İohan sözü azərbaycan dilində

İohan

Yazılış

  • İohan • 99.5227%
  • iohan • 0.4773%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
II İohan Pavel
II İohann Pavel (Karol Yuzef Voytıla, 18 may 1920[…] – 2 aprel 2005[…], Apostol Sarayı[d][…] və ya Roma) — Roma Papası, ilahiyyat elmlər doktoru. Sülh və beynəlxalq gərginliyin zəiflədilməsi işinə kömək edəcəyini bildirmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == 1938-1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxumuşdur. Alman işğalı dövründə zavodda işləmiş və gizli katolik seminariyasında oxumuşdur. 1946-cı ildə keşiş rütbəsi almışdır. Yagellon universitetinin ilahiyyat fakültəsini və Romadakı dominikçilər universitetini bitirmişdir. Krakov və Lyublinin seminariya və universitetlərində dərs demişdir. 1958-ci ildə yepiskop rütbəsi almış, 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilmişdir. 1967-ci ildə kardinal rütbəsi almışdır.
Helmut İohan Lüdviq fon Moltke
Qraf Helmut İohan Lüdviq fon Moltke, Kiçik Moltke (alm. Helmuth Johannes Ludwig von Moltke‎; 25 may 1848, Bindorf[d], Meklenburq-Ön Pomeraniya – 18 iyun 1916, Berlin) — Almaniya hərbi xadimi, general, qraf. == Həyatı == Helmut İohan Lüdviq fon Moltke 25 may 1848-ci ildə Meklenburq-Ön Pomeraniyada yerləşən Bindorfda anadan olmuşdur. O, Helmut Moltkenin (Böyük) qardaşı oğludur. Birinci Dünya müharibəsində Almaniya ordusunun Baş qərargah rəisi (əslində baş komandanı) olan Moltke qoşunlara rəhbərlik etməyi bacarmamış və komandanlıqdan kənar edilmişdir. O, 18 iyun 1916-cu il tarixində, 68 yaşında Berlin şəhərində vəfat etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Craig, Gordon A. The politics of the Prussian army 1640-1945 (1955). Online free to borrow Foley, Robert T. "Preparing the German Army for the First World War: The Operational Ideas of Alfred von Schlieffen and Helmuth von Moltke the Younger." War & Society 22.2 (2004): 1-25. online Fromkin. David.
İohan Bax
İohann Sebastyan Bax (21 (31) mart 1685[…], Eyzenax, Saksen-Eyzenax[d], Müqəddəs Roma imperiyası – 28 iyul 1750[…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası) — dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri. Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == İohann Sebastian Bax Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşiyi idi. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər idilər. Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdilər. Əmilərindən biri İohann Kristof Bax (1645–1693) xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir.
İohan Edel
İohan Vilhelm Edel və ya İvan Edel (1863, Çerniqov quberniyası[d] – 14 fevral 1932, Bakı) — alman əsilli rusiyalı memar, dövlət müşaviri. Hacınskinin evi, Mitrofanovun evi, Qrifonlu ev kimi Bakıdakı bir çox tarixi binaların memarı. == Həyatı == === İlk dövrləri === İohan Edel 1863-cü ildə Çerniqov quberniyasının, Borznensk uyezdində yerləşən alman koloniyası Bilovaçda, sonradan Bakı mayakında işləyəcək alman zadəgan nəslindən olan Vilhelm Edelin ailəsində anadan olub. Pravoslav kilsəsində vəftiz olunduqdan sonra İohan Vasilyeviç adını alır dünyada isə İvan Vasilyeviç kimi tanınır. Moskva Rəsm, Heykəltəraşlıq və Memarlıq Məktəbində təhsil aldığı müddətdə o, lüteran dua evinin məktəbin və pastoratın layihəsini hazırlayır. 1886-cı ildə isə Bakıdakı lüteran cəmiyyəti üçün yeni layihə hazırlayır, lakin bu layihəyə əsasən yalnız məktəb və Evangelik lüteran kilsəsi tikilir. A. Savrasovdan dərs alan o məktəbi qızıl medalla bitirir. Bu medalı o, "Hamamda" rəsminə görə alır. Əmisi və atası Bakıda işlədiklərinə görə tezliklə o da, 1880-ci illərin əvvəlində Bakıya gəlir. === Yaradıcılıq dövrü === 1888-ci ildə Edel Marinski Qadın Gimnaziyasında rəsm dərsi keçməyə başlayır.
