iqtisadiyyatı sözü azərbaycan dilində

iqtisadiyyatı

Yazılış

  • iqtisadiyyatı • 96.1445%
  • İqtisadiyyatı • 3.8124%
  • İQTİSADİYYATI • 0.0431%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
ABŞ iqtisadiyyatı
ABŞ iqtisadiyyatı yüksək inkişaf etmiş və qarışıqdır. O, nominal ÜDM və xalis sərvətə görə dünyada ən böyük və alıcılıq qabiliyyəti paritetinə (AQP) görə ikinci ən böyük iqtisadiyyatdır. Həmçinin 2019-cu ildə dünyada adambaşına düşən ÜDM üzrə yeddinci və Adambaşına düşən ÜDM (AQP)-yə görə ölkələrin siyahısıadambaşına düşən AQP üzrə onuncu olmuşdur. ABŞ dünyanın texnoloji baxımdan ən güclü iqtisadiyyatına malikdir və şirkətləri texnoloji inkişafda öndədirlər; xüsusilə kompüterdə, əczaçılıqda və tibbdə, aerokosmik sənayedə və hərbi texnikada. ABŞ dolları beynəlxalq əməliyyatlarda ən çox istifadə olunan valyutadır və iqtisadiyyatı, ordusu, petrodollar sistemi və onunla bağlı avrodollar və ABŞ-nin iri xəzinə bazarı ilə dəstəklənən dünyanın ən önəmli ehtiyat valyutasıdır. Bir neçə ölkə bundan rəsmi valyuta kimi istifadə edir, bir çox ölkələrdə isə bu de-fakto valyutadır. ABŞ-nin ən böyük ticarət tərəfdaşları Çin, Kanada, Meksika, Yaponiya, Almaniya, Cənubi Koreya, Birləşmiş Krallıq, Fransa, Hindistan və Tayvandır. ABŞ dünyanın ən böyük idxalçısı və ikinci ən böyük ixracatçısıdır. NAFTA, Avstraliya, Cənubi Koreya, İsrail və bir sıra digərləri daxil olmaqla bir neçə ölkə ilə qüvvədə olan və ya müzakirələri davam edən azad ticarət sazişlərinə malikdir.Ölkənin iqtisadiyyatı bol təbii ehtiyatlar, inkişaf etmiş infrastruktur və yüksək məhsuldarlıqla qidalanmaqdadır. 2016-cı ildə 45 trilyon dollar dəyərində qiymətləndirilən təbii ehtiyatları ilə təbii ehtiyatların yeddinci ən yüksək ümumi dəyərinə malikdir.
Adıge iqtisadiyyatı
Adıge Respublikası - Rusiya Federasiyasınin Şimali Qafqaz iqtisadi rayonu tərkibindədir. == Ümumi məlumat == Sənaye məhsullarının həcmi dəyərinə görə kənd təsərrüfatı məhsullarının həcmini 1,2 dəfə üstələyir. Adıge RF-nin subyektləri arasında üzüm şərabı (6-cı yer), emallıq ağac-oduncaq (7-ci yer), karton (9-cu yer), şəkər tozu (15-ci yer), tərəvəz şirələri və meyvə-tərəvəz konservi istehsalında seçilir. Respublikanın ümumi məhsulunda ticarət və kommersiya fəaliyyəti 14,5%, k.t. 14,1%, sənaye 13,5%, tikinti 9,6%, nəqliyyat 2,7% paya malikdir (2002). İqtisadi cəhətdən fəal əhalinin (200 min nəfər) 16,9%-i sənaye sahələrində, 20,3%-i k.t.-da çalışır. İşsizlik səviyyəsi 13,5% – RF üzrə orta səviyyədən 1,7 dəfə yüksək, ayda adam başına düşən pul gəliri isə 45% azdır. Adıgenin enerji ehtiyatları tələbatının 50%- dən azını təmin edir. Bütün sənayesi, demək olar ki, Maykopda cəmləşmişdir. Yeyinti, taxta-şalban, ağac emalı və sellüloz-kağız, maşınqayırma və metal emalı, tikinti materialları sənayesi aparıcı sahələrdir.
Albaniya iqtisadiyyatı
Albaniya iqtisadiyyatı — Albaniya Respublikasının iqtisadiyyatı. == Əsas gəlir mənbəyi == İqtisadiyyatı bazar iqtisadiyyatına keçid durumundadır və mühacirlərin öz qohumlarına göndərdiyi vəsaitin, həmçinin İtaliya və Yunanıstanın ildə 400–600 milyon dollarlıq maliyyə köməyi sayəsində inkişaf edir. == Özəlləşdirilmə == İqtisadiyyatın dövlətsizləşdirilməsinə 1990-cı illərin ortalarında başlanmış; torpağın, ticarət və xidmət, nəqliyyat və tikinti sahələrinin özəlləşdirilməsi 2000-ci illərin əvvəlində sona yetirilmiş; iri sənaye obyektlərinin, bank sisteminin özəlləşdirilməsi 2003-cü ildən sonra aparılmışdır. == Əsas istiqamətləri == === Sənaye === Ölkənin sənaye istehsalının strukturunda hasilat və xammal emalı sahələri başlıca yerləri tutur. Əsas mineral ehtiyatları neft, qaz, xrom filizidir. Burada həmçinin mis, nikel, dəmir filizi, liqnit, təbii bitum hasil edilir. Mineral xammal hasilatı, xrom filizi istisna olmaqla, 1990-cı illərdə kəskin şəkildə azalmışdır.Elektrik enerjisi istehsalının 97%-i dağ rayonlarındakı kiçik SES-lərdən alınır. 2002-ci ildə ölkədə 5,3 milyard kVt-s elektrik enerjisi istehsal olunmuşdur.Emaledici sənaye 1960-1980-ci illərdən inkişaf etmişdir.Neft emalı, neft məhsulları istehsalı, neft-kimya və kimya, əlvan və qara metallurgiya, metal emalı və maşınqayırma, sement, ağac emalı, mebel, toxuculuq, tütün, yeyinti – zeytun yağı, şəkər, balıq, meyvə konservləri və s. istehsalı müəssisələri fəaliyyət göstərir. 1997-ci ildə ildə 360 min ton neft məhsulları istehsal olunmuşdur.
