investisi sözü azərbaycan dilində

investisi

Yazılış

  • investisi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə infrastrukturlar tikir. Şirkətin internet saytına əsasən Akkord 1,7 milyard ABŞ dolları həcmində tikinti layihələrini həyata keçirib. Hal-hazırda (iyul 2013-cü il) layihələrin həcmi 1,9 milyard ABŞ dolları təşkil edir. == Şirkətlər == Akkord Azərbaycanda 39 zavoda malikdir və onların fəaliyyəti ilə məşğuldur. Akkord həmçinin Frankfurtda, Almaniyada da ofisə malikdir. Qazax Sement ZavoduAzərbaycan Beynəlxalq Bankı(ABB) Azərbaycanın Qazax regionunda yeləşmiş zavodun tikintisini maliyyələşdirmişdir. Zavodun tikintisi 2013-cü ildə başa çatmışdır. Zavod Azəbaycandakı ikinci sement zavodudur. Hydraulic Mechanisms Company MMC Akkord Prefabrik MMC Akkord Nəqliyyat MMC Körpü Tunel Tikinti MMC Property İnvestments MMC Deutsche Fassaden Technologien MMC Akkord Tekstil MMC Akkord Asfalt MMC Akkord Kərpic MMC Akkord Mərmər Qranit MMC Akkord Beton MMC Accopen MMC Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi MMC Akkord Hydrotechnical Construction Company MMC Akkord Steel Construction Company MMC Akkord Mingəçevir Metal Konstruksiya Zavodu Akkord Xırdalan Metal Konstruksiya Zavodu Akkord Boya Zavodu Akkord Qum & Çınqıl Karxanası Akkord Gülbaxt Daş Karxanası == Əsas rəhbərlər == 30 yanvar 2017-ci il tarixindən etibarən şirkətə Hikmat Garibov rəhbərlik edir.
Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC Tikinti işlərini yerinə yetirən və tikinti məhsulları istehsal edən Azərbaycan şirkətidir. Şirkət Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə infrastrukturlar tikir. Şirkətin internet saytına əsasən Akkord 1,7 milyard ABŞ dolları həcmində tikinti layihələrini həyata keçirib. Hal-hazırda (iyul 2013-cü il) layihələrin həcmi 1,9 milyard ABŞ dolları təşkil edir. == Şirkətlər == Akkord Azərbaycanda 39 zavoda malikdir və onların fəaliyyəti ilə məşğuldur. Akkord həmçinin Frankfurtda, Almaniyada da ofisə malikdir. Qazax Sement ZavoduAzərbaycan Beynəlxalq Bankı(ABB) Azərbaycanın Qazax regionunda yeləşmiş zavodun tikintisini maliyyələşdirmişdir. Zavodun tikintisi 2013-cü ildə başa çatmışdır. Zavod Azəbaycandakı ikinci sement zavodudur. Hydraulic Mechanisms Company MMC Akkord Prefabrik MMC Akkord Nəqliyyat MMC Körpü Tunel Tikinti MMC Property İnvestments MMC Deutsche Fassaden Technologien MMC Akkord Tekstil MMC Akkord Asfalt MMC Akkord Kərpic MMC Akkord Mərmər Qranit MMC Akkord Beton MMC Accopen MMC Akkord Mənzil Kommunal Təsərrüfat Birliyi MMC Akkord Hydrotechnical Construction Company MMC Akkord Steel Construction Company MMC Akkord Mingəçevir Metal Konstruksiya Zavodu Akkord Xırdalan Metal Konstruksiya Zavodu Akkord Boya Zavodu Akkord Qum & Çınqıl Karxanası Akkord Gülbaxt Daş Karxanası == Əsas rəhbərlər == 30 yanvar 2017-ci il tarixindən etibarən şirkətə Hikmat Garibov rəhbərlik edir.
Asiya İnfrastruktur İnvestisiya Bankı
Asiya İnfrastruktur İnvestisiya Bankı (ing. Asian Infrastructure Investment Bank) — Çin hökumətinin təşəbbüsü ilə yaradılmış beynəlxalq maliyyə institutu. Mənzil-qərargahı Çin Xalq Respublikasının Pekin şəhərində yerləşir. == Tarixi == Bankın yaradılması ilə bağlı ilk sənəd 24 oktyabr 2014-cü ildə imzalanmışdır. Həmin gün Asiya qitəsinin 21 ölkəsi bu nəhəng investisiya bankının yaradılması məqsədilə memorandum imzalayıblar. == "Maddələr Sazişi" == Bankın əsas təsis sənədi olan "Maddələr Sazişi"dir.2015-ci ilin 27-28 aprel tarixlərində Pekin şəhərində və 20-22 may tarixlərində Sinqapurda gələcək təsisçi üzvlərinin nümayəndələrinin müvafiq olaraq keçirilmiş 4-cü və 5-ci iclaslarında yekdilliklə razılaşdırılmış "Maddələr Sazişi"i 29 iyun 2015-ci il tarixində Pekində təsisçi üzv statusuna malik olan 57 ölkədən 50-si tərəfindən imzalanmışdır. == Nizamnamə kapitalı == Əsasən Asiya regionunda infrastrukturun inkişaf etdirilməsini dəstəkləyəcək bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bunun da təxminən 75 faizini Asiya ölkələri təmin edəcəkdir. Ölkələrin payı onların iqtisadiyyatının həcminə uyğun müəyyən edilir. Bankın səhmdarları bunlardır: Çin - 26,06%; Hindistan - 7,5%; Rusiya - 5,92%; Azərbaycan - 0,25% (245,1 mln.
