İoann sözü azərbaycan dilində

İoann

Yazılış

  • İoann • 97.7654%
  • ioann • 1.1173%
  • İOANN • 1.1173%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İoann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Dəməşqli İoann
Dəməşqli İoann (təq. 675, Dəməşq – 4 dekabr 749) — erkən dövr xristian din xadimi, kilsə atası. == Həyatı == Xristian müqəddəslərindən olan Dəməşqli İoannın həyatı haqqında çox az şey dəqiqliyi ilə bilinir. Onun təxminən 660–675-ci illər arasında, Əməvi xilafətinin paytaxtı Dəməşq şəhərində varlı və nüfuzlu ailədə doğulduğu məlumdur. Ərəb adı Mənsur ibn Sərcun olmuşdur. İohanın atası kimi vergi idarəsində işlədiyi, lakin daha sonra oranı tərk edərək monastıra daxil olduğu barəsində məlumatlar var. Əməvilər dövründə son dərəcə inkişaf etmiş paytaxtında, elm və mədəniyyət mərkəzi olan Dəməşqdə, fərqli millət, din və mədəniyyətlərə məxsus insanların qaynayıb-qarışması nəticəsində təkrarolunmaz, tolerant aura hökm sürürdü. Bu dövrdə müxtəlif elmi, dini, ədəbi əsərlərin ərəb dilinə tərcümə edilməsi prosesinə də başlanmışdı. İoannın təxminən 736-cı ildə monastıra daxil olması haqqında məlumatlar vardır. Bu dövrdə xristian dünyasında, xüsusilə Bizans İmperiyasında baş vermiş geniş dini mübarizələr ondan da yan keçməmişdir.
Həvari İoann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
II İoann
II İoann - 1402/3-cü ildə VII Georgi ilə birlikdə Əmir Teymura təslim olmuşdu. Sonrakı illərdə Gürcüstanın Qaraqoyunluların hücumlarına məruz qalmasından istifadə edərək müstəqil fəaliyyət göstərməyə başladı. Lakin 1414-cü ildə I Aleksandr Baqrationa məğlub oldu. 1444-cü ildə vəfat etdi. Yerinə oğlu II Ağbuğa gəldi.
I İoann
I İoann - hakimiyyətinə dair çox məlumat yoxdur. Əmir Teymura tabe olduğu, oğlu I Ağbuğanın 1389-cu ildə hakimiyyətə keçdiyi və qızı Sinduxtarın IX David ilə evləndiyi bilinir.
Torpaqsız İoann
I Con və ya Torpaqsız Con (ing. John, King of England; ing. John Lackland) (d. 24 dekabr 1166 – ö. 19 oktyabr 1216) — İngiltərə kralı. Onun Normandiya hersoqluğu və Fransadakı digər ingilis mülklərini itirməsi, İngiltərə və Fransanın bir hissəsini özündə birləşdirən Plantagenet imperiyasının süqutu və Kapetinqlər sülaləsinin Fransada güclənməsinə səbəb oldu. Səltənətinin sonlarında çıxan baron üsyanı nəticəsində imzalanan Maqna Karta xartiyası, bu gün Birləşmiş Krallığın konstitusiya tarixinin başlanğıcı olaraq qəbul edilir. Con, İngiltərə kralı II Henri və Akvitaniya hersoqinası Elyanoranın dörd oğlundan ən kiçiyi idi. Bu səbəblə taxt və monarx mülkiyyətindən miras alması gözlənilmədiyi üçün Torpaqsız Con olaraq anılırdı. Qardaşları Gənc kral Henri, Riçard və Cefrinin 1173-1174-cü ildə krala qarşı üsyan çıxarmasının ardından atasının ən sevimli oğlu oldu.
