İngiltərə sözü azərbaycan dilində

İngiltərə

Yazılış

  • İngiltərə • 99.8674%
  • ingiltərə • 0.0858%
  • İNGİLTƏRƏ • 0.0468%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İngiltərə
İngiltərə (ing. England) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi, Böyük Britaniya adasının cənub hissəsində yerləşir. Paytaxtı Londondur. Kralları IIIÇarlzdır. Rəsmi dili ingilis dilidir. Əsas əhalisi ingilislərdir. == Etimologiyası == Bəzi mənbələrə əsasən, İngiltərə sözünün kökü "İng"dir. Bu söz isə qədim Türk dilindən "qənimət", "hədiyyə" olaraq tərcümə edilir. Üzərinə isə "land" sözünü əlavə etdikdə, "qənimət alınmış torpaq", "hədiyyə torpaq" mənaları üzə çıxır. == Tarix == === Antik era === İngiltərə tarixinin ən qədim abidələrindən sayılan Stounhencidir.
Bat (İngiltərə)
Bat (ing. Bath — Böyük Britaniyada, İngiltərədə (İngiltərə Boyük Britaniya dövlətinin vilayətidir) şəhər.
Pul (İngiltərə)
Pul (ing. Poole) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Uinçester (İngiltərə)
Uinçester (ing. Winchester [ˈwɪntʃɨstər]) — Böyük Britaniya şəhəri, Hempşir qraflığının inzibati mərkəzi. == Tarixi == Ingiltərənin ən böyük dəniz sərnişin portu olan Sauthemptondan şimalda yerləşir. Uinçester XI əsrə qədər uzun müddət Britaniyanın paytaxtı olmuşdur. Şəhərdə orta əsrlərə aid çoxsaylı memarlıq abidələri, o cümlədən 1382-ci ildən fəaliyyətə başlamış ölkənin ən qədim məktəblərindən birinin yerləşdiyi bina, Uinçester qəsri, Kafedral kilsə və s. qorunub saxlanılır.
Yeni İngiltərə
Yeni İngiltərə (ing. New England) — ABŞ-nin şimal-şərqində yerləşən region. == Coğrafiya == Yeni İngiltərənin ərazisi 186458 km²-dır. Beləliklə o, Vaşinqton ştatından bir az böyük və Böyük Britaniyadan bir az balacadır. Regiona bu ştatlar aiddir: Konnektikut Men Massaçusetts Nyu-Hempşir Rod-Aylend VermontCənub-qərbi Konnektikutdan şimal-şərqi Menə qədər uzanan bölgənin sahili göllər, təpələr, bataqlıqlar, sulaq yerlər və qumlu çimərliklərlə səpələnmişdir. == Tarix == Yeni İngiltərənin məlum olan ən erkən sakinləri Şərqi Alqonkin dillərində danışan hindilər idi. Bu ərazidə Abenaki, Mikmak, Penobskot, Pekot, Moheqan, Narraqansett, Pokumtuk və Uampanoaq kimi tayfalar məskunlaşırdı.1600-cü illərdən bəri fransız, Niderland, və ingilis alverçiləri Yeni dünyanın kəşfindən sonra burda metal, şüşə, parça və yerli qundu dəriləri ticarəti ilə məşğul idilər.1616-cı ildə İngilis səyyah Con Smit bu ərazini "Yeni İngiltərə" adlandırıb. 1620-ci ilin noyabrın 3-də həmin ad rəsmiləşdirilib. Bu ərazidə əsas rolu 1629-cu ilin kral fərmanı təsis etdiyi Massaçusetts Körfəz Koloniuası oynayırdı. Onun əsas şəhəri isə 1630-cu ildə təsis olunan liman şəhəri Boston olub.1633-cü ildən bəri, İngilis puritanları Massaçusetsdə ilk daimi yaşayış yerlərini yaratmağa başlayıblar.
Azərbaycan–İngiltərə münasibətləri
Azərbaycan–İngiltərə münasibətləri — Azərbaycan Respublikası ilə İngiltərə arasındakı mövcud ikitərəfli əlaqələr. == İdman sahəsində əməkdaşlıq == === Futbol qarşılaşmaları === === 1985 FİFA Dünya Gənclər Çempionatı === 1985-ci ildə SSRİ-də təşkil olunmuş FİFA Dünya Gənclər Çempionatının "D" qrupunun oyunları Azərbaycanda keçirilmişdir ki, İngiltərənin gənclər millisi də həmin qrupda yer almışdır. Onlar qrup mərhələsinin hər üç oyununu Bakıda keçirmişlər. Lakin üç oyundan yalnız ilk qarşılaşmada Paraqvayla 2:2 hesablı bərabərlik əldə etmiş, sonrakı iki matçda isə Çinə 0:2, Meksikaya da 0:1 hesabları ilə məğlub olaraq, qrup mərhələsini sonuncu pillədə başa vurub, mübarizəni dayandırmışlar.
Edqar (İngiltərə kralı)
Edqar (943 və ya 944, Uesseks krallığı[d] – 8 iyul 975[…], Uinçester) — İngiltərə kralı. Kral I Edmundun birinci həyat yoldaşı Elfqitadan olan kiçik oğlu. 959-ci ildə Mersiya və Nortumbriya zadəganları tərəfindən kral elan edilmişdir. == İstinadlar == == Xarici keçidlər == Anqlo-Sakson tarixçəsi K. Rıjov, "Dünyanın bütün monarxları", Qərbi Avropa.
I Vilhelm (İngiltərə)
Fateh I Vilhelm (ing. William I the Conqueror, William the Bastard, fr. Guillaume le Conquérant, Guillaume le Bâtard; 1027/1028 — 9 sentyabr 1087) — 1035-ci ildən Normandiya hersoqu, 1066-cı ildən İngiltərə kralı olmuşdur, Normand sülaləsinin banisidir. I Vilhelm 14 oktyabr 1066-cı ildə Hastinqs döyüşündə İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəlmiş və nəticədə İngiltərəni fəth etmişdir ("Fateh" ləqəbi buradandır). Vilhelm, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi.
