda sürətlə hərəkətin vacib olduğu hallar üçün və kursorun, adətən, menyu komandasını seçmək və ya mətni seçdirmək üçün istifadə olunduğu mətn prosessorları və elektron cədvəllər kimi proqramlar üçün yaxşı olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

"informati" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#informati nədir? #informati sözünün mənası #informati nə deməkdir? #informati sözünün izahı #informati sözünün yazılışı #informati necə yazılır? #informati sözünün düzgün yazılışı #informati leksik mənası #informati sözünün sinonimi #informati sözünün yaxın mənalı sözlər #informati sözünün əks mənası #informati sözünün etimologiyası #informati sözünün orfoqrafiyası #informati rusca #informati inglisça #informati fransızca #informati sözünün istifadəsi #sözlük