İohan Karpini
Covanni Plano Karpini və ya İoann Karpini (it. Giovanni da Pian del Carpine, lat. Iohannes de Plano Carpini; 1182 — 1 aprel 1252) — italiyalı fransiskan rahibi. Böyük Monqol imperiyasına səyahət etmiş ilk avropalı. Səyahətləri əsasında Historia Mongalorum quos nos Tartaros appellamus ("Bizim tatar adlandırdığımız, monqalların tarixi") və Liber Tartarorum ("Tatarlar haqda kitab") əsərlərini yazmışdır.
İohan Kepler
İohann Kepler (alm. Johannes Kepler‎; 27 dekabr 1571 – 15 noyabr 1630[…], Reqensburq) — alman astronomu və riyaziyyatçısı; planetlərin hərəkət qanunlarını kəşf etmişdir. == Həyatı == İohann Kepler Veyl-der-Ştadtda kasıb protestant ailəsində anadan olmuşdur. Monastır məktəbini, Tübingen akademiyası nəzdində ruhani seminariyasını və Tübingen akademiyasını bitirmişdir. Həmin məktəbin astronomiya müəllimi onu dünyanın heliosentrik sistemi ilə tanış etmişdir. 1594-cü ildən Qras Universitetində riyaziyyat və astronomiyanı tədris etmişdir. İlk əsərini ("Kainatın sirri") burada 1596-cı ildə yazmışdır. Dini təqiblərə görə Praqaya Tixo Bragenin yanına köçmüş, onun vəfatından (1602) sonra isə imperator II Rudolfonun yanında işləmişdir. Burada teleskopla bağlı "Dioptrika" (1611) əsərini yazmış, Bragenin müşahidələrində və Marsın hərəkətindəki qanunauyğunluqları öyrənmiş və Kepler qanunlarının ilk ikisini kəşf etmişdir. O, bu qanunları 1609-cu ildə yazdığı "Yeni astronomiya" kitabında qeyd etmişdir.
İohan Qutenberq
İohann Qutenberq (alm. Johannes Gutenberg‎; ən tezi 1393 və ən geci 1406[…], Mayns, Müqəddəs Roma imperiyası – ən geci 26 fevral 1468, Mayns, Mayns kurfürstlüyü, Müqəddəs Roma imperiyası) — bəşər tarixində ilk dəfə olaraq metal lövhələrin köməyi ilə kitab çapetmə üsulunu tətbiq etmiş alman ixtiraçı. == Həyatı == Kitab çapında hərəkətli metal lövhələrin tətbiqi inqilab törədir. Avropada kitab istehsalı güclənir və bütün dünyaya geniş yayılmağa başlayır. O, renessans dövrünün açarı hesab edilir. Gutenberqin ilk çap olunan Bibliya öz yüksək keyfiyyəti ilə məşhurdur. Yohan Qutenberq təxminən 1397–1400-ci illərdə Mayns şəhərində anadan olmuşdur. Onun atası cənab Qensflayş ticarətdə çalışırdı. O, dövrün dəbinə görə Yohan Qensflayş öz soyadını dəyişərək, vaxt ilə yaşadıqları yerin adını götürür. 1411–1420-ci illərdə Qutenberq ailəsi patrisiya və vətəndaşlar arasında baş vermiş münaqişəyə görə Maynsdan Strasburq şəhərinə köçürlər.
İohan Şobert
İohan Şobert (d. 1720, 1735 və yaxud 1740?, Sileziya, Avstriya - ö. 28.8.1767, Paris, Fransa) — bəstəkar və klavesinçi.