Vəftizçi İoann
Vəftizçi İohann (ivr: יוחנן המטביל, Yoḥanan ha-mmaṭbil, ərəb. يوحنا المعمدان‎ Yuhanna Al-Ma'madan,arami və ya süryani: ܝܘܚܢܢ ܡܥܡܕܢܐ Yoḥanan Mamdana, qədim erm. Yovhannēs Mkrtičʿ, qədim yunan: Ἰωάννης ὁ βαπτίζων, yun. Ὁ Ἅγιος/Τίμιος Ἐνδοξος, Προφήτης, Πρόδρομος, καὶ Βαπτιστής Ἰωάννης Ho Hágios/Tímios Endoxos, Prophḗtēs, Pródromos, kaì Baptistḗs Ioánnes) - səyyar vaiz, Xristianlıq, İslam (Yəhya ibn Zəkəriyyə kimi tanınır), Bəhailik və Mandayizmdə əsas dini obrazlarından biridir.İohannın günahların bağışlanması üçün bənzərsiz vəftiz təcrübəsinə malik olması qeyd edilir. Əksər tədqiqatçılar İohannın İsanı da vəftiz etdiyini qəbul edirlər. Araşdırmaçılar İsanın İohannın ardıcılı olmasını bildirirlər, bəzi Əhdi-Cədid məlumatları isə İsanın erkən ardıcıllarının da İohannın ardıcılları olduğuna işarə edirlər. Vəftizçi İohann haqqında məlumatlar həm də qədim yəhudi tarixçisi İosifin əsərində verilir. Bəzi tədqiqatçılar İohannın, apokalipsisi gözləyən və vəftizi xatırladan dini ritual keçirən yəhudi dini sektalarından biri olan yarım-asketik Essenilərin təsiri altında olduğunu bildirsələr də, bunu sübut edəcək birbaşa dəlillər yoxdur. Əhdi-Cədidə görə İohann özündən daha böyük bir mesianik fiqurun gəlməsini gözləyirdi və İsa özü onun yanına gəlmişdi. İsa haqqında müjdələr verdiyinə görə, xristianlar iohannı daha çox carçı və ya elçi kimi qəbul edirlər.
XXIII İoann
XXIII İoann (Ancelo Cüzeppe Ronkalli, 25 noyabr 1881, Sotto-il-Monte - 3 iyun 1963) - Roma Papası (1958-1963). İkinci Vatikan məclisini çağırmış, Kilsənin yeniləşməsi ("acornamento") siyasəti aparmışdır. Yeddi ensiklikanın müəllifidir, o cümlədən "Mater et Magistra" ("Ana və Təlimçi", 1961) və "Pacem in Terris" ("Torpaqlarda Sülh", 1963). Pravoslav və protestant xadimlərilə əlaqə saxlamışdır. Bir vaxt Berqamo yepiskopunun katibi olmuş, Birinci dünya müharibəsində tibb serjantı, sonra keşiş vəzifəsində işləmişdir. 1925-ci ildə Papa nümayəndəsi vəzifəsində Bolqarıstana yollandırmışdır. İkinci dünya müharibəsində Ronkalli yəhudilərin işğal edilmiş Macarıstandan xilas etməsində iştirak etmiş, 1944-cü ildə Fransaya Papa nunsisi təyin edilmişdir. Sonra kardinal və Venesiya arxiyepiskopu olmuş, 1958-ci il oktyabrın 28-də Roma Papası seçilmişdir.
İlahiyyatçi İoann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
İlahiyyatçı İoann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
İoann Filoponus
İoann Filoponus (yun. Ἰωάννης ὁ Φιλόπονος, m. 490–570) — neoplatonçu filosof. == Fəlsəfəsi == M. IV yüzillikdən sonra neoplatonizm Xristianlığa təsir etmişdir. Onlar bir-biri ilə çarpışaraq həm də bir-birindən ideya baxımdan bəhrələnmişdirlər. Neoplatonizm Xristianlıqla mübarizədə məğlub olsa da, ancaq onun ideyaları ortadan qalxmamış, sonralar dünya dinlərində özünü göstərmişdir. Xristianlığın güclənərək dövlət dininə çevrilməsi prosesində yeni-platonçuların arasında artıq xristianlar da olmuşdurlar. Onlardan biri İoann Filoponus idi. O, Aristotelin və başqa keçmişdə yaşamış filosofların əsərlərinə şərhlər yazmışdır. Eyni zamanda onun "Dünyanın əbədiliyi haqqında", "Dünyanın yaranması haqqında.
İoann Karpini
Covanni Plano Karpini və ya İoann Karpini (it. Giovanni da Pian del Carpine, lat. Iohannes de Plano Carpini; 1182 — 1 aprel 1252) — italiyalı fransiskan rahibi. Böyük Monqol imperiyasına səyahət etmiş ilk avropalı. Səyahətləri əsasında Historia Mongalorum quos nos Tartaros appellamus ("Bizim tatar adlandırdığımız, monqalların tarixi") və Liber Tartarorum ("Tatarlar haqda kitab") əsərlərini yazmışdır.