Təntənəli qraflıq (İngiltərə)
Təntənəli qraflıq (ing. ceremonial county) İngiltərədə monarx nümayəndəsi, lord-canişin (lord-leytinant) tərəfindən idarə edilən qraflığa verilən ad. 1997 ci ildən İngiltərədə 48 Təntənəli qraflıq mövcuddur. Təntənəli qraflıqla inzibati qraflıq arasında fərq onun tarixi ilə əlaqəlidir. Təntənəli qraflıq termini anaxronizm olub, xəritədə və özünüidarə qanunvericiliyində 1888 ci ilə qədər mövcud olmuş tarixi qraflıqlara aid edilir. Bütün Böyük britaniya üçün “Təntənəli qraflıq” bəzən “Leytenant ərazi(si)” (ing. Lieutenancy area) termini ilə də ifadə olunur. “Leytenant ərazi(si)nin” inzibati və idarə olunma strukturu “Leytenantlıq Aktı 1997” (ing. Lieutenancies Act 1997) ilə nizamlanır. Hər hansı bir inzibati ərazidə bir və bir neçə “Təntənəli qraflıq” yarana bilər: məsələn, tarixi Yorkşir qraflığı bölünərək yerində üç “Təntənəli qraflıq”: Şimali Yokşir, Qərbi Yokşir və Cənubi Yokşir yaradılmışdır.
İngiltərə-Maysur müharibələri
İngilis-Maysur müharibələri — Hindistanın Maysur knyazlığına qarşı İngiltərənin XVIII əsrin 60-90-cı illərində apardığı işğalçı müharibə. == Birinci Maysur müharibəsi (1767-1769) == Birinci müharibə ingilis Ost-Hind şirkətinin və onun müttəfiqi olan hind knyazlarının, həmçinin, Karnatik əyalətinin knyazının qoşunlarının Maysura soxulması ilə başladı. İlk döyüşlər müttəfiqlər üçün uğurlu oldu, onlar 1767-ci ildə Trinkoli və Çanqam yaxınlığında maysur dəstələrini darmadağın etdilər, həmçinin, Koimbatur və Baramaxal dairələrini işğal etməyə müvəffəq oldular. Maysur ordusuna təcrübəli sərkərdə və knyazlığın faktiki hakimi Heydər Əli xan başçılıq edirdi. O, ilk uğursuzluqlardan nəticə çıxararaq döyüş taktikasını dəyişdi və partizan metodlarından geniş istifadə etməyə başladı. Maysurlar qəfil hücumlarla ayrı-ayrı ingilis dəstələrinə hücumlar təşkil edir, ingilis qalalarənə və limanlarını ələ keçirirdilər. Bu döyüş manevrləri maysurlara böyük uğurlar qazandırdı. Nəticədə Heydər Əli öz knyazlığının ərazisini Heydərabad və Karnatik knyazlıqları hesabına genişləndirə bildi. Müharibə 1769-cu ildə sülh müqaviləsi ilə bitdi. Hər iki tərəf əldə etdikləri ərazilərdən imtina etdilər.
İngiltərə-İran müharibəsi
İngiltərə-İran müharibəsi (1856–1857) — İngilislərin Orta Şərqi və Mərkəzi Asiyanı işğal etmək məqsədi ilə apardığı müharibə. Onun başlamasına, İranda hakimiyyətdə olan Qacarlar sülaləsinin vassalı olan Herat xanlığının İrana birləşdirilməsi cəhdi bəhanə oldu. Herat, Hindistandan, İrandan, Xivədən, Buxaradan və Kokanddan gələn yolların qovşağında olduğundan, ingilis müstəmləkə planlarında çox vacib yer tuturdu. Eyni zamanda, Herat kəskin iran-əfqan qarşıdurmasının mövzusu idi. 1 noyabr 1856-cı ildə İrana müharibə elan edərək, İngiltərə Fars körfəzinə 45 gəmidə 10 min əsgər göndərdi. 4 dekabrda ingilislər Harq adasını zəbt etdi; ingilis qoşunlarının Xəlili buxtasına desantı başladı; dekabrın 10-da bu qoşunlar qurudan hucum etdilər və gəmi artilleriyasının dəstəyi ilə Buşehri aldılar. İngilislərin Şiraza nümayişkaranə yürüşü İran ordusu tərəfindən 1857-ci ilin fevralında, Huşab yanında dayandırıldı. Lakin ingilis baş komandanlığı əsas qüvvələrin Mühəmmərdən (Xürrəmşəhr) Şüştərə və Tehrana hərəkətini nəzərdə tutmuşdu. Martda ingilislər Mühəmməri, aprelin 1-də isə Əhvazı aldılar. İngilis qoşunlarının Tiryək müharibələri ilə əlaqədar Çinə göndərilməsi, Hindistanda başlayan Sipahilər üsyanı, İranın Fransa və Rusiya tərəfindən diplomatik dəstək alması İngiltərəni hələ 1857-ci il martın 4-də, müharibənin qızğın çağında sülh sazişi bağlamağa məcbur etdi.
İngiltərə Respublikası
Commonwealth of England (Azərbaycan dilində: İngiltərə cəmiyyəti və ya İngiltərə birliyi) 1649-cu ildə İngiltərədə başlayan və sonra İrlandiya və Şotlandiyada davam edən, ikinci İngilis Vətəndaş Müharibəsi və I Çarlzın edamından sonra başlayan respublika tipli idarəetmə dövrü. 19 may 1649-cu ildə Respublika, Rump Parlamenti tərəfindən hazırlanan İngiltərənin cəmiyyət olduğunu elan edən bir bəyannamə ilə (ingilis dilində: “An Act declaring England to be a Commonwealth”, yəni “İngiltərənin cəmiyyət (birlik) olduğunu elan edən akt”) başlamışdır. Dövrün əvvəlində hakimiyyət əsasən Parlamentdə və Dövlət şurasında idi. Bu dövrdə Parlament qüvvələri ilə ona qarşı çıxanlar arasında müharibələr davam etdi, xüsusən də İrlandiya və Şotlandiyada, indi həmin dövrü Üçüncü Britaniya Vətəndaş Müharibəsi adlandırırlar. 1653-cü ildə, Rump Parlamenti məcburi şəkildə dağıldıqdan sonra, Oliver Cromwell, Hökumət səlahiyyətlərini özündə birləşdirərək İngiltərə, İrlandiya və Şotlandiya İttifaqının Dövlət Protektoru Lordu (İngiliscə: Lord Protector) elan edildi, bu dövr Protektora dövrü olaraq tanınır. Kromvelin ölümündən sonra oğlu Richard Cromwellin qısa müddətli hakimiyyətindən sonra 1659-cu ildə üçüncü Protektora Parlamenti dağıldı və Rump Parlament yenidən çağrıldı və 1660-cı ildə monarxiyaya qayıtma prosesi başladı. İcma termini bəzən bütün 1649-1660-cı illər üçün istifadə olunsa da, monarxistlər bu dövrü hökmdarsızlıq dövrü ilə eyniləşdirirlər. Bəzi digər tarixçilər bu müddəti Cromwellin 1653-cü ildə hakimiyyətə gəlişinə qədər olan müddətlə məhdudlaşdırırlar.