Almaniya iqtisadiyyatı
Almaniya iqtisadiyyatı Avropada ən böyük, 2008-ci ildə Ümumi Daxili Məhsula görə dünyada dördüncü ən böyük iqtisadiyyatdır. Almaniya 2009-cu ildə (Avrozona ölkələri daxil olmaqla) ixrac edilən 1,120 $ trilyon məhsul ilə dünyanın böyüklüyünə görə ikinci ixracatçısıdır. İxracatlar milli hasilatın üçdə birinə bərabərdir. 2009-cu il məlumatlarına görə Almaniyanın xarici valyuta ehtiyatları 185 milyard, xarici borcu isə 5.2 trilyon ABŞ dollarıdır. == Almaniyanın iqtisadi tarixi == Avropa iqtisadiyyatının sürətli inkişafına səbəb olan Sənaye inqilabı Almaniyaya inqilabın birinci başladığı Böyük Britaniyadan xeyli sonra gəlib çatıb. Buna konfederasiyada olan alman dövlətlərinin sənaye müəssisələrinin yaradılması üçün böyük təşəbbüs göstərməsi, yaxud artıq mövcud olan sənaye müəssisələrinə subsidiyalar səbəb olmuşdur. Prussiya və digər alman dövlətlərinin güclü dəstəyi nəticəsində 19-cu əsrdə yeni yaranan alman sənayesi sürətlə inkişaf etməyə başladı. Şimali Almaniyada yerləşən alman dövlətləri cənubdakılara nisbətən iqtisadi resurslarla daha zəngin idilər. Qərbdə Şlezviq-Holşteyndə, şərqdə isə Prussiyada yerləşən münbit torpaqlar kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradırdı. Həmçinin Rur vadisində yerləşən zəngin dəmir filizi və daş kömür yataqları da şimal ərazilərdə idi.
Avstriya iqtisadiyyatı
Avstriya iqtisadiyyatı — Avstriyanın əsas güzaranıdır. == Avstriya və Azərbaycan iqtisadiyyat əlaqələri == Bakıda keçirilən iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Avstriya hökumətlərarası komissiyanın altıncı iclasının yekunları üzrə Azərbaycan və Avstriya iqtisadiyyatın bəzi sahələrində əməkdaşlığın statusunu müəyyən edən protokol imzalayıblar. Protokolda sənaye, enegetika, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm, tikinti, səhiyyə, maliyyə və bank, informasiya-kommunikasiya texnologiyaları, idman və s. sahələrdə əməkdaşlıq haqqında ilkin sazişlər öz əksini tapıb. Azərbaycan tərəfdən protokolu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Avstriya tərəfdən iqtisadiyyat, ailə və gənclər federal nazirinin müavini Yozef Mayer imzalayıblar. == Turizm == Avstriya iqtisadiyyatında turizm əhəmiyyətli yer tutur. Şimal-cənub, qərb-şərq istiqamətində hərəkət edən turistləri Avstriyanın gözəl avtomobil yolları cəlb edir. Onların əksəriyyəti bir günlük turistlərdir. Avstriyada ölkədaxili turizm işi dünya standartlarına uyğun şəkildə təşkil edilir, ancaq, Avstriyalılar öz ölkələrində səyahət etməyə o qədər də maraq göstərmir, Aralıq dənizi sahillərində və qışda dağ kurortlarında dincəlməyə üstünlük verirlər. Hazırda Avstriya qış idman növləri üzrə lider mövqeyi tutmuş beynəlxalq turizm mərkəzidir.
Azərbaycan iqtisadiyyatı
Azərbaycan iqtisadiyyatı – Azərbaycan Respublikası hüdudları daxilində aparılan iqtisadi fəaliyyət toplusu. == Tarixi == === Qədim Azərbaycanın iqtisadi həyatı === Azərbaycan xalqının iqtisadi fikirləri haqqında bizə gəlib çatan ən qədim yazılı abidələrdən biri "Avesta"dır. Zərdüştiliyin qanunlar toplusu olan "Avesta" bizim eradan əvvəl X–VII əsrlərdə meydana gəlmişdir. Bəşər həyatının Məzdə qanunları əsasında qurulması cəmiyyətdə xeyirxahlıq və ədalət qanunları əsasında qurulması deməkdir. Azərbaycanda ilk sosial hərəkatlar olan Manihəçilik (III əsr), Məzdəkizm (V–VI əsrlər) və Xürrəmilər (VIII–X əsrlər) hərəkatlarının iqtisadi məzmunu hamı üçün mülkiyyət hüququ yaratmaq ideyası təşkil edir. Azərbaycan xalqı dünya xalqları içərisində ensiklopedik məzmunlu qədim yazılı abidələri olan xalqlardan biridir. Bu baxımdan "Dədə-Qorqud" qəhrəmanlıq dastanı və oradakı iqtisadi ideyalar diqqəti cəlb edir. X əsrdə qələmə alınmış bu dastan III–VII əsrlərin real hadisələrini, böyük bir dövrün ictimai həyatını, təsərrüfat ukladını öyrənmək baxımından əvəzsiz mənbədir. "Dədə-Qorqud" dastanının məlumatları təsdiq edir ki, Azərbaycan oğuzlarının həyatında natural mübadilə ilə bərabər pul artıq müəyyən rol oynayır. Tədavül və yığım vasitəsi kimi istifadə olunur.
Banqladeş iqtisadiyyatı
Banqladeş — dünyanın ən kasıb ölkələri sırasına daxildir. İnsan inkişafı indeksi 0,469-dur (195 ölkə arasında 129-cu yerdədir; 2010). ÜDM-in həcmi 241,1 mlrd.dollar, əhalinin hər bir nəfərinə 1500 dollar təşkil edir. ÜDM-in 52,8%-i xidmət sferasının, 28,6%-i sənayenin, 18,6%-i kənd təsərrüfatının payına düşür. == Ümumi məlumat == Dövlətin iqtisadi siyasəti təxirə salınmaz məsələlərin həllinə: yoxsulluqla, işsizliklə, müntəzəm daşqınların nəticələri ilə mübarizəyə, təsərrüfat infrastrukturunu, xüsusən energetika sahəsində zəif inkişafın aradan qaldırılmasına yönəldilmişdir. Banqladeşin iqtisadiyyatı XX əsrin sonu–XXI əsrin əvvəllərində stabil və yüksək templə inkişaf etmişdir (ÜDM-in orta illik inkişaf tempi: 1980-ci illər də 4,3%; 1990-cı illərdə 4,7%; 2009-сu ildə 5,6%). İllik investisiyaların həcmi ÜDM-in 20–25%-ni (2004-cü ildə 23,5%) təşkil etmişdir. Birbaşa xarici investisiyaların axını stabil deyildir (1995–2000 illərdə cəmi 696 mln. dollar; 2009-cu ildə 700,2 mln. dollar).