İoann Qavalas
İoann Qavalas (yun. Ἰωάννης Γαβαλᾶς, translit. Ioánnis Gavalás; bilinmir – 1250) — Bizans yunanı maqnat və Rodos adasının hökmdarı (hak. 1240–1248). O, 1248-ci ildə adanın nəzarətini Genuya Respublikasına itirmiş və ağalığını qəbul etmiş Nikeya imperiyasından kömək istəmişdir. Nikeya qoşunları adanı fəth etmiş, lakin adanı öz əyalətinə çevirən nikeyalılar adanın nəzarətini İoanna qaytarmamışdır. == İstinadlar == == Mənbə == Cheynet, Jean-Claude. Pouvoir et Contestations à Byzance (963–1210) (ingilis). Paris: Publications de la Sorbonne. 1996.
İoann Sənəkərim
İoann Sənəkərim — Arranşahlar sülaləsindən son Şəki knyazı. Hakimiyyəti haqqında çox məlumat yoxdur. Onun dövründə keçmiş Qafqaz Albaniyasının şimal-qərb torpaqları hesabına Heretinin ərazisi bir qədər də genişlənmişdi. Varissiz ölmüşdür və bundan istifadə edən Kaxetiya çarı II Kvirike onun torpaqlarını işğal edərək öz mülklərinə birləşdirmişdi.
İoann Tsets
İoann Tsets (yun. Ἰωάννης Τζέτζης; təq. 1110, Konstantinopol və ya Konstantinopol – təq. 1180, Konstantinopol və ya Konstantinopol) — Bizans filoloqu, antik müəlliflərin şərhçisi. == Həyatı == Mifoloji məzmunlu bir çox əsərlərin müəllifi və siyasi nəzmdə eruditet olan Tsets klassik əsərlərin və müəlliflərin tərcüməçisi, hər şeydən əvvəl antik dövrə aid xəbərlərin toplayıcısı kimi fərqlənirdi. Bu mənada onun ən mühüm əsəri ədəbi, tarixi, mifoloji və arxeoloji mövzuların heterojen qarışığını təmsil edən, hər biri min misradan ibarət on üç kitablıq "Hekayələr kitabı"dır. == İstinadlar == == Əlavə ədəbiyyat == Epistulae. Ed. P. A. M. Leone. Leipzig, 1972.
İoann Xrisostom
İoánn Xrisostóm və ya Zlatoúst (yun. Ἰωάννης ὁ Χρυσόστομος; təqr. 347 — 407) — Konstantinopol arxiyepiskopu, ilahiyyatçısı, kilsə müqəddəsi. Ortodoks kilsəsində onun xatirəsini yulian təqvimi ilə hər ilin 13 noyabrında qeyd edirlər. == Həyatı == O Suriyanın mərkəzi şəhəri olan Antioxiyada anadan olmuşdur və orada təhsil almışdır. Sonra o, bir müddət rahib həyatı yaşamışdır. Daha sonra isə Antioxiyada keşiş olmuşdur. 397-ci ildən sonra ən yüksək xristian rütbəsinə nail olmuşdur. O Konstantinopol patriarhı olmuşdur. Lakin onun imperatorla ixtilafı yarandıqdan sonra o, 402 ildə bu vəzifədən azad olunmuşdu.
III İoann Vatas
III Duka İoann Vatas (yun. Ιωάννης Γ΄ Δούκας Βατάτζης, translit. Iōannēs III Doukas Vatatzēs; təq. 1192, Dimetoka, Makedoniya və Frakiya – 3 noyabr 1254, Kamalpaşa, İzmir ili) — Nikeya imperatoru (hak. 1221–1254). III İoann müvəffəqiyyətli bir hökmdar idi. O, ordunu gücləndirmiş, səlibçiləri bir neçə dəfə məğlub etmiş, Avropada vuruşmuşdur. Bolqarlarla barışıq quran III İoann ölkənin daxili işlərinə böyük diqqət yetirmişdir. Hökmdarlığı dövründə Nikeya imperiyasının iqtisadiyyatı inkişaf etmiş, ölkədəki rifah artmışdır. Yerli sənayeyə böyük diqqət yetirən III İoann xarici məhsulların idxalına qadağa qoymuşdur.