Avropa İnvestisiya Bankı
Avropa İnvestisiya Bankı — maliyyə qurumu olaraq 1958-ci ildə Roma Anlaşması ilə Birliyin hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı maliyyələşdirmək məqsədilə qurulmuşdur. Avropa İnvestisiya Bankı hüquqi və maliyyə muxtariyyətinə sahibdir. Bankın üzvləri Avropa Birliyi üzvü olan dövlətlərdir. Bankın mərkəzi Lüksemburqdadır. AİB 1994-cü ildə 19,9 milyard ECU həcmində kredit vermiş, beləliklə öndə gələn beynəlxalq maliyyə qurumları arasındakı yerini qüvvətləndirmişdir. AİB-in ən əsas hədəfi Avropa Birliyinin taraz inkişafına kömək etməkdir. Bununla yanaşı Transavropa nəqliyyat və telekommunikasiya sahələrinin inkişafına, ətrafın qorunmasına, enerji mənbələrinin davamlılığının təmin olunmasına və sənayə və kiçik şirkətlərin rəqabət gücünün beynəlxalq aləmdə artırılmasına yönəlmiş layihələri maliyyə ilə təmin edir. Bank Avropa Birliyi xaricində də birliyin üzvü olmayan ölkələrə yönəlmiş əməkdaşlıq siyasətinin həyata keçirilməsinə kömək edir. Afrika, Karib ölkələri və Sakit okean ölkələrində, Aralıq dənizi hövzəsində, Orta və Şərqi Avropada, Latın Amerikasında və Asiyada fəaliyyət göstərir. Avropa İnvestisiya Bankı mənbələrinin böyük bir hissəsini sərmayə bazarlarından borc alır.
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi
Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO Azərbaycanda qeyri-neft sektorunun inkişafı, həmçinin istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbəri tərəfindən qarsıya qoyulmuş bir sıra hədəflərə nail olmaq məqsədilə xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil edən, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandıran və yerli şirkətlərlə əlaqələndirən, eləcə də Azərbaycanın investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” funksiyası əsasında xidmət göstərən və dəstək verən publik hüquqi şəxsdir. == Fəaliyyəti == Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun Nizamnaməsi təsdiq olunmuşdur.AZPROMO İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvüdür və Mərkəzi Asiya üzrə bölgə direktoru statusuna malikdir. === Fəaliyyət istiqamətləri: === Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: ixracın və investisiyaların təşviqi üzrə dövlət siyasətinin formalaşdırılmasında və normativ hüquqi bazanın inkişafında iştirak etmək; ixracın və investisiyaların təşviqi üzrə ixracatçılar və investorlar üçün davamlı əlverişli mühitin yaradılması proseslərində iştirak etmək; ixracın və investisiyaların təşviqi üzrə proqram və layihələrin, dövlət dəstək mexanizmlərinin həyata keçirilməsində iştirak etmək və dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin bu sahə üzrə fəaliyyətini əlaqələndirmək; ixracatçıların və investorların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlər görmək; ixracatçıların ixrac potensialının gücləndirilməsini, onların və investorların maarifləndirilməsini təmin etmək; ixracın və investisiyaların təşviqi sahəsində beynəlxalq təcrübənin araşdırılmasını, öyrənilməsini və respublika ərazisində tətbiqini təmin etmək; Nizamnamədə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. === Agentliyin vəzifələri === Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO Nizamnaməsi ilə müəyyən edilmiş istiqamətlərdə aşağıdakı fəaliyyəti həyata keçirir: ixrac və investisiya mühitinin yaxşılaşdırılması və investisiyanın təşviqi məqsədilə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində, qeyri-neft məhsullarının və qeyri-neft sektorunda həyata keçirilən işlərin (xidmətlərin) ixracının təşviqi və investisiyaların cəlb edilməsi ilə bağlı dövlət siyasətinin, habelə dövlətin dəstək proqramlarının və mexanizmlərinin həyata keçirilməsində iştirak etmək; ixracın və investisiyaların təşviqi sahəsində göstərdiyi xidmətlərin operativlik, şəffaflıq, rahatlıq, nəzakətlilik və məsuliyyətlilik prinsipləri əsasında həyata keçirilməsini təmin etmək; ixracın və investisiyaların təşviqi sahəsində dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətini əlaqələndirmək; ixracatçıların və investorların hüquqlarının, qanuni maraqlarının qorunması və problemlərinin çevik həlli istiqamətində fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görmək; ixracatçılar və investorlar arasında sorğular keçirmək, onların problemlərini araşdırmaq, ixrac və investisiya mühitinin təkmilləşdirilməsi və beynəlxalq reytinqlərdə respublikanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək; qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi, dövlət əmlakının özəlləşdirilməsi prosesinə investorların təşviq edilməsi üçün tədbirlərin həyata keçirilməsini təmin etmək; qeyri-neft ixracına dair aylıq statistikanı dərc etmək; investisiya fəaliyyəti üzrə dövlət-özəl tərəfdaşlığı sisteminin inkişafı və təşviqi üçün tədbirlər həyata keçirmək; ixracatçılara və investorlara göstərilən elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək; öz fəaliyyəti haqqında ixracatçıların, investorların, o cümlədən digər fiziki və hüquqi şəxslərin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək; Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək; Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək; Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək; qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, ixrac və investisiya sahəsində elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək; Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək; ixrac və investisiya sahəsində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək; Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. === Müşahidə Şurası === Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və icraçı direktordur. Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura onun sədri də daxil olmaqla 7 (yeddi) üzvdən: Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavinindən, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavinindən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinindən, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarətdir. Müşahidə Şurası ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir və qərar qəbul etməkdə müstəqildir. === İcraçı direktor === Agentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad olunan icraçı direktor həyata keçirir.
Azərbaycan İnvestisiya Holdinqi
Azərbaycan İnvestisiya Holdinqi — Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədi ilə yaradılmış holdinq. 2020-ci il avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərmanına əsasən təşkil olunmuşdur. == Tarixi == "Azərbaycan İnvestisiya Holdinqi" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı fərmanla təşkil olunmuşdur. Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs kimi yaradılıb. “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqi - onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.“Azərbaycan İnvestisiya Holdinqi”nin nizamnamə fondu 10 milyon manatdır.Prezident İlham Əliyev 2021-ci il fevralın 12-də verdiyi sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsini təsdiqləyib.2021-ci il aprelin 27-də Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında 5 noyabr 2020-ci il tarixli fərmanına dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti“, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Baktelecom”), holdinqin idarəetməsindən çıxarılıb. === Rəhbərlik === Prezidentin fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin (AİH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılmışdır.Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 (beş) üzvdən – Şuranın sədrindən və digər üzvlərdən ibarətdir.Müşahidə Şurasının sədri: Azərbaycan Respublikasının Baş NaziriMüşahidə Şurasının üzvləri: Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Azərbaycan Respublikasının Maliyyə naziri.İdarə Heyəti 5 (beş) üzvdən – İdarə Heyətinin sədrindən və digər üzvlərdən ibarətdir: İdarə Heyətinin sədri - Mətin Eynullayev İdarə Heyətinin üzvləri: Elnur Əliyev Azər Mursaqulov Ruslan Əlixanov (Baş icraçı direktor). == Tərkibi == Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə bir sıra dövlət şirkətləri və müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri daxil edilmişdir: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti “AzerGold" Qapalı Səhmdar Cəmiyyəti Azərsığorta “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti.