İohan Şöneman
İohan Friedrix Şöneman ((alm. Johann Friedrich Schönemann‎;21 oktyabr 1704[…] – 16 mart 1782[…], Şverin) — alman dram aktyoru, teatr rejissoru və teatr xadimi. Uşaq ikən valideynlərini itirib və Blinerdə qohumlarının himayəsində böyüyüb. Uğurlu olan səhnə debütü 1724-cü ildə Hannoverdə baş tutdu. 1730-cu ildə Karolin Noyberin truppasına qoşulur. 1739-1750-ci illərdə Almaniyanın bir çox şəhərlərində (Lüneburq, Leypsiq, Hamburq, Breslau, Berlin, Braunşveyq) çıxış edən öz dram truppasının direktoru, 1750-1756-cı illərdə isəin Şversaray teatrının direktoru olub. Kristian Lüdviq 1753-cü ildə bu şəhərdə teatr akademiyasını qurdu. 1756-cı ildə Meklenburqlu Fridrix hakimiyyətə gəldikdən sonra Şverindən ayrılaraq yenidən aktyor oldu və əsasən Hamburqda çıxış etməyə başladı. Artıq 1757-ci ildə o, səhnəni tərk etmək qərarına gəldi və ömrünün son illərini Şverində keçirtdi. O, komik rolların məşhur ifaçısı idi, ancaq teatr üçün çox işlər görmüşdür, komik opera və musiqili komediyanın inkişafına töhfə verən teatr direktoru kimi şöhrət qazanmışdır.
İohan Şöner
İohan Şöner (alm. Johannes Schöner‎; 16 yanvar 1477, Karlştad – 16 yanvar 1547, Nürnberq) — bir çox sahədə iz qoymuş alman alimi. Keşiş, astronom, astroloq, coğrafiyaşünas, kosmoqraf, kartoqraf, riyaziyyatçı, qlobusların və elmi alətlərin istehsalçısı, elmi kitabların redaktoru və naşiri. 1543-cü ildə Nürnberqdə Şöner Kopernikin məşhur "Göy cisimlərinin fırlanması haqqında" kitabının nəşr olunmasında mühüm rol oynamışdır. Şönerin adına Marsda krater adlandırılmışdır. == Həyatı == O, Erfurt Universitetində ilahiyyat təhsili almış, daha sonra Bamberqdə katolik keşişi olaraq işləmişdir. Orada, öz evində o, çap mağazası yaradaraq astroloji ədəbiyyat çap etməyə başladı. Şöner həm göy, həm də yer qlobuslarının yaradıcısı kimi tanınır, həmçinin yeni kəşf edilmiş Amerika materikinin təsvir edildiyi ilk yer qlobusunun. Şönerin qlobusu Nürnberq şəhər kitabxanasında saxlanılır. 1526-cı ildən, Nürnberqdə Melanxton Gimnaziyasının açılışından sonra Şöner orada riyaziyyat müəllimi oldu və 20 il bu vəzifədə qaldı.
İohan Anton Güldenştedt
İohann Anton Güldenştedt (alm. Johann Anton Güldenstädt‎, rus. Иога́нн Анто́н Гюльденште́дт; 26 aprel (7 may) 1745, Riqa – 23 mart (3 aprel) 1781, Sankt-Peterburq) — təbiətşünas, həkim, Rusiya Elmlər Akademiyasının akademiki (1771). 1768-ci ildə elmi ekspedisiyalarda iştirak etmək üçün Rusiyaya dəvət olunmuşdu. 1768-1775-ci illərdə Volqa və Don çaylarının yuxarı axarlarını, Şimali Qafqazı, Kür və Rioni çaylarının vadilərini tədqiq etmişdi. Tədqiqatlarında XVIII əsrin II yarısında Ukrayna və Qafqazın təbiəti, əhalinin məişəti, Azov və Krımın tarixi, gürcü hökmdarlarının şəcərəsi və sairə haqqında geniş məlumat verilir.
İohan Kristian Bax
İohan Xristian Bax (5 sentyabr 1735, Leypsiq, Saksoniya elektoratlığı – 1 yanvar 1782[…], London) — Klassik dövrün bəstəkarı, İohan Sebastyan Baxın 11-ci və ən kiçik oğlu. Eləcə də Londonda müəyyən vaxt yaşadığına görə "London Baxı" və yaxud "İngilis Baxı" kimi tanınır.
