interfeysi sözü azərbaycan dilində

interfeysi

Yazılış

  • interfeysi • 94.7674%
  • İnterfeysi • 4.0698%
  • İNTERFEYSİ • 1.1628%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Oyun interfeysi
Oyun interfeysi və ya "heads-up-display" (head-up – başı əymədən baxmaq, display — indikasiya), həmçinin sadəcə HUD — videooyunun istifadəçi interfeysinin bir hissəsi kimi vizual vasitələrlə oyunçuya məlumat ötürmə üsulu. Adını müasir təyyarələrdə istifadə olunan baş üstü displeylərdən almışdır. "HUD" həmçinin bir çox məlumatın, o cümlədən qəhrəmanın sağlamlığı, obyektlər və oyunda irəliləyişin (məsələn, xal və ya səviyyə) göstərilməsinin bir hissəsidir.
İstifadəçi interfeysi
İstifadəçi interfeysi (ing. user interface) —İsifadəçi interfeysi proqramın qrafik tərtibatıdır. İnsanlar və kompüterlər arasında əlaqə yaradır. UI dizayneri istifadəçi məmnunluğuna diqqət yetirməlidir. Müştərilərin ehtiyaclarını və fərqində olmasalar belə daha asan istifadə edə biləcəkləri dizaynları araşdırmaq, tapmaq və uyğunlaşdırmaq istifadəçi interfeysi dizayneri olan UI dizayn mütəxəssisinin məsuliyyəti olmalıdır. Sektordakı rəqiblərdən başlamaq və daha əvvəl görülən işləri araşdırmaq burada ən əsas başlanğıc nöqtəsidir. UI dizaynerləri proqramın istifadəçi interfeysinin görünüşünü və hissini yaradırlar. İstifadəçi interfeysi əsasən iki formada olur. Daxiletmə. İstifadəçiyə sistem üzərində işləmək imkanı verir.Xaricetmə.
Beyin-kompüter interfeysi
Beyin-kompüter interfeysi və ya zehin-texnika interfeysi və ya beyin-texnika interfeysi beyin ilə xarici bir cihaz arasındakı birbaşa əlaqə yoludur. Beyin-kompüter interfeysi əsasən insanın idraki və ya duyğu ilə əlaqədar olan motor funksiyalarına kömək etmək və ya onları təmir etmək məqsədilə istifadə olunur. Beyin-kompüter interfeysi sahəsində tədqiqatlar ilk dəfə 1970-ci illərdə NSA və DARPA köməyi ilə Kaliforniya Universitetində başladı. Beyin-kompüter interfeysi ifadəsi bu tədqiqatlardan sonra çap olunmuş məqalələrdə ilk dəfə istifadə edilmiş və beləliklə, elmi ədəbiyyata daxil olmuşdur. Beyin-kompüter interfeysi tədqiqatları daha çox eşitmə, görmə və hərəkət qabiliyyəti kimi duyğuları bərpa etmək məqsədilə neyroprotez tədqiqatlar sahəsinə cəlb edilmişdir.
Qrafik istifadəçi interfeysi
Qrafik istifadəçi interfeysi (ing. Graphical User Interface; GUI) — istifadəçi interfeysinin bir növüdür. Bu interfeysdə istifadəçiyə displeyin ekranında təqdim olunan interfeys elementləri (menyu, düymələr, simgələr, siyahılar və s.) qrafik görüntülər şəklində olur. Komanda sətri interfeysindən (COMMAND-LINE INTERFACE) fərqli olaraq, GUI-də istifadəçi ekranda görünən bütün obyektlərə (interfeys elementlərinə) giriş qurğuları (klaviatura, siçan, coystik və s.) vasitəsilə ixtiyari qaydada erişə və onlarla birbaşa manipulyasiya edə bilir. Hazırda GUI mövcud əməliyyat sistemlərinin və tətbiqi proqramların əksəriyyətində tətbiq olunur. Məsələn, Mac OS, GEM, Atari TOS, Microsoft Windows, Solaris, GNU/Linux, NeXTSTEP, OS/2, BeOS, Android, iOS, Bada, MeeGo kimi sistemlər qrafik istifadəçi interfeysinə əsaslanır. Tətbiqi proqram gəlişdiricilərinə GUI-interfeyslər elə mühit verir ki, kompüterlə qarşılıqlı əlaqəni həmin mühit öz üzərinə götürür. Bunun da sayəsində gəlişdirici ekrana çıxarmağın və klaviatura, yaxud siçanla daxil etməyin detallarına varmadan fikrini proqramın işlənib hazırlanmasına cəmləşdirə bilər. Bundan başqa, proqramçılar tez-tez rastlaşılan məsələləri (məsələn, verilənlər faylının saxlanması) həmişə eyni qaydada emal edən proqramlar yaratmaq imkanı əldə edirlər, çünki interfeys pəncərələr və dialoqlar şəklində olan standart nəzarət mexanizmlərini nəzərdə tutur. GUI-interfeysin başqa üstünlüyü ondan ibarətdir ki, onun üçün yazılmış tətbiqi proqramlar qurğulardan asılı olmur: interfeysə yeni giriş və çıxış qurğularının (məsələn, böyük ekranlı monitor və ya optik yaddasaxlama qurğusu) dəstəklənməsi əlavə edilirsə, tətbiqi proqram heç bir dəyişiklik olmadan bu qurğulardan istifadə edə bilər.
Qrafiki istifadəçi interfeysi