Bazar iqtisadiyyatı
Bazar iqtisadiyyatı — dünyada mövcud olan iqtisadi sistemlərdən ən geniş yayılmışı. Bazar iqtisadiyyatı məfhumundakı "bazar" iqtisadiyyatın sifətini, necəliyini, onun bazar təbiətli olmasını bildirir. Bazar təbiətli olmaq o deməkdir ki, iqtisadiyyat bazar üçün işləyir, bazar mexanizmi və bazar qanunları ilə tənzim olunur. Tarixən bazar bazar iqtisadiyyatından əvvəl meydana gəlmişdi. Ancaq o bazar iqtisadi sistemində fəaliyyət göstərir və buna görə də əvvəl bazar iqtisadiyyatının mahiyyəti, əsasları ilə bağlı məsələləri nəzərdən keçirmək lazımdır. Bazar istehsalçı və istehlakçıların qarşılıqlı fəaliyyətini təmin edən mexanizmdir, onların mövcudluq üsuludur. Bazar əsasən tədavül sferası, alqı-satqı ilə bağlıdır. Bazar iqtisadiyyatı daha geniş, əhatəlidir. O, istehsalı, bölgünü, mübadiləni və istehlak sahələrinin hamısını əhatə edir, onların tam halında mövcudluğunu təmin edir. İqtisadi bir sistem kimi bazar iqtisadiyyatının tam formalaşması kapitalizm cəmiyyətində baş vermişdir.
Başqırdıstan iqtisadiyyatı
Başqırdıstan iqtisadiyyatı (başq. Башҡортостан иҡтисады) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının iqtisadiyyatı. == Quruluşu == Başqırdıstan Rusiya Federasiyasının istər ümumi gəlir, istər sənaye istehsalatının həcmi, istər kənd təsərrüfatı, istərsə də sabit sərmaye yatırımı baxımından ən inkişaf etmiş subyektlərindən biridir. Başqırdıstan Respublikasının iqtisadi quruluşu ilk növbədə əkinçilik, heyvandarlıq və sənayeyə söykənib. == Rusiya Federasiyasında yeri == Başqırdıstan Ural iqtisadi rayonuna daxildir. Respublikanın Rusiya ÜDM-indəki payı 2,3%-dir. Rusiya Federasiyası iqtisadiyyatında neft hasilatı 2003-cü ildə 2,7% və neftin ilkin emalı 13,3%, mis filizlərinin konsentratlarda 10–12%, daşduzun hasilatı 37% olmuşdur. Başqırdıstan iri sənaye (kaustik soda 20,9%, sintetik qatranlar və plastik kütlələr 14,4%, metalkəsən dəzgahlar 13%, sulfat turşusu 2,7%) və kənd təsərrüfatı məhsullarının (Rusiya Federasiyası üzrə 4,4%; süd 6,1%, ümumi taxıl yığımının 5,7%-i) istehsalçısıdır. ÜRM-in (ümumregional məhsulun) strukturunda sənayenin payı %-lə 32,1, kənd təsərrüfatının payı 11,4, ticarətin, əmtəə və xidmət satışı üzrə kommersiya fəaliyyətinin payı 10,3, qeyri-bazar xidmətlərinin payı 8,1, tikintinin payı 7,8, nəqliyyatının payı 6,1, digər sahələrin payı 10,5-dir. Mülkiyyətin formalarına görə müəssisələrin nisbəti təşkilatların sayına görə 2004-cü ildə %-lə özəl 65,1, bələdiyyə 13,5, dövlət 5,3, ictimai və dini təşkilatların (birliklərin) 9,9, digər mülkiyyət formaları 6,1 olmuşdur.
Belarus iqtisadiyyatı
Belarus iqtisadiyyatı — Dünya iqtisadiyatında Alıcılıq qabiliyyəti paritetinə əsasən Ümumi Daxili Məhsulun dəyərinə görə 73-cü ölkə (2016) . SSRİ-nin dağılması və onun nəticəsi kimi iqtisadi əlaqələrin kəsilməsi istehsal səviyyəsinin aşağı düşməsinə (1990–95 il — lərdə ÜDM-in həcmi təxminən 40% azalmışdır) səbəb olmuşdu; istehsalın azalması templəri bütün MDB ölkələrindəki, o cümlədən Rusiyadakı analoji göstəricilərdən xeyli aşağı idi. Ən iri sənaye müəssisələri dövlət mülkiyyətində qalmışdı (dövlət müəssisələrinin payı təqribən 60%); mineral gübrələrin alınmasına çəkilən xərclərin təqribən 80%-i, yanacaq və elektrik enerjisinə çəkilən xərclərin isə təqribən 50%-i dövlət hesabına ödənilən iri k.t. müəssisələri də (kolxoz və sovxozlar, damazlıq təsərrüfatları) saxlanmışdı. 1997-ci ildən iqtisadiyyatın sabit artımı müşahidə olunur; kiçik və orta sahibkarlıq biznesi inkişaf edir; ticarət müəssisələrinin əksəriyyəti, xidmət sferası, kiçik və orta sənaye müəssisələri özəl sektora aiddir. ÜDM-in həcmi 131,2 mlrd. dollardır (alıcılıq qabiliyyəti pariteti üzrə, 2010; adam başına 13909 dollar); ÜDM-in artımı 5,3%. İnsan inkişafı indeksi 0,756-dır (dünyanın 194 ölkəsi arasında 73-cü yer, 2011). ÜDM-in strukturunda (%) sənayenin payı 31,7, ərzaq üzrə xalis vergilərin payı 13,3, ticarətin və ictimai iaşənin payı 19,9, nəqliyyat və rabitənin payı 7,2, k.t. nın payı 8,6, tikintinin payı 6,8, digər sahələrin payı 19,9-dır (2011).
Bilik iqtisadiyyatı
Bilik iqtisadiyyatı — postsənaye iqtisadiyyatı və informasiya cəmiyyəti və ya bilik cəmiyyəti ilə xarakterizə olunan yenilikçi iqtisadiyyatın ən yüksək inkişaf mərhələsi; eyni zamanda — dünyanın qabaqcıl ölkələrinin iqtisadiyyatı və cəmiyyətinin böyük inkişafının növbəti mərhələsi. İndiyə qədər bilik iqtisadiyyatı ABŞ tərəfindən və qismən AB tərəfindən yaradılmışdır. == Terminin mənası == Bilik iqtisadiyyatı termini çox vaxt yenilikçi iqtisadiyyatın sinonimi kimi istifadə olunur. Lakin, bilik iqtisadiyyatı yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bilik cəmiyyətinin və ya informasiya cəmiyyətinin əsası, təməlidir. Bilik iqtisadiyyatı, inkişafın əsas amillərinin bilik və insan kapitalı olduğu bir iqtisadiyyatdır. Belə bir iqtisadiyyatın inkişaf prosesi insan kapitalının keyfiyyətinin yüksəldilməsindən, həyat keyfiyyətinin yaxşılaşdırılmasından, yüksək texnoloji biliklərin, innovasiyaların və yüksək keyfiyyətli xidmətlərin istehsalından ibarətdir. Sosiologiyada: Gündəlik Texnoloji İnqilabın İqtisadiyyatı. Bilik iqtisadiyyatı post-sənaye iqtisadiyyatı və yenilikçi bir iqtisadiyyatın inkişafının ən yüksək mərhələsidir və bu səbəbdən ABŞ, Almaniya, Böyük Britaniya, Koreya Respublikası və Yaponiya kimi ən inkişaf etmiş ölkələr üçün ən xarakterikdir.Ədəbiyyatda inkişaf etmiş və gələcək cəmiyyətlərin və iqtisadiyyatların digər tərifləri mövcuddur. Vurğulamaq lazımdır ki, bilik iqtisadiyyatı ilə innovasiya iqtisadiyyatı arasındakı əsas fərq, ilk bilik vəziyyətində bazara çıxarıla bilən daxili bir əmtəə halına gəlməsidir. İkincisi vəziyyətində, bilik yeniliklərin yaradılması üçün zəruri şərtdir, bununla birlikdə bu tip iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi məhz yeni texnologiyalar, iqtisadiyyata daima yenilikçi istehsal metodlarının tətbiqi, yeniliklərin və texnologiyaların satışı və alınmasıdır.