Azərbaycan İnvestisiya Şirkəti
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) — Azərbaycanda investisiya fəaliyyətinin məqsədini, əsasən, ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsini təşkil edir. Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçib. == Tarixi == Şirkət Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli 1395 nömrəli "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" Sərəncamı ilə yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli 288 nömrəli “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanı ilə regionlarda sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə həvalə edilmişdir.Eyni zamanda 2007-ci ildə AİŞ, İslam İnkişaf Bankı (İDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD), Küveytin “Saham Holdinq” investisiya fondu və Yəmənin “Al-Ahmar Group” şirkəti tərəfindən Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verilməsi məqsədi ilə “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC (XBİŞ) yaradılmışdır. XBİŞ iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı (istixanalar, bağlar, kənd təsərrüfatı məhsullarının emalı və s.) sahəsində həyata keçirilən layihələrə investisiya yatırmışdır.Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə sənaye məhəllələrinin təşkili və idarə edilməsi AİŞ-ə həvalə edilmişdi.Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli müvafiq Fərmanlarına əsasən Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib. == Prinsipləri == Azərbaycan İnvestisiya Şirkəti"nin Nizamnaməsinə əsasən prinsipləri aşağıdakılardır: Kommersiya səmərəliliyi; Şirkətin investisiya qoyuluşu üçün müəyyən edilmiş məqsədlərə uyğunluğu; İnvestisiya obyekti tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin yüksək əlavə dəyərinin təmin olunması; İstehsal olunacaq məhsulların (malların və xidmətlərin) rəqabətədavamlı olması; Obyektin fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin edən və həmin fəaliyyət sahəsində kifayət qədər təcrübəyə malik olan strateji investorun (investorlar qrupunun) olması; Maliyyə (mühasibat) hesabatlarının Beynəlxalq Standartlara uyğun aparılması və ya onların tətbiqi; Maliyyə (mühasibat) hesabatlarının kənar auditor tərəfindən yoxlanılması; İnvestorların, səhmdarların və digər maraqlı şəxslərin hüquqlarının müdafiəsini təmin edən korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi; AİŞ-in minoritar paya (30%-dək) sahib olması; AİŞ-in Müşahidə Şurasında iştirakı (Direktorlar Şurası). == İnvestisiya yatırılmış layihələr == === Cari === Səba ASC Milk-Pro MMC Diamed Co Azərsun İstehsalat və Logistika Mərkəzi MMC Bakı Gəmiqayırma Zavodu MMC Xəzər Beynəlxalq İnvestisiya Şirkəti QSC “Balacans Agro Food” MMC === Tamamlanmış === Ağstafa Aqrar Sənaye Kompleksi Azərbaycan Duz İstehsalat Birliyi QSC AzərToxum MMC Holcim Azərbaycan ASC Sanqaçal Terminal QSC == Sənaye məhəllələri == 2015-2021-ci illərdə AİŞ-in tabeliyində 4 sənaye məhəlləsi fəaliyyət göstərmişdir. Sənaye məhəlləsi - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazi. Bu istiqamətdə AİŞ-in başlıca fəaliyyəti sənaye məhəllələrində sənaye istehsalının və müvafiq xidmət sahələrinin təşkili üçün zəruri infrastrukturu və biznes şəraitini yaratmaq, sənaye məhəllələrinin sənayeləşmə siyasətinin icrasında əsas vasitələrdən birinə çevirməkdir. === Neftçala Sənaye Məhəlləsi === Neftçala Sənaye Məhəlləsi İlham Əliyevin 2 fevral 2015-ci il tarixli 1011 nömrəli sərəncamı ilə yaradılmışdır.
Azərbaycan İnvestisiya Şirkəti ASC
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) — Azərbaycanda investisiya fəaliyyətinin məqsədini, əsasən, ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsini təşkil edir. Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçib. == Tarixi == Şirkət Azərbaycan Respublikası Prezidentinin 30 mart 2006-cı il tarixli 1395 nömrəli "İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında" Sərəncamı ilə yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2014-cü il tarixli 288 nömrəli “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanı ilə regionlarda sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə həvalə edilmişdir.Eyni zamanda 2007-ci ildə AİŞ, İslam İnkişaf Bankı (İDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (İCD), Küveytin “Saham Holdinq” investisiya fondu və Yəmənin “Al-Ahmar Group” şirkəti tərəfindən Azərbaycanın qeyri-neft sektorunun inkişafına töhfə verilməsi məqsədi ilə “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC (XBİŞ) yaradılmışdır. XBİŞ iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı (istixanalar, bağlar, kənd təsərrüfatı məhsullarının emalı və s.) sahəsində həyata keçirilən layihələrə investisiya yatırmışdır.Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə sənaye məhəllələrinin təşkili və idarə edilməsi AİŞ-ə həvalə edilmişdi.Azərbaycan Respublikası Prezidentinin 22 yanvar 2021-ci il tarixli müvafiq Fərmanlarına əsasən Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib. == Prinsipləri == Azərbaycan İnvestisiya Şirkəti"nin Nizamnaməsinə əsasən prinsipləri aşağıdakılardır: Kommersiya səmərəliliyi; Şirkətin investisiya qoyuluşu üçün müəyyən edilmiş məqsədlərə uyğunluğu; İnvestisiya obyekti tərəfindən istehsal olunan malların və göstərilən xidmətlərin yüksək əlavə dəyərinin təmin olunması; İstehsal olunacaq məhsulların (malların və xidmətlərin) rəqabətədavamlı olması; Obyektin fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin edən və həmin fəaliyyət sahəsində kifayət qədər təcrübəyə malik olan strateji investorun (investorlar qrupunun) olması; Maliyyə (mühasibat) hesabatlarının Beynəlxalq Standartlara uyğun aparılması və ya onların tətbiqi; Maliyyə (mühasibat) hesabatlarının kənar auditor tərəfindən yoxlanılması; İnvestorların, səhmdarların və digər maraqlı şəxslərin hüquqlarının müdafiəsini təmin edən korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsi; AİŞ-in minoritar paya (30%-dək) sahib olması; AİŞ-in Müşahidə Şurasında iştirakı (Direktorlar Şurası). == İnvestisiya yatırılmış layihələr == === Cari === Səba ASC Milk-Pro MMC Diamed Co Azərsun İstehsalat və Logistika Mərkəzi MMC Bakı Gəmiqayırma Zavodu MMC Xəzər Beynəlxalq İnvestisiya Şirkəti QSC “Balacans Agro Food” MMC === Tamamlanmış === Ağstafa Aqrar Sənaye Kompleksi Azərbaycan Duz İstehsalat Birliyi QSC AzərToxum MMC Holcim Azərbaycan ASC Sanqaçal Terminal QSC == Sənaye məhəllələri == 2015-2021-ci illərdə AİŞ-in tabeliyində 4 sənaye məhəlləsi fəaliyyət göstərmişdir. Sənaye məhəlləsi - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazi. Bu istiqamətdə AİŞ-in başlıca fəaliyyəti sənaye məhəllələrində sənaye istehsalının və müvafiq xidmət sahələrinin təşkili üçün zəruri infrastrukturu və biznes şəraitini yaratmaq, sənaye məhəllələrinin sənayeləşmə siyasətinin icrasında əsas vasitələrdən birinə çevirməkdir. === Neftçala Sənaye Məhəlləsi === Neftçala Sənaye Məhəlləsi İlham Əliyevin 2 fevral 2015-ci il tarixli 1011 nömrəli sərəncamı ilə yaradılmışdır.
Birbaşa xarici investisiya
Birbaşa xarici investisiya ya da birbaşa xarici sərmayə qoyuluşu (İngiliscə: Foreign direct investment), portfel investisiyalarından başqa, bir və ya birdən artıq beynəlxalq investorun hamısına sahib olaraq və ya yerli bir və ya bir neçə firma ilə müştərək halda qoyula bilinən mənbələrin bir başqa ölkəyə daşınmasıdır.Birbaşa xarici investisiyalar transmilli şirkətlər vasitəsilə reallaşmaqdadır. Çoxmillətli şirkətlərin digər dövlətlərdə investisiya qoymasını səbəbi, investisiyanın öz ölkələrinə görə daha gəlirli olmasıdır. Ancaq bu investisiya qərarında sadəcə gəlirlilik deyil, investisiya riski də nəzərə alınır. Bu risklər investisiyanın qoyulacağı ölkəyə və zamana bağlı olaraq dəyişməklə bərabər, iqtisadi və siyasi formada da ola bilər.
Portfel investisiyaları
Portfel investisiyaları — qiymətli kağızlar portfeli şəklində formalaşan qiymətli kağızlara investisiyalar. Portfel investisiyaları şirkətin səhmləri, istiqrazları kimi qiymətli kağızlara passiv sahibliyi ifadə edir və investorun qiymətli kağızları buraxan müəssisənin operativ idarə edilməsində iştirakını təmin etmir. == Səbəbləri və müasir xüsusiyyətləri == Yüzilliklər ərzində qiymətli kağızlarla ticarət müstəsna olaraq daxili iqtisadi fenomen hesab edilirdi. Belə ki, qiymətli kağızın emitenti və investoru bir ölkədə yerləşirdi. Hökumətlər, özəl müəssisələr qiymətli kağızları çoxdan buraxmağa başlasalar da onlar xarici investorların diqqətini nisbətən yaxın zamanlarda cəlb ediblər. 1990-cı illərin əvvəllərindən etibarən beynəlxalq portfel investisiyalarının görünməmiş artımı qeydə alınmağa balşanmışdır. Əgər 1990-cı ilin sonuna qiymətli kağızlarla beynəlxalq əməliyyatlar ən inkişaf etmiş ölkələrin ÜDM-nin 10%-nə bərabər idisə 1990-cı illərin ortalarına bu əməliyyatların həcmi artıq qeyd olunan ölkələrin ÜDM-nə nisbətən 100%-lik səviyyəni keçmişdi.Portfel investisiyaları əsasən özəl sahibkarlığa əsaslanır, lakin dövlətlər də tez-tez xarici qiymətli kağızları əldə edirlər. Portfel investisiyalarının səbəbləri ümumilikdə birbaşa xarici investisiyaları doğuran səbəblərə yaxındır. Lakin burada bir əsas fərqli cəhət xatırladılmalıdır ki, portfel investisiyasının həyata keçirilməsi nəticəsində investor müəssisə üzərində nəzarət hüququnu əldə edə bilmir. Bununla yanaşı, portfel investisiyalarının likvidliyi, yəni qiymətli kağızların daha sürətlə nağd valyutaya çevrilməsi qabiliyyəti birbaşa investisiyalara nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir.
Çoxtərəfli investisiya zəmanəti agentliyi
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi və ya MİGA — 1988-ci ildə yaradılıb və 157 üzvü var. Ölkə MİGA-ya üzv olmaq üçün ilk öncə BYİB-ə üzv olmalıdır. Təşkilatın maliyyə mənbəyini üzvlük kapitalı təşkil edir. İndiyə qədər buraxılan zəmanətlərin ümumi həcmi 10,4 milyard dollara bərabərdir. Zəmanət verilən birbaşa xarici investisiyaların həcmi isə 30 milyard dollara bərabər olmuşdur. 2002-ci il fiskal ilində 1,4 milyard dollar həcmində zəmanət buraxılmışdır. MİGA-nın yaradılmasında əsas məqsəd az inkişaf etmiş ölkələrə birbaşa xarici investisiyaların yönəldilməsinin artırılması yolu ilə bu ölkələrdə insanların yaşayış şəraitinin yaxşılaşdırılması və yoxsulluğun azaldılmasıdır. Təşkilatın vəzifələri aşağıdakılardır: · üzv ölkəyə digər üzv ölkədən qoyulmuş investisiyalarda mövcud olan qeyri-kommersiya risklərinə qarşı zəmanət verilməsi, o cümlədən investisiyaların birgə sığortası və təkrar sığortası; · inkişaf etməkdə olan ölkələrə investisiya axınının artırılması üçün digər müvafiq əlavə fəaliyyətlərin həyata keçirilməsi. · təşkilat tərəfindən yalnız inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşuna zəmanət verilir. MİGA-nın dəstəklədiyi layihələr ölkələrə hərtərəfli fayda gətirir: yeni iş yerləri açılır, vergi gəlirləri yaranır, təcrübə və texnoloji nou-hau transfer olunur.