İohan Reynhold Forster
İohan Reynhold Forster (alm. Johann Reinhold Forster‎, 22 oktyabr 1729[…], Tçev[d], Tçev povyatı[d] – 9 dekabr 1798[…], Halle) — İngilis mənşəli alman orintoloqu, botaniki, zooloqu və səyyahı. == Çap olunmuş əsərləri == ing. A catalogue of the animals of North America etc. (London, 1771) lat. Descriptiones animalium in itinere ad maris australis terras per annos 1772—1774 suscepto observatorum (Berlin, 1844) ing. Observations made during a voyage round the world etc. (London, 1778) lat. Liber singularis de bysso antiquorum etc. (London, 1776) alm.
İohan Sebastyan Bax
İohann Sebastyan Bax (21 (31) mart 1685[…], Eyzenax, Saksen-Eyzenax[d], Müqəddəs Roma imperiyası – 28 iyul 1750[…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası) — dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri. Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == İohann Sebastian Bax Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşiyi idi. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər idilər. Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdilər. Əmilərindən biri İohann Kristof Bax (1645–1693) xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir.
İohan Xristian Bax
İohan Xristian Bax (5 sentyabr 1735, Leypsiq, Saksoniya elektoratlığı – 1 yanvar 1782[…], London) — Klassik dövrün bəstəkarı, İohan Sebastyan Baxın 11-ci və ən kiçik oğlu. Eləcə də Londonda müəyyən vaxt yaşadığına görə "London Baxı" və yaxud "İngilis Baxı" kimi tanınır.
İohan Karl Erenfrid Kegel
İoqan Karl Erenfrid Keqel (3 oktyabr 1784 – 25 iyun 1863, Odessa, Xerson quberniyası[d]) —alman coğrafiyaçısı. == Həyatı == Almaniyanın Mansfeld şəhərində anadan olub. 1841-1847-ci illlərdə Rusiyaya dəvət olunur. O burada Kamçatkaya gələrək adanın kömür mədənin inşası üçün vacib olmasını araşdırdı. Çoxtərəfli hesablamalarla yanaşı sosial ve iqtisadi tərəfinin də proqnozunu vermişdir.
Bakılı İohann
İohann İliç Qançev, əsl adı Bakılı İohann (1878, Sima, Vladimir vilayətinin - 20 oktyabr ( 2 noyabr 1937, kənd Dolinka Karaqanda əyalətinin Dolinka qəsəbəsi) — Rus Pravoslav Kilsəsinin kahini ; Bakıdakı Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsinin baş keşişi == Tərcümeyi-hal == 1878-ci ildə Vladimir vilayətinin Yuryevski rayonunun Sima kəndində anadan olub. Petroqrad İlahiyyat seminariyasını bitirib. Seminariyada oxuyanda, rəssamlığı çox sevən gələcək müqəddəs ata sənət kurslarına qatıldı. Seminariyanı bitirdikdən sonra İohann Qançev 1910-cu ildə kahin təyin edildi və ruhanilərin xeyir-duası ilə Azərbaycanda keşiş olaraq xidmətə başladı. İohann ata Azərbaycanda olduğu ilk dövrlərdə Bakı quberniyasının Quba əyalətinin Aleksandrovka kəndində Müqəddəs ananın Boqolyub ikonasının şərəfinə kilsədə rahib olaraq xidmət etmişdir. 1911-ci ildə Bakılı Pimenin qərarı ilə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsinin baş keşişi təyin edlir. Kilsə təqiblərinin başlaması ilə Bakını tərk etmək məcburiyyətində qalır və ailəsi ilə birlikdə Lənkəranda notarius işləyən qardaşının evinə köçür. Lənkəran yaxınlığındakı Göytəpə kəndindəki Müqəddəs ananın ikonası məbədin keşişi Aleksi Ponomaryovun ölümündən sonra, İohann ata hatası Alexy Ponomaryov, ata əmin məbədin rahibi təyin edilir. 20 Mart 1933-cü ildə İohann ata saxta ittihamlarla həbs edildi. 10 sentyabr, "əks-inqilabçılıq və casusluq fəaliyyətinə görə" və "xaricdən qanunsuz olaraq Azərbaycan SSR-dən İrana getmək niyyəti" səbəbindən, NQÇİ İdarə heyəti tərəfindən məhkum edildi (Cinayət Məcəlləsinin 58-ci maddəsi, 6, 10, 12-ci maddələr) və beş il müddətə Qazaxıstana göndərilir.
