İqnati sözü azərbaycan dilində

İqnati

Yazılış

  • İqnati • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zorin İqnati
Zorin İqnati (erz. Зоринэнь Игнатий) — erziyan əsilli hekayəçi. Bu günə qədər Mokşa-Erzya ədəbiyyatı tarixində xüsusi diqqətlə anılır. Onun həyatı haqqında məlumat olduqca azdır. Onun həyatı haqqında bircə o məlumdur ki, Samara quberniyası, Buquruslan qəzası, Veçkanov (erz. Вечкан веле) kəndində anadan olmuşdur. == Yaradıçılığı == O, ilk dəfə məşhur fin dilçi, folklorşünas və etnoloq Heykki Paasononla 1898-ci ildə tanış olur. Professor ekspedisiyalar üçün pul aldıqda, informantlar arasında: İ. Sirikin, İ. Zorin, A. Şuvalov, İ. Şkolnikov, A. Leontev, S. Siqin, R. Usaçev, V. Savkinin (fin I. Sirikin, I. Zorin, A. Suvalov, I. Skolnikov, A. Leontjev, S. Cigin, R. Ucajev, V. Savkin) də adı çəkilir. Paasonen Veçkanova xalq hekayələrini toplamağa gəldikdə, Zorin İqnati tərəfindən nəql edilən 100-dən çox folklor əsərini qeydə alır. Onlardan 20-dən çoxu İqnatinin müəllifi hekayələri idi.
İqnati Kraçkovski
İqnati Kraçkovski Yulianoviç (4 (16) mart 1883, Vilnüs – 24 yanvar 1951, Leninqrad; rus. Игнатий Юлианович Крачковский) — rus ərəbşünası, sovet ərəbşünaslıq məktəbinin yaradıcılarından biri, akademik (1921), İslam Ensiklopediyasının ilk nəşrinin müəlliflərindən biri. == Həyatı == Peterburq Universitetinin Şərq dilləri fakultəsini bitirmişdir (1905). 1918-ci ildən SSRİ-nin bir sıra ali məktəblərinin, xarici akademiyaların və şərqşünaslıq cəmiyyətlərinin üzvü olmuşdur. 450-dən artıq elmi əsərin müəllifidir. Qurani-Kərimi rus dilinə tərcümə etmişdir. Kraçkovski Nizaminin "Leyli və Məcnun" əsərinin mənbələrini araşdırmış, həmin əfsanənin islamdan əvvəl ərəblər arasında dolaşdığını göstərmişdir. == Əsərləri == "Поэтическое творчество Абу-л-Атахии" ("Записки Восточного Отделения Императорского Русского Археологического Общества", т. XVIII); "Arabica" ("Византийский Временник", т. XIII—XIV); "Мутанабби и Абу-л-Ала" ("Записки Восточного Отделения", т.
İqnati Loyola
İqnati Loyola — Yezuitlər ordeninin banisi == Həyatı == İqnati Loyola 1491-ci ildə İspaniyanın Bask bölgəsinin Qipuskoa əyalətində doğulmuşdur. O, son dərəcə zəngin zadəgan ailəsinin 13 uşağından ən kiçiyi idi. Uşaqlıq illərini ailə mülkü olan Loyola qəsrində keçirmişdir. On dörd yaşında ikən ata və anasını itirmişdir. Gənclik illərini qayğısız keçirmişdir. Sonralar yaxın dostu Qonsales de Kamaraya xatirələrini danışarkən, deyirmiş: "Mən dəbdəbə içərisində yaşayan, xarici görünüşümə qarşı son dərəcə diqqətli, qadınların yanında uğurlu, qüruruma toxunan hərəkətlərə qarşı kəskin, qorxmaz, özümün və digərlərinin həyatını aşağı qiymətləndirən birisiydim". Yeniyetməlik dövrünü başa vurduqdan sonra hərbi xidmətdə olmuşdur. Bir sıra döyüşlərdə fərqlənmişdir, İspaniya-Fransa müharibəsində iştirak etmiş, Pamplona şəhərinin mühasirəsi zamanı yaralanmışdır. O, özü bu barədə demişdir: "Mərminin partlaması nəticəsində bir ayağımdan yaralandım, digəri isə qırıldı." Bu zədə onun səhhətində ciddi problemlər yaratmışdır. O, bir neçə cərrahiyyə əməliyyatlardan keçsə də, ömrünün sonunadək axsaq qalmışdır.
Antioxiyalı İqnati