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi
Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi və ya MİGA — 1988-ci ildə yaradılıb və 157 üzvü var. Ölkə MİGA-ya üzv olmaq üçün ilk öncə BYİB-ə üzv olmalıdır. Təşkilatın maliyyə mənbəyini üzvlük kapitalı təşkil edir. İndiyə qədər buraxılan zəmanətlərin ümumi həcmi 10,4 milyard dollara bərabərdir. Zəmanət verilən birbaşa xarici investisiyaların həcmi isə 30 milyard dollara bərabər olmuşdur. 2002-ci il fiskal ilində 1,4 milyard dollar həcmində zəmanət buraxılmışdır. MİGA-nın yaradılmasında əsas məqsəd az inkişaf etmiş ölkələrə birbaşa xarici investisiyaların yönəldilməsinin artırılması yolu ilə bu ölkələrdə insanların yaşayış şəraitinin yaxşılaşdırılması və yoxsulluğun azaldılmasıdır. Təşkilatın vəzifələri aşağıdakılardır: · üzv ölkəyə digər üzv ölkədən qoyulmuş investisiyalarda mövcud olan qeyri-kommersiya risklərinə qarşı zəmanət verilməsi, o cümlədən investisiyaların birgə sığortası və təkrar sığortası; · inkişaf etməkdə olan ölkələrə investisiya axınının artırılması üçün digər müvafiq əlavə fəaliyyətlərin həyata keçirilməsi. · təşkilat tərəfindən yalnız inkişaf etməkdə olan ölkələrə investisiya qoyuluşuna zəmanət verilir. MİGA-nın dəstəklədiyi layihələr ölkələrə hərtərəfli fayda gətirir: yeni iş yerləri açılır, vergi gəlirləri yaranır, təcrübə və texnoloji nou-hau transfer olunur.
İnvestisiya
İnvestisiya (ing. investment) — gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar və s. aiddir.İnvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur. Maliyyə aktivlərinə investisiya qoyuluşu qiymətli kağızlara və digər maliyyə aktivlərinə (ssudalara, digər müəssisələrin nizamnamə fondlarına və s.) qoyuluşları əks etdirir. Onlar ölkə və xarici maliyyə aktivlərinə investisiyaları birləşdirir. İnvestisiyalar — mənfəət əldə etmək və (və ya) başqa bir faydalı effekt əldə etmək üçün sahibkarlıq və (və ya) digər fəaliyyət obyektlərinə qoyulmuş pul dəyəri, pul hüquqları olan digər hüquqlar da daxil olmaqla pul, qiymətli kağızlar, digər əmlak. C. R. McConnell və S. L. Bryu, İqtisadiyyat kitablarında investisiyanı istehsal və istehsal vasitələrinin yığılması ilə birlikdə mal ehtiyatlarının artması kimi dəyərləndirdilər. Monetar pul nəzəriyyəsi baxımından vəsait istehlaka və ya qənaətə sərf edilə bilər. Sadə qənaət fondları dövriyyədən çıxarır və böhranlar üçün ilkin şərtlər yaradır.
İnvestisiya bankı
İnvestisiya bankı (ing. Investment bank) — iri şirkətlərin və hökumətlərin qlobal maliyyə bazarlarında kapital toplamasını təşkil edən, eyni zamanda səhmlər və istiqrazlar, ticarəti sahəsində lider vasitəçi olmaqla, müəssisələrin alqı-satqısı, vasitəçilik xidmətləri göstərən bir maliyyə qurumu, valyutalar və əmtəələr, həmçinin fəaliyyət göstərdiyi bütün bazarlar barədə analitik hesabatlar verir. ABŞ bankları 1930-cu illərdə Böyük Depressiya səbəbiylə ticarət və investisiya banklarına ayrıldı. Lakin 1999-cu ildə Qlass — Stiqoll qanunu ləğv edildi və kommersiya banklarına yenidən investisiya bankçılığı ilə məşğul olmağa icazə verildi. Vəziyyət 2007-2009 böhranı ilə əlaqədar olaraq dəyişməyə başladı: İngiltərə və ABŞ daxil olmaqla bir çox ölkə investisiya bankçılığını kommersiya bankçılığından ayırmaq məsələlərini müzakirə edir. == Fəaliyyət növləri == Tipik investisiya bankı aşağıdakı funksiyaları yerinə yetirir: Anderraytinq və qiymətli kağızlar ticarəti; Xüsusi və institusional investorlara broker xidmətləri təklif etmək; Birləşmə və satın almalar xidmətləri; Maliyyə analitikası və tədqiqatı; Müəyyən qiymətli kağız növləri üçün marketmeykerlər. == Birləşmələr və satın almalar == İnkişaf etmiş maliyyə bazarı olan bir ölkədə fəaliyyət göstərən bir investisiya bankı üçün birləşmə və birləşmələr çox vaxt əsas gəlir sahəsinə çevrilir. Bir çox Rusiya müəssisəsi və maliyyə qrupu, birləşmə və birləşmələri həyata keçirmək üçün bir investisiya bankının xidmətlərinə ehtiyac olduqda hələ inkişaf səviyyəsinə çatmamışdır. Rus şəraitində birləşmə və satınalma çox vaxt böyük hissə blokları ilə əməliyyatlar kimi başa düşülür. Bununla birlikdə, ayrı-ayrı müəssisələrin alqı-satqısı, birləşmə və birləşmə ilə eyni deyil.