Boris İohanson
Boris Vladimiroviç İohanson (13 (25) iyul 1893[…], Moskva – 25 fevral 1973[…], Moskva) — sovet rəssamı, pedaqoq, professor. SSRİ Rəssamlıq Akademiyasının prezidenti (1958–1962). SSRİ xalq rəssamı (1943). Sosialist Əməyi Qəhrəmanı (1968). Sov.İKP üzvü. (1943). == Həyatı == Boris İohanson 25 iyul 1893-cü ildə Moskvada anadan olub. 1943-cü ildə SSRİ xalq rəssamı adı ilə təltif olunmuşdur. 1943-cü ildən Sov.İKP-nın üzvü olmuşdur. 1958–1962-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının prezidenti, 1965–1968-ci illərdə SSRİ Rəssamlıq İttifaqı İdarə Heyətinin birinci katibi olmuşdur.
Filipp İohann Ferdinand Şur
Filipp İohann Ferdinand Şur (alm. Philipp Johann Ferdinand Schur‎ və ya alm. Ferdinand Schur‎, 18 fevral 1799, Köniqsberq, Prussiya – 27 may 1878, Belsko-Byala[d], Sileziya[d], Prussiya) — Alman və Avstriya botaniki, farmasepti, kimyaçısı və fabrik sahibi. == Elmi işləri == Enumeratio plantarum Transsilvaniae. Sertum florae Transsilvaniae. 1853. == Ədəbiyyat == Franz Speta: Dr. Ferdinand Schur. Leben und Werk von F. Schur. Stapfia 1994.
Filipp İohann fon Stralenberq
Filipp İohann fon Stralenberq (1676–1747) — alman əsilli İsveç coğrafiyaşünası. O həmdə Orxon-Yenisey abidəsinin yazısını oxumuşdur. == Həyatı == Filipp İohann fon Stralenberq 1676-cı ildə Strasburq şəhərində anadan olmuşdur. 1709-cu ildə Poltava döyüşündə əsir düşən Strahlenberq 10 il Sibirə sürgün edilmişdir. Bu zaman Sibirdə yaşayan xalqların dillərini və yaşam tərzini öyrənir. 1726-cı ildə "Vorbericht eines zum Druck verfertigten Werkes von der Grossen Tatarey and den Koniqreiche Siberben" və 1730-cu ildə "Daş Nord und Ostliche Theil von Europa und Asia" adlı əsərləri çap olunub. Strahlenberq 2. 09. 1744-cü ildə Hollandiyada 71 yaşında vəfat etmişdir.
Həvari İohann
Həvari Yuhənna (q.yun. Ἰωάννης Iōánnēs) — xristianlıqda on iki həvaridən biri, Bibliyadakı Yuhənna incilin, Vəhy kitabı (Apokalipsis) və üç məktubun müəllifi. Xatirə günləri: 27 dekabr (katolik və digər Qərb Kilsələrində), 8 may, 30 iyun və 26 sentyabr (pravoslav Kilsəsində).
Həvari İohann bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi.Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. == Tarixi == Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi.Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. == Memarlıq xüsusiyyətləri == === Materiallar === Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi. V əsrdən etibarən altara yaxın traveya üzərində taxta tavanlı qüllə də ucaldılmışdı. === Konstruksiya === Həvari Yuhənnanın məzarı üzərində inşa edilmiş ilk ilk tikili mavzoley xarakterli olsa da, həm də kilsə kimi istifadə edilirdi.
