İnterfaks-Azərbaycan sözü azərbaycan dilində

İnterfaks-Azərbaycan

Yazılış

  • İnterfaks-Azərbaycan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir. Azərbaycanın Xəzər dənizi sektorunda həmçinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə sərhədə malikdir .
Azərbaycan (qəzet, Azərbaycan)
"Azərbaycan" (az.-əbcəd آذربایجان‎) — Azərbaycanın rəsmi dövlət qəzeti. AXC hökuməti 1918-ci il iyulun 3-də "Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı" adı altında öz rəsmi orqanının dərcinə başlamaq haqqında qərar verdi. "Azərbaycan" qəzetinin parlament orqanı kimi ilk nömrəsi 15 sentyabr 1918-ci il tarixində — Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi gün Gəncədə işıq üzü gördü. İlk redaktorlarından biri Üzeyir Hacıbəyli olub. Qəzet 1919-cu il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhun bəy Hacıbəyli imzası ilə çıxıb. O dövrdə nəşrin ərsəyə gəlməsində Ceyhun bəy Hacıbəylinin əməyi və xidmətləri şəksizdir. Aprel işğalından [Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan] sonra ölkədən köçmək məcburiyyətində qalan Ceyhun bəy Hacıbəyli öz mühacirlik həyatında da eyni adlı qəzet buraxmağa çalışmış və 1951-ci ildə buna Münxendə nail olmuşdu. == Tarixi == "Azərbaycan" qəzeti ondan əvvəl təxminən yarım əsrə yaxın bir müddət ərzində milli ziyalıların ölkənin adını daşıyan mətbuat orqanı yaratmaq, qəzet çıxarmaq təşəbbüslərinin də davamı, məntiqi nəticəsi idi. 1891-ci ildə tanınmış Azərbaycan ziyalısı Cəlal Ünsizadənin baş redaktoru olduğu "Kəşkül" qəzeti bağlandıqdan sonra "Azərbaycan" adlı qəzet çıxarmaq üçün rəsmi olaraq Tiflisdə Baş Mətbuat İşləri İdarəsinə müraciət etmək arzusu da baş tutmamışdı. Təbrizdə Məşrutə hərəkatı dövründə nəşr edilən "Azərbaycan" jurnalının da ömrü uzun sürə bilməmişdi.
Azərbaycan, Azərbaycan (film, 1970)
Azərbaycan, Azərbaycan qısametrajlı sənədli filmi rejissor Yalçın Əfəndiyev tərəfindən 1970-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur. == Məzmun == Kinopoema Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının yarım əsrlik yubileyinə həsr olunmuşdur. Lirik formada çəkilmiş filmin əsas hissəsi Azərbaycan xalqının qədim tarixindən və zəngin mədəniyyətindən bəhs edir. Tamaşaçı bugünkü Azərbaycana, onun şəhərlərinə, kəndlərinə, təkrarolunmaz Mingəçevir SES-nə, Sumqayıt Kimya Zavodlarına, möcüzələr adası sayılan Neft Daşlarına səyahət edir.İlk kadrlar dünyanın 150-165 yaşlı sakinlərindən, bizim Azərbaycan ağsaqqallarından danışır. Sonra ekranda qaya daşları-ibtidai insan izləri tapılmış Azıx mağarasının çöküntüləri, layları canlanır.Filmdə Şərqin qapısı sayılan 3500 yaşlı Naxçıvandan, şeir, sənət ocağı qədim Gəncədən, Təbrizdən, yadlara baş əyməyən Bərdə, Ərdəbil, Şuşa qalası, elm mərkəzi Marağa və Şamaxıdan, oradakı nadir abidələrdən bəhs olunur. Ekranda igid Babəkin, Koroğlunun, sərkərdə və şair Şah İsmayıl Xətainin yadellilərə qarşı apardıqları qəhrəmanlıq mübarizəsindən söhbət gedir.Kinolentdə böyük ustad Füzulinin Kərbəladakı türbəsi və Azərbaycan şairi İmadəddin Nəsiminin İraqın Hələb şəhərindəki qəbri göstərilmişdir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Cəmil Əlibəyov, Əhmədağa Qurbanov Rejissor: Yalçın Əfəndiyev Operator: Zaur Məhərrəmov Bəstəkar: Əziz Əzizov == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл.
