* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. top. Bəşəriyyət, insanlar. Sən mükafatını insanlığa xidmətdə ara; Əbədi zövqü, təsəllini həqiqətdə ara. A.Səhhət. Dünyada səfalət və fəlakət yalnız insanlığın yoxsul qisminə nəsib imiş. A.Şaiq. İnsanlığa Tusilər, Səbuhilər verdik biz; Şerimizin qüdrəti bir dənizdir, bir dəniz. R.Rza. Qoy bütün insanlıq səcdənə gəlsin; Ey şəhid qanından qızaran bayraq! B.Vahabzadə. 2. məc. İnsanpərvərlik, əsil insana xas olan sifət və fəzilətlər; mürüvvət. Kim ki insanı sevər, aşiqi-hürriyyət olur; Bəli, hürriyyət olan yerdə də insanlıq olur. M.Ə.Sabir. Yox kimsədə mərhəmətlə vicdan; İnsanlığı həp unutdu insan. H.Cavid. Rəşidin bu insanlığını və hümmətini hər kəs bildi. İ.Musabəyov. □ İnsanlıq sifətini itirmək – ədalətsiz, qeyri-vicdani iş görmək, insan adına layiq olmayan hərəkətlərə yol vermək. Kömək etmək imkanı əldə ikən bu vəzifədən boyun qaçırmaq insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / insanlıq3 1. İNSANLIQ Bəşər belə körpülər ildən-ilə bol salır; İnsanlıq bu körpüdən ağ günlərə yol salır (S.Vurğun); ADAMİYYƏT Fitnələr kim faş olur, bilməm nə halətdən törər; Əql bavər eyləməz kim, adamiyyətdən törər (M.Ə.Sabir); BƏŞƏRİYYƏT Adam var ki, təmizdir, müqəddəsdir niyyəti; Ev tikir, yollar çəkir, sevir bəşəriyyəti (M.Rahim); İNSANİYYƏT [Əli:] Din bir əmri-vaqe olaraq, insaniyyətlə bərabər doğmuş və əsrlərdən bəri dolanbac tarix yollarında onu təqib edir (Çəmənzəminli). 2. insanlıq bax insanpərvərlik
Azərbaycan dilinin sinonimlər lüğəti / insanlıq1 İNSANLIQ – BARBARLIQ Rəşidin bu insanlığını və hümmətini hər kəs bildi (İ.Musabəyov); Mən belə barbarlığa dözmərəm (C.Cabbarlı).
Azərbaycan dilinin antonimlər lüğəti / insanlıq2 I сущ. 1. человечество, человеческий род, человеческое общество. İnsanlığa xidmət служение человечеству, bütün insanlıq все человечество, insanlığın gələcəyi будущее человечества 2. человечность. İnsanlığını göstərmək показать, проявить свою человечность, insanlıq hər şeydən üstündür человечность превыше всего, insanlıqdan əsər yoxdur нет ни капли человечности, insanlıq etmək (eləmək) проявлять, проявить человечность II прил. человеческий. İnsanlıq ləyaqəti человеческое достоинство ◊ insanlıq simasını itirmək утратить человеческое достоинство, человеческий облик; insanlıqdan çıxmaq: 1. утратить совесть; 2. потерять человеческий облик
Azərbaycanca-rusca lüğət / insanlıq1 I. i. 1. mankind, humanity; 2. humaneness, philanthropy; ~ göstərmək to display / to show* humaneness; ~dan çıxmaq to lose* one’s conscience, to lose* one’s character II. s. human; ~ ləyaqəti human dignity
Azərbaycanca-ingiliscə lüğət / insanlıq1 is. humanité f ; philanthropie f ; ~ dan çıxmaq perdre vt la conscience
Azərbaycanca-fransızca lüğət / insanlıq1 1. инсанвал, инсанар; 2. меж. инсапервервал, инсандиз хас тир сифетар; мирвет; insanlıq sifətini itirmək инсанвилин суфат квадарун, адалатсуз кар авун, инсандин тӀварцӀиз лайих тушир гьерекатриз рехъ гун.
Azərbaycanca-ləzgicə lüğəti / insanlıq