İngiltərə bayrağı
İngiltərə bayrağı (English flag) — İngiltərənin Dövlət bayrağı. İngiltərə bayrağı St Corc Cross (: Argent, bir xaç gules xanədan blazon) 'dir.Qırmızı xaç xüsusilə Səlib yürüşləri əsnasında, orta əsrlərdə İngiltərədə bir emblem olaraq ortaya çıxdı (İngilis xaçlılar təmsil etmək üçün istifadə edilən orijinal simvolu qırmızı zəmin üzərində ağ bir xaç olmasına baxmayaraq) və İngiltərəni təmsil edən ən köhnə emblemlərdən biridir.Bu bayraq 16. əsrdə İngiltərənin milli bayrağı olaraq bu günə kimi qalmaqdadır. İngiltərə ölkəsi beynəlxalq areneda Birləşmiş Krallığın bir hissəsidir. Ancaq bəzi idman və mədəni fəaliyyətlərdə müstəqil hərəkət edir və bu bayraqdan istifadə edir.
İngiltərə gerbi
İngiltərənin rəsmi dövlət gerbidir. Milli bayraq rənglərini daşıyan gerbin üstündə Aslan fiquru mövcuddur.
İngiltərə kilsəsi
Anqlikan kilsəsi — VIII Henrixin dövründə (1509–1547) İngiltərənin katolikliyə yaxın olan dövlət kilsəsi. İdarə üsuluna görə Katolik kilsəsinə protestantizmdən daha yaxın hesab edilir. Anqlikan kilsəsi Reformasiya dövründə meydana gəlib İngiltərədə kral mütləqiyyətinin möhkəmləndirilməsinə qulluq edirdi. 1534-cü ildə parlamentin "Üstünlük Aktı" əsasında Anqlikan kilsəsinin başçısı Kral elan edilmişdir. Kral Vatikandan dini asılılığını tam aradan qaldırmaq üçün Anqlikan kilsəsinin əlaqəsini Vatikan kilsəsi ilə qırdı. Anqlikan kilsəsinə tabe olan monastırlar ləğv olundu. Kral öz dvoryanları arasında hörmətini artırmaq üçün monastırlara məxsus olan torpaqları onlar arasında bölüşdürdü. Parlamentin qərarları ilə 1549-cu ildə bütün ingilislərə vacib olan "İcma ibadət kitabı" və 1571-ci ildə 39 maddədən ibarət anqlikanlığın inam rəmzləri təsdiq edilmişdir. Yeni dövlət kilsəsinin yaranması ilə razı olmayan katoliklər və kalvinistlər vəhşicəsinə təqib olunurdular. Anqlikan kilsəsi başda arxiyepiskop olmaqla iki, Kenterberi və York kilsə vilayətlərinə bölünür.
İngiltərə krallığı
İngiltərə krallığı (ing. Kingdom of England) — Qərbi Avropada Böyük Britaniyanın cənub hissəsində 927-ci il - 1707-ci illərdə mövcud olmuş dövlət. Şotlandiya krallığı ilə birləşdikdən sonra Böyük Britaniya krallığı adını aldı.
İngiltərə tarixi
İngiltərə tarixi german tayfalarının — anqllar, sakslar, yutlar, frizlərin işğalları və onların bir sıra erkən feodal dövlətlərinin yaradılması ilə başlanır. == Feodalizm dövrü == === XI-XV əsrlər === 1066-cı ildə Normandiya hersoqu Vilhelm Fatehin İngiltərəni işğal etdi. Beləliklə, İngiltərədə mərkəzləşmiş dövlət yaradılmasının başlanğıcı qoyuldu. O, La Manşı keçdi. Qastinqs vuruşması başlandı. Vilhelm hiyləyə əl atdı. O, qoşununu geri çəkdi. Vilhelmin atlı qoşunu hücuma keçib anqlo-saks qoşunlarına qalib gəldi, döyüşdə anqlo-saks kralı öldürüldü. London tutuldu, Vilhelm Fateh adı ilə İngiltərənin kralı oldu. Yerli feodalların torpağını öz vassallarına payladı.
İpsuiç (İngiltərə)
İpsviç , İpsviç (ing. Ipswich) — Şimal dənizinə axan Oruell çayının hövzəsində , Şərqi İngiltərə regionunda yerləşən şəhər və liman. İngiltərədə yerləşən ən qədim şəhərlərdən biri. Londondan təxminən 80 mil məsafədə yerləşir. Suffolk qraflığının inzibati mərkəzi.
İpsviç (İngiltərə)
İpsviç , İpsviç (ing. Ipswich) — Şimal dənizinə axan Oruell çayının hövzəsində , Şərqi İngiltərə regionunda yerləşən şəhər və liman. İngiltərədə yerləşən ən qədim şəhərlərdən biri. Londondan təxminən 80 mil məsafədə yerləşir. Suffolk qraflığının inzibati mərkəzi.