Azərbaycan Metrologiya İnstitutu (Azərbaycan)
== Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs == Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs - 10 fevral 2017-ci ildə ləğv edilən Dövlət Metrologiya Xidmətinin bazasında yaradılıb. İnstitut dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını, bu etalonlardan kəmiyyət vahidlərinin ötürülməsini, ölkədə aparılan ölçmələrin tələbəta uyğun dəqiqliyini təmin edən və bu sahədə dövlətin funksiyalarını yerinə yetirən yeganə milli xidmət orqanıdır. == Haqqında == Azərbaycan Respublikası ərazisində ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyəti Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxs həyata keçirir. İnstitutun tabeliyində tempratur, kütlə, elektrik, təzyiq, sıxlıq, mayenin kinematik özlülüyü, vaxt və tezlik kəmiyyət vahidləri, eləcə də ionlaşdırıcı şüalanma və radioaktivlik üzrə 8 dövlət ilkin etalon laboratoriyası, bunların tərkibində ölçmə vasitələrinin yoxlanılmasını və kalibrlənməsini yerinə yetirən digər laboratoriyalar fəaliyyət göstərir. İnstitut əhalinin sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi və təhlükəsizliyi məqsədilə yerinə yetirilən ölçmələrin dəqiqliyini beynəlxalq tutuşdurmalar əsasında yoxlayır. Ölkədə şüa terapiyası sahəsində dəqiq ölçmələr etməklə geoloji kəşfiyyat, səhiyyə, inşaat və tikinti sahələrində elmi-tədqiqat institutlarında dozimetrik, radiometrik və rentgen diapazonunda işləyən cihazların yoxlanılmasını və kalibrlənməsini həyata keçirən yeganə laboratoriyaya sahibdir. Qurumun Qanunverici metrologiya struktur bölməsi ölçmə vasitələrinin tipinin təsdiqi və xarici ölkələrdə təsdiq edilmiş tipin respublikada tanınmasını, həmçinin ölçmə vasitələrinin dövlət reyestrinin aparılması xidmətini göstərir. Metrologiya sahəsinin normativ hüququ bazasının yaradılması, təkmilləşdirilməsi və beynəlxalq hüquqi normalara uyğunlaşdırılması üzrə işləri həyata keçirir. İnstitut tərəfindən verilən yoxlama şəhadətnamələri və kalibrlənmə sertifikatları beynəlxalq səviyyədə tanınır. == Tarix == - Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılıb.- Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılıb.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan — Planlanan 25 cildlik Azərbaycan Milli Ensiklopediyasının Azərbaycana dair xüsusi cildi. Bu cild Azərbaycanın təbiətini, əhalisini, iqlisadiyyatını, tarixini, elmini, incəsənətini və digər mühüm aspektlərini səciyyələndirən nəşrdir. Cildin hazırlanmasında respublikanın aparıcı alimləri, mədəniyyət və dövlət xadimləri iştirak etmişlər. “Azərbaycan” xüsusi cildi 2007-ci ildə xüsusi tərtibatla Almaniyanın "Sigloch" nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr edilib. İlk nəşr funksionallıq və dizayn səviyyəsinə görə adi ensiklopediyadan fərqlənir. Bu nəşrdə Azərbaycan etnosunun təşəkkülü və inkişafı əks olunmuş, başqa ölkələrlə əlaqələrinə diqqət yetirilmiş, təbii və antropogen obyektlər ekoloji prinsip əsasında göstərilib. Ensiklopedik əsərdə Azərbaycan zəngin keçmişə malik, eyni zamanda möhtəşəm gələcəyini özü qurmağa qadir bir dövlət kimi təqdim olunur. Cəmiyyətin mənəvi-mədəni inkişaf tarixinin bir səhifəsi kimi, milli ideologiyanın möhkəmləndirilməsinə xidmət edən elmi əsər rus dilinə tərcümə edilərək rusdilli oxuculara da çatdırılmışdır. == Haqqında == Azərbaycan Milli Ensiklopediyasının (AME) “Azərbaycan” (Azərbaycan və rus dillərində) xüsusi cildi (tirajı 25 min nüsxə olmaqla) kitabxana variantı nəşr edilmiş və təmənnasız olaraq respublikanın nazirlik, komitələrinin və digər təşkilatların kitabxanalarına, tədris müəssisələrinə paylanmışdır. AME-nin abunə variantının “Azərbaycan” cildi 2007-ci ildə nəşr edilib.