Biznes iqtisadiyyatı
Biznes iqtisadiyyatı — tətbiqi iqtisadiyyatın bir sahəsi olub, iqtisadi nəzəriyyədən və riyazi metodlardan istifadə etməklə müəssisələri, müxtəlif biznes bölmələrinin diversifikasiyasına şərait yaradan faktorları və həmçinin firmaların əmək, kapital və əmtəə bazarları ilə əlaqələrini öyrənir.
Bolqarıstan iqtisadiyyatı
Bolqarıstan iqtisadi inkişafı orta səviyyədə olan ölkələrin sırasına daxildir. İnsan inkişafı indeksi 0,796-dır (dünyanın 177 ölkəsi arasında 56-cı yer tutur). ÜDM-in həcmi 61,6 mlrd. dollardır (alıcılıq pariteti üzrə, 2004), əhalinin adambaşına Aİ-nin orta səviyyəsinin 1/3-dən az düşür. İkinci dünya müharibəsinə qədər Bolqarıstan əsasən, iqtisadi inkişafı orta səviyyədə olan aqrar ölkə olmuşdur. Xırda kəndli torpaq mülkiyyəti üstünlük təşkil etmişdir (1 mln. xırda əmtəə əkinçilik təsərrüfatı). Müharibədən sonrakı illərdə Bolqarıstanın torpaq ehtiyatları milliləşdirilmiş, kəndlilər kooperativlərdə və dövlət təsərrüfatlarında birləşmişdirilmişdir. 1990-cı illərdə baş vermiş dərin iqtisadi tənəzzülün səbəbləri ölkə iqtisadiyyatının keçmiş SSRİ-dən ucuz xammal və enerji idxalı nəticəsində yaranmış asılılığı, ənənəvi satış bazarlarının itirilməsi, kifayət qədər rəqabət qabiliyyətinə malik olmayan bolqar mallarının Qərb bazarlarına yönəldilməsinin çətinlikləri ilə bağlı idi. İqtisadiyyatın artımı son illərdə sürətli deyil, lakin stabildir.
Bruney iqtisadiyyatı
Bruney iqtisadiyyatının əsasını neft və təbii qaz hasilatı və ixracatı (illik gəlirin 95%-i və ölkənin büdcə gəlirinin 3/4-ü) təşkil edir. ÜDM-in həcmi 21,9 mlrd. dollar (alıcılıq qabiliyyəti pariteti üzrə, 2012); adambaşına 55,3 min dollardır (inkişaf etməkdə olan ölkələrin çoxundan xeyli yüksək). ÜDM-in real artımı 1,3 % (2012); insan inkişafı indeksi 0,855-dir (187 dünya ölkəsi arasında 30-cu yer, 2013). Bruney iqtisadiyyatı İran körfəzinin neft hasil edən bir sıra ölkələrinin iqtisadiyyatları ilə oxşar xüsusiyyətlərə malikdir: yüksək dövlət gəlirləri və əhalinin həyat səviyyəsinin göstəriciləri, təsərrüfatın neft və qaz ixracından, emal sənayesi məhsulları, ərzaq və işçi qüvvəsinin idxalından asılılığı. ÜDM-in 28,2 %-i xidmət sferasında, 71,1 %-i sənaye və tikintidə, 0,8%-i meşə, kənd təsərrüfatı və balıqçılıqda yaradılır. Hakim sülalənin nəzarətində olan iqtisadiyyatın dövlət sektoru yüksək paya malikdir. Bruneyin iqtisadi siyasəti milli özəl sahibkarlığın stimullaşdırılması, xarici investisiyaların cəlb edilməsi, sənayenin sahəvi strukturunun diversifikasiyası, xidmət sferası infrastrukturunun yaradılması, turizmin inkişafına istiqamətlənmişdir. Bruney beynəlxalq maliyyə mərkəzi (əsası 2000 ildə qoyulmuşdur) ölkədə öz şöbələrini açan xarici bank və fondlar üçün güzəştli şərtlər müəyyən etmişdir. Bruney iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşunun yekun həcmi 8,5 mlrd.
Butan iqtisadiyyatı
Butan aqrar ölkədir, ən az inkişaf etmiş dünya ölkələri sırasına aid edilir və Hindistan, Avropa ölkələri, beynəlxalq təşkilatların göstərdiyi xarici köməkdən çox asılıdır. ÜDM həcmi 5 milyard dollar, adambaşına – 7000 dollardır (alıcılıq qabiliyyəti paritetinə görə; 2013). ÜDM-in real artımı 5,8% (2013); insan inkişafı indeksi 0,538 (dünyanın 186 ölkəsi arasında 140-cı yer, 2012). ÜDM-in 13,8%-i kənd təsərrüfatı, 41,2%-i sənaye və tikinti, 45,0%-i xidmət sferasının payına düşür (2013). Turizm və energetikanın inkişafı hökumətin diqqət mərkəzindədir. Qəbul edilmiş iqtisadi proqramlar ətraf mühitin və əhalinin ənənəvi həyat tərzinin qorunub saxlanmasına yönəlmişdir. Marka ticarəti və xarici turizm valyuta gəlirinin əsas mənbəyidir və turist sayını tənzimləyən dövlətin tam nəzarəti altındadır. == Sənayesi == Beynəlxalq Valyuta Fondunun Butan üçün tərtib etdiyi ÜDM-un illər üzrə göstəriciləri Əhəngdaşı, gil, mərmər, dolomit, qrafit, şist və qiymətli daşlar hasil edilir, az miqdarda dəmir filizi və kömür çıxarılır. Hidroenergetika iqtisadiyyatın ən sürətlə inkişaf edən sahəsidir. İldə 2 mlrd.