İngiltərə Bankı
İngiltərə Bankı (İngiliscə: Bank of England) — Britaniya Krallığının Mərkəzi bankı. Mərkəzi aparatı London şəhərində yerləşir. Britaniya Krallığının Mərkəzi Bankı olan İngiltərə Bankı dünyada ən qədim mərkəzi bank hesab edilir. Dövlət tərəfindən özəlləşdirilən İngiltərə Bankı ən müasir və iri mərkəzi bankların əsaslandığı modeldir. == Tarixi == İngiltərə Bankı 1694-cü ildə şotlandiyalı bankir Uilyam Paterson tərəfindən yaradılmışdır. 1781-ci ildə Bank haqqında Qanuna düzəlişlər olundu və İngiltərə Bankı bankların bankı kimi fəaliyyət göstərirdi. İngiltərə Bankı 1920-ci ildən kommersiya fəaliyyətini azaltmağa başladı və 1944-cü ildə artıq yalnız mərkəzi bank funksiyalarını yetirməyə başladı. 1946-cı ildə bank dövlət tərəfindən milliləşdirildi. 1997-ci ildə banka monetar siyasətdə tam müstəqillik verildi. İngiltərə Bankı mərkəzi bankın bütün funksiyalarını icra edir.
İngiltərə-İtaliya sazişi
İngiltərə-İtaliya sazişi — Cənubi Qafqazda ingilis ordusu mövqelərinin İtaliya ordusuna verilməsi haqqında saziş (1919, mart). == Tarixi == İtalyanların Qafqaza cəlb edilməsi ideyası ilk dəfə 1919-cu ilin martında ingilislər tərəfindən irəli sürülmüşdü. B.Britaniya hökuməti bəyan etmişdi ki, ingilislərin Qafqazdakı missiyası müvəqqəti xarakter daşıyır; onlar Qafqaz problemlərinin Paris Sülh Konfransı tərəfindən həllinədək regionda asayişi qoruyub saxlamaq üçün gəlmişlər; ingilislər üçün aydın idi ki, Qafqazın (o cümlədən Azərbaycanın) ingilis imperiyasına qatılması mümkünsüzdür; imperiyanın hüdudlarının genişləndirilməsinə deyil, yeni işğal olunan ərazilərin əldə saxlanmasına üstünlük verilməlidir; Qafqaz xalqlarının münasibətlərindəki gərginlik onların idarəçiliyini çətinləşdirər; ABŞ ilə Fransanın regiona buraxılmalarına və orada möhkəmlənmələrinə şərait yaradılması arzuolunmaz və yolverilməzdir. Buna görə də ingilis qoşunları İtaliya hərbi hissələri ilə əvəzlənməlidirlər. Yalnız bu cür əvəzlənmə İngiltərənin maraqları və Yaxın şərqdəki qüvvələr tarazlığı baxımından ingilislər üçün sərfəlidir. İtaliyanın Qafqazda ingilisləri əvəz etməsi Yaxın Şərqdəki mövcud qüvvələr nisbətini pozmurdu. Digər tərəfdən, bununla İtaliyanın Paris Sülh Konfransından narazılığı da bir qədər aradan qaldırılırdı. İlk dövrlərdə Qafqaz barəsində ingilislərlə italyanlar arasında gizli aparılan danışıqlar İtaliya hökumətinin Qafqazla bağlı həm siyasi, həm də iqtisadi marağının olduğunu üzə çıxardı. Digər Avropa rəhbərləri kimi, İtaliyanın baş naziri Orlando da ermənipərəst siyasi xadim idi. Hətta o, dünya müharibəsi başa çatdıqda, Ermənistanın müstəqilliyini müdafiə edərək bildirmişdi: == Şərtləri == İngiltərə-İtaliya danışıqları 1919-cu il martın 24-də Baş qərargahlar səviyyəsində ilkin sazişin imzalanması ilə nəticələndi.
İngiltərə-Əfqanıstan müharibələri
İngilis-əfqan müharibələri (1838-1842), (1878-1880), (1919) — İngiltərənin Əfqanıstanla müharibələri. == Birinci ingilis-əfqan müharibəsi (1838-1842) == Birinci müharibə ingilislərin Qəndəhar və Qəznəni tutmaq, və Kabil tərəfə çıxmaq məqsədi ilə, Bolan keçidindən istifadə edən 30 minlik ordusunun Cənub - Qərbi Əfqanıstana soxulması ilə başladı. Əfqan qüvvələrinin bir qismini Pişəvərdan yayındırmaq üçün, Heybər keçidinə yardımçı zərbə endirilmişdi. Əfqan ordusu ingilislərdən saylarına (15 min) və silahlanmalarına görə xeyli geridə qalırdılar. 1839-cu ildə ingilislər Qəndəharı, Qəznəni və Kabili tutdular. Buna cavab olaraq ölkədə partizan müharibəsi başladı. 1841-ci ilin noyabrında Kabildə üsyan qalxdı. İngilislərin marionetkası Şüca şah öldürüldü, işğalçı ordu isə Kabildən qaçdı. 1842-ci ildə İngiltərənin Əfqanıstana cəza ekspedisiyası uğursuz oldu. 1842-ci ilin sonunda ingilislər öz məğlubiyətləri ilə barışmalı və əfqan ərazisini tərk etməli oldular.
İngiltərə Federasiya Kuboku
The Football Association Challenge Cup və yaxud FA Kuboku. İngiltərə'də hər il İngiltərə Futbol Federasiyası tərəfindən təşkil olunan turnir. 1871-ci ildə yaradılan FA Kuboku dünyadakı ilk futbol turniridir. Kuboku ən çox hərəyə 12 dəfə Arsenal və Mançester Yunayted klubları qazanıblar. == Tarixi == 1871-ci ildə yaradılan turnir dünyanın ən yaşlı futbol turniridir. İngiltərə ilə yanaşı bəzi Uels klublarıda turnirin iştirakçılarındandırlar. I-ci Dünya Müharibəsi (1915–1919) və II-ci Dünya Müharibəsi (1939–1945) illərində fasilə verilən turnir, digər bütün illərdə təşkil olunmuşdur. 42 fərqli komandanın qazandıqı turnirin ilk qalibi Uonderers klubudur. Turnir finala kimi tək oyunluq ələmə sistemi ilə irəliləyir. Oyun bərabərə bitərsə qonaq komandanın meydançasında ikinci bir oyun təşkil olunur və 90 dəqiqənin sonunda qalib müəyyənləşməsə 15 dəqiqəlik iki əlavə hissə oynanılır.