Azərbaycan Milli Mərkəzi (Azərbaycan)
Azərbaycan Milli Mərkəzi — Bakıda yaradılıb və fəaliyyət göstərən gizli təşkilat. == Fəaliyyəti == Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin "Azərbaycan Milli Mərkəzinin işi" adı altında apardığı istintaq işinə görə, bu mərkəz sovet hakimiyyətini devirərək, müstəqil Azərbaycan Respublikası qurmaq məqsədilə 1924-cü ildə Bakıda yaradılmışdı. Mərkəzə ziyalılar, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin keçmiş nazirləri və üzvləri, "Müsavat" və "İttihad" partiyalarının nümayəndələri rəhbərlik edirdilər. İstintaqa görə "AMM" gələcək müstəqil Azərbaycan Respublikası üçün iqtisadi baza yaratmaq məqsədilə hakim partiya və dövlətin şüarlarından öz xeyrinə istifadə etməli idi. "AMM" ilk mərhələdə əməli fəaliyyətini sənaye və kənd təsərrüfatının bütün sahələri üzrə milli kapitalın yerləşdirilməsi məsələsinə yönəltmişdi. Sovet hakimiyyətinin özünü məhv edəcəyinə və yenidən doğulacağına olan bütün ümidlərin itdiyi bərpa dövrü başa çatdıqdan sonra mərkəzin fəaliyyət taktikası fəal mübarizəyə və sənayenin birbaşa dağıdılmasına yönəldilmişdi. İstintaq işinə görə "AMM"in fəaliyyətinin ikinci dövrü üsyançı dəstələr yaratmaq, Azərbaycan diviziyasının milli hissələrində hərbi təşkilat yaratmaq və s. yollarla sovet hakimiyyətini devirmək uğrunda silahlı mübarizə dövrüdür. "AMM" sovet hakimiyyətinə qarşı birgə mübarizə aparmaq üçün "Birləşmiş Zaqafqaziya Komitəsi" yaratmış, "Müsavat" və "İttihad" partiyaları ilə birləşmişdi. Dağıstanda sovet hakimiyyətinə qarşı mübarizə aparan təşkilatla və kəndli partiyası ilə də əlaqə yaradılmışdı.
AccessBank (Azərbaycan)
AccessBank — QSC "Azərbaycan Bank Mikromaliyyə" təsis edilmiş və 29 oktyabr 2002-ci ildə fəaliyyətə başlamışdır. 8 sentyabr 2008-ci il tarixində Bank, adını AccessBank olaraq dəyişdirdi. Hazırda bankın Bakı, Abşeron və Azərbaycanın digər bölgələrində 30 filialı var. == Tarix == "Access Bank" QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyətə başlayıb. İlk illər Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) adı ilə tanınıb. 8 sentyabr 2008-ci il tarixindən "AccessBank" adı ilə fəaliyyət göstərir. Hazırda bankın Bakı şəhərində, Abşeronda və regionlarda 30 filialı var. АccessBank-ın missiyası, Azərbaycanda mikro və kiçik sahibkarlara, eləcə də aşağı və orta gəlirli ailələrə maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010–2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb. 2005-ci ildən AccessBank öz xidmətlər sahəsinə əmanət hesablarını da daxil edib.
AccessBank Azərbaycan
AccessBank — QSC "Azərbaycan Bank Mikromaliyyə" təsis edilmiş və 29 oktyabr 2002-ci ildə fəaliyyətə başlamışdır. 8 sentyabr 2008-ci il tarixində Bank, adını AccessBank olaraq dəyişdirdi. Hazırda bankın Bakı, Abşeron və Azərbaycanın digər bölgələrində 30 filialı var. == Tarix == "Access Bank" QSC 29 oktyabr 2002-ci ildə Bakıda fəaliyyətə başlayıb. İlk illər Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) adı ilə tanınıb. 8 sentyabr 2008-ci il tarixindən "AccessBank" adı ilə fəaliyyət göstərir. Hazırda bankın Bakı şəhərində, Abşeronda və regionlarda 30 filialı var. АccessBank-ın missiyası, Azərbaycanda mikro və kiçik sahibkarlara, eləcə də aşağı və orta gəlirli ailələrə maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (sabit proqnozla "BB+" səviyyəsində), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010–2011) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb. 2005-ci ildən AccessBank öz xidmətlər sahəsinə əmanət hesablarını da daxil edib.
