institutlar sözü azərbaycan dilində

institutlar

Yazılış

  • institutlar • 90.2128%
  • İnstitutlar • 9.7872%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pedaqoji institutlar
Pedaqoji institutlar – orta məktəb müəllimləri, həmçinin məktəbəqədər tərbiyə müəssisələri və xüsusi məktəblər üçün pedaqoqlar hazırlayan ali təhsil müəssisələri. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Sosial institutlar
Sosial institut cəmiyyətdə qayda-qanun yaradan, həmçinin insanların davranışlarını tənzimləyən və cəmiyyətdə mövcud olan insanların və qurumların bir-biri ilə əlaqə qurmasına və vəhdət şəklində funksiya göstərməsinə xidmət edən qurumlardır. Sosial institutlar haqqında sosiologiya elminin funksionalizm cərəyanı olduqca dərindən araşdırma aparmış və onların necə və nəyə görə funksiya göstərdikləri gözəl şəkildə təsvir etmişdir. Funksionalizmdən savayı digər sosiologiya məktəbləri də cəmiyyətin nəyə görə və necə müəyyən şəkildə funksiya göstərdiyini müxtəlif prizmalardan açıqlamışlar. Tarix boyu, əsasən də 20-ci əsrin əvvəllərində, cəmiyyət bir insan orqanizminə bənzədilir və bu şəkildə tədqiq olunurdu. İngilis filosof Herbert Spenser deyib ki, insan bədəni də düzgün və sağlam işləmək üçün gərək onun bütün bədən üzvləri qaydasında işləsin. Ortaya çıxan bir problemi isə bəzən bədənin özü, bəzən də tibbi müdaxilə ilə sağaltmaq olur. Həmçinin, cəmiyyətdə düzgün funksiya göstərmək üçün gərək cəmiyyəti əmələ gətirən bütün hissələr normal formada işləsin. Funktsionalizm nümayəndələri (Talcott Parsons, Anthony Giddens, Robert Bales və s.) Spencerin bu ideyalarını daha da inkişaf etdirərək cəmiyyətin 8 hissədən ibarət olduğunu irəli sürdülər. Bu hissələr dövlət, ailə, iqtisadiyyat, din, media, məhkəmə sistemi, təhsil və səhiyyə sistemidir. Bundan əlavə funktsionalistlər sosial institusiyaların 4 funksiya yerinə yetirdiyini dedilər.
Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı və ya AAİBT (ing. International Organi zation Of Supreme Audit Institutions – INTOSAI) – INTOSAI BMT- yə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez Kamusun təşəbbüsü ilə formalaşıb. Həmin vaxt 34 ölkənin ali audit institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyri- siyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi konsultativ statusa malik qeyri-hökumət təşkilatıdır. Bir çox onilliklər ərzində təşkilatın Baş Katibliyinə Avstriya Audit Təşkilatı ev sahibliyi etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır. 1977-ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir.
Milli Sağlamlıq İnstitutları
Milli Səhiyyə Agentliyi və ya Milli Sağlamlıq İnstitutları (ing: National Institutes of Health (NIH)), Amerika Birləşmiş Ştatlarının Səhiyyə və Sosial Xidmətlər Departamentinin biotibb və ictimai sağlamlıq sahələrində əsas tədqiqatlar aparan bir agentliyidir. Baş ofisi Merilend ştatının Bethesda şəhərində yerləşir.Milli Sağlamlıq İnstitutları əsas, tərcümə və klinik tədqiqatlarda 1200 əsas tədqiqatçı və 4000-dən çox həkimlə dünyanın ən böyük biotibbi tədqiqat müəssisəsi hesab edilir. NIH 27 müxtəlif institut və mərkəzdən ibarətdir və bir çox elmi nailiyyətlərə cavabdehdir, o cümlədən dişlərin çürüməsinin qarşısını almaq üçün flüoridin kəşfi, bipolyar pozğunluğu idarə etmək üçün istifadə olunan litiumun istifadəsi və hepatitə qarşı peyvəndlərin yaradılması.
Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası
Rusiya İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası (rus. Российская ассоциация научно-исследовательских институтов общественных наук; РАНИОН) — RSFSR-nin elmi araşdırma institutları birliyi. Assosiasiya 1924-cü ildən 1930-cu ilədək fərqli formda mövcud olmuşdur. 1929–1930-cu illərdə RİEEAİA-nın institutlarının çoxu Kommunist Akademiyanın tərkibinə daxil olmuşlar. == Tarix == Xalq Maarif Komissariatı Dövlət Elm Sovetinin 15 may 1924-cü il tarixli qərarıyla Moskva Dövlət Universiteti İctimai Elmlər Fakültəsi nəzdində sosial-iqtisadi profil — iqtisadiyyat, sovet hüquqları, ədəbiyyat tarixi və dilşünaslıq, arxeologiya və incəsənətşünaslıq, fəlsəfə, eksperimental psixologiya, müqayisəli ədəbiyyat tarixi və Şərq-Qərb dilləri üzrə fəaliyyət göstərən 7 ilkin elmi araşdırma institutlarını birləşdirən İctimai Elmlər üzrə Elmi Araşdırma İnstitutları Assosiasiyası yaradılıb. Daha sonralar isə assosiasiyanın tərkibinə SSRİ Xalq Yazıları və Dilləri İnstitutu, torpaq inzibatı, köçürmə və kənd təsərrüfatı iqtisadiyyatı institutları daxil edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.28 dəfə / 1 mln.
2003 ••••••••• 1.97
2004 ••• 0.67
2005 •••••••••••••••••••• 4.72
2006 •• 0.45
2007 •••••• 1.27
2008 ••••• 0.97
2009 ••••••••• 2.08
2010 ••••••••• 2.09
2011 •••••••• 1.89
2012 •••••••• 1.81
2013 ••••••• 1.46
2014 •••••• 1.20
2015 •••••••••••••••••••• 4.59
2016 ••••••••••••••• 3.47
2017 ••••••••••••• 2.93
2018 •••••••••••••• 3.15
2019 ••••••••••••••• 3.34
2020 ••••••••••••••• 3.45

"institutlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#institutlar nədir? #institutlar sözünün mənası #institutlar nə deməkdir? #institutlar sözünün izahı #institutlar sözünün yazılışı #institutlar necə yazılır? #institutlar sözünün düzgün yazılışı #institutlar leksik mənası #institutlar sözünün sinonimi #institutlar sözünün yaxın mənalı sözlər #institutlar sözünün əks mənası #institutlar sözünün etimologiyası #institutlar sözünün orfoqrafiyası #institutlar rusca #institutlar inglisça #institutlar fransızca #institutlar sözünün istifadəsi #sözlük