İngiltərə Futbol Assosiasiyası
İngiltərə Futbol Assosiasiyası (ing. The Football Association, FA) — İngiltərədə futbola nəzarət edən rəsmi qurum.1863-cü ildə əsası qoyulmuşdu və dünyada ən köhnə futbol assosiasiyasıdır. Futbol assosiasiyasının qərargahı Londonda "Uembli" stadionunda yerləşir.
İngiltərə Liqa Kuboku
Mançester Yunaytedİngiltərə Liqa Kuboku, İngiltərədə keçirilən futbol turniridir. İngiltərədə əsas futbol liqası olan Premyer Liqa və digər 3 diviziondan 92 komandanın qatıldığı turnir 1960-ci ildə qurulub.
Azərbaycan-İngiltərə futbol matçlarının siyahısı
İngiltərə üçün Azərbaycan futbolu yalnız bir nəfərdən – Tofiq Bəhramovdan ibarət olub. 1966-cı ildə keçirilən mundialın finalında verdiyi mübahisəli qərarlarla britaniyalıları çempion edən yan xətt hakimi indiyədək Britaniyada milli qəhrəman kimi yad edilir. Elə Respublika stadionumuzun bu hakimin adını daşıması da ingilislərin diqqətindən kənar qalmır. Lakin müstəqillik dövründə komandalarımız da dəfələrlə qarşılaşıb. Əsas yığmamız DÇ-2006-da ingilislərə 0:1, 0:2 hesabı ilə uduzsa da, paralel keçirilən U-21-lər arasında Avro-2006-nın seçmə mərhələsində bir xal ala bildik – 0:0, 0:2. Düzdür, ötən ilki yoxlama matçında britaniyalı gənclər bunun əvəzini darmadağınla çıxdılar – 0:7. U-17 isə qitə birinciliyinin həm 2006/07 mövsümünün ikinci (0:1), həm də 2009/10 mövsümünün Bakıda baş tutan birinci mərhələsində (0:4) futbolun yaradıcılarına uduzub. İngilislərlə futbol əlaqələrimiz isə bununla tamamlanmır. Hollandiyanın "Tvente" klubunda çıxış edən millimizin oyunçusu Vaqif Cavadov məhz Kapellonun yığmadakı sələfi Stiv Maklarenin rəhbərliyi altında çempion olub. Şirlərin sabiq müdafiəçiləri Toni Adams və Hari Stivens isə artıq məşqçilik karyeralarını "Qəbələ"də davam etdirirlər.
Azərbaycan–İngiltərə futbol matçları
İngiltərə üçün Azərbaycan futbolu yalnız bir nəfərdən – Tofiq Bəhramovdan ibarət olub. 1966-cı ildə keçirilən mundialın finalında verdiyi mübahisəli qərarlarla britaniyalıları çempion edən yan xətt hakimi indiyədək Britaniyada milli qəhrəman kimi yad edilir. Elə Respublika stadionumuzun bu hakimin adını daşıması da ingilislərin diqqətindən kənar qalmır. Lakin müstəqillik dövründə komandalarımız da dəfələrlə qarşılaşıb. Əsas yığmamız DÇ-2006-da ingilislərə 0:1, 0:2 hesabı ilə uduzsa da, paralel keçirilən U-21-lər arasında Avro-2006-nın seçmə mərhələsində bir xal ala bildik – 0:0, 0:2. Düzdür, ötən ilki yoxlama matçında britaniyalı gənclər bunun əvəzini darmadağınla çıxdılar – 0:7. U-17 isə qitə birinciliyinin həm 2006/07 mövsümünün ikinci (0:1), həm də 2009/10 mövsümünün Bakıda baş tutan birinci mərhələsində (0:4) futbolun yaradıcılarına uduzub. İngilislərlə futbol əlaqələrimiz isə bununla tamamlanmır. Hollandiyanın "Tvente" klubunda çıxış edən millimizin oyunçusu Vaqif Cavadov məhz Kapellonun yığmadakı sələfi Stiv Maklarenin rəhbərliyi altında çempion olub. Şirlərin sabiq müdafiəçiləri Toni Adams və Hari Stivens isə artıq məşqçilik karyeralarını "Qəbələ"də davam etdirirlər.
Birinci İngiltərə-Birma müharibəsi (1824-1826)
Birinci İngiltərə-Birma müharibəsi (1824-1826) - Ölkənin şimalında Assam, Kaçar, Manipur əyalətləri, habelə ən mühüm dəniz sahili əyalətləri olan Arakan və Tenasserim Birmadan alınması ilə nəticələn müharibə; Bu müharibə Birma dövlətinə zorla qəbul etdirilən ilk qeyri-bərabərhüquqlu və qarətkar müqavilə ilə başa çatdı. == Tarixi == === Müharibə ərəfəsində vəziyyət === XVIII əsrin axırı və XIX əsrin əvvəllərində Birmada ingilislərin təcavüzkarlığı daha da gücləndi. İngilis hökumət orqanları Birmaya qonşu olan hind feodal knyazlıqları ilə Birma əleyhinə "müdafiə və hücum sazişləri" bağlayaraq, onları silahla təchiz edir, Birmaya qarşı basqın etməyə qaldırırdılar. İngilislər eyni zamanda Birmaya əsarətli sazişlər qəbul etdirmək yolu ilə burada öz mövqelərini möhkəmlətmək istəyirdilər. Lakin Birma hökumətinin göstərdiyi müqavimət nəticəsində, Birmaya göndərilən bütün diplomatik nümayəndəliklərin səyləri uğursuzluqla nəticələndi və ingilis təxribatları baş tutmadı. XIX əsrin 20-ci illərinin əvvəllərində İngiltərənin daimi müttəfiqi ABŞ Birmaya soxulmağa səy edirdi. Amerika hökuməti dini baptist cəmiyyətinin missionerləri vasitəsilə Birma kralından müxtəlif güzəştlər, o cümlədən öz tacirləri üçün müxtəlif imtiyazları almaq, Birmada amerikalıların yaşaması üçün orada torpaq satın almaq hüququ və bu kimi güzəştlər əldə etməyə çalışırdı. Bir sıra cəhdlərə baxmayaraq Birma hökumətinə qeyri-bərabər saziş qəbul etdirmək mümkün olmadı. Milli qüvvələr haqlı olaraq xariciləri ölkəyə buraxmadılar. Nəhayət ki, ABŞ-nin təcavüz cəhdləri ingilis burjuaziyasının Birmaya qarşı işğalçılıq müharibəsinə başlamaq niyyətinə təkan verdi.
