İnquşetiya sözü azərbaycan dilində

İnquşetiya

Yazılış

  • İnquşetiya • 99.6487%
  • inquşetiya • 0.3513%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İnquşetiya
İnquşetiya (rus. Республика Ингушетия, inquş ГIалгIай Мохк) — Rusiya Federasiyası subyektlərindən biri. == Tarixi == 1810-cu ildə İnquşetiya Rusiya imperiyasının tərkibinə daxil olur. 1924-cü ildə İnquş Muxtar vilayəti yaradılır və 1934-cü ildə Çeçen Muxtar vilayəti ilə birləşir. 1944-cü ildə Çeçen-İnquş Muxtar vilayəti ləğv edilir, əhalisi köçürülür. Muxtar ərazinin bərpası 1957-ci ildə reallaşır. 1992-ci ildən İnquşetiya Respublikası kimi fəaliyyət göstərir. == Coğrafiyası == İnquşetiya Böyük Qafqazın şimal yamacının mərkəzi hissəsində yerləşir. Həmçinin, burada Çeçen düzənliyi də var. İqlimi kontinental olub, yanvarın orta tempraturu -3 °S; -10 °S, iyulun isə 21-23 °S təşkil edir.
Qarabulaq (İnquşetiya)
Qarabulaq (inquş Карабулак) — Rusiya Federasiyası, İnquşediya Respublikası ərazisində yerləşən şəhər. Respublika əhəmiyyətli şəhər olaraq inzibati vahidliyi təşkil edir. Şəhər dairəsinə yalnız bir yaşayış məntəqəsi daxildir. == Coğrafiya == Şəhər İnquşetiya Respublikasının mərkəzində, Sunja çayının sol sahilində, Sunja rayon mərkəzindən - Sunja şəhəri - 9 km qərbdə, Maqas şəhərindən 22 km şimal-şərqdə yerləşir (yol ilə). Ən yaxın yaşayış məntəqələri: şərqdə — Troiskaya, cənubda — Yandare, qərbdə — Plievo. Şəhər dairəsi ərazisi cənubdan və qərbdən Nazran rayonu, şərqdən Sunja rayonu, şimaldan isə Maqlobek rayonu ilə sərhədlənir. Qarabulaq şəhərinin özü isə şəhər dairəsinin cənubunda yerləşir. Qarabulağın cənub hissəsindən «Qafqaz» avtomagistralı keçir. Qarabulağın cənub hissəsindən, avtomagistralın yaxınlığından Lesistı silsiləsi keçir. Bir neçə km şimalda isə Sunja silsiləsi yerləşir (Qarabulaq d., 723 мəm).
İnquşetiya Respublikası
İnquşetiya (rus. Республика Ингушетия, inquş ГIалгIай Мохк) — Rusiya Federasiyası subyektlərindən biri. == Tarixi == 1810-cu ildə İnquşetiya Rusiya imperiyasının tərkibinə daxil olur. 1924-cü ildə İnquş Muxtar vilayəti yaradılır və 1934-cü ildə Çeçen Muxtar vilayəti ilə birləşir. 1944-cü ildə Çeçen-İnquş Muxtar vilayəti ləğv edilir, əhalisi köçürülür. Muxtar ərazinin bərpası 1957-ci ildə reallaşır. 1992-ci ildən İnquşetiya Respublikası kimi fəaliyyət göstərir. == Coğrafiyası == İnquşetiya Böyük Qafqazın şimal yamacının mərkəzi hissəsində yerləşir. Həmçinin, burada Çeçen düzənliyi də var. İqlimi kontinental olub, yanvarın orta tempraturu -3 °S; -10 °S, iyulun isə 21-23 °S təşkil edir.
İnquşetiya bayrağı
İnquşetiya Respublikasının Dövlət Bayrağı (inquş Гӏалгӏай Республика паччахьалкxен байракх) — İnquşetiya Respublikasının əsas dövlət rəmzlərindən biridir. Mövcud bayraq 11 iyul 1999-cu ildə təsdiq edilmiş və 152 nömrəli qeydiyyat nişanı ilə Rusiya Federasiyasının Dövlət Heraldika Reyestrinə daxil edilmişdir. 11 iyul İnquşetiya Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. İnquşetiya Respublikası başçısının 11 sentyabr 2014-cü il tarixli fərmanı ilə 11 iyul tarixi İnquşetiyada tətil günü sayılır. == 1999-cu ilin bayrağı == === Təsviri === "İnquşetiya Respublikasının dövlət bayrağı, hər biri bitməmiş bir dairə ilə bitən üç şüası olan qırmızı dairə şəklində günəş işarəsi olan düzbucaqlı ağ parçadır. Bayrağın eninin uzunluğuna nisbəti 2:3-dir. Bayrağın yuxarı və aşağı hissələrinin bütün uzunluğu boyunca, hər biri bayrağın eninin altıda biri olan iki yaşıl zolaq var. ünəş işarəsinin daxili dairəsinin radiusu bayrağın eninin onda bir hissəsidir. Günəş işarəsinin şüalarının ucundakı yarımçıq dairələrin radiusu bayrağın eninin iyirmi beşidir. Günəş işarəsinin ətrafını təşkil edən zolağın eni bayrağın eninin onda bir hissəsidir.