BƏƏ iqtisadiyyatı
Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatında neft yataqlarının kəşfinə qədər Dubay və ondan bir qədər geridə qalan Şərca, başlıca yer tuturdular. Bu ilk növbədə onların mirvari və digər dəniz məhsullarının satışında Qərb ölkələri məhsullarının tranzit daşınmasında özünü göstərirdi. İkinci Dünya müharibəsindən sonrakı illərdə qaçaq mal ticarəti Dubay üçün əsas gəlir mənbəyi olmuşdur. Avropadan gətirilən zərgərlik məmulatları, saat, elektrik məişət məhsulları bu əmirliyin ərazisindən gizli olaraq Cənub və Cənub-Şərqi Asiya ölkələrinə, həmin ölkələrdən isə Avropaya qiymətli daşqaş və müxtəlif metallar daşınırdı. Həmin vaxtlar neft Dubay üçün ikinci dərəcəli gəlir mənbəyi hesab edilirdi. Dubaydan fərqli olaraq Abu-Dabi əmirliyi isə neft yataqları kəşfinə qədər kasıbçılıq içərisində yaşayırdı. == Tarixi == İkinci Dünya müharibəsindən sonra Küveyt və Səudiyyə Ərəbistanı neft sənayesi ilə əlaqədar yüksək iqtisadi inkişaf səviyyəsinə çatmaq üçün 10 illərlə vaxt sərf etmişlər. Onlardan fərqli olaraq həmin inkişaf yolunu Abu-Dabi, Dubay və Şərca əmirlikləri cəmi 8–10 ilə keçmişdir. Ölkənin belə "sıçrayışında" yerli hakimlərin ağıllı və məqsədyönlü siyasətini də yüksək qiymətləndirmək lazımdır. Dövlət rəhbərlərinin dünya iqtisadiyyatında baş verə biləcək dəyişiklikləri düzgün qiymətləndirməsi və uzaqgörənliyi sayəsində məharətli istifadə edə bilmiş və ölkənin sosial-iqtisadi simasını əsaslı sürətdə dəyişdirə bilmişlər.
Bəhreyn iqtisadiyyatı
Qədim dövrlərdən Bəhreyn ticarət mərkəzi kimi tanınır. Əhali vahələrdə xurma, həmçinin digər meyvə tərəvəz yetişdirir, heyvandarlıq və mirvari ovu ilə məşğul olurdu. Sənətkarlar isə birdorlu gəmilərin inşası ilə məşğul olurdu. 1932-ci ildə ölkədə neft aşkar olunduqdan və onun çıxarılmasına başlanıldıqdan sonra ənənəvi təsərrüfat sahələri arxa plana keçdi. Müstəqillik əldə etdikdən sonra ölkənin siyasi və sosial-iqtisadi həyatında əsaslı və keyfiyyətli dəyişikliklər baş vermişdir. Müstəmləkəçilər özlərindən sonra ölkədə qəbilə-tayfa və feodal münasibətlərinin qalıqları ilə yüklənmiş köhnə ictimai struktur qoyub getmişlər. Bütün bunlara baxmayaraq Bəhreyndə kapitalist ictimai münasibətləri İran körfəzinin digər Ərəb ölkələrindən əvvəl yaranmışdır. Qətər, BƏƏ, Küveyt ilə yanaşı, Bəhreyn də yerli ixtisaslı kadrların az olması ilə əlaqədar mühacir işçi qüvvəsindən istifadə etməyə məcburdur. Ölkədə işləyən əhalinin yarıdan çoxu (56 faiz) mühacirlərdir. Bəhreynin ümumdaxili məhsulunun (ÜDM) dəyəri 2004-cü ildə 10,0 mlrd.
CAR iqtisadiyyatı
Sənaye-aqrar ölkəsi olan CAR Afrikanın ən inkişaf etmiş dövlətidir. Adambaşına düşən ÜDM 11500 dollardır (2013, alıcılıq qabiliyyəti pariteti üzrə). ÜDM-in strukturunda sənaye 29%, kənd təsərrüfatı 2,6%, xidmət sferası 68,4% təşkil edir. Ümumi ÜDM 317,3 milyard dollardı. == Sənayesi == Sənayenin aparıcı sahələrindən biri mədən çıxarma sənayesidir. Yanacaq-enerji resurslarının əsası daş kömürdür. Elektrik enerjisi başlıca olaraq İES-də istehsal olunur. CAR qızıl, platin, almaz, xromit, manqan filizi, vanadium, antimonit, həmçinin asbest hasilatına, uran konsentratlarının istehsalına görə düyada aparıcı yerlərdən birini tutur. Dəmir filizi, əlvan metal filizlərindən mis, antimonit, qalay, nikel çıxarılır. Emal sənayesi sahələrindən ən çox maşınqayırma və metal emalı inkişaf etmişdir (mədən avadanlığı, qaldırıcı kranlar, qazanlar, d.y.
Davranış iqtisadiyyatı
Davranış iqtisadiyyatı psixoloji, idraki, emosional, mədəni və sosyal faktorların insanların və qurumların qərar verməsi üzərindəki təsirlərini və bunun klassik nəzəriyyənin qurduğu sistemdən nə qədər fərqliləşdiyini öyrənən iqtisadiyyatın yeni alt sahəsidir.Davranış iqtisadiyyatı əsas olaraq iqtisadi agentlərin məhdud rasionallığı ilə maraqlanır. Bu elm sahəsinidəki modellər, adətən, özündə psixologiya, nevrologiya və mikroiqtisadi nəzəriyyə ilə bağlı fikirləri birləşdirir. Davranış iqtisadiyyatının tədqiqi bazar qərarlarının necə qəbul edildiyini və ictimai seçimə səbəb olan mexanizmləri əhatə edir. Burada üzərində çalışılan 3 əsas sahə var: Heuristika: İnsanlar qərarlarının 95%-ni zehni qısayolları və ya ümumi qəbul edilən fikirləri istifadə edərək verir. Çərçivələmə: Zehni filtrləri təşkil edən qəlib hadisələr və stereotiplərin bir araya gəlməsi fərdlərin hadisələri başa düşməsinə və bunlara necə cavab verməsinə əsaslanır. Bazar anomaliyası: Bura səhv qiymətləndirmə və qeyri-rasional qərar vermələr daxildir.2002-ci ildə psixoloq Deniel Kaneman "psixoloji tədqiqatları iqtisadi elmlə, xüsusən də qeyri-müəyyənlik altında insanın mühakiməsi və qərar qəbul etməsinə dair fikirlərlə birləşdirdiyinə görə" İqtisadiyyat üzrə Nobel mükafatı ilə təltif edilmişdi ". 2013-cü ildə isə, iqtisadiyyatçı Robert Şiller "aktiv qiymətlərinin empirik analizinə görə" (davranış maliyyəsi sahəsində) İqtisadiyyat üzrə Nobel mükafatını qazanmışdı..Son olaraq 2017-ci ildə Riçard Taler "davranış iqtisadiyyatına verdiyi töhfələrə və iqtisadi nəzəriyyəni pozan qeyri rasional insan davranışları üzərindəki qabaqcıl işinə görə" bu mükafata layiq görülmüşdü. == Tarixi == Klassik iqtisadiyyat dövründə mikroiqtisadiyyat psixologiya ilə sıx bağlı idi. Məsələn, Adam Smit ədalət və ədalət narahatlıqları da daxil olmaqla, fərdi davranışların psixoloji izahlarını təklif edən Əxlaqi münasibətlər nəzəriyyəsi (ing. The theory of Moral Sentiments) əsərini yazdı.
