İohannes sözü azərbaycan dilində

İohannes

Yazılış

  • İohannes • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İohannes Brams
Yohans Brams (alm. Johannes Brahms‎; 7 may 1833[…], Hamburq, Almaniya ittifaqı[…] – 3 aprel 1897[…], Vyana, Avstriya-Macarıstan[…]) — alman bəstəkarı və pianoçusu, romantizm dövrünün əsas nümayəndələrindən biri. Hambuqda anadan olmuş, sonralar Vyanada, Avstriyada məskunlaşmışdır. == Həyatı == Atası Yohan Yakob Brams vaxtilə Hamburqa Şlezviq-Holşteyndən şəhər musiqiçisi olmaq arzusu ilə gəlmişdir. O bir neçə musiqi aləti üzrə mütəxəssis olmuş, lakin yaşayışını truba və ikili bas alətlərində ifa etməklə təmin etmişdir. Yohan Yakob özündən on yeddi yaş böyük olan Yohanna Henrika Kristiane Nissen adlı dərzi qadınla evlənmişdir. Onlar əvvəlcə şəhər tərsanələri yaxınlığında, Hamburqun Ganveyrtel adlanan hissəsində, daha sonra şəhərin şimal perimetrində yerləşən İçəri Alster bölgəsində, Dammtoval məhəlləsindəki kiçik bir evdə məskunlaşırlar. Oğluna ilk musiqi təhsilini də elə Yohan Yakob verir. Brams yeddi yaşından etibarən Otto Fridrix Villibald Köselldən pianoçuluq sənətini öyrənir. Brams ilkin yaşlarında böyük istedada malik olduğunu nümayiş etdirir, restoran və teatrlarda çıxış etməklə, eləcə də fərdi dərslər verməklə ailəsinin elə də çox olamayan gəlirlərinə öz töhfəsini verməyə başlayır.
Katolikos III İohannes
Katolikos III İohannes - Albaniyanın XXXII katolikosu. == Katolikosluğu == Katolikos Salomondan sonra kürsüyə keçmiş və iyirmi beş il kürsüdə oturmuşdur. Katolikos III İohannesin dövründə Alban Həvari Kilsəsinin mərkəzi Bərdədən Tərtər çayının sahilində yerləşən Bərdəkürə köçürülmüşdür.
Katolikos II İohannes
Katolikos II İohann — Albaniyanın XVI katolikosu. Amaras monastırında yepiskop idi.
Katolikos IV İohannes
Katolikos IV İohannes - Albanların XXXVII katolikosu. == Katolikosluğu == O, Katolikos Samueldən sonra taxta çıxmış və səkkiz il yarım taxtda oturmuşdur. Qriqor Hammamın dövründə yaşamışdır. Dvin keşişliyindən gəlmişdi. Katolikos II Georgidən icazəsiz katolikos seçilib, daha sonra yenidən təyin edilmişdi. Hakimiyyətinin 4-cü ilində II Georgi ölmüşdü.
Katolikos IX İohannes
Katolikos IX İohannes - Albanların LXXX katolikosu. == Katolikosluğu == Katolikos IV Qriqorisin qardaşı idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos I İohannes
Katolikos I İohann — Alban katolikoslarndan biri. Katolikoslar siyahısında adı 11-ci yerdə Moisey Kalankatlı və Kirakos Gəncəli onun həm də hunların yepiskopu olduğunu qeyd edir.
Katolikos VIII İohannes
Katolikos VIII İohannes - Albanların LXVII katolikosu. == Katolikosluğu == Katolikos VII İohannesin qardaşı oğlu. Həsən Cəlal nəslindən katolikos taxtına çıxan ikinci şəxs idi. Katolikos III Qriqorisdən sonra taxta çıxmışdır. 1441-ci ildə bu kürsüyə çıxmışdı. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos VII İohannes
Katolikos VII İohannes - Albanların LXIII katolikosu. == Katolikosluğu == Həsən Cəlalın oğlu idi. Bu nəsildən olan ilk katolikosdur. 1420-ci ildə kürsüyə çıxmışdır. Gəncəsər monastırında katolikos siyahısında göstərilir.
Katolikos VI İohannes
Katolikos VI İohannes — Albanların LV katolikosu. == Katolikosluğu == Katolikos III Stepannosdan sonra kürsüyə gəlmişdi. Əsl adı Vrtanes olub Bjni kəndindən idi. Katolikoslar nəslindən olduğu deyilən Vrtanes Gəncədə Əmir Əmiran Ömər tərəfindən katolikos təyin olunmuşdu və ona İohannes adı ilə kürsü verilmişdi. Bu hadisənin keçirilməsi əmirin əmri ilə təmtəraqla qeyd edilmişdi. == Son dövrləri == Katolikosluğun son dövrlərini Çarekvəng monastırında keçirən İohannes Atabəylər dövlətinin içində gedən müharibələr səbəbi ilə Mxarqrdzeli knyazlarının dəvəti ilə qərbə keçdi və Həmşivəng kompleksi tikilməyə başlandı[mənbə göstərin].
