İngilis-rus-Azərbaycanca sözü azərbaycan dilində

İngilis-rus-Azərbaycanca

Yazılış

  • İngilis-rus-Azərbaycanca • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanca
Azərbaycan dili və ya Azərbaycan türkcəsi (Cənubi Azərbaycanda: Türk dili — تورک دیلی) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir. Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur. Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır: Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləriAzərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırmaq olar. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir. == Təsnifat == Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.
İngilis
İngilislər (ing. Englishmen, English people) — İngiltərənin əhalisinin əsasını təşkil edən yerli xalq. Orta əsrlərdə Böyük Britaniya adalarında anqllar, sakslar, frizlər, yutlar qədim german tayfaları və həmçinin onlar tərəfindən adaların assimilyasiya edilmiş kelt əhalisindən yaranıb. Hal-hazırda özünü ingilis hesab edən 50 milyon nəfər var. İngilis əsilli 110 milyon nəfər var, onlar əsasən ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və CAR-da yaşayırlar. Böyük Britaniyada özünü ingilis hesab edən 44,7 milyon əhailisi, onun əsas əhalisidir. Digərləri Kanada, ABŞ, Avstraliya, Yeni Zelandiya, CAR, Hindistan və digər ölkələrdə yaşayırlar. Onların dilləri — ingilis dilinin Britaniya variantı, onun dialektləri olan şərq, şimali, cənub, qər, kent dialektləridir. Yazıları latın qrafikası əsasındadır, qədimdə run əlifbasından istifadə ediblər.
Azərbaycanca Vikipediya
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsidir. 16 oktyabr 2023 — Azərbaycan dilində olan Vikipediyada 196.051 məqalə var. 2014-cü il mart ayının 25-də Azərbaycanca Vikipediyada məqalələrin sayı 100.000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10.000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir. == Azərbaycanca Vikipediya == 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik. === Məqalə sayı === 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır. 9 mart 2007–5 000 məqalə 22 iyul 2007–10 000 məqalə 6 dekabr 2009–2009-cu il dekabrın 6-sı, saat 16 00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
BBC Azərbaycanca
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
Orta Azərbaycanca
Orta Azərbaycanca (az.-əbcəd اورتا آزربایجانجا‎) və ya Əcəm türkcəsi — XV–XVIII əsrlərdə İran və Cənubi Qafqazda danışılan türk dili. Azərbaycan dilinin müasir forması orta Azərbaycancadan törəmişdir. Bu dil, xüsusilə onun sintaksisi ağır şəkildə farscanın təsirinə məruz qalmışdır. == Tarixi == "Əcəm türkcəsi" termini 1684-cü ildə fransız yazıçı Kapuçin Rafael du Mans tərəfindən yazılan qrammatika kitabında istifadə edilən erkən dövr adlandırılmalarından (fr. lingua turcica agemica və ya fr. Turc Agemi) qaynaqlanır. Yerli mənbələr dili "Türki" adlandırırdılar.Orta Azərbaycanca Qədim Anadolu türkcəsi və ya qədim Azərbaycan türkcəsindən törəmişdir və oğuz dillərinin cənub-qərb qolunun bir hissəsidir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb. Dil Qaraqoyunlular (1374–1468) və Ağqoyunlular (1378–1503) kimi türk sülalələri dövründə, xüsusən də hakim sülaləsi İran Azərbaycanından olan Səfəvilər İmperiyası (1501–1736) dövründə daha çox inkişaf etmişdir. Onların dövründə orta Azərbaycan dili fars dili ilə yanaşı, sarayda və hərbi sahədə istifadə olunurdu və İranın şimalından cənubuna qədər linqva franka idi.Orta Azərbaycan dilində yazılmış mətnlərə ərəb qrafikalı Matfeya və İohannın İncili, fransız-Azərbaycan lüğəti daxildir.