İnquşetiya cəmiyyəti
İnquşetiya və ya İnquş camaatlığı, müxtəlif kəndlərin və qəbilələrin ərazi birliyinə əsaslanan İnquşların orta əsr ərazi birlikləridir (qrupları, vahidləri). İlk İnquş ərazi cəmiyyətlərinin, bir növ siyasi inzibati formasiyalarının - şaharların yaranması XVI əsrin ikinci yarısına təsadüf edir. İnquş cəmiyyətlərinin adları, yerləşdikləri ərazinin adları ilə adlanırdı, yəni adlar coğrafi prinsipə söykənirdi. Zamanla tez -tez dəyişən müxtəlif saylarda, adlarda və sərhədlərdə İnquş cəmiyyətləri XIX əsrin sonlarına qədər fəaliyyət göstərmişdir.Əvvəlki dövrlərdə İnquşlar, tək bir mərkəz ətrafında toplaşmaqdansa ərazi baxımından delimitasiyaya daha çox töhfə verən dağ-dərələrdə, nisbətən qapalı şəraitdə yaşamalarına baxmayaraq, tək bir etnik qrupun kimliyini qorudular. Ortaq bir mədəniyyətə və ortaq bir dilə əsaslanaraq "Qalqay" ortaq etnonimi altında yaşayırdılar. == Tarixi == XIII əsrdə Alaniya dövlətinin süqutu və əhalisinin Daryalın şərqində və qərbində qalalar tikərək dağlara axını yeni etno-ərazi icmalarının yaranması üçün əsas oldu. İnquşların düzənliyə qayıtması ilə əlaqədar olan miqrasiya prosesləri, Əmir Teymurun Şimali Qafqazı tərk etməsindən qısa müddət sonra (XV əsrin əvvəlləri) başladı.. Ən erkən mərhələdə, bu inquşların düzən ərazilərdə yeni gələn köçəri xalqların məskunlaşmasına qarşı çıxmaq üçün etdikləri ayrı-ayrı hərbi-siyasi hərəkətlərlər formasında olurdu. Bu dövrlə əlaqəli bəzi epizodlar XIX əsrdə qeydə alınmış inquş əfsanələrindən birində öz əksini tapmışdır. Etnoqraf Albast Tutayevin qeydə aldığı əsərdə Qalqaevskoe cammatlığının adı keçir.Daha sonra, XVI əsrin ikinci yarısından etibarən bütün dağ camaaatı şərti olaraq hər biri bir neçə kəndi birləşdirən inzibati etnoterritorial birləşmələrə (şaharlara) bölünməyə başlayır.
Sunja rayonu (İnquşetiya)
Sunja rayonu (inquş Шолж район) — Rusiya Federasiyası, İnquşetiya Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Sunja şəhəridir (2016-ci ilə qədər Orjonikidze adlanırdı), 2016-cı ildən rayonun tərkibinə daxil deyildir. == Coğrafiya == Rayon İnquşetiya Respublikasının mərkəzi və şərq hissəsində yerləşir. Şimal-qərbdən Malqobek rayonu, qərbdən Nazran və Şimali Osetiyaya daxil olan Priqorodnı rayonu, cənubdan Ceyrax rayonu, şərqdən isə Çeçenistanın bir neçə rayonu ilə həmsərhəddir. == Tarixi == 1860-1920-ci illərdə müasir rayonun ərazisi Terek vilayətinin bir hissəsi idi. 1920-ci ildə Sunja kazak dairəsi və İnquş Muxtar Vilayəti (indiki İnquşetiyanın Sunja rayonunun ərazisi) Dağlı MSSR-nin tərkib hissəsi oldu. 1929-cu ildə Sunja kazak rayonu ləğv edildi və onun cənub hissəsi Çeçen Muxtar Vilayətinin tərkibinə daxil edildi. 1934-cü ildə Çeçen Muxtar Vilayəti ilə İnquşetiya Muxtar Vilayətləri birləşdirildi və Çeçen-İnquş Muxtar vilayəti adlandırıldı (1936-cı ildən Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası). Sunja rayonu isə bu vilayətin bir rayonuna çevrildi. Qroznı vilayətinin mövcudluğu dövründə (1944-1957) onun bir hissəsi idi və digər respublikalara verilməmişdi.