II İoann Pavel
II İohann Pavel (Karol Yuzef Voytıla, 18 may 1920[…] – 2 aprel 2005[…], Apostol Sarayı[d][…] və ya Roma) — Roma Papası, ilahiyyat elmlər doktoru. Sülh və beynəlxalq gərginliyin zəiflədilməsi işinə kömək edəcəyini bildirmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == 1938-1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxumuşdur. Alman işğalı dövründə zavodda işləmiş və gizli katolik seminariyasında oxumuşdur. 1946-cı ildə keşiş rütbəsi almışdır. Yagellon universitetinin ilahiyyat fakültəsini və Romadakı dominikçilər universitetini bitirmişdir. Krakov və Lyublinin seminariya və universitetlərində dərs demişdir. 1958-ci ildə yepiskop rütbəsi almış, 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilmişdir. 1967-ci ildə kardinal rütbəsi almışdır.
I İoann Pavel
I İoann Pavel (Albino Luçani, d. 17 oktyabr 1912, Forno-di-Kanale - ö. 28 sentyabr 1978, Roma) — 1978-ci ildə seçilmiş 263-cü Roma Papası (33 gün ərzində). 1958-ci ildə yepiskop, 1969-cu ildə Venesiya patriarxı olmuşdur. 1973-cü ildə kardinal rütbəsini almış, Ayinlər və İlahi İbadət Konqreqasiyasının üzvü olmuşdur. Papalıq tarixində qoşa adı ilk dəfə qəbul etdi.
İoann Kantakuzin (pinkern)
İoann Kantakuzin (yun. Ἱωάννης Καντακουζηνός, translit. Ioánnis Kantakouzinós; 1190 – 1257) — Frakesiya femasının qubernatoru (hak. 1244–1249), duka və pinkern. O, 1249-cu ildə Nikeya imperatoru III Duka İoann Vatas tərəfindən Rodos hakimi İoann Qavalasın orada olmadığı dövrdə adanı işğal edən və nəzarəti ələ keçirən genuyalılara qarşı göndərilən yürüşə rəhbərlik etmişdir.İoann Kantakuzin ömrünün son illərində İoanniki adını özünə götürərək rahib olmuş, 1257-ci ildən bir müddət əvvəl vəfat etmişdir. == İstinadlar == == Mənbə == Nicol. The Byzantine Family of Kantakouzenos (Cantacuzenus), ca. 1100–1460: A Genealogical and Prosopographical Study. Dumbarton Oaks studies 11. (ingilis).
İoann Paleoloq (despot)
İoann Paleoloq (q.yun. Ἱωάννης Δούκας Παλαιολόγος, translit. Ioánnis Doúkas Palaiológos; 1225, Kiçik Asiya – 1275) — Nikeya və Bizans sərkərdəsi, sevastokratı və despotu. == Həyatı == İoann 1225-ci ildə paleoloqlar sülaləsindən olan Andronik Komnin Paleoloq və Feodora Komnin Paleoloqun ailəsində anadan olmuşdur. O, həmçinin, Bizans imperatoru VIII Mixail Paleoloqun (hak. 1259–1282) qardaşı idi. Paleoloq 1259-cu ildə Pelaqoniya döyüşündə Nikeya ordusuna komandanlıq etmişdir. O, 1260-cı ildə Aleksey Stratiqopul ilə birlikdə Arta şəhərini ələ keçirmiş, həmin ildə despot tituluna layiq görülmüş və Saloniki şəhərinin idarəçiliyi ona verilmişdir. Paleoloq 1264-cü ildən Kiçik Asiyaya köçmüş, burada türklərə qarşı savaşmışdır. O, 1274-cü ildə Latın imperiyası tərəfindən dəstəklənən Fessaliya hakimi I İoann Dukaya qarşı edilən yürüşə başçılıq etmişdir.