Antioxiyalı İqnati (yun. Ἰγνάτιος Ἀντιοχείας, İqnatios Antioxeyas) və ya Tanrıdaşıyan İqnati (yun. Ἰγνάτιος ὁ Θεοφόρος, İqnatios ho Feoforos; təq. 35, Suriya (qədim Roma əyaləti) – ehtimal ki, 108, Roma) — erkən xristian yazıçısı və Antioxiya patriarxı. Apostol atası olan İqnati həvarilər Pyotr və Evoddan sonra Antioxiya patriarxı kimi xidmət etmişdir. O, 107-ci ildə Trayanın təqibi nəticəsində əzabkeş olmuşdur. Onun yəhudilərə və doketistlərə yazdığı yeddi məktubu xristian doqmalarının tarixində mühüm əhəmiyyət kəsb edir. Onlar həmçinin, yepiskopluq məsələsində pravoslavlıq və katolisizm protestantlığa qarşı polemikasında mühüm yer tuturlar. == İstinadlar == == Əlavə ədəbiyyat == Послания Игнатия Богоносца / Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских.
Tanrıdaşıyan İqnati
Antioxiyalı İqnati (yun. Ἰγνάτιος Ἀντιοχείας, İqnatios Antioxeyas) və ya Tanrıdaşıyan İqnati (yun. Ἰγνάτιος ὁ Θεοφόρος, İqnatios ho Feoforos; təq. 35, Suriya (qədim Roma əyaləti) – ehtimal ki, 108, Roma) — erkən xristian yazıçısı və Antioxiya patriarxı. Apostol atası olan İqnati həvarilər Pyotr və Evoddan sonra Antioxiya patriarxı kimi xidmət etmişdir. O, 107-ci ildə Trayanın təqibi nəticəsində əzabkeş olmuşdur. Onun yəhudilərə və doketistlərə yazdığı yeddi məktubu xristian doqmalarının tarixində mühüm əhəmiyyət kəsb edir. Onlar həmçinin, yepiskopluq məsələsində pravoslavlıq və katolisizm protestantlığa qarşı polemikasında mühüm yer tuturlar. == İstinadlar == == Əlavə ədəbiyyat == Послания Игнатия Богоносца / Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских.
Hannes İqnatius
İohann Ferdinand "Hannes" İqnatius (8 oktyabr 1871, Helsinki – 3 mart 1941, Helsinki) — Finlandiyalı əsgər və Finlandiya müstəqilliyinin görkəmli dəstəkçisi. == Bioqrafiyası == İqnatius fennoman senat Karl Ferdinand İqnatius və Amanda Kristina Berqmanın oğlu idi. İqnatius hərbi təhsilini 1885–1892-ci illərdə Hamina kadet məktəbində, daha sonra 1896–1899-cu illərdə Sankt-Peterburqdakı general heyəti akademiyasında almışdır. === Hərbi xidməti === İqnatius 1892-ci ildən 1901-ci ilə qədər Finlandiya Əjdaha Alayında xidmət etmişdir. O, 1900-cü ildə kapitan vəzifəsinə yüksəldi. Finlandiya knyazlığının ordusu ləğv edildikdən sonra o, 1901–1917-ci illər aralığında biznes fəaliyyəti ilə məşğul olmağa başladı. İqnatius Birinci Dünya müharibəsi ərzində Finlandiya müstəqilli üçün çalışan hərbi komitənin tanınmış üzvü oldu və ilk olaraq polkovnik, daha sonra 1918-ci ildə general mayor rütbəsinə yüksəldi. İqnatius Finlandiya vətəndaş müharibəsi dövründə 1918-ci il 18 fevraldan 6 maya qədər Ağ Finlandiyanın Maddi-Texniki Təchizat Generalı, eyni ilin mayından iyununa qədər ordunun aparat rəhbəri vəzifəsini tutdu. Qış müharibəsində İqnatius yenidən ordu rəhbəri vəzifəsinə gəldi.İqnatius Suomen Vapaussota 1918 (Finlandiya istiqlaliyyət müharibəsi) nəşriyyat komitəsinin sədri idi. O, 1918-ci ildə Qustav Mannerheym kitabını yazdı.
Tomas İqnatius Mariya Forster
