interferensiyası sözü azərbaycan dilində

interferensiyası

Yazılış

  • interferensiyası • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dalğaların interferensiyası
Dalğaların interferensiyası — fəzanın hər bir nöqtəsində sabit amplitudlu rəqslər yarada bilən dalğaların toplanmasına deyilir. Yalnız koherent dalğalar dayanıqlı interferensiya mənzərəsi yarada bilər. Koherentlik şərtləri — toplanan dalğaların eyni tezlikli olmalı və fazalar fərqı zaman keçdikcə sabit qalmalıdır. Maksimumluq şərti — yollar fərqi tam sayda dalğa uzunluğuna bərabər olan yerlərdə baş verir, Δl=nλ. Minimumluq şərti — yollar fərqi tək sayda yarımdalğa uzunluğuna bərabər olan yerlərdə yaranır, Δl=(2n+1)λ\2. Mexaniki dalğalar — mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır. Elektromaqnit dalğaları — elektromaqnit rəqslərinin fəzada yayılmasıdır. Dalğa uzunluğu — dalğanın bir period ərzində dalğanın yayıldığı məsafədir, λ=v·T=v\ν. Burada v-dalğanın sürəti, T-periodu, ν-tezliyidir. Ölçü vahidi BS-də metrdir, 1m.
İşığın interferensiyası
İşığın interferensiyası-işıqlı və qaranlıq zolaqların əmələ gəlməsinə səbəb olan işıq dəstələrinin toplanması hadisəsinə deyilir. İnterferensiya zamanı iki işıq dəstəsi toplanarkən bir birini gücləndirməklə bərabər həm də zəiflədə bilir. İşıq sellərin bu xassəsi onların dalğa təbiətli olmasını bilavasitə sübut edir. İşıqlı və qaranlıq zolaqların əmələ gəlməsini dalğa təsəvverləri ilə ilk dəfə Yunq izah etmişdir. Yunqun dalğa haqqında fikirlərini Frenel XIX əsrin I yarısında inkişaf etmişdir. === Yunqun nəticələri === Yunq apardığı təcrübələrdən aşağıdakı iki qanunu kəşf etmişdir. Yollar fərqi ( △ {\displaystyle \vartriangle } ) cüt sayda dalğa uzunluğuna ( λ {\displaystyle \lambda } ) bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum gücləndirir. △ = ± k λ {\displaystyle \vartriangle =\pm k\lambda } burada k-tam ədəddir. Yollar fərqi ( △ {\displaystyle \vartriangle } ) tək sayda dalğa uzunluğuna ( λ {\displaystyle \lambda } ) bərabər olduqda eyni periodlu dalğalar bir birini maksimum zəiflədir. △ = ± ( 2 k + 1 ) λ 2 {\displaystyle \vartriangle =\pm (2k+1){\frac {\lambda }{2}}} Yalnız eyni fazada və ya sabit fazalar fərqi ilə rəqs edən mənbələr-koherent mənbələr müəyyən qaydada yerləşən interferensiya zolaqlarını verir.

Oxşar sözlər

#interferensiyası nədir? #interferensiyası sözünün mənası #interferensiyası nə deməkdir? #interferensiyası sözünün izahı #interferensiyası sözünün yazılışı #interferensiyası necə yazılır? #interferensiyası sözünün düzgün yazılışı #interferensiyası leksik mənası #interferensiyası sözünün sinonimi #interferensiyası sözünün yaxın mənalı sözlər #interferensiyası sözünün əks mənası #interferensiyası sözünün etimologiyası #interferensiyası sözünün orfoqrafiyası #interferensiyası rusca #interferensiyası inglisça #interferensiyası fransızca #interferensiyası sözünün istifadəsi #sözlük