* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [lat.] Əlahiddə hissələrin tamda birləşməsi haqqında sistemlər nəzəriyyəsi anlayışı və bu nəzəriyyənin obyekti olan təbii və ya ictimai proseslər.
Azərbaycan dilinin izahlı lüğəti / inteqrasiya2 Etnik proseslərin xarakterini müəyyənləş-dirmək üçün əksər hallarda inteqrasiya, konsolidasiya və assimil-yasiya kimi latın terminlərindən istifadə olunur. İnteqrasiya hərfi mənada ayrı-ayrı hissələrin vahid bir tamda birləşməsi deməkdir. Bu müxtəlif etnik mədəniyyətlərin qarşılıqlı əlaqəsi zəmnində mədəniyyətlərin yaxınlaşmasına aiddir. Müstəqil xalqların və ya onların böyük qruplarının böyük etnoslar şəklində birləşməsinə konsolidasiya deyilir. Adətən bu cür birləşmələrin vahid dili və mədəniyyəti olur. Assimilyasiya isə artıq formalaşmış etnosların qarşılıqlı təsiredici əlaqə prosesidir. Bu cür etnoslar əksər hallarda mənşə, dil və mədəniyyət cəhətcə müxtəlif olurlar.
Fəlsəfə terminlərinin izahlı lüğəti / inteqrasiya3 lat. integratlo – bərpa edilmə, doldurmaq, yerinə gəlmə, tamamlama; unteger – bütöv 1) riyaziyyatda funksiyaya görə inteqralın tapılması (inteqrallama); 2) birləşmə, inkişaf prosesində ayrı-ayrı hissələrin və ya elementlərin bir tam şəklində birləşməsi; 3) iqtisadi subyektlərin birləşməsi, onların qarşılıqlı fəaliyyətinin dərinləşməsi, onlar arasındakı əlaqələrin inkişafı; 4) ayrı-ayrı (əlahiddə) hissələrin tamda birləşməsi haqqında sistemlər nəzəriyyəsi anlayışı və bu nəzəriyyənin obyekti olan təbii və ya ictimai proseslər; 5) biologiyada orqanizmdə quruluş və funksiyanın vəhdəti, uyğunlaşması və nizamlanması prosesi. Canlı sistemin bütün inkişaf səviyyələri üçün xarakterikdir; 6) dillərin inteqrasiyası: diferensiasiyaya əks proses. İnteqrasiya prosesində əvvəllər başqa-başqa dillərdən (dialektlərdən) istifadə edən dil kollektivləri tədricən eyni bir dildən istifadə etməyə başlayır, bir dil kollektivində birləşirlər.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / inteqrasiya1 сущ. интеграция: 1. мат. нахождение интеграла данной функции 2. экон. объединение в одно целое каких-л. частей. Sənaye inteqrasiyası интеграция промышленности, iqtisadi inteqrasiya экономическая интеграция, beynəlxalq təşkilatlara inteqrasiya интеграция в международные организации
Azərbaycanca-rusca lüğət / inteqrasiya