Katolikos V İohannes
Katolikos V İohannes - Albanların L (50ci) katolikosu. == Katolikosluğu == Katolikos I Stepannosdan sonra kürsüyə qalxmış və 1079-1129 - cu illərdə əlli il müddətində kürsüdə oturmuşdur.
Katolikos XI İohannes
Katolikos XI İohannes (bilinmir – 1787, Şuşa) — Albanların LXXXXI yaxud LXXXXII katolikosu. == Katolikosluğu == Xaçın məliyi I Allahverdinin oğlu idi.Gəncəsər monastırında katolikos siyahısında göstərilir. Katolikos V Nerses ölmədən öncə qardaşı nəvəsi İsraili Gəncəyə təyin edərək katolikosluğu ona tapşırmışdı. Buna görə İohannes daima İsraillə mübarizə aparırdı. 1765-ci ildə Erməni Qriqoryan Kilsəsinin konkordatı ilə Alban kilsəsinin bağlılığı bir daha təsdiq olundu və İsrailin müstəqilliyi lənətləndi. 22 yanvar 1783-cü ildə II Yekaterinaya məktub yazaraq xristianların qorunmasını tələb edən İohannes Qarabağ xanı İbrahim xanın qəzəbi ilə hesablaşmalı oldu. 1786-cı ildə İbrahim xanın əmri ilə İohannes edam olundu.
Katolikos X İohannes
Katolikos X İohannes və ya Hovannes — Albanların LXXXIV katolikosu. == Katolikosluğu == Katolikos IV Qriqorisin qardaşı oğlu idi. Gəncəsər monastırında katolikos siyahısında göstərilir. 1633-cü ildə Kaxetiya çarı I Teymuraz və onun qaynı Davud xan Ubiladze ilə birləşib Səfəvi hakimiyyətinə qarşı üsyana qərar versə də Teymurazın Qarabağı işğal etməsindən sonra ona dəstək verməkdən əl çəkdi. 1634-cü ildə Səfəvilər tərəfindən həbs edilib edam edildi.
İohannes Rudolf Vaqner
İohannes Rudolf Vaqner (alm. Johannes Rudolf von Wagner‎; 13 fevral 1822, Leypsiq, Saksoniya – 4 oktyabr 1880[…], Vürtsburq, Bavariya) — alman kimyaçısı. == Həyatı == O, İohannes Rudolf Vaqner Leypsiq Universitetində, sonra Parisdə Jan-Batist Dümanın yanında kimya üzrə təhsil alıb. Bir neçə il elmi planlarını gerçəkləşdirmək üçün Fransa, Almaniya, Belçika və Hollandiyada səyahət etmişdir. 1846–1851-ci illərdə. 1851–1856-cı illərdə Leypsiq Universitetinin kimya laboratoriyasında assistent, 1851–1856-cı illərdə Nürnberq Politexnik İnstitutunda kimya texnologiyası professoru kimi çalışmışdır. 1856-cı ildən ömrünün sonuna kimi Vürtsburq Universiteti Kimya Texnologiyası kafedrasına rəhbərlik etmişdir. O, həmçinin Bavariya krallığının texnoloji nəzarət üzrə dövlət departamentinin üzvü olub, həyatının son 20 ilində Ümumdünya Sərgilərinin münsiflər heyətinin daimi üzvü olub. 1873-cü ildə Vyanada keçirilən Ümumdünya Sərgisində Bavariya nümayəndə heyətinə rəhbərlik etdi, uğurlu işinə görə zadəganlıq rütbəsinə qədər yüksəldi. Vaqnerin tanenlərin kimyası ilə bağlı bir sıra əsərləri, o cümlədən onların mənşəyi və təsnifatı (1872) haqqında o dövr üçün vacib olan məqalələri vardır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.67
2012 •••••••• 0.26
2017 ••••• 0.16
#iohannes nədir? #iohannes sözünün mənası #iohannes nə deməkdir? #iohannes sözünün izahı #iohannes sözünün yazılışı #iohannes necə yazılır? #iohannes sözünün düzgün yazılışı #iohannes leksik mənası #iohannes sözünün sinonimi #iohannes sözünün yaxın mənalı sözlər #iohannes sözünün əks mənası #iohannes sözünün etimologiyası #iohannes sözünün orfoqrafiyası #iohannes rusca #iohannes inglisça #iohannes fransızca #iohannes sözünün istifadəsi #sözlük