III İohann (Trabzon imperatoru)
III İohann Komnenos (yun. Ἰωάννης Μέγας Κομνηνός)(təq. 1321, Konstantinopol – mart 1362, Sinop) — 15-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru II Alekseyin Konstantinopoldakı oğlu Mixail, anası isə Bizanslı saray əyanlarından Konstantin Akropolisin qızı Akropolitissadır. Uşaqlıq illəri Konstantinopolda keçdi. Atası Mixailin 1342-ci ildə Trabzona səltənətə çağırılması və daha sonra həbs edilməsinin ardından imperatriça Annanın əleyhdarları tərəfindən taxta namizəd göstərildi. Saray əyanlarının səltənətə dəvət məktubunu almasının ardından İohann Komnenos Genuya və Bizans gəmiləriylə Trabzona yola düşdü. 3 sentyabr 1342-ci ildə şəhərə daxil oldu və taxtı ələ keçirdi. Anna Komnini boğularaq öldürüldü, tərəfdarları isə edam edildi. 2 illik qısa səltənətində mühüm hadisə baş verməmişdir.
II İohann
II İoann - 1402/3-cü ildə VII Georgi ilə birlikdə Əmir Teymura təslim olmuşdu. Sonrakı illərdə Gürcüstanın Qaraqoyunluların hücumlarına məruz qalmasından istifadə edərək müstəqil fəaliyyət göstərməyə başladı. Lakin 1414-cü ildə I Aleksandr Baqrationa məğlub oldu. 1444-cü ildə vəfat etdi. Yerinə oğlu II Ağbuğa gəldi.
II İohann (Trabzon imperatoru)
II İohann Komnenos (yun. Ἰωάννης Μέγας Κομνηνός)(1262, Trabzon – 16 avqust 1297, Trapezund imperiyası) — 7-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ikinci xanımı İrina Surixanidir. Atasının 1263-cü ildə vəfatının ardından qardaşları Andronik və Qriqori taxta çıxmışdır. Ancaq qardaşının Elxani Abaqa xan tərəfindən əsir götürülməsinin ardından 1280-ci ildə saray əyanları tərəfindən taxta çıxarılmışdır. Onun səltənətində Bizans imperiyası ilə münasibətlər düzəlmiş, 1282-ci ildə Konstantinopolda imperator VIII Mixailin qızı Evdokiya Paleoloqla evlənmişdir. Onun ölkədə olmamasından istifadə edən İmereti çarı VI David bölgədə itirdiyi nüfuzu qazanmaq məqsədilə 1284-cü ildə Trabzona hücum etdi və onun gürcü əsilli ögey bacısı Teodora Komninini imperatriça elan etdi. Ancaq Bizans imperatorundan aldığı hərbi dəstəklə ölkəyə qayıdan II İohann dərhal hakimiyyəti ələ aldı və bacısı Teodora ölkədən qaçdı (1285). Bütün bu siyasi çəkişmələr əsnasında imperiyanın qərb torpaqları türkmənlər tərəfindən ələ keçirildi. 1291-ci ildə Roma papası IV Nikolay tərəfindən yazılan 2 məktubla, II İohann katolik dininə dəvət edilmiş, Qüdsə tərtiblənəcək yeni səlib yürüşünə qatılması təklif edilmişdir.
II İohann Pavel
II İohann Pavel (Karol Yuzef Voytıla, 18 may 1920[…] – 2 aprel 2005[…], Apostol Sarayı[d][…] və ya Roma) — Roma Papası, ilahiyyat elmlər doktoru. Sülh və beynəlxalq gərginliyin zəiflədilməsi işinə kömək edəcəyini bildirmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == 1938-1939-cu illərdə Krakovdakı Yagellon universitetinin fəlsəfə fakültəsində oxumuşdur. Alman işğalı dövründə zavodda işləmiş və gizli katolik seminariyasında oxumuşdur. 1946-cı ildə keşiş rütbəsi almışdır. Yagellon universitetinin ilahiyyat fakültəsini və Romadakı dominikçilər universitetini bitirmişdir. Krakov və Lyublinin seminariya və universitetlərində dərs demişdir. 1958-ci ildə yepiskop rütbəsi almış, 1963-cü ildə isə Krakov arxiyepiskopu təyin edilmişdir. 1967-ci ildə kardinal rütbəsi almışdır.