Astara (Azərbaycan)
Astara — Azərbaycan Respublikasının rayon tabeliyində olan şəhəri. Astara rayonunun inzibati mərkəzi. 1945-ci ildə rayon tabeli şəhər statusu almışdır. Astara şəhəri Astara çayının sol sahilində yerləşir. Bakıdan 313 km məsafədə yerləşir. Şəhərdən 3 km aralıda Astara dəmiryolu stansiyası yerləşir. == Etimologiya == Astara sözünün etimologiyasına aid bir neçə versiya və tarixi mənbələr var. Talış toponiminə əsasən "osto" (azərb. ahəstə, asta, asan‎), "ru" (azərb. yol‎), yəni "asan yol" deməkdir.[mənbə göstərin] Başqa versiya, asterid (lat.
Ayıdağ (Azərbaycan)
Ayidağ - Füzuli rayonunda Arğı kəndində dağ adı.
Azərbaycan HHQ
Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə — Azərbaycan Silahlı Qüvvələrinin hava və hava hücumundan müdafiə qüvvələri. == Tarixi == Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib.
Azərbaycan Konstitusiyası
Azərbaycan Respublikasının Konstitusiyası — Azərbaycan Respublikasının əsas qanunu. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuşdur. == Tarixi == Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. === Azərbaycan SSR konstitusiyaları === Azərbaycanın birinci Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. 1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra respublikada baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1925, 1927, 1937, 1978 və 1995-ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSR Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi. 1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.
Azərbaycan Kuboku
Azərbaycan Kuboku — Azərbaycan futbol klubları üçün hər il keçirilən müsabiqə. Azərbaycan Kuboku adətən sentyabr ayından maya kimi keçirilir. Azərbaycan Kuboku qalibi Azərbaycanın UEFA klub sıralamasında aldığı yerdən asılı olaraq UEFA Avropa Liqası və ya UEFA Avropa Konfrans Liqasında iştirak hüququ qazanır. == Tarixi == Ölkə kubokunun finalında yalnız 16 klub çıxış edib. == Bütün finallar == "Mövsüm" sütunu turnirin keçirildiyi tarixi bildirir. İki matçdan ibarət final oyunları sıra ilə düzülmüşdür. "Hesab" sütununda göstərilən hesablar final matçı barədə məqaləni əks etdirir.
Azərbaycan LKGİ
Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı (Azərbaycan LKGİ) — Azərbaycan SSR ərazisində fəaliyyət göstərmiş yeganə siyasi gənclik təşkilatı. == Birinci katibləri == Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqına bu qurumun Mərkəzi Komitəsinin aşağıdakı birinci katibləri rəhbərlik etmişdir: Hüseyn Rəhmanov (1923–1925) Rəşid Məcidov (1933–) Hüseyn Nəcəfov (1939–1940) Mütəllib Babayev (1940–) İsmayıl Əskərov (1945–1947) Əli Kərimov (1947–1952) Nazim Hacıyev (1952–1956) Əbdürrəhman Vəzirov (1957–1959) Aydın Məmmədov (1959–1960) Məsud Əlizadə (1960–1966) Elmira Qafarova (1966–1970) Rafiq Əsgərov (1970–1974) Vaqif Hüseynov (1974–1978) Cahangir Müslümzadə (1978–1983) Sahib Ələkbərov (1985–1991) == Sifarişi ilə çəkilmiş filmlər == Gənclər festivalı (film, 1969) Sənin həyat mövqeyin (film, 1979) Anda sədaqət (film, 1980) == İstinadlar == == Əlavə ədəbiyyat == Азәрбајҹан Ленин Комсомолу Ҝәнҹләр Иттифагы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976. С. 159–161.