III Duka İoann Vatas
III Duka İoann Vatas (yun. Ιωάννης Γ΄ Δούκας Βατάτζης, translit. Iōannēs III Doukas Vatatzēs; təq. 1192, Dimetoka, Makedoniya və Frakiya – 3 noyabr 1254, Kamalpaşa, İzmir ili) — Nikeya imperatoru (hak. 1221–1254). III İoann müvəffəqiyyətli bir hökmdar idi. O, ordunu gücləndirmiş, səlibçiləri bir neçə dəfə məğlub etmiş, Avropada vuruşmuşdur. Bolqarlarla barışıq quran III İoann ölkənin daxili işlərinə böyük diqqət yetirmişdir. Hökmdarlığı dövründə Nikeya imperiyasının iqtisadiyyatı inkişaf etmiş, ölkədəki rifah artmışdır. Yerli sənayeyə böyük diqqət yetirən III İoann xarici məhsulların idxalına qadağa qoymuşdur.
İoann Mayravanetsi
İoann Mayravanetsi (erm. Հովհան Մայրավանեցի; 572, Ermənistan – 650) — VII əsr erməni filosofu və humanisti. Əsərlərin əsas mövzusu sosial bərabərsizlik olmuşdur. Xalkidon doktrinasının qatı əleyhdarı olan Mayravanetsi erməni və yunan kilsələrini birləşdirmək cəhdlərinə qətiyyətlə qarşı çıxırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == В. Чалоян. Под редакцией Ф. В. Константинова. Иоанн майраванеци // Философская Энциклопедия. В 5-х т. — М.: Советская энциклопедия. 1960—1970..
Avilalı İoann
Avilalı İoann ( isp. San Juan de Ávila; 6 yanvar 1499 – 10 may 1569) — İspaniya katolik müqəddəsi, yazıçısı və moizəçisi. Katolik Kilsəsi onu kilsə doktorları sırasına daxil etmişdir. Yezuitlərdən olan İoann orada intensiv təbliğat apardığına görə Əndəlüsün həvarisi adlanırdı. O, Fransisko Borcanın fəaliyyətinə təsir etmiş və onun tərcümeyi-halını yazan Sant Tanrılı İoann və Luis de Qranadanın mənəvi müəllimi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Католическая энциклопедия (англ.) Биография св. Иоанна (исп.) Дж. Омэнн. Христианская духовность в католической традиции. Издательство Святого Креста.
II İoann (Fransa kralı)
II Con (fr. Jean II) və ya Xeyirxah Con (fr. Jean le Bon) (26 aprel 1319, Le-Man[d] – 8 aprel 1364, London) — Valua sülaləsinə mənsub ilk Fransa kralı.Taxta çıxdığı əsnada Fransa bir neçə fəlakətlə eyni anda üzləşdi: əhalinin 40%-nin ölümünə səbəb olan vəba epidemiyası, Jakeriya adını alan kəndli üsyanları, kralın əsir düşdüyü Puatye döyüşü də daxil olmaqla, ingilislər qarşısında alınan ağır həbi məğlubiyyətlər və s. II Con Londonda məhkum olduğu illərdə, oğlu Çarlz kral naibi olaraq hakimiyyəti ələ aldı və qarşılaşdığı bir neçə kəndli üsyanıyla mübarizəyə başladı. Bütün bu ayaqlanma və üsyanları yatırmasına baxmayaraq Çarlz atasını azadlığa buraxmaq üçün 1360-cı ildə bağlanan sülhlə cənub-qərbi Fransanın böyük bir hissəsini ingilislərə təslim etdi. Sülhün şərtlərinə görə, ikinci oğlu Lüdoviki öz yerinə girov qoydu və böyük məbləğdə xərac toplaması şərtilə azadlığa buraxıldı. Geri döndükdən sonra ölkə iqtisadiyyatını bərpa etmək üçün maliyyə islahatları apardı və frank valyutasını yaratdı. Ölkədəki mühüm maliyyə birliklərini davam edən səlib yürüşlərinə göndərərək onlardan xilas olmaq istədi. Ancaq papa VI İnnokent onunla Avinyondakı görüşdən qısa müddət sonra vəfat etdi və bu planları baş tutmadı. Girov saxlanılan oğlu Lüdovikin İngiltərədən qaçmasının ardından, sülh sazişinin pozulmaması üçün könüllü olaraq Londona getdi və təslim oldu.