Qədim azərbaycanca
Qədim azərbaycanca və ya Qədim Azərbaycan türkcəsi — Azərbaycan dilinin başlanğıc dövrü. == Tarixi == Türkoloq və etnoqraf N. A. Baskakov Azərbaycan ədəbi dilinin inkişaf tarixini üç mərhələyə bölür, XIV–XVI əsrləri ədəbiyyatda fars dilinin istifadə edildiyi və ərəb və fars sözləri ilə zəngin olan qədim Azərbaycan dilinin inkişaf etdiyi dövr hesab edir. Məmməd Arif isə qədim Azərbaycan dilinin inkişafa başlaması dövrünü XIII–XVI əsrlər hesab edir.Qədim Anadolu türkçəsi adlandırılan dildə yazılmış mətnləri qədim Azərbaycan dilində hesab etmək, həmçinin ilkin azərbaycanca mətnləri erkən Osmanlı ədəbiyyatının bir hissəsi saymaq mümkündür.Çərkəzi alim Əbu İshaq Sələbinin peyğəmbərlərin tarixinə aid "Ərais əl-məcalis fi qisas əl-ənbiya" əsərini Anadolu türkcəsində yazsa da, əsər qədim Azərbaycan türkcəsinin bəzi xüsusiyyətlərini daşımışdır. Bunlardan biri "-am²" şəkilçisinin istifadə edilməsidir: bu mənaya məmur degüləm; istədügün adəm mənəm; seyir əfal və sıfətundan xoşnudam; bir zülm olmış pir adəməm. == Əlifba == == Qalareya == == İstinadlar == == Ədəbiyyat == Flemming, Barbara. Essays on Turkish Literature and History. Brill. 2018. ISBN 9789004355767.
Standart azərbaycanca
Standart azərbaycanca və ya Müasir Azərbaycan ədəbi dili — əsasən Azərbaycan Respublikasında Azərbaycan dilinin standart forması olaraq istifadə edilən dil. == Tarixi == XVI–XVII əsrlərdən etibarən Məhəmməd Füzuli, Qövsi Təbrizi kimi şairlərin əsərlərində Azərbaycan ədəbi dilinin Azərbaycan danışıq dilinə yaxınlaşdığı görülür. Bu tendensiya özünü XVIII əsr şairi Molla Pənah Vaqifin əsərlərində daha açıq şəkildə büruzə verir. Beləliklə, uzun müddət iki Azərbaycan ədəbi dili mövcud olmuşdur. Birincisi, Azərbaycan dilinə əsaslanırdı və əsasən Azərbaycan aşıq sənətində istifadə edilirdi. İkinci Azərbaycan ədəbi dili isə Azərbaycan dili elementləri ilə ərəb və fars dillərinə əsaslanırdı və hüquq ədəbiyyatında, tarixi əsərlərdə və s. istifadə edilirdi. Rusiyanın Cənubi Qafqazı ələ keçirməsindən sonra ədəbi dil iki ərazidə inkişaf etməyə başladı: Mərkəzi Təbriz olmaqla İran Azərbaycanında və mərkəzi Şamaxı olmaqla Şirvan tarixi ərazisində. Beləliklə, İran Azərbaycanında nəşr olunan müxtəlif ədəbiyyatlarda (elmi, bədii, dini) bu bölgənin dialekt elementləri, Şirvanda isə Şirvan qrupuna aid dialektik elementlər üstünlük təşkil edirdi. Artıq XIX əsrin ortalarında Bakı və Şamaxı dialektləri əsasında müasir Azərbaycan ədəbi dili formalaşmışdır.
Rus
Ruslar (rus. русские) — hind - avropa dil ailəsinin slavyan qrupunun şərqi-slavyan qoluna aid Avropanın ən çoxsaylı millətidir. Təxmini sayları 133 milyon nəfərdir. 2010-cu ilin siyahıyaalınmasına görə Rusiyada sayları 111 016 896 nəfərdir . Yayılma əraziləri əsasən Şərqi-Avropa düzənliyi, Volqaboyu ,Don və Kuban çayları hövzələri, Ural, Qərbi Sibir düzənliyi, Altay, Sayan, Orta Sibir yastı dağları, Verxoyansk sıra dağları, Baykal gölü ətrafı, Kamçatka yarımadası, Amur çayının aşağı axarı və Sixote-Alin sıra dağları. Şərqi-Avropa düzənliyini çıxmaqla əsasən şəhərlərdə və böyük qəsəbələrdə yaşayırlar. Bundan başqa çox sayda rus Ukrayna (9 mln.), Qazaxıstan (3,5 mln.), Özbəkistan (500 min.), ABŞ (3,5mln.), Kanada (500 min.), Belarus (800 min.), Azərbaycan (180 min.) və bir sıra başqa ölkələrin əsasən şəhərlərdə yaşayırlar. Dindarları əsasən pravoslav xristianlardır. Etnoqenezlərində birinci növbədə hindavropalı slavyanlar, eləcə də altaylı fin-uqor və türk-tatarlar iştirak ediblər.