IV İohann
IV İohann Komnenos (yun. Ἰωάννης Μέγας Κομνηνός)(ən geci 1404, Trabzon – aprel 1460), 1429-ci ildən 1459-ci ilə qədər Trabzon imperiyasının imperatoru. Trabzon imperatoru IV. Aleksios ilə Theodora Kantakouzene'nin oğludur. == Həyatı == 1426-ci ildə atasına hücum edib,amma müvəffəqiyyətsizliyə uğrayıb. Bunun üzərinə Gürcüstana çəkilib. Gürcüstan Kralı I. Aleksandrosun qızı Bagrationi ilə evlənib. Ancaq bu evlilik Trabzon üçün lazımlı dəstəyi verməyib. 1427-ci ildə Krımda olan Genuya kolonyasına gəmiylə getmiş, burada hazırladığı bir ordu ilə 1429-ci ildə Trabzona hərəkət etmişdir. Atası Aleksios ona qarşı gəlsə də, İohann bəzi zadəganların dəstəyini qazanmağı bacarmışdır. Bu zadəganlar atası çadırında yatarkən İohannın agentləri tərəfindən öldürülməsinə icazə vermişlər.
I İohann (Trabzon imperatoru)
I İohann Komnenos (yun. Ἰωάννης Κομνηνός Ἀξούχος)(v. 1238, Trabzon) — 3-cü Trabzon imperatoru.Atası ilk Trabzon imperatoru I Alekseydir. Atası 1222-ci ildə vəfat etdiyi əsnada o və qardaşı Manuel azyaşlı olduğu üçün taxta bacısının əri Andronik Gidos çıxdı. Bu müddət ərzində taxtın varisi olanraq qalan İohann, Andronik Gidosun ölümünün ardından 1235-ci ildə imperator oldu. Səltənəti haqqında olduqca az məlumat olan I İohann 1238-ci ildə polo bənzəri bir oyun oynarkən atdan düşüb vəfat etdi. Yanis adlı bir oğlunun olduğu və bu oğlunun ölümündən öncə rahib olaraq kilsəyə qapandığı bilinir. Bu səbəblə ondan sonra taxta qardaşı Manuel çıxdı. == Mənbə == Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968 George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877) Alexander Kazhdan, (Ed.) (1991).
Karl İohann Bernadot
Karl İohann — İsveç aristokratı. == Həyatı == Karl İohann 1916-cı ildə Stokholmda doğulmuşdur. 30 il sonra o da digər qardaşları kimi rəiyyətdən biri ilə evləndiyi üçün bütün titullarını itirmişdi. Qardaşı kimi Vizborq qrafı olmuşdu. 2012-ci ildə vəfat etdi.
Katolikos III İohann
Katolikos III İohannes - Albaniyanın XXXII katolikosu. == Katolikosluğu == Katolikos Salomondan sonra kürsüyə keçmiş və iyirmi beş il kürsüdə oturmuşdur. Katolikos III İohannesin dövründə Alban Həvari Kilsəsinin mərkəzi Bərdədən Tərtər çayının sahilində yerləşən Bərdəkürə köçürülmüşdür.
Katolikos III İohannes
Katolikos III İohannes - Albaniyanın XXXII katolikosu. == Katolikosluğu == Katolikos Salomondan sonra kürsüyə keçmiş və iyirmi beş il kürsüdə oturmuşdur. Katolikos III İohannesin dövründə Alban Həvari Kilsəsinin mərkəzi Bərdədən Tərtər çayının sahilində yerləşən Bərdəkürə köçürülmüşdür.
Katolikos I İohann
Katolikos I İohann — Alban katolikoslarndan biri. Katolikoslar siyahısında adı 11-ci yerdə Moisey Kalankatlı və Kirakos Gəncəli onun həm də hunların yepiskopu olduğunu qeyd edir.
Katolikos I İohannes
Katolikos I İohann — Alban katolikoslarndan biri. Katolikoslar siyahısında adı 11-ci yerdə Moisey Kalankatlı və Kirakos Gəncəli onun həm də hunların yepiskopu olduğunu qeyd edir.