Avanes İoannesyan
Avanes Ayrapetoviç İoannesyan (1881, Şuşa – 28 iyul 1938, Bakı) — sovet dirijoru, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). Azərbaycan Dövlət Xalq Çalğı Orkestrinin (Dövlət Şərq Orkestrinin) təşkilatçısıdır. == Həyatı == Avanes İoannesyan 1881-ci ildə Şuşada anadan olmuşdur. 1900-cü ildə realnı məktəbindən məzun olduqdan sonra qızlar gimnaziyasında musiqi müəllimi işləməyə başlamışdır.1925-ci ildə Azərbaycanda qadınlardan ibarət ilk xalq çalğı alətləri orkestrinin yaradılmasında da Avanes İoannesyanın xidmətləri olmuşdur.
Müqəddəs Apostol İoann kilsəsi (Sankt-Peterburq)
Müqəddəs Apostol İoann kilsəsi (est. Peterburi Jaani kirik, rus. Церковь Святого Апостола Иоанна, Sankt-Peterburq, Dekabristlər küçəsi (keçmiş Ofitserskaya küçəsi), 54) yevangelik-lüteran inancına məxsus eston-alman kilsəsi. Hazırda fəaliyyət göstərən İnqriyanın yevangelik-lüteran (İYLK) kilsəsidir. == Tarix == İcma 1731-ci ildə ilk kadet korpusunun binasında yaradılmışdır. 1834-cü ildə icma arxistraq Mixailin şərəfinə adlandırılmışdır . 1841-ci ildə imperator I Nikolay kilsənin şəxsi binalardan birinə köçürülməsini və xəzinədən icmanın gələcək inkişafı üçün əlavə vəsaitin ödənməsini əmr edir. Bundan sonra vahid alman və eston cəmiyyətinin bölünməsi baş vermişdir. Formal olaraq eston kilsəsi 1842-ci ilin may ayında təşkil olunmuşdur, xəzinə pullarına kilsə üzvləri görüşlər üçün bir ev kirayə götürmüşdü. Ofitserskaya küçəsində yerləşəcək 800 yerlik kilsənin təməli 24 iyun 1859-cu ildə qoyulmuş (memar Harald Andreyeviç Bosse) və artıq 27 noyabr 1860-cı ildə təqdis edilmişdir.
İoanna (Durattso hersoginyası)
Durattsolu İoanna (fr. Jeanne de Durazzo; 1344, Konş-an-Uş[d] – 20 iyul 1387, Neapol) — Durattso hersoqu Karl və onun həyat yoldaşı Kalabriyalı Mariyanın böyük qızı və sağ qalan ən böyük uşağı. O, 1348-ci ildə atasının ölümündən sonra dörd yaşında ikən hersoginya oldu. İoanna Anju-Durattso ailəsinin üzvü idi. 1348–1368-ci illərdə Durattso hersoginyası kimi padşahlıq etdi. O, iki dəfə evləndi; əvvəlcə Navarralı Lüdoviklə, sonra isə E qrafı Artualı IV Robertlə. == Həyatı == İoannanın atası 1348-ci ildə öldü və İoanna sağ qalan ən böyük uşaq olaraq onun yerinə keçdi, lakin İoanna Durattsoya getməkdənsə Neapolda qaldı. Məhz burada o, kraliça İoanın oğlu, əmisi oğlu Katl Martellə nişanlanmışdı. Karl Martel kişi varislərin olmaması səbəbindən Macarıstanda varis idi. Uşaq Macarıstana köçürüldü, lakin gənc oğlan təxminən 1348-ci ildə Macarıstanda öldükdən sonra nişan pozuldu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.73 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 ••••••••••••••• 5.12
2004 ••••••••••••••• 5.05
2006 0.23
2008 •••••••• 2.44
2009 0.32
2010 0.27
2011 ••••• 1.63
2012 •• 0.34
2013 0.29
2015 0.34
2016 ••• 0.69
2017 •• 0.49
2019 0.14
2020 0.13

Oxşar sözlər

#ioann nədir? #ioann sözünün mənası #ioann nə deməkdir? #ioann sözünün izahı #ioann sözünün yazılışı #ioann necə yazılır? #ioann sözünün düzgün yazılışı #ioann leksik mənası #ioann sözünün sinonimi #ioann sözünün yaxın mənalı sözlər #ioann sözünün əks mənası #ioann sözünün etimologiyası #ioann sözünün orfoqrafiyası #ioann rusca #ioann inglisça #ioann fransızca #ioann sözünün istifadəsi #sözlük