Frenk Lempardın İngiltərə milli komandasında çıxışı
Frenk Lempardın İngiltərə milli komandasında debütü 1997-ci ildə U-21 yaşlı İngiltərə milli komandasında Yunanıstan millisinə qarşı olmuşdur. O, U-21-in tərkibində 1997-ci ilin noyabr ayından 2001-ci ilin iyun ayınadək 19 matçda meydana çıxdı və 9 qola imza atdı. Daha sonra isə 1998-ci ilin fevral ayında 1 matçda İngiltərə B komandasının tərkibində Çili yığmasına qarşı oyun keçirdi və matç ev sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatdı. Lempard İngiltərə milli futbol komandasının tərkibində ilk matçına 1999-cu ildə yoldaşlıq oyunu çərçivəsində Belçika yığmasına qarşı keçirilən matçda çıxdı və millinin tərkibində ilk qolunu 2003-cü ildə Xorvatiya millisinə qarşı vurdu. Bu matçın yekununda İngiltərə yığması 3-1 hesablı qələbəyə sevinmişdir. Lempard İngiltərə milli futbol komandasının tərkibində 2013-cü ildə Ukrayna millisinə qarşı oynadığı görüşdə millinin heyətində 100 oyunluq səddi keçmiş səkkizinci futbolçu adını qazandı. === Avro 2004 === O, UEFA Avro 2000 və 2002 FİFA Dünya Kuboku turnirlərində milli komandanın tərkibinə salınmamışdır və UEFA Avro 2004-də iştirak edə bilmək üçün imkan gözləyirdi. Lempardın çıxış etdiyi İngiltərə yığması turnirin 1/4 final mərhələsinə kimi gəldi və o, bura qədər artıq 3 dəfə fərqlənə bilmişdir. O, qrup oyunlarında Fransa və Xorvatiya milli komandalarının qapısından topu keçirmiş və 1/4 final mərhələsinin görüşü çərçivəsində Portuqaliya yığmasına qarşı oynanılan matçın 112-ci dəqiqəsində turnirdə özünün üçüncü qoluna imza atmaqla matçda hesabı 2-2 etmiş lakin penaltilər seriyasında İngiltərə millisi məğlub olmuşdur. Turnirin sonunda isə o UEFA-nın tərtib etdiyi ilk onbirlikdə yer almışdır.
III Henri (İngiltərə kralı)
III Henri və ya Vinçesterli Henri (ing. Henry III of England; ing. Henry of Winchester) (1 oktyabr 1207, Uinçester – 16 noyabr 1272, Vestminster[d], Böyük London regionu[d]) — İngiltərə kralı, İrlandiya lordu və Akvitaniya hersoqu. I Con və Anqulemli İzabellanın oğlu olan Henri Birinci Baronlar müharibəsi illərində hələ 9 yaşında ikən İngiltərə kralı oldu. Kardinal Bikkerinin üsyançı baronlara qarşı əməliyyatları səlib yürüşü olaraq adlandırmasının ardından Uilyam Marşal idarəsindəki kral birlikləri 1217-ci ildə baronlar üzərində 2 böyük qələbə qazandı. Müzakirələrin sonunda Henri monarxın səlahiyyətlərini məhdudlaşdıran və böyük baronların hüquqlarını müdafiə edən 1215-ci il tarixli Maqna Kartanın bir başqa versiyası olan və 1225-ci il Böyük Şərti adını alan xartiyanı qəbul etdi. 1230-cu ildə Henri bir zamanlar atasına aid olan Fransa mülklərini yenidən ələ keçirməyə cəhd etsə də, Fransa üzərinə tərtib olunan hərbi əmliyyat fəlakətlə sonlandı. Krala yaxınlığı ilə tanına Uilyam Marşalın oğlu Riçard Marşalın rəhbərliyi ilə 1232-ci ildə baş tutan üsyan kral birliklərinə böyük zərbə vurdu. Kilsənin və din xadimlərinin apardığı vasitəçiliklə tərəflər arasında sülh müqaviləsi bağlandı. Üsyanın ardından İngiltərəni birbaşa özü idarəetməyə başlayan Henri sələflərindən fərqli olaraq, daha az səyahət edir, vaxtını ən sevdiyi və bərpasına yüklü miqdarda pul sərf etdiyi saray və qalalarda keçirirdi.
III Karl (İngiltərə kralı)
III Çarlz, III Karl və ya tam adı ilə Çarlz Filip Artur Mauntbatten-Vindzor (əsil adı: ing. Charles Philip Arthur George Mountbatten-Windsor; 14 noyabr 1948[…], Vestminster borosu, Böyük London) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı (8 sentyabr 2022-ci ildən). Kraliça II Elizabetin oğlu. Kral taxtını ən uzun müddət gözləmiş varis. Çarlz 8 sentyabr 2022-ci ildə anasının ölümündən sonra kral oldu. 73 yaşında o, Britaniya tarixində ən uzun ömür sürən varis və Uels şahzadəsi olduqdan sonra Britaniya taxtına çıxan ən yaşlı şəxs oldu. 6 may 2023-cü ildə Vestminster abbatlığı'nda tacqoyma mərasimi oldu. == Həyatı == Karl 14 noyabr 1948-ci ildə Bukingem sarayında anadan olmuşdur. O, Edinburq hersoginyası Şahzadə Elizabet və Edinburq hersoqu Şahzadə Filipin ilk övladı və Kraliça Elizabetlə VI Corcun ilk nəvəsidir. Şahzadənin xaç valideynləri Kral (doğma babası), Norveç kralı VII Haakon, Mariya Tek (doğma böyük nənəsi), Şahzadə Marqaret (doğma xalası), Yunanıstan və Danimarka şahzadəsi Corc, Şahzadə Viktoriya, Xanım Brebon və Devid Bouz-Layon olmuşdur.