Tomas İqnatius Mariya Forster (ing. Thomas Ignatius Maria Forster; 9 noyabr 1789, London; 2 fevral 1860, Brüssel) – İngiltərə astronomu və təbiətçisi. == Bəzi işləri == Researches About Atmospheric Phenomena (London, 1812; 2nd ed., 1823) Reflections on the Destructive Operation of Spirituous Liquors (London, 1812); Pocket Encyclopedia of Natural Phenomena (from his father's MSS., 1826); Beobachtungen uber den Einfluss des Luftdruckes auf das Gehor (Frankfurt, 1835); Observations sur l'influence des Cometes (1836); Pan, a Pastoral (Brussels, 1840); Essay on Abnormal Affections of the Organs of Sense (Tunbridge Wells, 1841); Annales d'un Physicien Voyageur (Bruges, 1848); The Gentleman's Magazine qəzetinin bəzi saylarındakı məqalələr. A Synoptical Catalogue of British Birds: Intended to Identify the Species Mentioned by Different Names in Several Catalogues Already Extant.
İqnatius Qanaqo
İqnatius Kpene Qanaqo (16 fevral 1999, Duala) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda hücumçu kimi çıxış edən peşəkar Kamerun futbolçusudur. == Klub karyerası == Qanaqo Kamerun akademiyalarından olan EFCB klubu vasitəsilə inkişaf etmiş, 2017-ci ildə isə Nitsa klubuna transfer olmuşdur. O, öz peşəkar karyerasında debütünü 9 sentyabr 2017-ci ildə Liqa 1-də Monako klubuna qarşı oyunda etmişdir. O, 74-cü dəqiqədə Mario Balotellini əvəz etmişdir. Qanaqo 85-ci dəqiqədə qolla yadda qalmışdır. Həmin görüşdə Nitsa rəqibinə 4-0 hesabı ilə qalib gəlmişdir.
İqnatiyev dağı
İqnatiyev dağı (bolq. Игнатиев връх, ‘Ignatiev Vrah’ \i-'gna-ti-ev 'vr&h\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 1220 m hündürlüklü dağdır. Dağ Srednoqori zirvələrində yerləşmişdir.Zirvə cənubi Bolqarıstanda yerləşən İqnatiyev qraflığının adını daşıyır. Həmin ərazi isə öz adını Rusiyalı diplomat Nikolay İqnatiyevdən (1832-1908) götürmüşdür. == Yerləşməsi == İqnatiyev dağı 63°36′37″ c. e. 58°39′10″ q. u. koordinatlarında yerləşmişdir. Korner zirvəsindən 3.3 km cənub-şərqdə, Henson təpəsindən 8.96 km cənub-şərqdə, Sirius təpəsindən 12.1 km şimalda, Kroun zirvəsindən 7.17 km cənub-qərbdə, Trayan qapısından şərqdə, Malorad buzlağından şimalda, Russell Vest buzlağından cənubda yerləşmişdir.
İqnatinin məktubları
İqnatinin məktubları — erkən xristian yazıçısı və Antioxiya patriarxı Tanrıdaşıyan İqnatinin yazdığı yeddi məktuba verilən ad. Onların həqiqi olduğuna inanılır. Məktublar Efes, Maqneziya, Trallida, Roma, Filadelfiya və Smirnadakı kilsələrə, habelə yepiskop Smirnalı Polikarpa ünvanlanmışdır. Roma istisna olmaqla, qeyd olunan bütün yerlər Kiçik Asiyada yerləşir. İqnatinin məktubları II əsrin əvvəllərində xristianlığın ən vacib mənbəyi hesab olunurdu. Onlar həmçinin, yepiskopluq məsələsində pravoslavlıq və katolisizm protestantlığa qarşı polemikasında mühüm yer tuturlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2007 ••••••••••••• 0.21
2013 •••••••••••••••••• 0.29
2016 ••••••••••• 0.17

Oxşar sözlər

#iqnati nədir? #iqnati sözünün mənası #iqnati nə deməkdir? #iqnati sözünün izahı #iqnati sözünün yazılışı #iqnati necə yazılır? #iqnati sözünün düzgün yazılışı #iqnati leksik mənası #iqnati sözünün sinonimi #iqnati sözünün yaxın mənalı sözlər #iqnati sözünün əks mənası #iqnati sözünün etimologiyası #iqnati sözünün orfoqrafiyası #iqnati rusca #iqnati inglisça #iqnati fransızca #iqnati sözünün istifadəsi #sözlük