İngilis boğazı
İngilis boğazı — 17 kilometr uzunluğu və 2 kilometr eni olan, Antarktidanın Cənubi Şetland adalarında Robert adası ilə Qrinviç adası arasında yerləşən geniş boğazdır. Cənub-şərqdən, şimal-qərbdən və cənubdan Santa Kruz burnu və Edvards burnu, şimaldan isə Fort Vilyam burnu və Okol qayası, Aitço adaları ilə əhatə olunmuşdur. Adı 1822-ci ildə təsadüf edilmişdir və indi də beynəlxalq söz kimi istifadə edilir. == Yerləşməsi == İngilis boğazı 62°26′00″ c. e. 59°38′00″ q. u. koordinatlarında yerləşmişdir. Britaniya xəritəsinə 1821, 1822 və 1968-ci ildə, Çili xəritəsinə 1971-ci ildə Argentina xəritəsinə 1980-ci ildə, Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov.
İngilis dili
İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır (2007). BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir. Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir.
İngilis duzu
Acı duz və ya ingilis duzu ((MgSO4·7H2O)) — maqnezium-sulfat kristalhidratının texniki adı. İşlətmə dərmanıdır. Rəngsiz rombşəkilli çərçivələrə malik (а = 1,187 nm, b = 1,200 nm, с = 0,688 nm, z = 4) kristallardan ibarətdir. Sıxlığı 1,68 q/sm³, Moosa görə möhkəmliyi 2-2,5-dir. Suda yaxşı həll olur.
İngilis fəlsəfəsi
İngilis fəlsəfəsi (ing. British philosophy) orta əsrlər dövründə, ingiltərə fikirlər xüsusiyyəti ilk dəfə meydana çıxan vaxt yaranmışdı. İlk ingilis filosofları özlərini realizə edə bilmiş Britaniya sakinləri hesab edilir: Alkuin, İoann Skot Eriuqena və İoann Duns Skot. Orta əsr sxolastikasını İngiltərəyə Kenterberili Anselm gətirmişdi. Zaman keçdikcə eyniadlı ingilis universitetinin ətrafında XIII əsrdə Oksford məktəbi formalaşmışdır. O, Rocer Bekon və Uilyam Okhamın parlaq nümayəndələri olduqları ənənəvi ingilis fəlsəfəsi olan nominalizmin əsasını qoymuşdur. Nominalizm ingilis fikirlərinin özünəməxsusluğunu (idrak nəzəriyyələrdə diqqətliy və antimücərrəd istiqaməti) müəyyən etmişdi. İntibah fəlsəfəsidə öz izini qoyub. Tomas Mor utopiya termini saldı və müasir sosializmin banisi oldu. Frensis Bekon Britaniya empirizmə başlanğıcını qoydu və həqiqətin meyarını təcrübə elan etdi.
İngilis hərəmi
İngilis hərəmi — Yeni Zelandiya yazıçısı Entoni Makkartenin (Anthony McCarten) 2005 ci ildə qələmə aldığı, məhəbbət, mədəniyyətlərarası tolerantlıq haqqında romanı. Roman bir neçə insanın taleyindən bəhs edir: iranlı Saman Səhər və onun üç arvadı - fars Firuzə, fransız İvett və ingilis Treys. Saman İranın şah dövrünün varlı qəssab ailəsində dünyaya gəlmiş, Böyük Britaniyaya oxumaq üçün göndərilmișdir. İrana qayıdarkən onun hamuger dən zəhərləndikdən sonra ət yeməklərindən imtina etməsi onun aləsini çox təəcübləndirir. Tehranda vegeterian yməkxanası açan Saman İslam İnqilabından sonra ölkəsini tərk etməli olur və o vətəninə geri dönə bilmir. Saman İngiltərəyə qaçan Saman bu ölkəyə məftundur, çoxlu dostlar qazanır elit cəmiyyətin bir üzvünə çevrilir. Burada o, İran mətbəxi əsnaasında vegetarian yeməkxanalar șəbəkəsi yaradıb çalıṣır. O, əsil ingilispərəstə çevrilir. Onu hətta sadəcə Sem deyə çaĝırırlar. Amma öz keçmișindən yaxa qurtara bilmir.