II Karl (İngiltərə kralı)
II Karl (ing. Charles II of England) (d. 29 may 1630 – ö. 6 fevral 1685) — İngiltərə, Şotlandiya və İrlandiya kralı. Stüart ailəsinə mənsub olub, I Karlın oğlu olaraq Sent-Ceyms sarayında dünyaya gəldi. Atasının edamından bir neçə gün sonra 5 fevral 1649-cu ildə Şotlandiya parlamenti tərəfindən Şotlandiya kralı elan olundu. Buna baxmayaraq İngiltərə artıq Kromvel tərəfindən respublika olaraq idarə edilirdi və bu səbəblə taxta çıxdıqdan sonra atasının parlamentlə olan mübarizəsini davam etdirdi. 3 sentyabr 1651-ci ildə baş tutan son döyüşdə məğlub olan II Karl Avropaya qaçdı və növbəti 9 ili Fransa və Hollandiyada keçirdi. Şotlandiya isə Kromvelin diktaturası altına keçdi. 1658-ci ildə Kromvelin ölümünün ardından başlayan siyasi qarışıqlıq İngiltərədə monarxiyanın bərpası ilə nəticələndi və II Karl vətənə dəvət olundu.
IV Henri (İngiltərə kralı)
IV Henri (ing. Henry IV of England) (d. aprel 1367 - ö. 20 mart 1413) — İngiltərə kralı. Fransa kralı IV Filipin nəvəsi olan babası III Eduardın Fransa taxtına olan iddiasını davam etdirdi. Normandiya fəthindən sonra ana dili ingiliscə olan ilk İngiltərə kralı oldu. Atası III Eduardın oğlu Gentli Con, anası isə Lankaster hersoqu Qrosmontlu Henrinin qızı Blanş idi. Atası Gentli Con qardaşı oğlu olan II Riçardın səltənətində mühüm siyasi gücə malikdi. Ancaq Henri 1388-ci ildə baş tutan üsyana qarışmışdı və bu səbəblə kralın qəzəbinə məruz qalaraq sürgün edildi. Atasının vəfatından sonra (1399), II Riçard Henrinin atasının mirasını almasına icazə vermədi.
I Con (İngiltərə kralı)
I Con və ya Torpaqsız Con (ing. John, King of England; ing. John Lackland) (d. 24 dekabr 1166 – ö. 19 oktyabr 1216) — İngiltərə kralı. Onun Normandiya hersoqluğu və Fransadakı digər ingilis mülklərini itirməsi, İngiltərə və Fransanın bir hissəsini özündə birləşdirən Plantagenet imperiyasının süqutu və Kapetinqlər sülaləsinin Fransada güclənməsinə səbəb oldu. Səltənətinin sonlarında çıxan baron üsyanı nəticəsində imzalanan Maqna Karta xartiyası, bu gün Birləşmiş Krallığın konstitusiya tarixinin başlanğıcı olaraq qəbul edilir. Con, İngiltərə kralı II Henri və Akvitaniya hersoqinası Elyanoranın dörd oğlundan ən kiçiyi idi. Bu səbəblə taxt və monarx mülkiyyətindən miras alması gözlənilmədiyi üçün Torpaqsız Con olaraq anılırdı. Qardaşları Gənc kral Henri, Riçard və Cefrinin 1173-1174-cü ildə krala qarşı üsyan çıxarmasının ardından atasının ən sevimli oğlu oldu.
I Karl (İngiltərə kralı)
I Karl (ing. Charles I of England) (19 (29) noyabr 1600[…], Danfermlin sarayı[d], Fayf[d] – 30 yanvar (9 fevral) 1649[…], London) — İngiltərə, Şotlandiya və İrlandiya kralı. Stüart ailəsinə mənsub olub, Şotlandiya kralı VI Ceymsin oğlu olaraq Danfermlin sarayında dünyaya gəldi. 1603-cü ildə atasının taxta çıxmasıyla İngiltərəyə gətirildi və bundan sonrakı həyatını burada yaşadı. Uels şahzadəsi olan qardaşı Henri Frederikin tifus xəstəliyi səbəbilə vəfatının ardından 1612-ci ildə İngiltərə, İrlandiya və Şotlandiya taxtlarının varisi elan olundu. 1623-cü ildə baş tutan və 8 ay davam edən İspaniya səyahəti əsnasında kralın bacısı Mariya Anna ilə evlənməsi müzakirə edilsə də, bu cəhd nəticəsiz qaldı. Səyahətdən 2 il sonra Burbon ailəsindən Henretta Mariya ilə evləndirildi. 1625-ci ildə taxta keçdikdən sonra monarxın səlahiyyətlərini məhdudlaşdıran İngiltərə parlamenti ilə münasibətləri pisləşdi. I Karl ölkəni öz vicdanıyla idarə etmək arzusunda idi və bu səbəblə ölkəni ikiyə ayırdı. Katolik bir xanımla evlənməsi və katolik məzhəbinə bəzi dini azadlıqlar verməsi ölkədəki digər dini qrupları qorxuya saldı.