Azərbaycan MEA
Azərbaycanın Milli Elmlər Akademiyası və ya qısaca: AMEA — Azərbaycan Respublikasında dövlətin təsis etdiyi ali elmi qurum, Respublikanın ali elmi idarəsi. == Tarixi == Azərbaycan elminin, onun intellektual dəyərlərinin milli sərvət kimi qəbul edilməsində Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) mühüm rolu olmuşdur. Bakı Universitetinin yaranması, azərbaycanlı tələbələrin Avropa ali məktəblərinə göndərilməsi milli dilin, mədəniyyətin intişarı bütövlükdə Azərbaycan elminin inkişafına mühüm təsir göstərən amillərdən olmuşdur. 1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar əsasən Azərbaycan Dövlət Universitetində (indiki BDU) mərkəzləşmişdi. 1920–1922-ci illərdə burada humanitar, tibb və təbiət bölmələrindən ibarət elmi assosiasiya təşkil edilmiş və fəaliyyət göstərmişdir. 1925-ci ildə Cəmiyyət Azərbaycan Hökumətinin sərəncamına verildi. 1923–1929-cu illər arasında Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti fəaliyyət göstərmişdi. Həmin cəmiyyətin sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı seçilmişdi. 1929-cu ildə bu cəmiyyət yenidən təşkil edilərək Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırılmışdı. İnstitutun təbiət, biologiya, tarix və etnoqrafiya, dilçilik, ədəbiyyat və incəsənət, fəlsəfə, Sovet Şərqi və xarici Şərq, dövlət və hüquq bölmələri var idi.
Azərbaycan Mambetov
Azərbaycan Mədi oğlu Məmbətov (qazaxca: Әзірбайжан Мәдиұлы Мәмбетов, 2 sentyabr 1932—ci il, Savinka kəndi, Palasov kantonu, Volqa Alman Muxtar Sovet Respublikası, Aşağı Volqa diyarı, Rusiya Sovet Federativ Sosialist Respublikası - 17 noyabr 2009-cu il Astana, Qazaxıstan) — SSRİ, Qazaxıstan kino və teatr rejissoru, pedaqoq, SSRİ xalq artisti (1976), SSRİ Dövlət Mükafatı laureatı (1974), Qazaxıstan Xalq Qəhrəmanı (2000). == Həyatı == Azərbaycan Mədi oğlu Məmbətov 2 sentyabr 1932—ci ildə Savinka kəndi, Palasov qəsəbəsi (hazırda şəhər), Volqa Alman Muxtar Sovet Respublikası, Aşağı Volqa diyarı, Rusiya Sovet Federativ Sosialist Respublikasında (bəzi mənbələrə görə sentyabrın 2-də hazırkı Rusiya Federasiyası, Volqoqrad vilayəti) Palasov şəhərində) anadan olmuşdur. Milliyyətcə qazaxdır. Müharibə zamanı ailə Alma-Ataya köçmüşdür. 1952-ci ildə N.Qoqol adına Alma-Ata Teatr və Rəssamlıq Məktəbinin aktyorluq hissəsini bitirmişdir. Təhsil aldığı müddətdə eyni zamanda Alma-Ata xoreoqrafiya məktəbinin rəqs şöbəsində rəqs etmişdir. Həmçinin təhsil aldığı dövrdə Qazaxıstan SSR Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1957-ci ildə Moskvada Rusiya Teatr Sənəti İnstitutunda rejissorluq şöbəsini bitirmişdir (N.M.Qorçakov və A.A.Qonçarovun tələbəsi olmuşdur). Hələ tələbə ikən, filmlərdə rol almışdır. A.P.Staynın "Şəxsi İş", K.Qoldoninin "İki Ustanın Xidmətçisi" tamaşalarını Atırau və Jambul vilayət dram teatrlarının səhnələrində səhnələşdirmişdir.
Azərbaycan Musiqisi
Azərbaycan musiqisi (az.-əbcəd آذربایجان موسیقی‌سی‎) — Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmışdır. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir. == Klassik musiqi == Azərbaycan klassik musiqisi — klassik musiqinin qollarından biri. XX əsrin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir Azərbaycan peşəkar musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. === Azərbaycan operası === Azərbaycan operası — operanın qollarından biri. 1908-ci il yanvar ayının 12-də ilk milli Azərbaycan operası – Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşası, 1913-cü il oktyabrın 25-də isə ilk milli musiqili komediya "Arşın mal alan" operettasının premyerası oldu. === Azərbaycan baleti === Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub.