İngilis kanalı
La Manş (fr. La Manche) və ya İngilis kanalı (ing. English Channel) — Fransa ilə İngiltərə arasında boğaz. 1994-сü ildən La-Manş boğazının altından uzunluğuna görə dünyada üçüncü olan yeraltı dəmiryol tuneli – Avrotunel çəkilmişdir. == Coğrafi mövqeyi == Pa-De-Kale boğazı ilə birlikdə Şimal dənizi ilə Atlantik okeanını birləşdirir. Uzunluğu 578 km, qərbdə eni 250 km, şərqdə eni 34 km, minimal dərinliyi 23,5 m-dir.
İngilis mətbəxi
Britaniya mətbəxi (ing. British cuisine) — Böyük Britaniyada mətbəx. İngilis mətbəxi arxasında çox zərif olmayan bir incəlik yaradılıb, lakin yerli olaraq istehsal olunan məhsulların keyfiyyətinə diqqət yetirir. Souslar və ənənəvi ingilis yeməklərinin çeşidləri də nisbətən sadədir və onlar ərzaqın təbii dadını dəyişdirmək üçün istifadə olunur. Böyük Britaniyanın koloniyalarında hakimiyyətinin çiçəklənməsi dövründə Britaniya mətbəxi "xarici" ölkələrə, birinci növbədə isə, Hindistana təsir göstərmişdir. Buna misal olaraq toyuqdan hazırlanan ingilis-hind yeməyi — tikka masalanı göstərmək olar. Ənənəvi Britaniya yeməkləri balıq və çips, ətli kartof zapekankası və püredir. Britaniya mətbəxinə bir sıra milli və regional mətbəxlər daxildir: ingilis mətbəxi, Şotland mətbəxi, Uels mətbəxi və s.
İngilis nanəsi
Su nanəsi, istiotlu nanə, yarpız, ingilis nanəsi (lat. Mentha aquatica) — dalamaz fəsiləsinin nanə cinsindən növ. Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Sinonim == Marrubium aquaticum (L.) Uspensky Mentha acuta Opiz Mentha acutata Opiz Mentha affinis Boreau [Illegitimate] Mentha aquatica var. acuta (Opiz) Heinr. Braun Mentha aquatica var. acutifolia Cusin Mentha aquatica var. aequalifolia Wimm. & Grab. Mentha aquatica var.
İngilis nazı
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir == Botaniki təsviri == Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.