I Mariya (İngiltərə kraliçası)
I Mariya və ya Mariya Tüdor (18 fevral 1516, Plasentiya sarayı[d], Böyük London regionu[d] – 17 noyabr 1558, Sent-Ceyms sarayı, Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kraliçası. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən "Qanlı Mariya" olaraq adlandırılmışdır. Mariya Tüdor VIII Henrinin ilk xanımı Araqonlu Ketrindən doğulan yeganə övladı idi. 1547-ci ildə atasının ölümünün ardından ögey qardaşı VI Eduard (VIII Henri və Ceyn Seymurun oğlu) 9 yaşında taxta çıxdı. Ancaq çox keçmədən ölümcül xəstəliyə yaxalanan VI Eduard isə qatı katolik olan ögey bacısı Mariyanı vəliəhdlikdən çıxarmaq niyyətində idi. Səbəb isə bacısının və onun dini baxışlarının atası VIII Henri və özünün səltənəti dövründə baş tutan dini reformasiyaya qarşı olması idi. Hətta kralın vəfatının ardından saray əyanları gizli olaraq kralın uzaq qohumu olan (bibisi Fransa kraliçası Mariya Tüdorun nəvəsi) və saraya yaxınlığı ilə seçilən güclü protestant Ceyn Qreyi kraliça elan etdi. Ancaq 9 gün keçmədən Mariya ölkənin şərqində güclü bir ordu toplayaraq Londona hərəkət etdi və hakimiyyəti ələ aldı. Beləliklə, o, Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası oldu. 1554-cü ildə Mariya İspaniya vəliəhdi Filiplə evləndi və 2 il sonra ərinin İspaniya taxtına çıxmasıyla Habsburq İspaniyasının kraliçası elan edildi.
VII Henri (İngiltərə kralı)
VII Henri (ing. Henry VII of England; 28 yanvar 1457[…], Pembrok qalası – 21 aprel 1509[…], Riçmond sarayı[d], Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kralı. == Faəliyyəti == İngiltərə mütləq monarxiyasının bərqərar olması və yüksəlişi Tüdorlar sülaləsi ilə (1485-1603) sıx bağlıdır. Al qızılgül və ağ qızılgül müharibələri başa çatandan sonra yeni sülalənin banisi qraf Riçmond VII Henri kimi taxta çıxdı. VII Henri aristokrat ailələrin qarşıdurmasına son qoydu, tabe olmaq istəməyən ailələri isə məhv etdi. Müsadirə etdiyi torpaqları və qiyamçıların əmlakını isə o, dövlət xəzinəsinə keçirdi. Nəticədə VII Henri Avropanın ən varlı monarxına çevrildi. Onun mərkəzləşmə siyasətini ingilis cəmiyyətinin ən geniş kütlələri, o cümlədən parlament dəstəkləyirdi. Aristokratiya arasında güclü dayaq tapmaq üçün VII Henri öz tərəfdarlarına titul və torpaq paylamağa başlayır. Onun sarayı orta və xırda zadəganların cəmləndiyi mərkəzə çevrilir.
Yeni il İngiltərədə
Yeni il İngiltərədə — İngiltərədə təntənə ilə qeyd olunan bayram İngiltərədə Yeni ildə ən çox sevinən uşaqlardır. Çünki bütün gecəni küçələrdə ticarətçilər maraqlı oyuncaqlar, maskalar, hava şarları satırlar. Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər - çünki pudinqin içərisində çoxlu yemək üçün yararsız şeylər də olur. Odur ki, pudinq lotereya kimidir, kimə yaxşısı, kimə pisi düşür. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
İngiltərə-İran müqavilələri (1801)
İngiltərə-İran müqaviləsi (1801) - İngiltərə ilə İran arasında bağlanmış siyasi və ticarət müqavilələri. == İngiltərə ilə İran arasında münasibətlər == İran-İngiltərə münasibətləri dərin tarixi köklərə malik olub, geniş məsələləri əhatə edir. Bu münasibətlərdə Azərbaycanla bağlı məsələlər də, özünəməxsus yer tutmuşdur. Ona görə də İran-İngiltərə dövlətlərarası müqavilələrini də burada nəzərdən keçirməyə ehtiyac yaranmışdır. XVIII əsrin sonları-XIX əsrin əvvəllərində İngiltərənin İranla əlaqələrinə Böyük Fransa inqilabı (1789-1794) və Napoleon müharibələri dövründə kəskinləşən İngiltərə-Fransa münasibətləri mühüm təsir göstərmişdi. İngiltərə Fransanın fəaliyyətini Şərq müstəmləkələri, xüsusilə Hindistan üçün təhlükə hesab edirdi. Ona görə də fransızların İran vasitəsi və ya İranın köməyi ilə Hindistana nüfuzunun qarşısının alınmasına böyük səy göstərilirdi. Bunun nəticəsində XVIII əsrin sonları-XIX əsrin başlanğıcında İngiltərənin İranda diplomatik fəallığı gücləndi. Hindistan general-qubernatoru Uelsli ingilislərin xidmətində olan Mirzə Mehdi Əli xan xüsusi təlimatla Tehrana göndərdi. Mehdi Əli xan təlimatı yerinə yetirməyə nail oldu, İranla müqavilələr imzalandı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 48.89 dəfə / 1 mln.
2002 •• 6.85
2003 •••••• 24.80
2004 ••••••••••• 44.13
2005 •••••••••• 41.16
2006 ••••••••••• 43.02
2007 •••••••••• 42.07
2008 •••••••• 33.86
2009 ••••••••••••••• 63.19
2010 •••••••••••••••••••• 84.96
2011 •••••••••••••••• 65.89
2012 ••••••••••••• 53.78
2013 •••••••••••••••••• 73.08
2014 •••••••••••• 50.80
2015 ••••••• 28.75
2016 •••••••• 31.76
2017 ••••••• 28.62
2018 •••••••• 32.06
2019 •••••••• 30.32
2020 ••••••••• 34.08

ingiltərə sözünün rus dilinə tərcüməsi

ingiltərə sözünün fransız dilinə tərcüməsi

"ingiltərə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ingiltərə nədir? #ingiltərə sözünün mənası #ingiltərə nə deməkdir? #ingiltərə sözünün izahı #ingiltərə sözünün yazılışı #ingiltərə necə yazılır? #ingiltərə sözünün düzgün yazılışı #ingiltərə leksik mənası #ingiltərə sözünün sinonimi #ingiltərə sözünün yaxın mənalı sözlər #ingiltərə sözünün əks mənası #ingiltərə sözünün etimologiyası #ingiltərə sözünün orfoqrafiyası #ingiltərə rusca #ingiltərə inglisça #ingiltərə fransızca #ingiltərə sözünün istifadəsi #sözlük