İnvestisiya fondu
İnvestisiya portfeli investisiya fondunun malik olduğu aşağıda göstərilən tələblərə cavab verən investisiyaların məcmusudur: açıq investisiya fondu üçün xalis aktivlərinin dəyərinin 15 faizə qədəri, qapalı investisiya fondu üçün isə xalis aktivlərinin dəyərinin 25 faizə qədəri bir emitentin qiymətli kağızları olan emissiya qiymətli kağızlarına investisiya oluna bilər. Dövlət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlara açıq investisiya fondunun xalis aktivlərinin 25 faizə qədəri, qapalı investisiya fondunun xalis aktivlərinin isə 35 faizə qədəri investisiya oluna bilər,açıq investisiya fondu bir emitentin qiymətli kağızlarının qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmış ümumi məbləğinin 15 faizə qədərini, qapalı investisiya fondu isə 25 faizə qədərini ala bilər. == İnvestisiya fondunun nizamnamə kapitalı == 1. İnvestisiya fondunun nizamnamə kapitalının minimum məbləğini və onun formalaşdırılmasının xüsusiyyətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 2. Nizamnamə kapitalı artırıldıqda səhmdarların yeni emissiya edilən səhmlərin alınmasında üstün hüquqları yoxdur. == İnvestisiya fondunun afilə edilmiş şəxsləri == İnvestisiya fondunun afilə edilmiş şəxsləri aşağıdakılardır: onun müdiriyyəti (müdiri) və müdiriyyətin (müdirin) afilə edilmiş şəxsləri; investisiya fondunun vəzifəli şəxsləri; investisiya fondunun bütün səhmlərinin 5 faizindən artıq hissəsinə sahib olan fondun səhmdarları; nizamnamə kapitalında investisiya fondunun payı 5 faizdən artıq olan səhmdar cəmiyyətləri.Fondun müdiriyyətinin (müdirinin) afilə edilmiş şəxsləri onun müdiriyyətinin vəzifəli şəxsləri və iştirakçılarıdır, habelə qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyət göstərən digər subyektlərdir.
İnvestisiya payı
İnvestisiya payı — investisiya fondunu təşkil edən əmlakın mülkiyyətində onun sahibinin payını, idarəedici şirkətdən pay investisiya fondunun düzgün idarə edilməsini tələb etmək hüququnu, etibarlı idarəetmə müqaviləsinə xitam verildikdə pul kompensasiyası almaq hüququnu təsdiq edən adlı qiymətli kağız pay investisiya fondunun bu pay investisiya fondunun investisiya paylarının bütün sahibləri ilə (pay investisiya fondunun fəaliyyətinə xitam verilməsi). Açıq paylı investisiya fondunun investisiya payı həm də bu pay sahibinin idarəedici şirkətdən investisiya payının geri alınmasını və bununla əlaqədar onun payına uyğun pul kompensasiyasının ödənilməsini tələb etmək hüququnu təsdiq edir. bu paylı investisiya fondunu təşkil edən əmlaka ümumi mülkiyyət hüququ, istənilən iş günü. İnvestisiya payı səhm qiymətli kağızı deyil. İnvestisiya payı ilə təsdiq edilmiş hüquqlar sənədsiz formada qeydə alınır. Açıq və interval vahid investisiya fondlarının idarəetmə şirkətləri tərəfindən buraxılan investisiya paylarının sayı məhdudlaşdırılmır. Qapalı paylı investisiya fondunun idarəedici şirkəti tərəfindən buraxılmış investisiya paylarının sayı bu pay investisiya fondunun etibarlı idarə edilməsi qaydalarında göstərilir. İnvestisiya payının nominal dəyəri yoxdur. Bir mülkiyyətçiyə məxsus olan investisiya vahidlərinin sayı kəsr sayı kimi ifadə edilə bilər. Qiymətli kağızların investisiya vahidlərindən törəmə alətlərin buraxılmasına yol verilmir.
İnvestisiya sertifikatı
İnvestisiya trast fondu
İnvestisiyalar və İnkişaf Nazirliyi (Qazaxıstan)
Qazaxıstan Respublikasının İnvestisiyalar və İnkişaf Nazirliyi — Qazaxıstan Respublikasının mərkəzi icra hakimiyyəti orqanı, Qazaxıstan Respublikası hökumətinin tərkibində, ölkənin sənaye və sənaye-innovasiya, elmi və texniki inkişafı, mədən-metallurgiya kompleksi, maşınqayırma, kimya sahəsində liderdir əczaçılıq, yüngül, ağac emalı və mebel sənayesi, inşaat sənayesi və tikinti materialları istehsalı; investisiyalara dövlət dəstəyi, maşın və avadanlıqların təhlükəsizliyi və sənaye məhsullarına uyğun olaraq kimyəvi məhsulların təhlükəsizliyi; xüsusi iqtisadi zonaların yaradılması, fəaliyyət göstərməsi və ləğvi; ixrac nəzarəti; texniki tənzimləmə və ölçü vahidliyinin təmin edilməsi; elektrik enerjisi sənayesi; karbohidrogen xammalı istisna olmaqla mineral ehtiyatlar; dövlət geoloji tədqiqi, mineral ehtiyat bazasının çoxaldılması, yerin təkindən səmərəli və hərtərəfli istifadəsi, qatı minerallar, yeraltı suları və müalicəvi palçıq baxımından yeraltı istifadənin dövlət idarəetməsi; kömür sənayesi; atom enerjisindən istifadə, bərpa olunan enerji mənbələrindən istifadənin dəstəklənməsi, enerjiyə qənaət, həmçinin səlahiyyətləri daxilində fəaliyyət sahəsindəki dövlət qurumlarının sektorlararası koordinasiyası. Qazaxıstan Respublikası Sənaye və Yeni Texnologiyalar Nazirliyi haqqında Əsasnamə, Qazaxıstan Respublikası Hökumətinin 26 Noyabr 2004-cü il tarixli 1237 saylı qərarı ilə təsdiq edilmişdir. İstər iqtisadiyyatın sahələrini əhatə etməsinə, istərsə də sayına görə ən böyük dövlət qurumlarından biridir. Ümumilikdə, nazirliyin mərkəzdə və bölgələrdə apardığı işi təqribən 7 min nəfər dəstəkləyir.Yeni fərman imzalandıqdan sonra turizm fəaliyyəti sahəsindəki funksiya və səlahiyyətlər nazirliyə verildi.6 avqust 2014-cü il tarixində Qazaxıstan Respublikası Hökumətinin yenidən qurulması zamanı nazirliyin funksiyaları yeni Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf Nazirliyinə verildi. == Strukturu == Nazirliyin şöbələri: İnvestisiya Komitəsi, Sənaye Komitəsi, Texniki Tənzimləmə və Metrologiya Komitəsi, Dövlət Enerji Nəzarət və Nəzarət Komitəsi, Geologiya və Yerin İstifadəsi Komitəsi. Turizm Sənayesi Komitəsi === Nazirliyin tabeliyində olan təşkilatların siyahısı === Respublika dövlət müəssisələri "Qazaxıstan Respublikasının Milli Nüvə Mərkəzi" RSM. RM "Uranlikvidrudnik". "Qazaxıstan Energo" Milli Elektrik Enerjisi Sistemi "RSM. "Karagandalikvidshakht" RSM. RSE "Qazaxıstan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu". RSE "Qazaxıstan Metrologiya İnstitutu".
