İnklər
İnk imperiyası — Cənubi Amerikanın And dağlarında yaranan ən böyük imperatorluq olmuşdur. İnklərin imperatorluğu və sivilizasiyası 1438-ci ildən 1533-ci ilədək indiki Peru, Ekvador, Boliviya, Cənubi Kolumbiya, Çilinin şimal ilə orta bölümləri, və şimal-qərbi Argentina da yerləşib. Paytaxtı Kusko adlanıb. İnklərin əhalisi 1438-dən 1533-ci ilə qədər 12.000.000 nəfərdən 20.000.000 nəfərə və ərazisi 800.000 km²-dən 2.000.000 km²-ə qədər olmuşdur.
İnklərin bir çox həyat aspektləri sirr olaraq qalır, buna səbəb isə onlar haqqında bütün məlumatların ispan fatehləri tərəfindən bildirilməsindədir. İspanlar məhz onların sonunun gəlməsinə səbəb olmuşlar. Konkistador Fransisko Pissaro 1532-ci ildə cəmi bir neçə adamın köməkliyi ilə ink ordusunu məğlub etdi. Lakin İnk imperiyasına əsl zərbəni bundan 10 il əvvəl avropalı qəsbkarlar vurmuşlar. Onlar heç fərqində olmadan burada çiçək epidemiyasını yaymışlar və bu xəstəlik səbəbindən inklərin 90%-i həlak olmuşdu.
Bir çoxları İnk imperiyasını avtoritar monarxiya adlandırdığı halda, bəzi tədqiqatçılar buranı ideal sosioloji dövlət hesab edirdilər.