iqlimə sözü azərbaycan dilində

iqlimə

Yazılış

  • iqlimə • 95.8848%
  • İqlimə • 3.7037%
  • İQLİMƏ • 0.4115%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İqlimə Yaqubova
Yaqubova İqlimə Xurşud qızı — azərbaycanlı aktrisa. == Həyatı == İqlimə Yaqubova 31 may 1967-ci ildə Ermənistan rayonunda anadan olmuşdur. 1992-ci ildə İncəsənət Universitetinin "Musiqi teatr aktyorluq" fakültəsini bitirmişdir. 1 sentyabr 1992-ci il tarixindən Azərbaycan Dövlət Musiqili Komediya teatrında xor artisti vəzifəsində işləyir. Səs tembri metso-soprano. Teatrda işlədiyi müddət ərzində "O olmasın, bu olsun", "Hələlik", "Bankir adaxlı", "Səhnədə məhəbbət", "Məhəbbət oyunu", "Qırmızı papaq", "Şən dul qadın", "Əlin cibində olsun", "Məsmə xala dayımdır", "Maritsa", "Talelər qovuşanda", "Volqalı canan", "Silva", "Bəydullanın möhtəşəm toyu", "Çılğın Qasqoniyalı", "Bir günlük siğə", "Aldın payını, çağır dayını", "10 min dollarlıq keyf", "Nəğməli könül", "Dəli dünya", "Gülmək qadağandır", "Hərənin öz ulduzu", "Bir saat xəlifəlik", "Qadınsız yaşamaq olmaz", "Şeytanın yubileyi" kimi tamaşalarında iştirak etmişdir. Xor artisti kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, işinə peşəkarlıqla yanaşmışdır. İ.Yaqubova hal-hazırda Musiqili Komediya teatrında yaradıcılıq fəaliyyətini davam etdirir.
İqliməmələgəlmə
== iqlim == Hər bir yerdə hava ayrı-ayrı illərdə müxtəlif cür dəyişir. Lakin ayrı-ayrı gün, ay və ildə hər bir yeri müəyyən iqlimlə səciyyələndirmək olar. Lokal (yerli) iqlim atmosfer şəraitinin çoxillik dövründə, o yerə məxsus, onun coğrafi şəraitinə görə məcmudur. Coğrafi şərait dedikdə ancaq coğrafi enlik, uzunluq, dəniz səviyyəsindən hündürlüyü deyil, həm də yer səthinin xüsusiyyəti, torpaq örtüyü və.s. nəzərdə tutulur. Hər bir yerin iqlimini təyin edən atmosfer şəraiti illik gedişində dövrü dəyişir, yəni qışdan yaya və yaydan qışa. Dövrü dəyişmədən başqa atmosfer şəraiti ildən ilə də dəyişir. Bu, illər arası atmosfer şəraitinin dəyişməsi adlanır. Faktiki məlumatlar göstərir ki, bir neçə onilliklə yüzilliklərdə atmosfer şəraitinin məcmuu bir çoxillik dövründən digər çoxillik dövrə görə məhdud həddə dəyişir. Bu dəyişkənlik tərəddüd xarakteri daşıyır.
İqliməuyğunlaşma
İqliməuyğunlaşma — orqanizmlərin yeni həyat şəraitinə uyğunlaşması. İki cür iqliməuyğunlaşma ayırd edilir: orqanizmlərin maddələr mübadiləsinin dəyişməsi ilə gedən uyğunlaşma; növün genetik quruluşunun dəyişilməsi ilə gedən uyğunlaşma.İqliməuyğunlaşma populyasiya genofondunun zənginliyi ilə müəyyən olunur. İqliməuyğunlaşma mədəni bitkilərin və heyvanların arasında aparıldıqda süni iqliməuyğunlaşma, yabanı bitkilərin və vəhşi heyvanların növləri arasında (heyvanların miqrasiyası, bitkilərin insan, heyvan, külək və s. vasitəsilə təsadüfən başqa sahələrə aparılması) baş verdikdə isə təbii iqliməuyğunlaşma hesab olunur. İqliməuyğunlaşmanın öyrənilməsi və inkişafında Ç.Darvinin böyük rolu olmuşdur. İqliməuyğunlaşma təlimini İ.V.Miçurin və M.F.İvanov inkişaf etdirmişdir. Bitkilərdə iqliməuyğunlaşma həmişə arealın genişlənməsinə səbəb olur. Azərbaycannda Amerika aqavası, palmanın bir neçə növü, Şimali Amerika ağ akasiyası, atşabalıdı, yapon stifnolobiumu və s. bitkilər iqlimə uyğunlaşdırılmışdır. Azərbaycan faunası iqliməuyğunlaşma nəticəsində xeyli dəyişmişdir (bataqlıq qunduzu, yenot, xallı maral və s.).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.44 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 2.70
2006 ••••••• 0.90
2007 ••••••••••• 1.48
2008 •••• 0.49
2009 ••••••••••••••• 2.08
2010 •••••••• 1.00
2011 •••••••••• 1.37
2012 •••••••••••••• 1.89
2013 ••••••••• 1.17
2014 •••••••• 1.03
2015 ••••••••••••• 1.70
2016 •••••••••••••• 1.91
2017 •••••••••••••••• 2.11
2018 ••••••••• 1.20
2019 •••••••••••••••••••• 2.78
2020 •••••••• 1.06

iqlimə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

ab-hava; xoş xasiyyət (yunanca «klima» sözündəndir).

Azərbaycan kişi adlarının izahlı lüğəti

"iqlimə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iqlimə nədir? #iqlimə sözünün mənası #iqlimə nə deməkdir? #iqlimə sözünün izahı #iqlimə sözünün yazılışı #iqlimə necə yazılır? #iqlimə sözünün düzgün yazılışı #iqlimə leksik mənası #iqlimə sözünün sinonimi #iqlimə sözünün yaxın mənalı sözlər #iqlimə sözünün əks mənası #iqlimə sözünün etimologiyası #iqlimə sözünün orfoqrafiyası #iqlimə rusca #iqlimə inglisça #iqlimə fransızca #iqlimə sözünün istifadəsi #sözlük