* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [lat.] 1. Hər hansı bir sahədə işlərin düzgün aparılması və qanunlara düzgün əməl edilməsi üzərində nəzarət edən vəzifəli şəxs; nəzarətçi. Maliyyə inspektoru. Sanitar inspektoru. Maarif şöbəsinin inspektoru. – Bir gün dərs zamanı dərslərimizin gedişini yoxlamaq üçün Tiflisdən məktəbə nəzarət etməyə gəlmiş Qafqaz Maarif Dairəsi baş inspektoru Slavinski sinfə daxil oldu. T.Ş.Simurq. Qəhrəman istəyirdi ki, bütün məktəb inspektorun nəzərində yaxşı çıxsın. S.Rəhimov. [Müəllim:] Görürsünüz, balam, odur, yamacdan aşağı düşən inspektordur. Mir Cəlal. 2. Bolşevik inqilabından əvvəl məktəb direktorunun tərbiyə və tədris işlərinə baxan müavini. Hər bir şeydən əvvəl, cənab inspektor bunu özünə vacib gördü ki, realnı şkolada müsəlman uşaqlarının arasına “sünni-şiə” ədavəti salsın. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / inspektor1 1. İNSPEKTOR (təhsil şöbələrində nəzarətçi) Bu gün ... rayondan təftiş üçün məktəbə inspektor gəlmişdi (A.Şaiq); NAZİR (köhn.) Birdən qapı açıldı, məktəbin naziri (inspektoru) qızarmış bir halda .. elə çıxırdı ki, yoldaşlarımızdan bəziləri qorxularından ağlamağa başladı (T.Ş.Simürğ). 2. inspektor bax müavin
Azərbaycan dilinin sinonimlər lüğəti / inspektor1 I сущ. инспектор (должностное лицо, осуществляющее надзор и контроль). Maliyyə şöbəsi inspektoru (müfəttişi) инспектор финансового отдела, məktəb inspektoru школьный инспектор II прил. инспекторский. İnspektor yoxlaması инспекторская проверка
Azərbaycanca-rusca lüğət / inspektor1 [lat.] сущ. инспектор (1. са кӀвалах дуьз тухунал ва къанунриз амал авунал назарат ийидай везифалу кас; 2. завуч (большевикрин революциядилай вилик).
Azərbaycanca-ləzgicə lüğəti / inspektor