Dağıstan iqtisadiyyatı
Dağıstan iqtisadiyyat — Rusiya Federasiyasında göstəricisinə görə 35-ci yerdədir. (2010).Dağıstan Şimali Qafqaz iqtisadi rayonuna daxildir. Kənd təsərrüfatı məhsullarının həcmi sənaye məhsullarının həcmini dəyərinə görə 2 dəfə üstələyir. Rusiya iqtisadiyyatında Dağıstan üzüm (Rusiya üzrə təqr. 25%, 2004) və tərəvəz (4,9%) yığımına, konyak (18,9%), Şampan şərabları və köpüklənən şərablar (11,4%) istehsalına, davarın sayına (24,1%) görə fərqlənir. ÜRM-in strukturunda (2003,%) k.t.-nın payı 28,3, ticarət, əmtəə və xidmətlərin satışı üzrə kommersiya fəaliyyəti –18,0, qeyri-bazar xidmətləri – 17,1, sənaye – 12,9, tikinti – 9,8, nəql. və rabitə – 7,5, digər sahələr – 6,4. Mülkiyyət formasına görə müəssisələrin nisbəti (təşkilatların sayına görə, 2004,%): özəl 58,3, dövlət və bələdiyyə 37,2, ictimai və dini təşkilatlar (birliklər) 0,2, digər mülkiyyət formaları 4,3. İqtisadi fəal əhali 1090 min nəfərdir, onların 75,8%-i iqtisadiyyatda çalışır. Məşğulluğun sahəvi strukturu (%): k.t.
Dünya iqtisadiyyatı
Dünya iqtisadiyyatı — beynəlxalq iqtisadi münasibətlər sistemi vasitəsilə beynəlxalq əmək bölgüsünün əsasında dünya ölkələrinin milli iqtisadiyyatlarını birləşdirən çoxmərhələli qlobal təsərrüfatçılıq sistemidir. Dünya miqyasında məhsuldar qüvvələrin sürətli inkişafı nəticəsində insan fəaliyyəti ölkədaxili çərçivədən ölkələrdaxili çərçivəsinə keçir, bütün ölkələri bütöv bir halda əhatə etməyə başlayır. Belə olan halda insanlar arasında meydana çıxan siyasi, iqtisadi, mədəni və s. əlaqələr, dövlətlər və regionlar arasında meydana çıxan yeni münasibətlərlə zənginləşir. Nəticədə insan fəaliyyəti mürəkkəbləşir, qarşılıqlı ziddiyyətlərlə zəngin olur. Bu ziddiyyətlərin həll edilməsi yolu isə bir ölkə daxilində baş verən ictimai istehsaldan yox, bütün planeti əhatə edən dünya istehsalından — beynəlxalq iqtisadiyyatdan keçir. == Dünya iqtisadiyyatının inkişaf mərhələləri == Dünya iqtisadiyyatının inkişafında bir neçə nəsil keçmişdir İstehsaldan əvvəlki istehsal mərhələsi — XVII əsrin sonları dünya iqtisadiyyatı, sənayedən əvvəlki istehsal mərhələsində beynəlxalq ticarətin meydana çıxması ilə meydana gəldi və XVII əsrin sonlarına qədər formalaşdı. XVIII əsrin əvvəlləri — XIX əsrin ortaları Artan kütləsi mütəmadi olaraq ölkələr arasında mübadilə olunan malların istehsalının daha da inkişafı ilə xarakterizə olunur; xarici ticarətin milli iqtisadiyyatın bir hissəsinə çevrilməsi; dünya bazarının yaranması — kapitalizmin ən yüksək nailiyyəti. XIX əsrin sonu — XX əsrin əvvəlləri məhz bu dövrdə genişmiqyaslı maşın istehsalına əsaslanan dünya iqtisadi sisteminin formalaşması başa çatdı. 20-ci illərin sonları — XX əsrin 80-ci illərinin ortaları.
Ermənistan iqtisadiyyatı
Sovet dönəmində Ermənistan inkişaf etmiş sənayeyə malik bir respublika idi. Kimya, maşınqayırma, elektronika, yeyinti sənayesi və toxuculuq bu ölkədə çox yüksək dərəcədə inkişaf etmişdi. Lakin bu sənaye sahələrinin əksəriyyəti xaricdən gələn xammaldan asılı idi. Kənd təsərrüfatı həm işçi sayına görə, həm də istehsal miqdarına görə iqtisadiyyatda 20%-lik həcmə malik idi. Sovet İmperiyasının dağılması nəticəsində Ermənistanda çalışan bir çox müəssisələr öz fəaliyyətini dayandırdı. Nəticədə kənd təsərrüfatı ilə məşğul olan əhalinin miqdarı 40%-ə, kənd təsərrüfatı məhsullarının ÜDM-də payı isə 30%-ə qalxdı. Bundan başqa Qarabağ müharibəsi nəticəsində ölkə iqtisadiyyatına ağır zərbə dəydi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti aparması qonşu Azərbaycan və Türkiyənin Ermənistanla olan sərhədlərini bağlaması ilə nəticələndi. Bundan başqa qonşu Gürcüstanın da Ermənistana gedən mallara yüksək tranzit haqqı tətbiq etməsi də (Gürcüstan Ermənistana gedən mallar üçün Azərbaycana gedən mallara tətbiq etdiyi tranzit haqqından iki dəfə yüksək vergi tətbiq edir) Ermənistan iqtisadiyyatında olan tənəzzülü dərinləşdirirdi. Digər tərəfdən Ermənistan özünün ən yaxın iqtisadi tərəfdaşı olan Rusiya ilə yerüstü əlaqəyə malik deyildi.
Estoniya iqtisadiyyatı
Baltikyanı ölkələr içərisində ərazicə ən kiçiyi olan Estoniya Ümumi Daxili Məhsulun adambaşına düşən həcminə və iqtisadi islahatların uğurla həyata keçirilməsinə görə birincidir. 2004-cü ildən NATO və Avropa İttifaqının üzvü seçilmiş, 2007-ci ildən isə Şengen Zonasına qoşulmuşdur. 2011-ci ildən Baltikyanı ölkələr içərisində ilk olaraq Estoniya Avrozonanın üzvü olmuşdur. Ölkədə 2012-ci ildə ÜDM-in həcmi ötən ilə nisbətən 3,9% artaraq 21,85 milyard ABŞ dolları təşkil etmişdir. Adambaşına düşən ÜDM-in həcmi 17 min dollardır. Estoniyanın əmək bazarı dünya reytinqində ilk onluqdadır.