İnvestisiyaya təsir
İnvestisiyaya təsir — "maliyyə gəliri ilə yanaşı ölçülə bilən, faydalı sosial və ya ətraf mühitə təsir yaratmaq niyyəti ilə şirkətlərə, təşkilatlara və fondlara edilən" investisiyalara aiddir. Əsasən, təsirli investisiyalar sosial və/və ya ekoloji problemlərin həlli üçün kapitalın ayrılması ilə investorun inanc və dəyərlərinin uyğunlaşdırılmasıdır. Təsir investorları kapitalı bizneslərə, qeyri-kommersiya təşkilatlarına və bərpa olunan enerji, mənzil, səhiyyə, təhsil, mikromaliyyə və davamlı kənd təsərrüfatı kimi sənayelərə aktiv şəkildə yerləşdirməyə çalışırlar. İnstitusional investorlar, xüsusilə Şimali Amerika və Avropa inkişaf maliyyə institutları, pensiya fondları və fondlar təsirli investisiyaların inkişafında aparıcı rol oynamışlar. Papa Fransiskin dövründə Katolik Kilsəsi təsir sərmayəsinə marağın artdığını gördü. Təsirli investisiya aktiv sinifləri arasında baş verir; məsələn, özəl kapital/vençur kapitalı, borc və sabit gəlir. Təsirli investisiyalar ya inkişaf etməkdə olan, ya da inkişaf etmiş bazarlarda edilə bilər və investorların məqsədlərindən asılı olaraq "bazardan aşağı qiymətlərdən bazarın yuxarı dərəcələrinə qədər bir sıra gəlirləri hədəfləyə bilər". == İnkişafı == Tarixən tənzimləmə və daha az dərəcədə xeyriyyəçilik biznes fəaliyyətinin mənfi sosial nəticələrini (gözlənilməyən nəticələr, xarici təsirlər) minimuma endirmək cəhdi idi. mövcuddur və bu cür investisiya davranışı adətən konkret şirkətlərə və ya mənfi təsirləri olan fəaliyyətlərə investisiyalardan yayınma ilə müəyyən edilir. Eyni zamanda, çirklənmənin qarşısının alınması, korporativ sosial məsuliyyət və üçlü nəticə kimi yanaşmalar korporasiyaların daxilində və xaricində qeyri-maliyyə təsirlərinin ölçülməsi kimi başladı.2000-ci ildə Nyu-York Universitetinin Stern Biznes Məktəbindən Baruch Lev eyni adlı kitabda qeyri-maddi aktivlər haqqında düşüncələri birləşdirdi və bu, korporativ istehsalın qeyri-maliyyə təsirləri haqqında düşünməyə kömək etdi.
Birbaşa investisiyalar
Birbaşa investisiyalar — pul yatırılan müəssisə və ya şirkətin idarə edilməsində iştirak etmək və onların fəaliyyətində iştirakdan gəlir əldə etmək üçün maddi istehsala və marketinqə vəsait qoyuluşu (investisiya) (birbaşa investisiya payın nəzarət paketinə malik olmasını təmin edir). Xarici investisiyaların qəbul edilmiş beynəlxalq təsnifatına uyğun olaraq, birbaşa investisiyalara investisiyalar daxildir ki, bunun nəticəsində investor müəssisənin nizamnamə kapitalında ən azı 10% pay alır. Müəssisənin kapitalında ən azı bu məbləğdə payın əldə edilməsi müəssisənin idarə edilməsində bilavasitə iştirak etməyə, xüsusən də idarə heyətində nümayəndənin olmasına imkan yaradır. Birbaşa investisiya qoyulan biznesə birbaşa təsir göstərməyə imkan verir. Müasir dünyada birbaşa investisiyaların həcminin artması və portfelin azalması tendensiyası mövcuddur. Birbaşa sərmayələr adətən Private Equity fondları (özəl kapital fondları) vasitəsilə həyata keçirilir — "abunəçilərinin" fond müəyyən əməliyyatları təsdiqlədiyi təqdirdə əvvəlcədən razılaşdırılmış pul məbləğlərini köçürmək öhdəliyi olan ixtisaslaşmış şirkətlər. Abunəçinin marağı fondun yaradılmasından 3-5 il sonra bağlandıqdan sonra bütün sərmayə qoyulmuş şirkətləri strateji investorlara və ya digər fondlara sataraq mənfəət əldə etməkdən ibarətdir. == Birbaşa investisiyaların növləri == Birbaşa xarici investisiyalar ayrılan, yəni müəyyən ölkənin subyektləri tərəfindən xaricə qoyulan birbaşa investisiyalar və daxil olan, yəni xarici investorlar tərəfindən bu ölkəyə qoyulan birbaşa investisiyalara bölünür. Gələn və gedən investisiyaların nisbəti ölkənin beynəlxalq investisiya mövqeyini göstərir. Məsələn, ABŞ üçün məlumatlar göstərir ki, ölkə birbaşa investisiyaların xalis ixracatçısıdır, yəni ABŞ şirkətləri xarici şirkətlərin ABŞ-yə qoyduğu investisiyalardan daha çox xaricə sərmayə qoyur.