Katolikos VIII İohannes
Katolikos VIII İohannes - Albanların LXVII katolikosu. == Katolikosluğu == Katolikos VII İohannesin qardaşı oğlu. Həsən Cəlal nəslindən katolikos taxtına çıxan ikinci şəxs idi. Katolikos III Qriqorisdən sonra taxta çıxmışdır. 1441-ci ildə bu kürsüyə çıxmışdı. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos VII İohannes
Katolikos VII İohannes - Albanların LXIII katolikosu. == Katolikosluğu == Həsən Cəlalın oğlu idi. Bu nəsildən olan ilk katolikosdur. 1420-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos VI İohannes
Katolikos VI İohannes — Albanların LV katolikosu. == Katolikosluğu == Katolikos III Stepannosdan sonra kürsüyə gəlmişdi. Əsl adı Vrtanes olub Bjni kəndindən idi. Katolikoslar nəslindən olduğu deyilən Vrtanes Gəncədə Əmir Əmiran Ömər tərəfindən katolikos təyin olunmuşdu və ona İohannes adı ilə kürsü verilmişdi. Bu hadisənin keçirilməsi əmirin əmri ilə təmtəraqla qeyd edilmişdi. == Son dövrləri == Katolikosluğun son dövrlərini Çarekvəng monastırında keçirən İohannes Atabəylər dövlətinin içində gedən müharibələr səbəbi ilə Mxarqrdzeli knyazlarının dəvəti ilə qərbə keçdi və Həmşivəng kompleksi tikilməyə başlandı[mənbə göstərin].
Katolikos V İohannes
Katolikos V İohannes - Albanların L (50ci) katolikosu. == Katolikosluğu == Katolikos I Stepannosdan sonra kürsüyə qalxmış və 1079-1129 - cu illərdə əlli il müddətində kürsüdə oturmuşdur.
Katolikos XI İohannes
Katolikos XI İohannes (bilinmir – 1787, Şuşa) — Albanların LXXXXI yaxud LXXXXII katolikosu. == Katolikosluğu == Xaçın məliyi I Allahverdinin oğlu idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Katolikos V Nerses ölmədən öncə qardaşı nəvəsi İsraili Gəncəyə təyin edərək katolikosluğu ona tapşırmışdı. Buna görə İohannes daima İsraillə mübarizə aparırdı. 1765-ci ildə Erməni Qriqoryan Kilsəsinin konkordatı ilə Alban kilsəsinin bağlılığı bir daha təsdiq olundu və İsrailin müstəqilliyi lənətləndi. 22 yanvar 1783-cü ildə II Yekaterinaya məktub yazaraq xristianların qorunmasını tələb edən İohannes Qarabağ xanı İbrahim xanın qəzəbi ilə hesablaşmalı oldu. 1786-cı ildə İbrahim xanın əmri ilə İohannes edam olundu.
Katolikos X İohannes
Katolikos X İohannes və ya Hovannes — Albanların LXXXIV katolikosu. == Katolikosluğu == Katolikos IV Qriqorisin qardaşı oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. 1633-cü ildə Kaxetiya çarı I Teymuraz və onun qaynı Davud xan Ubiladze ilə birləşib Səfəvi hakimiyyətinə qarşı üsyana qərar versə də Teymurazın Qarabağı işğal etməsindən sonra ona dəstək verməkdən əl çəkdi. 1634-cü ildə Səfəvilər tərəfindən həbs edilib edam edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.48 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 4.72
2004 •••••• 1.35
2005 ••• 0.67
2006 ••• 0.68
2007 ••• 0.63
2009 •• 0.32
2010 ••••• 1.09
2011 ••••••••••• 2.40
2012 ••••••••••••• 2.84
2013 ••••••••••••• 3.06
2014 ••••••••••••••••••• 4.46
2015 •••• 0.85
2016 ••••• 1.04
2018 •••• 0.75
2019 ••• 0.56
2020 •• 0.27

Oxşar sözlər

#iohan nədir? #iohan sözünün mənası #iohan nə deməkdir? #iohan sözünün izahı #iohan sözünün yazılışı #iohan necə yazılır? #iohan sözünün düzgün yazılışı #iohan leksik mənası #iohan sözünün sinonimi #iohan sözünün yaxın mənalı sözlər #iohan sözünün əks mənası #iohan sözünün etimologiyası #iohan sözünün orfoqrafiyası #iohan rusca #iohan inglisça #iohan fransızca #iohan sözünün istifadəsi #sözlük