* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [lat. inter – …arasında və ing. net – şəbəkə] Bütün dünyada milyonlarla kompyuter vahid informasiya sisteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompyuter şəbəkəsi. İnternet səhifələrində yer alan materiallar. İnternetə qoşulmaq. İnternet vasitəsilə məktublaşmaq.
Azərbaycan dilinin izahlı lüğəti / internet2 is. [ing. internet "şəbəkəarası"] infor. İnformasiyanın saxlanılması və ötürülməsi məqsədilə birləşdirilmiş kompüter şəbəkələrinin ümumdünya sistemi. □ İnternet provayderi [ing. internet service provider (ISP) "internet-xidmət təminedicisi"] – internetlə əlaqəni və bununla bağlı xidmətləri yerinə yetirən təşkilat; internet televiziyasi – istənilən qurğudan (televizor, kompüter, smartfon, planşet kompüteri) istifadə edərək internetə qoşulmaqla çoxkanallı televiziyaya və filmlərə baxmaq imkanı. İnteraktiv, kabel və ən yeni olan internet televiziyası plüralizm yaradır, seyrçiyə seçmək imkanı verir. (Elçin Əlibəyli) "Televiziya nəzəriyyəsinin əsasları"
Yeni sözlər və yeni mənalar lüğəti / internet3 lat. internus – daxili; inter – arasında və ing. net – şəbəkə 1) hökumət təsisatları, universitetlər, şirkətlər və multimedia formasında (mətndən tutmuş videotəsvirə və səslərə kimi) elektron xidmətləri təklif edən digər təşkilatları – çoxsaylı şəbəkələri birləşdirən nəhəng ümumdünya elektron şəbəkəsi; 2) kompyüter rabitə kanalı; 3) tutumlu ixtisaslaşmış informasiya serverlərinə çıxışı mümkün edən və elektron poçtu təmin edən qlobal kompyüter şəbəkəsi; 4) bütün dünyada milyonlarla kompyüteri vahid informasiya sisiteminə birləşdirilən, elmi bilgilərin, işgüzar, əyləncəli və b. məlumatların azad mübadiləsi üçün ən geniş imkanlara malik olan qlobal kompyüter şəbəkəsi. Məsələn, internet səhifələrində yer alan materiallar, internetə qoşulmaq, internet vasitəsilə məktublaşmaq.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / internet1 сущ. интернет (объединение транснациональных компьютерных сетей). İnternet saytları сайты интернета
Azərbaycanca-rusca lüğət / internet1 [lat. inter-arasında və ing. net-şəbəkə] интернет (вири дуьньядин миллионралди компьютеррин тек информациядин системдихъ галай, жуьреба-жуьре малуматар, чирвилер къачун, сад-садахъ галаз авсият хуьн ва мс. макьсадар патал акьалтӀай чӀехи имканар авай компьютердин сеть).
Azərbaycanca-ləzgicə lüğəti / internet