İnquşetiya Milli Kitabxanası
İnquşetiya Milli Kitabxanası – 1993-cü ildə yaradılmış, Nazran şəhərində yerləşən, respublikanın aparıcı kitabxanası. == Haqqında == C.X.Yandiyeva adına İnquşetiya Respublikasının Milli Kitabxanası 1993-cü ildə yaradılmışdır. İnquşetiyanın Nazran şəhərində yerləşən respublikanın bu aparıcı kitabxanası, universal kitabsaxlayıcısı, mədəniyyət, təhsil və informasiya mərkəzi, həmin ərazinin kitabxanalarının elmi-metodik işinin və diyarşünaslıq fəaliyyətinin mərkəzidir. 2003-cü ildə fondu 88 min nüsxə olmuşdur. İnquş Respublikası ərazisində çap olunan bütün məhsullar vasitəsilə fondunu zənginləşdirir. MK-nın əsas fəaliyyət istiqamətlərindən biri də yerli mətbuatın fondunun formalaşdırılması və mühafizəsidir. Kitabxananın baş direktoru Qazdiyeva Tsaeş Abdullayevnadır.
İnquşetiya Respublikası Hökuməti
İnquşetiya Respublikası Hökuməti (inquş Гӏалгӏай Республика Правительство) — İnquşetiya Respublikasının ən yüksək icra hakimiyyəti orqanıdır. Hökumətin sədri İnquşetiya Respublikası Xalq Məclisinin razılığı ilə İnquşetiya Respublikasının Başçısı tərəfindən təyin edilir. İnquşetiya Respublikası Hökuməti, İnquşetiya Başçısı tərəfindən təyin edilən Sədrdən, müavinlərindən və İnquşetiya Respublikasının nazirlərindən ibarətdir. == Tarixi == 28 Fevral 1993-cü ildə İnquş Respublikasının Prezidenti seçkiləri keçirildi. Seçkilərdə tək namizəd general-mayor Ruslan Sultanoviç Auşevin namizədliyi inquş xalqı tərəfindən irəli sürüldü. Səsvermə zamanı səslərin 99,94 faizinin dəstəyini alan Ruslan Auşev İnquşetiyanın ilk Prezidenti oldu. Martın 7-də, andiçmə günü İnquşetiya Prezidenti "İnquşiya Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar olaraq İnquşetiyanın bütün icra orqanlarının onun səlahiyyəti altına verilməsi haqqında" fərman imzaladı. Beləliklə, İnquşetiya respublikasının dövlət hakimiyyəti orqanlarının formalaşması başladı. Martın 24-də İnquş Respublikası Prezidentinin fərmanı ilə Ruslan Məcitoviç Tatiev İnquş Respublikası Nazirlər Sovetinin sədri təyin edildi. İlk baş nazir vəzifəsini icra etməyə başladıqdan sonra, 2 aprel 1993-cü ildə İnquş Respublikası Prezidenti İnquş Respublikasının Nazirlər Şurası haqqında Müvəqqəti Əsasnaməni təsdiqlədi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.92 dəfə / 1 mln.
2003 •••••• 3.15
2004 ••••••• 3.71
2006 •• 0.90
2007 •••• 1.90
2008 0.24
2009 ••••••••••• 5.60
2010 •••••••••••••••••••• 10.71
2011 •••••• 3.09
2012 •••••••• 3.96
2013 ••••••• 3.36
2014 ••• 1.54
2015 •••• 1.87
2016 0.35
2017 •• 0.98
2018 0.45
2019 •• 0.83
2020 0.27

inquşetiya sözünün fransız dilinə tərcüməsi

"inquşetiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#inquşetiya nədir? #inquşetiya sözünün mənası #inquşetiya nə deməkdir? #inquşetiya sözünün izahı #inquşetiya sözünün yazılışı #inquşetiya necə yazılır? #inquşetiya sözünün düzgün yazılışı #inquşetiya leksik mənası #inquşetiya sözünün sinonimi #inquşetiya sözünün yaxın mənalı sözlər #inquşetiya sözünün əks mənası #inquşetiya sözünün etimologiyası #inquşetiya sözünün orfoqrafiyası #inquşetiya rusca #inquşetiya inglisça #inquşetiya fransızca #inquşetiya sözünün istifadəsi #sözlük