İngilis parkı
İngilis (peyzaj, irrequlyar, landşaft) parkı — bağ-park sənətində, barokko və Andre Lenotrun "fransız stilindəki" requlyar parkı ilə kontrastda, XVIII əsr İngiltərəsində formalaşmış istiqamət. == Yaranması == Fransız və ingilis parkı bağ-park sənətinə yanaşmada klassisizm estetikasının fərqli tərəflərini əks etdirir. Versal tipli park düzxətli yolları və kolların səliqəli kəsilmiş fiqurlu formaları ilə insanın təbiət üzərində hökmranlığını vurğulayır. İngilis parkı isə daha da uzağa gedərək təbiətdən seçilməyən sənətə daha üstün qiymət verir. == Xüsusiyyətləri == Repton peyzaj parkının aşağıdakı prinsiplərini irəli sürüb: Sərbəst planlaşdırma. Təbii landşaftların istifadəsi — təbii gözəlliyin vurğulanması və landşaftdakı çatışmazlıqların gizlədilməsi. Peyzaj kompozisiyalarının yaradılması zamanı onlara təbiilik illüziyasının verilməsi. Parkın bütün elementlərini bir vəhdətə tabe etmək. == Dünyadakı peyzaj parkları == Böyük Britaniya: Uilton-haus Çizik-haus Bleys-kasl Uobörn-Ebbi Çatsuot-haus Stourhed Klermont Stou Stadli Royal park Almaniya: Vörlits Oranienbaum Luizium Muskau Kromlau Branits Polşa: Lazenki Arkadiya Rusiya: Yekaterina parkı (Çarskoye selo) Aleksandr parkı (Çarskoye selo) Pavlovsk parkı Qatçinski parkı Aleksandriya (Peterhof) Monrepo Sarisino Çexiya: Veltrusı qala parkı Lednitse-Valtitse mədəni landşaftı Vlaşim qala parkı Kinski parkı == Digər binalar == 1781-ci ilin avqustunda, Quarenghi'nin layihəsinə görə, ənənəvi rus üslubunda bir ağcaqayın evi tikildi. Günlük divarları çöldən ağcaqayın qabığı ilə örtülmüşdü, damı çəmənlə örtülmüşdü, ancaq düz fasadın arxasında qonaq otağının zərif interyerləri, oval salon və güzgülər, incə bəzək rəsmləri və parket döşəmələri olan altı kiçik otaq gizli.
İngilis taunu
İngilis təri (lat. sudor anglicus, ing. sweating sickness) — 1485 və 1551-ci illərdə Avropada (ilk əvvəl İngiltərədə Tüdorların hakimiyyəti zamanı) çoxlu sayda ölümlə müşahidə olunan yoluxucu xəstəlik. == Epidemiya == "İngilis təri" qeyri-ingilis mənşəlidir və İngiltərəyə Tüdorlar sülaləsi ilə birlikdə gəlmişdir. 1485-ci ilin avqustunda Bretanda yaşayan Henrix Tüdor Uelsdə məskunlaşdıqdan sonra Bosfort döyüşündə kral III Riçarda qalib gələrək Londona kral VII Henrix adı ilə daxil olmuşdur. Onun qoşunlarının əsas hissəsini təşkil edən fransız və bretonlu muzdluların dabanında xəstəlik var idi. İki həftə ərzində peyda olmuşdu. Londonda 1 ay ərzində (sentyabr-oktyabr) bir neçə min insan bu xəstəlikdən dünyasını dəyişmişdir. Sonra epidemiya sakitləşmişdi. Xalq bunu VII Henrix üçün pis əlamət hesab etmişdir.
İngilis təri
İngilis təri (lat. sudor anglicus, ing. sweating sickness) — 1485 və 1551-ci illərdə Avropada (ilk əvvəl İngiltərədə Tüdorların hakimiyyəti zamanı) çoxlu sayda ölümlə müşahidə olunan yoluxucu xəstəlik. == Epidemiya == "İngilis təri" qeyri-ingilis mənşəlidir və İngiltərəyə Tüdorlar sülaləsi ilə birlikdə gəlmişdir. 1485-ci ilin avqustunda Bretanda yaşayan Henrix Tüdor Uelsdə məskunlaşdıqdan sonra Bosfort döyüşündə kral III Riçarda qalib gələrək Londona kral VII Henrix adı ilə daxil olmuşdur. Onun qoşunlarının əsas hissəsini təşkil edən fransız və bretonlu muzdluların dabanında xəstəlik var idi. İki həftə ərzində peyda olmuşdu. Londonda 1 ay ərzində (sentyabr-oktyabr) bir neçə min insan bu xəstəlikdən dünyasını dəyişmişdir. Sonra epidemiya sakitləşmişdi. Xalq bunu VII Henrix üçün pis əlamət hesab etmişdir.
İngilis şehçiçəyi
İngilis şehçiçəyi (lat. Drosera anglica) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Adenopa anglica (Huds.) Raf. Drosera anglica var. linglica (Kusak. ex R.Gauthier & Gervais) Schlauer Drosera anglica f. pusilla Kihlm. ex Diels Drosera anglica var. subuniflora DC. Drosera anglica var. woodii (R.Gauthier & Gervais) Schlauer Drosera kihlmanii Ikonn.