İnvestisiya büdcəsi
İnvestisiya büdcəsi — müəssisənin investisiya fəaliyyəti üçün vəsaitlərin bütün daxilolmalarını və xaricələrini əks etdirən büdcə icmal büdcənin tərkib hissəsidir . == Məzmunu == İnvestisiya büdcəsinə aşağıdakılar daxil ola bilər: strateji inkişaf planında nəzərdə tutulmuş fəaliyyətlər (bax: Strateji idarəetmə); dövlət orqanlarının tələbi ilə tamamlanmalı olan layihələr; cari büdcələrin icrası ilə bağlı layihələr; fövqəladə halların nəticələrinin aradan qaldırılmasına yönəlmiş layihələr.Bütün fəaliyyətləri başlamış və yeni başlayan layihələrin davamı kimi bölmək olar. İnvestisiya büdcəsinə, əgər şirkətin qarşıdan gələn büdcə dövründə inkişaf strategiyası ilə nəzərdə tutulmuşdursa, portfel investisiyaları da daxildir. İnvestisiya büdcəsi tərtib edilərkən, maliyyələşdirmə mənbələri üzrə məcburi bölmə ilə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəlmiş şirkətin maliyyə imkanları diqqətlə təhlil edilir. İnvestisiya büdcəsinə yalnız maliyyələşdirilə bilən layihələr daxildir. Əgər maliyyə imkanları məhduddursa, seçim etməlisiniz və üstünlük aşağıdakılara verilir: dövlət orqanlarının tələblərinin ödənilməsinə yönəlmiş layihələr; həyata keçirilməməsi müəssisənin dayanmasına səbəb ola biləcək layihələr; artıq layihələrə start verilib.Artıq başlanmış layihələr üçün məbləğlər əvvəllər tamamlanmış işlər nəzərə alınmaqla bu büdcə dövrü üçün nəzərdə tutulan işlərə əsasən müəyyən edilir. Büdcəyə daxil olan hər bir investisiya layihəsi üçün bu layihənin maliyyələşdiriləcəyi mənbə göstərilməlidir. İnvestisiya büdcəsinin nəticələri PVH büdcəsinin tərtibində və balans hesabatının tərtibində nəzərə alınır.
İnvestisiya səmərəliliyi nisbəti
İnvestisiya səmərəliliyi nisbəti (gəlirliliyin uçot dərəcəsi, investisiyanın gəlirliliyinin uçot dərəcəsi, gəlirin uçot dərəcəsi, qoyulmuş kapitalın gəlirliliyi, maliyyə hesabatı üsulu, ing. Accounting rate of return, ARR) — göstərici investisiyaların uçot gəlirliliyinə təsirini orta illik mənfəətin orta illik investisiyaya nisbəti kimi xarakterizə edir. == Tərifi == Kanadalı professor Entoni Atkinsonun fikrincə, mühasibat uçotu gəlirliliyi orta illik mühasibat xalis mənfəətinin orta investisiya səviyyəsinə nisbətinə bərabər qoyulmuş kapitalın gəlirlilik dərəcəsini təqribən göstərən göstəricidir. == Hesablama == İnvestisiya səmərəliliyi əmsalı - göstərici investisiyaların uçot gəlirliliyinə təsirini orta illik mənfəətin orta illik investisiyaya nisbəti kimi xarakterizə edir: A R R = P N 1 / 2 ∗ ( I + R I ) {\displaystyle ARR={\frac {PN}{1/2*(I+RI)}}} , burada P N {\displaystyle PN} — orta illik mənfəət (nəzərdən keçən dövr üçün investisiya obyektinin orta pul vəsaitlərinin hərəkəti amortizasiya (yəni xalis mənfəət) çıxılmaqla), I {\displaystyle I} - investisiya (sərmayələrin dəyəri (xərc edilmiş kapital) dövr), <math>RI< /math> — ləğvetmə dəyəri (dövrün sonunda investisiya dəyəri).Orta illik xalis mənfəət əlavə gəlir və layihə ilə bağlı xərclər (təhlil olunan kapital qoyuluşları) arasındakı fərq kimi hesablanır. Əgər mühasibat uçotu gəlirlilik dərəcəsi hədəf gəlir dərəcəsinin dəyərindən böyükdürsə, o zaman layihə qəbul edilir. ARR nə qədər yüksək olsa, bu layihənin cəlbediciliyi bir o qədər yüksəkdir. == Tənqidi == ARR nisbəti pul vəsaitlərinin hərəkətinin vaxt aspektini, kapitalın qiymətini nəzərə almır və aktivlərin fəaliyyət müddətindəki fərqləri nəzərə almır. Göstərici pul vəsaitlərinin hərəkətinin məbləğini nəzərə almır, lakin xalis mənfəət əsasında hesablanır. Göstərici məlumatları ortalaşdırır və pul vəsaitlərinin hərəkətinin zamanla bölüşdürülməsi haqqında məlumat vermir, lakin bütün dövrlərdə pul vəsaitlərinin hərəkətini və məhsulun gəlirliliyini nəzərə alır.
Planlaşdırma və İnvestisiya Nazirliyi (Vyetnam)
Planlaşdırma və İnvestisiya Nazirliyi (vyet. Bộ Kế hoạch và Đầu tư), əvvəllər Dövlət Planlama Komitəsi — Vyetnamda planlaşdırma və investisiyalar üzərində dövlət idarəçiliyi roluna cavabdeh olan nazirlik. Nazirliyin baş ofisi Hanoyda yerləşir.Agentlik ölkə səviyyəsində sosial-iqtisadi inkişaf üçün strateji məsləhətlər verir. Nazirlik həmçinin, milli iqtisadiyyat, konkret sektorlar, həmçinin yerli və xarici investisiyalar üçün iqtisadi idarəetmə mexanizmlərini və siyasətlərini proqramlaşdırır və planlaşdırır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.09

"investisi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#investisi nədir? #investisi sözünün mənası #investisi nə deməkdir? #investisi sözünün izahı #investisi sözünün yazılışı #investisi necə yazılır? #investisi sözünün düzgün yazılışı #investisi leksik mənası #investisi sözünün sinonimi #investisi sözünün yaxın mənalı sözlər #investisi sözünün əks mənası #investisi sözünün etimologiyası #investisi sözünün orfoqrafiyası #investisi rusca #investisi inglisça #investisi fransızca #investisi sözünün istifadəsi #sözlük