Azərbaycan Məmbətov
Azərbaycan Mədi oğlu Məmbətov (qazaxca: Әзірбайжан Мәдиұлы Мәмбетов, 2 sentyabr 1932—ci il, Savinka kəndi, Palasov kantonu, Volqa Alman Muxtar Sovet Respublikası, Aşağı Volqa diyarı, Rusiya Sovet Federativ Sosialist Respublikası - 17 noyabr 2009-cu il Astana, Qazaxıstan) — SSRİ, Qazaxıstan kino və teatr rejissoru, pedaqoq, SSRİ xalq artisti (1976), SSRİ Dövlət Mükafatı laureatı (1974), Qazaxıstan Xalq Qəhrəmanı (2000). == Həyatı == Azərbaycan Mədi oğlu Məmbətov 2 sentyabr 1932—ci ildə Savinka kəndi, Palasov qəsəbəsi (hazırda şəhər), Volqa Alman Muxtar Sovet Respublikası, Aşağı Volqa diyarı, Rusiya Sovet Federativ Sosialist Respublikasında (bəzi mənbələrə görə sentyabrın 2-də hazırkı Rusiya Federasiyası, Volqoqrad vilayəti) Palasov şəhərində) anadan olmuşdur. Milliyyətcə qazaxdır. Müharibə zamanı ailə Alma-Ataya köçmüşdür. 1952-ci ildə N.Qoqol adına Alma-Ata Teatr və Rəssamlıq Məktəbinin aktyorluq hissəsini bitirmişdir. Təhsil aldığı müddətdə eyni zamanda Alma-Ata xoreoqrafiya məktəbinin rəqs şöbəsində rəqs etmişdir. Həmçinin təhsil aldığı dövrdə Qazaxıstan SSR Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1957-ci ildə Moskvada Rusiya Teatr Sənəti İnstitutunda rejissorluq şöbəsini bitirmişdir (N.M.Qorçakov və A.A.Qonçarovun tələbəsi olmuşdur). Hələ tələbə ikən, filmlərdə rol almışdır. A.P.Staynın "Şəxsi İş", K.Qoldoninin "İki Ustanın Xidmətçisi" tamaşalarını Atırau və Jambul vilayət dram teatrlarının səhnələrində səhnələşdirmişdir.
Azərbaycan Ordusu
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.
Azərbaycan Oyunları
Bu səhifədə Azərbaycan oyunlarının siyahısı verilmişdir.
Azərbaycan Rəqsləri
Azərbaycan rəqsləri — özündə qədim və zəngin tarixi daşıyır. Eramızdan 2–3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Bu, araşdırmalar nəticəsində məlum olub. == Azərbaycanda rəqs sənəti == Dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət reqslərlə həyata keçirirdilər. Beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edir. Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki var.
Azərbaycan almanları
Azərbaycan almanları — Azərbaycanda yaşamış alman icmasına verilən ümumi ad. 1817-ci ildə General Yermolov almanların ilk dəstələrinin Azərbaycana yerləşdirilməsi barədə göstəriş vermişdir. Azərbaycana yerləşdirilmiş ilk almanların çoxu Vürtemberq krallığının sakinləri olmuşdular. 1817–1818-ci illərdə Qafqazda təşkil olunmuş 8 alman koloniyasından ikisi Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) və Annenfeld (indiki Şəmkir şəhəri, Şəmkir rayonu) Şimali Azərbaycanda yerləşirdi. Bu koloniyalardan başqa almanlar Georqsfeld (Georgsfeld) (indiki Çinarlı, Şəmkir rayonu), Qrünfeld (Grünfeld) (indiki Həsənsu, Ağstafa rayonu), Ayxenfeld (Eichenfeld) (indiki İrmaşlı, Şəmkir rayonu), Traubenfeld (indiki Tovuz şəhəri, Tovuz rayonu), Yelizavetinka (indiki Ağstafa şəhəri, Ağstafa rayonu) kimi kəndlərdə yaşayırdılar. Qafqaz almanları tərəfindən Tiflis şəhərində nəşr olunan "Kaukasische Post" qəzetinin hər bir nömrəsi yuxarıda göstərilən kənd və şəhərlərə çatdırılırdı. Almanlar Azərbaycanda siyasi və ictimai həyatda daim fəal olmuşdular. Azərbaycan Demokratik Respublikası parlamentinin IX Milli azlıqlar fraksiyası dörd üzvündən biri əslən alman olan Lorens Kun olmuşdur. Lorens Kun 1884-cü ildə Yelenendorf (Helenendorf) (indiki Göygöl şəhəri, Göygöl rayonu) şəhərində anadan olmuş və bir müddət burada fəaliyyət göstərmişdir. 1918-ci ilin 7 dekabr tarixində AXC parlamenti öz işinə başlayanda Lorens Kun da parlamentə qoşulmuşdur.
Azərbaycan animasiyası
Azərbaycan animasiyası == Tarixi == Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə "Azərbaycanfilm" studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il "Lökbatan" və "Neft simfoniyası" (rej. B. Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. "Cat" təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir. Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A. Papov yazdı.