İngilis ədəbiyyatı
İngilis və ya anqlosaks ədəbiyyatı — 1066-cı ildə Normand istilasının başa çatması və İngiltərədə sakslar, həmçinin yutlar və anqllar kimi digər german tayfalarının məskunlaşmasından sonrakı dövr ərzində anqlosaks İngiltərəsində qədim ingilis dilində yazılmış ədəbiyyat əsərləri. Bu əsərlərə epik poeziya, aqioqrafiya, İncilin tərcüməsi, dövlət sənədləri, xronoliji sənədlər, tapmacalar və digər janrlar daxildir. Bəhs edilən dövrdən bütün bu janrlara aid 400-ə qədər qorunub saxlanmış əlyazma mövcuddur. == Şifahi xalq ədəbiyyatı == Şifahi xalq ədəbiyyatı erkən ingilis mədəniyyətində sarsılmaz mövqeyə malikdir. Bu səbəbdən də epik şeirlər çox geniş yayılmışdır və "Beəvulf"’ da daxil olmaqla bəziləri bu günümüzə kimi qorunub saxlanılmışdır. azırkı əlyazmalarda qədim ingilis dilində yazılmış bir çox şeir, çox güman ki, müharibə mövzusunda olan erkən german şeirlərindən alınmışdır. Bu tip poeziya İngiltərəyə gətirildiyi zaman artıq o nəsildən-nəslə şifahi halda keçməkdə idi. == Tarixi mövzulu əsərlər == Xronikalar geniş miqyasda tarixi və ədəbi hadisələrdən ibarətdir və diqqətəlayiq nümunələrdən biri də anqlosaks xronikasıdır. Bu isə qədim ingilis dilində yazılmış və anqlosaks tarixinin qeydə alındığı tarixi salnamələr toplusudur. Bu xronikanın doqquz əlyazması bütöv və ya hissələr şəklində günümüzə qədər qorunub saxlanmışdır, lakin heç də hamısı eyni tarixi dəyərə malik deyil, həmçinin heç biri orijinal variant da deyil.
BBC Azərbaycanca Xidməti
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
Cənubi Azərbaycanca Vikipediya
Cənubi Azərbaycanca Vikipediya (az.-əbcəd تورکجه ویکی‌پدیا‎) — Vikipediyanın ərəb qrafikalı Azərbaycan əlifbası ilə yazılmış azərbaycanca versiyası. Vikipediyanın Cənubi Azərbaycanca versiyası 2015-ci ilin iyulunda ayrı dil bölməsi kimi istifadəyə verilmişdir. Hal-hazırda burada 243.333 məqalə və 45.622 qeydiyyatdan keçmiş istifadəçi var. 18 sentyabr 2016-cı ildə 10,000 məqalə, 9 avqust 2018-ci ildə isə 100,000 məqaləni keçmişdir.
Ləzgicə-Azərbaycanca lüğət
Ləzgicə-azərbaycanca lüğət — Xəlilov Yusif Mövlud oğlu tərəfindən yazılmış izahlı lüğət. 12000-dən artıq söz və ifadənin toplandığı lüğət üzərində 15 ildən artıq vaxt sərf edilmişdir. Lüğət 2012-ci ildə çap olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#ingilis-rus-azərbaycanca nədir? #ingilis-rus-azərbaycanca sözünün mənası #ingilis-rus-azərbaycanca nə deməkdir? #ingilis-rus-azərbaycanca sözünün izahı #ingilis-rus-azərbaycanca sözünün yazılışı #ingilis-rus-azərbaycanca necə yazılır? #ingilis-rus-azərbaycanca sözünün düzgün yazılışı #ingilis-rus-azərbaycanca leksik mənası #ingilis-rus-azərbaycanca sözünün sinonimi #ingilis-rus-azərbaycanca sözünün yaxın mənalı sözlər #ingilis-rus-azərbaycanca sözünün əks mənası #ingilis-rus-azərbaycanca sözünün etimologiyası #ingilis-rus-azərbaycanca sözünün orfoqrafiyası #ingilis-rus-azərbaycanca rusca #ingilis-rus-azərbaycanca inglisça #ingilis-rus-azərbaycanca fransızca #ingilis-rus-azərbaycanca sözünün istifadəsi #sözlük