inquşlar sözü azərbaycan dilində

inquşlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • inquşlar • 84.6154%
  • İnquşlar • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İnquşlar
İnquşlar - Şimali Qafqazda, əsasən İnquşetiyada yaşayan Qafqaz xalqı. İnquşlar İslam dininin sünni-hənəfi məzhəbinə mənsubdurlar, inquş dilində danışırlar. İslamdan əvvəl bütpərəst idilər. İnquş və çeçenlər birlikdə vaynax xalqları adlanırlar. İnquşlar yaşadıqları əraziyə görə tez-tez hücumlara və işğallara məruz qalıblar. Avropa Hun dövləti, Şərqi Roma, Əməvi, Abbasi, Xəzər, Səlcuqlu, Qızıl Orda və Teymur dövlətlərindən asılı olublar.
Çeçenlərin və inquşların deportasiyası
Aardax (çeç. Аардах) və Mərcimək əməliyyatı (rus. Чечевица, Çeçevitsa; çeç. Вайнах махкахбахар Vaynax Maxkaxbaxar) kimi də bilinən çeçenlərin və inquşların deportasiyası — II Dünya Müharibəsi zamanı-23 fevral 1944-cü ildə Sovet İttifaqı tərəfindən vaynaxların (çeçenlər və inquşlar) zorla Şimali Qafqazdan Orta Asiyaya köçürülməsidir. 1940–44-cü il Çeçenistan üsyanından əvvəl SSRİ hökumət başçısı İosif Stalinin razılığı ilə NKVD rəhbəri Lavrenti Beriya 1930–1950-ci illər ərzində rus olmayan bir neçə milyon etnik azlığa təsir edən məcburi yerləşdirmə və əhalinin köçürülməsi proqramının bir hissəsi olaraq deportasiya əmrini verdi. Deportasiya planı hələ 1943-cü ilin oktyabr ayında hazırlanmış və bu əməliyyatda SSRİ-nin hər yerindən 100 000 NKVD əsgəri iştirak etmişdi. Deportasiya çeçen və inquş millətlərini əhatə edirdi. Bu zaman Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi də nəzərdə tutulmuşdu. Bu məcburi köçürülmənin demoqrafik nəticələri ağır və ürəkağrıdan idi: sürgün edilmiş 496.000 çeçen və inquşdan ən azı dörddə biri həlak olmuşdu. Ümumilikdə, arxiv qeydləri göstərir ki, yüz mindən çox insan toplanma və köçürülmə zamanı və Qazaxıstan SSR və Qırğızıstan SSR-də sürgündə olduqları ilk dövrlərdə, habelə məcburi yerləşdirmə üçün göndərildikləri məcburi əmək düşərgələrinə getdikləri Rusiya SFSR-də həyatını itirmişdi.

"inquşlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#inquşlar nədir? #inquşlar sözünün mənası #inquşlar nə deməkdir? #inquşlar sözünün izahı #inquşlar sözünün yazılışı #inquşlar necə yazılır? #inquşlar sözünün düzgün yazılışı #inquşlar leksik mənası #inquşlar sözünün sinonimi #inquşlar sözünün yaxın mənalı sözlər #inquşlar sözünün əks mənası #inquşlar sözünün etimologiyası #inquşlar sözünün orfoqrafiyası #inquşlar rusca #inquşlar inglisça #inquşlar fransızca #inquşlar sözünün istifadəsi #sözlük