Azərbaycan anlayışı
Azərbaycan — müxtəlif dövrlərdə müxtəlif ərazilər üçün və hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim. == Etimologiya == "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır. Qədim müəlliflər həmçinin Atropatena üçün Kiçik Midiya adını istifadə edirlər. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" (fars. Âzarâbâdagân‎) vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxır. Bu ərazinin sakinləri irandilli midiyalılar idi. Midiya Atropatenası coğrafi olaraq böyük hissəsi Cənubi Azərbaycanı və həmçinin Araz sərhəd olmaqla Azərbaycan Respublikasının cənub-şərqini əhatə edirdi. Ancaq eramızdan əvvəl II əsrin əvvəllərində Atropatenanın siyasi gücü Azərbaycan Respublikasında yerləşən Naxçıvana qədər yayılmışdı.Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir.
Azərbaycan arxeologiyası
Azərbaycan arxeologiyası — Azərbaycan ərazisində qədim daş dövründən başlayaraq Son Orta əsrlərədək böyük bir dövrü əhatə edən arxeoloji abidələr aşkar olunmuş və tədqiq edilmişdir. (Azərbaycanın arxeoloji abidələrinin tədqiqi XIX əsrin 30–50-ci illərində qədim abidələrin qeydə alınması ilə başlanmışdır). İlk vaxtlar arxeoloji abidələr də Azərbaycanda olan rus və alman mənşəli həvəskar araşdırıcılar qazıntılar aparmışlar. Onların əldə etdiyi zəngin maddi-mədəniyyət nümunələri Azərbaycanın arxeoloji abidələrinə və qədim mədəniyyətinə marağın artmasına səbəb olmuşdur. 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan Arxeoloji Komitəsinin təşkil olunmasının milli arxeoloq kadrların yetişdirilməsində mühüm rolu olmuşdur. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi Bakı şəhəri və onun ətrafında arxeoloji abidələrin tədqiqinə başlamışdır. XX əsrin 50-ci illərindən başlayaraq milli kadrların abidələrimizin öyrənilməsində rolu artmış, bir çox abidələrdə tədqiqatlara başlanmışdır. Azərbaycanın arxeoloji abidələrinin öyrənilməsində İ.М.Cəfərzadə, S.М.Qazıyev, D.Şərifov, Ö.Ş.İsmizadə, Q.М.Aslanov, Ə.K.Ələkbərov, İ.H.Nərimanov, O. H. Həbibullayev, R.М.Vahidov, Q.М.Əhmədov, C.Ə.Xəlilov, V.H.Əliyev, М.М.Hüseynov, Q.S.İsmayılzadə, İ.A.Babayev, A.B.Nuriyev, F.R.Мahmudov, H.F.Cəfərov, H.Ciddi, R.B.Göyüşov, F.L.Osmanov, F.М.Мuradova, C.N.Rüstəmov, F.V.Qədirov, Ə.Q.Cəfərov, М.М.Мansurov, Q.Q.Aslanov, F.A.İbrahimov, Q.P.Kəsəmənli, və digər tədqiqatçıların mühüm xidmətləri olmuşdur. Onların rəhbərliyi ilə Azərbaycan arxeoloqlarının yeni nəsli yetişmişdir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan ərazisində insanlar 2 milyon il bundan əvvəl məskunlaşmışlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 1.12
2015 •••••••••••••••• 0.85

Oxşar sözlər

#interfaks-azərbaycan nədir? #interfaks-azərbaycan sözünün mənası #interfaks-azərbaycan nə deməkdir? #interfaks-azərbaycan sözünün izahı #interfaks-azərbaycan sözünün yazılışı #interfaks-azərbaycan necə yazılır? #interfaks-azərbaycan sözünün düzgün yazılışı #interfaks-azərbaycan leksik mənası #interfaks-azərbaycan sözünün sinonimi #interfaks-azərbaycan sözünün yaxın mənalı sözlər #interfaks-azərbaycan sözünün əks mənası #interfaks-azərbaycan sözünün etimologiyası #interfaks-azərbaycan sözünün orfoqrafiyası #interfaks-azərbaycan rusca #interfaks-azərbaycan inglisça #interfaks-azərbaycan fransızca #interfaks-azərbaycan sözünün istifadəsi #sözlük