Tətbiqi proqramlaşdırma interfeysi
Tətbiqi proqramlaşdırma interfeysi (ing. application programming interface, API) - kompüterin əməliyyat sistemi vasitəsilə həyata keçirilən aşağı dərəcəli servis funksiyalarını tələb edən və yerinə yetirən proqramlar toplusu. Tətbiqi proqram iki növ məsələləri yerinə yetirir: birincisi, aparılan işlərlə bağlı olan məsələləri, məsələn, sənədə və ya elektron cədvələ daxil edilən mətnin, yaxud ədədlərin emalını; ikincisi, müşayiət sahəsinə aid məsələləri: məsələn, faylların idarə olunmasını və informasiyanın ekrana çıxarılmasını. Müşayiətlə bağlı bu işləri kompüterin əməliyyat sistemi yerinə yetirir, API isə tətbiqi proqramların əməliyyat sistemi ilə qarşılıqlı əlaqəsini təmin edir: bu interfeys sistem səviyyəli hansı məsələni və nə vaxt yerinə yetirməyi əməliyyat sisteminə göstərməyə imkan verir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kiçik kompüter sistemləri interfeysi
Kiçik kompüter sistemləri interfeysi (SCSI, Small Computer System Interface) – Amerika Milli Standartlar İnstitutunun (American National Standarts Institute, ANSI) X3T9.2 komitəsinin müəyyənləşdirdiyi yüksəksürətli paralel interfeys standartı. SCSI interfeysindən kompüteri periferiya qurğuları ilə (məsələn, sərt diskləri və printerləri), eləcə də lokal şəbəkədə başqa kompüterlə əlaqələndirmək üçün istifadə olunur. SCSI interfeysi ilə kompüterə 6 periferiya qurğusu, o cümlədən sərt disklər, CD-ROM disksürənləri, skanerlər, əlavə sərt disklər və əlavə CD-ROM disksürənləri qoşmaq olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.58 dəfə / 1 mln.
2008 •••••• 0.49
2009 •••••• 0.48
2010 •••• 0.27
2011 •••••• 0.43
2012 ••••••••••••• 1.03
2013 •••••• 0.44
2014 ••••• 0.34
2015 •••••••••••••••••••• 1.70
2016 ••••••••••••• 1.04
2017 •••••••• 0.65
2018 •••••••••••••••••• 1.50
2019 ••••••••• 0.70

"interfeysi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#interfeysi nədir? #interfeysi sözünün mənası #interfeysi nə deməkdir? #interfeysi sözünün izahı #interfeysi sözünün yazılışı #interfeysi necə yazılır? #interfeysi sözünün düzgün yazılışı #interfeysi leksik mənası #interfeysi sözünün sinonimi #interfeysi sözünün yaxın mənalı sözlər #interfeysi sözünün əks mənası #interfeysi sözünün etimologiyası #interfeysi sözünün orfoqrafiyası #interfeysi rusca #interfeysi inglisça #interfeysi fransızca #interfeysi sözünün istifadəsi #sözlük