Finlandiya iqtisadiyyatı
Finlandiya iqtisadiyyatı — Fransa, Almaniya və İngiltərə kimi digər Qərbi Avropa iqtisadiyyatlarına bənzər adambaşına düşən istehsal rəqəmi ilə yüksək sənayeləşmiş, qarışıq iqtisadiyyatdır. Finlandiya iqtisadiyyatının ən böyük sektoru 72,7 faizlə xidmət, ardınca 31.4 faizlə istehsal və saflaşdırma sənayesidir. İlkin istehsal sadəcə 2,9 faizi təşkil edir.Xarici ticarətə gəldikdə, əsas iqtisadi sektor istehsalatdır. Ən böyük sənaye sahələri elektronika (21,6 faiz), maşın, nəqliyyat vasitələri və digər mühəndis metal məhsullar (21,1 faiz), meşə sənayesi (13.1 faiz) və kimya məhsullarıdır. (10.9 faiz). Finlandiyada ağac və bir neçə mineral və şirin su ehtiyatı var. Meşə təsərrüfatı, kağız fabrikləri və kənd təsərrüfatı sektoru (vergi ödəyiciləri ildə təxminən 2 milyard avro xərcləyir) kənd sakinləri üçün siyasi baxımdan həssasdır. Böyük Helsinki bölgəsi, təxminən, ÜDM-nin üçdə birini təşkil edir.2004-cü ildə OECD müqayisəsində, Finlandiyada yüksək texnoloji istehsal İrlandiyadan sonra ikinci yeri tutmuşdu. Bilik tələb edən xidmətlər ən kiçik və yavaş böyüyən sektorları — xüsusilə kənd təsərrüfatı və aşağı texnoloji istehsal — İrlandiyadan sonra ikinci yeri tutdu. İnvestisiya gözləniləndən aşağı idi.
Fransa iqtisadiyyatı
Fransa iqtisadiyyatı öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin "böyük yeddiliyinə" daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-nin 5%-ni və dünya ticarətinin 6%ni formalaşdırır. Fransa unitar döv­lətdir və onun büdcə sistemi yalnız iki hissədən iba­rətdir: dövlət büdcəsi və yerli büdcələr. Ölkədə büdcə sisteminin vahidliyi yoxdur. Bütün büdcələr formal şəkildə ayrılmışlar. Hər bir inzibati vahidin büdcəsi onun icraiyyə hakimiyyət orqanı tərəfindən təsdiq olunur. Fransanın maliyyə sisteminə dövlət (mərkəzi) və yerli büdcələrdən başqa, həmçinin büd­cə­dən­kənar fondlar və dövlət müəssisələrinin maliyyələri daxildir. Dünya miqyasında Fransanın ən iri birjası Matif Paris birjası hesab edilir. Bu birjada aparılan əməliyyatlar içərisində ən çox xüsusi çəkini dövlət istiqrazları tutur.
ABŞ iqtisadiyyatının tarixi
ABŞ iqtisadiyyatının tarixi 16, 17, 18-ci əsrlərdə Şimali Amerikanın kolonizasiyası ilə başlayır. İkinci dərəcəli rol oynayan kolonial iqtisadiyyatlar bir müddət sonra 13 müstəqil fermer iqtisadiyyatlarına çevrilirlər. 1776-cı ildə isə birləşərək Amerika Birləşmiş Ştatlarını yaradırlar. Hal-hazırda ABŞ iqtisadiyyatı nəhəng, sənayələşmiş, inteqrasiya olunmuş iqtisadiyyata çevrilmişdir. ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatının təxminən 25 faizini təşkil edir. Bu inkişafın əsas səbəbləri böyük vahid bazar, inkişafa təkan verən siyasi-hüquqi sistem, yüksəl məhsuldarlı böyük əkinçilik sahələri, zəngin təbii sərvətlər (xüsusən ağac, kömür, dəmir, və neft), sahibkarlıq ruhu və material və insan resurslarına investisiya yatırımıdır. ABŞ iqtisadiyyatında olan yüksək əmək haqqı milyonlarla miqrantı cəlb edir. ABŞ iqtisadiyyatının inkişafında texnoloji və sənayə amilləri böyük rol oynamışdır. == Kolonizasiyadan əvvəl == 1492-ci ildə Xristofor Kolumb İspan bayrağı altında üzərək Asiyaya yol tapmaq əvəzinə "Yeni dünya"nı kəşf edir. Növbəti 100 ildə qızıl, var-dövlət, şan-şöhrət tapmaq və imperiyaçılıq məqsədi ilə ingilis, ispan, portuqal, holland və fransız tədqiqatçıları "Yeni dünya"ya yollanırlar.
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu - Aqrar sahənin iqtisаdiyyаtının öyrənilməsi == Tarixi == Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı. == Mənbə == İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.
Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu - Aqrar sahənin iqtisаdiyyаtının öyrənilməsi == Tarixi == Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı. == Mənbə == İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.
Azərbaycan SSR iqtisadiyyatı
Azərbaycan SSR iqtisadiyyatı — Azərbaycan SSR ərazisində formalaşmış, SSRİ iqtisadiyyatının bir parçası. Azərbaycan SSR iqtisadiyyatı Zaqafqaziya iqtisadi rayonuna daxil idi. == Sənaye == Əsas aparıcı sənaye sahələri: Neft Qaz Kimya Maşınqayırma və metaləritmə Yüngül YeyintiAzərbaycan SSRi məkanında ən qədim neft və qaz çıxarılma rayonu olmuşdur. Neft və qaz əsasən Abşeron yarımadası, Kür-Araz ovalığı və dəniz sahələrində çıxarılırdı. Neftayırma sahəsi əsasən Bakıda cəmləşmişdi. Respublikanın Daşkəsən rayonunda dəmir filizi, alunit çıxarılırdı. Respublika iqtisadiyyatına tələb olunan elektrik enerjisinin 90 % İstilik Elektrik Stansiyaları ödəyirdi. İri elektrik stansiyaları:Azəırbaycan İstilik Elektrik Stansiyası, Əli-Bayramlı İstilik Elektrik stansiyası. Mingəçevir SES isə ən iri SES stansiya idi. Metallurgiya sənayesi isə əsasən Sumqayıt və Kirovabadda cəmləşmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti iqtisadiyyatı
Azərbaycan Xalq Cümhuriyyəti iqtisadiyyatı — Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi siyasətinin əsas məzmunu. == Fəaliyyəti == 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk demokratik və yeganə par­la­men­tli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Keçmiş Rusiya İmperiyasının dağıntıları içərisindən yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Avropa tərəfindən tanınmış yeganə türk respublikası kimi tarixə daxil oldu. Cümhuriyyətin yaranması və onun fəaliyyəti xalqın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun intişarına böyük təsir göstərmişdir. Həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində ilk mühüm müstəqil addımlar atılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həmin dövrdə ölkədə milli iqtisadiyyatın və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində ilk müstəqil addımlar atılmışdır. == İqtisadiyyat == === Haqqında === Azərbaycan Xalq Cümhuriyyətində sosial ədalət istehsal vasitələri üzərində mülkiyyət formaları vasitəsi ilə bərqərar edildi. AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər.
Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatı
Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatında neft yataqlarının kəşfinə qədər Dubay və ondan bir qədər geridə qalan Şərca, başlıca yer tuturdular. Bu ilk növbədə onların mirvari və digər dəniz məhsullarının satışında Qərb ölkələri məhsullarının tranzit daşınmasında özünü göstərirdi. İkinci Dünya müharibəsindən sonrakı illərdə qaçaq mal ticarəti Dubay üçün əsas gəlir mənbəyi olmuşdur. Avropadan gətirilən zərgərlik məmulatları, saat, elektrik məişət məhsulları bu əmirliyin ərazisindən gizli olaraq Cənub və Cənub-Şərqi Asiya ölkələrinə, həmin ölkələrdən isə Avropaya qiymətli daşqaş və müxtəlif metallar daşınırdı. Həmin vaxtlar neft Dubay üçün ikinci dərəcəli gəlir mənbəyi hesab edilirdi. Dubaydan fərqli olaraq Abu-Dabi əmirliyi isə neft yataqları kəşfinə qədər kasıbçılıq içərisində yaşayırdı. == Tarixi == İkinci Dünya müharibəsindən sonra Küveyt və Səudiyyə Ərəbistanı neft sənayesi ilə əlaqədar yüksək iqtisadi inkişaf səviyyəsinə çatmaq üçün 10 illərlə vaxt sərf etmişlər. Onlardan fərqli olaraq həmin inkişaf yolunu Abu-Dabi, Dubay və Şərca əmirlikləri cəmi 8–10 ilə keçmişdir. Ölkənin belə "sıçrayışında" yerli hakimlərin ağıllı və məqsədyönlü siyasətini də yüksək qiymətləndirmək lazımdır. Dövlət rəhbərlərinin dünya iqtisadiyyatında baş verə biləcək dəyişiklikləri düzgün qiymətləndirməsi və uzaqgörənliyi sayəsində məharətli istifadə edə bilmiş və ölkənin sosial-iqtisadi simasını əsaslı sürətdə dəyişdirə bilmişlər.
Burjua siyasi iqtisadiyyatı
Burjua siyasi iqtisadiyyat — tarixi və formalaşma xüsusiyyətləri əsasında istiqamətlərin, məktəblərin və ayrı-ayrı siyasi və iqtisadi düşüncə əsərlərinin fərqləndirilməsi zamanı Karl Marksın gətirdiyi iqtisadi doktrina tarixində müstəqil bir kateqoriya. Marksist, habelə vulqar, xırda burjua və s. iqtisadi düşüncə məktəbləri ilə birlikdə bu kontekstdə fərqlənir. Marksizmin meydana gəlməsi tarixində V. İ.Lenin “Marksizmin üç mənbəyi və üç komponenti” əsərindəki tərifinə görə burjua siyasi iqtisadiyyatı bu təlimin əsasında duran üç şərt və komponentdən biri kimi qəbul edilir. == Terminin etimologiyası == İqtisadi doktrina tarixinin marksist analizində, iqtisadi düşüncənin bir istiqaməti olaraq burjua siyasi iqtisadiyyatının meydana çıxması "kapitalist istehsal üsulunun formalaşması və proletaryanın inkişaf etməmiş sinif mübarizəsi" dövrünə təsadüf edir. "Burjua" tərifi burada "burjuaziya"-nın sosial-sinif kateqoriyası ilə əlaqələndirilir. Eyni zamanda, klassik iqtisadi düşüncə məktəbini bütün siyasi iqtisadiyyatdan təcrid edərək Karl Marks bununla "Burjua istehsal münasibətlərinin daxili asılılıqlarını araşdıran Uilyam Pettidən başlayaraq bütün siyasi iqtisadiyyatı nəzərdə tuturam" yazdı. Burjua alt tərifi burada açıqlanır.: birbaşa, burjuaziya sinfinin adı ilə - nəzəriyyəyə əvvəlcədən göndərilmiş məcmu hədəf qoyma, onun "hədəflənməsi". “Sənaye burjuaziyasının mənafelərini ifadə edən”) bu nəzəriyyə, burjuaziyanın iqtisadi fəaliyyəti üçün şərtlərin optimallaşdırılmasına yönəldilmişdir və müvafiq təkliflərin həyata keçirilməsi burjuvazinin təbiətinin özünün mənafeyinə uyğun gəlmişdir, “ağlabatan eqoizm” prinsipini rəhbər tutaraq ”. dolayı yolla - (sinifin adı ilk növbədə kapitalistlərin mənafelərinin irəli sürüldüyü ictimai münasibətlər sistemini göstərir) - əsas tədqiqat obyekti olan sosial-iqtisadi sistem kimi kapitalizm.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 65.14 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 137.05
2003 •••••••••••••• 94.48
2004 •••••••••••••• 91.97
2005 •••••••••••••••• 105.94
2006 •••••••••• 66.45
2007 ••••••••••• 74.21
2008 ••••••••••••••• 95.99
2009 •••••••••••• 77.27
2010 ••••••••• 55.73
2011 •••••••••• 62.97
2012 ••••••••• 59.80
2013 •••••• 37.20
2014 •••••••• 50.28
2015 ••••••••••• 73.32
2016 •••••••••• 63.17
2017 ••••••••• 55.60
2018 •••••••••• 66.82
2019 ••••••••• 58.97
2020 ••••••••••• 70.15

"iqtisadiyyatı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iqtisadiyyatı nədir? #iqtisadiyyatı sözünün mənası #iqtisadiyyatı nə deməkdir? #iqtisadiyyatı sözünün izahı #iqtisadiyyatı sözünün yazılışı #iqtisadiyyatı necə yazılır? #iqtisadiyyatı sözünün düzgün yazılışı #iqtisadiyyatı leksik mənası #iqtisadiyyatı sözünün sinonimi #iqtisadiyyatı sözünün yaxın mənalı sözlər #iqtisadiyyatı sözünün əks mənası #iqtisadiyyatı sözünün etimologiyası #iqtisadiyyatı sözünün orfoqrafiyası #iqtisadiyyatı rusca #iqtisadiyyatı inglisça #iqtisadiyyatı fransızca #iqtisadiyyatı sözünün istifadəsi #sözlük